
Səcdə surəsi 30 ayədən ibarətdir. Səcdə sözü Ərəbcədən dilimizə keçmiş və bu surənin 15-ci ayəsində yer almaqdadır.
بسم الله الرحمن الرحيم
Mərhəmətli, Rəhmli Allahın adıyla!
الم
- Əlif, Lam, Mim![1]
تَنزِيلُ الْكِتَابِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ الْعَالَمِينَ
- Bu kitabın aləmlərin Rəbbi tərəfindən endirildiyinə dair heç bir şübhə yoxdur![2]
أَمْ يَقُولُونَ افْتَرَاهُ بَلْ هُوَ الْحَقُّ مِن رَّبِّكَ لِتُنذِرَ قَوْمًا مَّا أَتَاهُم مِّن نَّذِيرٍ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَهْتَدُونَ
- Yoxsa onlar: “Onu özündən uydurmuşdur!” – deyirlər?[3] Xeyr! O (kitab), Rəbbindən gələn bir haqdır.[4] Səndən əvvəl özlərinə xəbərdar edən (elçi) gəlməmiş bir xalqı xəbərdar edəsən (deyə endirildi).[5] Bəlkə doğru yola gələrlər.
اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ مَا لَكُم مِّن دُونِهِ مِن وَلِيٍّ وَلَا شَفِيعٍ أَفَلَا تَتَذَكَّرُونَ
- Allah göyləri, yeri və ikisinin arasındakıları altı gündə[6] yaratmış, sonra ərşə istiva etmiş/idarənin başına keçmişdir.[7] Onunla sizin aranızda duracaq başqa bir vəliniz/yaxınınız[8] və şəfaətçiniz yoxdur. Heçmi təzəkkür etməyəcəksiniz/doğru biliyə yiyələnməyəcəksiniz?!”[9]
يُدَبِّرُ الْأَمْرَ مِنَ السَّمَاء إِلَى الْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ أَلْفَ سَنَةٍ مِّمَّا تَعُدُّونَ
- O, göydən yerə qədər olan hər işi idarə edir.[10] Sonra (həmin işləri) sizin hesabınıza görə müddəti min il olan bir zaman ərzində Ona yüksəlir.[11]
ذَلِكَ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الرَّحِيمُ
- O, qeybi/bilinməyən, gizli olanı da şəhadəti/aşkar olanı da biləndir. Əzizdir/güçlü qüvvətlidir, rəhmlidir.[12]
الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ وَبَدَأَ خَلْقَ الْإِنسَانِ مِن طِينٍ
- O, yaratdığı hər şeyi gözəl yaradandır. İnsanı yaratmağa da palçıqdan başlamışdır.[13]
ثُمَّ جَعَلَ نَسْلَهُ مِن سُلَالَةٍ مِّن مَّاء مَّهِينٍ
- Sonra onun nəslini dəyərsiz bir sudan süzülən bir özdən meydana gətirdi.[14]
ثُمَّ سَوَّاهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ قَلِيلًا مَّا تَشْكُرُونَ
- Sonra insanı müəyyən bir şəkilə salıb,[15] ona öz ruhundan üfləmişdir. Sizin üçün dinləmə qabiliyyəti, bəsirət/irəli görüşlülük və könüllər yaratdı.[16] Nə qədər az şükür edirsiniz.
وَقَالُوا أَئِذَا ضَلَلْنَا فِي الْأَرْضِ أَئِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ بَلْ هُم بِلِقَاء رَبِّهِمْ كَافِرُونَ
- (Axirətə inanmayanlar) dedilər ki: “Torpağa qarışıb yox olduqdan sonra biz yenidənmi yaradılacağıq?”[17] Əslində onlar Rəbbi ilə (axirətdə) qarşılaşmağı inkar edənlərdir.[18]
قُلْ يَتَوَفَّاكُم مَّلَكُ الْمَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَى رَبِّكُمْ تُرْجَعُونَ
- De ki: “Sizin üçün təyin edilən ölüm mələyi[19] sizi vəfat etdirəcək,[20] sonra da (yenidən yaradılıb) Rəbbinizin huzuruna qaytarılacaqsınız.[21]
وَلَوْ تَرَى إِذِ الْمُجْرِمُونَ نَاكِسُو رُؤُوسِهِمْ عِندَ رَبِّهِمْ رَبَّنَا أَبْصَرْنَا وَسَمِعْنَا فَارْجِعْنَا نَعْمَلْ صَالِحًا إِنَّا مُوقِنُونَ
- Kaş ki, Rəbbinin hüzurunda başlarını önlərinə əyib: “Rəbbimiz! (Həqiqəti) gördük və dinlədik. İndi bizi geri qaytar ki, xeyirxah işlər görək. Artıq biz yəqinliklə iman gətirdik.” – dediklərini bir görəydin![22]
وَلَوْ شِئْنَا لَآتَيْنَا كُلَّ نَفْسٍ هُدَاهَا وَلَكِنْ حَقَّ الْقَوْلُ مِنِّي لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ
- Seçimi (sizə buraxmayıb) Biz etmiş olsaydıq,[23] əlbəttə, hər kəsi hidayətə/doğru yola qovuşdurardıq.[24] Lakin, Mənim bu haqq sözüm yerinə yetəcək: “Cəhənnəmi tamamilə (yoldan çıxan) cinlərlə və insanlarla dolduracağam!”[25]
فَذُوقُوا بِمَا نَسِيتُمْ لِقَاء يَوْمِكُمْ هَذَا إِنَّا نَسِينَاكُمْ وَذُوقُوا عَذَابَ الْخُلْدِ بِمَا كُنتُمْ تَعْمَلُونَ
- (Onlara belə deyiləcək:) “Bu gününüzə qovuşmağı unutduğunuz üçün indi dadın (əzabı)! Artıq Biz də sizi unutduq![26] Etdiyiniz əməllərə qarşılıq olaraq, dadın qalıcı əzabı![27]
إِنَّمَا يُؤْمِنُ بِآيَاتِنَا الَّذِينَ إِذَا ذُكِّرُوا بِهَا خَرُّوا سُجَّدًا وَسَبَّحُوا بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ
- Bizim ayələrimizə yalnız o kəslər inanıb güvənir ki, o ayələrlə özlərinə doğrular xatırlatıldığı zaman ehtiramla boyun əyər[28] və Rəbbinə həmd edərək/şanına təriflər deyərlər. Onlar təkəbbürlük də göstərməzlər.[29]
تَتَجَافَى جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ
- Onlar (gecə ibadət üçün) yataqlarından qalxar,[30] qorxu və ümid içində Rəbbinə dua edərlər.[31] Verdiyimiz ruzidən də xeyirə xərcləyərlər.[32]
فَلَا تَعْلَمُ نَفْسٌ مَّا أُخْفِيَ لَهُم مِّن قُرَّةِ أَعْيُنٍ جَزَاء بِمَا كَانُوا يَعْمَلُونَ
- Etdikləri əməllərin qarşılığında göz oxşayan şeylərdən onlar üçün nələr saxlandığını heç kəs bilməz![33]
أَفَمَن كَانَ مُؤْمِنًا كَمَن كَانَ فَاسِقًا لَّا يَسْتَوُونَ
- Heç mömin/inanıb güvənən bir şəxs, fasiq/yoldan çıxan biri kimi olarmı? Əsla eyni ola bilməzlər![34]
أَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ جَنَّاتُ الْمَأْوَى نُزُلًا بِمَا كَانُوا يَعْمَلُونَ
- İnanıb güvənən və xeyirxah işlər görənlərə etdikləri əməllərinin qarşılığı olaraq, onlara qonaq qalacaqları Məva cənnətləri vardır.[35]
وَأَمَّا الَّذِينَ فَسَقُوا فَمَأْوَاهُمُ النَّارُ كُلَّمَا أَرَادُوا أَن يَخْرُجُوا مِنْهَا أُعِيدُوا فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا عَذَابَ النَّارِ الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ
- Fasiqlərə/yoldan çıxanlara gəldikdə isə, onların qalacaqları yer atəşdir. Hər dəfə oradan çıxmaq istədikdə, oraya geri qaytarılar və onlara: “Yalan saydığınız atəşin əzabını dadın!” – deyilər.[36]
وَلَنُذِيقَنَّهُمْ مِنَ الْعَذَابِ الْأَدْنَى دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ
- Onlara ən böyük əzabdan öncə mütləq ən yaxın/dünya əzabından da daddıracağıq. Bəlkə, (haqq yola) qayıdarlar.[37]
وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا إِنَّا مِنَ الْمُجْرِمِينَ مُنتَقِمُونَ
- Rəbbinin ayələri özünə xatırladıldıqdan sonra, onlardan uzaqlaşan kimsədən daha zalım kim ola bilər?[38] Əlbəttə, Biz günahkarlardan intiqam alacağıq.
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَلَا تَكُن فِي مِرْيَةٍ مِّن لِّقَائِهِ وَجَعَلْنَاهُ هُدًى لِّبَنِي إِسْرَائِيلَ
- Əlbəttə, Biz Musaya kitab vermişdik. Şübhən olmasın ki, sən də onunla (o cür bir kitabla) qarşılaşacaqsan. Biz onu İsrail oğulları üçün doğru yolu göstərən bir rəhbər etmişdik.[39]
وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ
- Səbr etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə, Biz onların içindən əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etdik.[40]
إِنَّ رَبَّكَ هُوَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
- Sənin Rəbbin qiyamət/məzardan qalxma günü, ixtilaf etdikləri mövzularda (haqlı ilə haqsızın) arasını ayıracaqdır.[41]
أَوَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ أَفَلَا يَسْمَعُونَ
- Özlərindən öncə neçə-neçə nəsilləri həlak etməyimiz onları doğru yola gətirmədimi? Üstəlik onların yurdlarında gəzib dolaşırlar. Həqiqətən, bunda ayələr/dəlillər vardır. Hələ də dinləmirlərmi?[42]
أَوَلَمْ يَرَوْا أَنَّا نَسُوقُ الْمَاء إِلَى الْأَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنفُسُهُمْ أَفَلَا يُبْصِرُونَ
- Görmürlərmi ki, quraq yerə su göndərib onunla həm ənam (qoyun, keçi, inək və dəvə)[43] cinsi heyvanlarının həm də özlərinin yedikləri bir əkin çıxarırıq.[44] Yenə də görmürlər?!
وَيَقُولُونَ مَتَى هَذَا الْفَتْحُ إِن كُنتُمْ صَادِقِينَ
- Onlar: “Əgər doğru söyləyənlərsinizsə, o fəth/hər şeyin ortaya çıxışı nə zamandır?”[45] – deyirlər.
قُلْ يَوْمَ الْفَتْحِ لَا يَنفَعُ الَّذِينَ كَفَرُوا إِيمَانُهُمْ وَلَا هُمْ يُنظَرُونَ
- De ki: “O fəth/hər şeyin ortaya çıxdığı gün kafirlik edənlərə imana gəlmələri bir fayda verməyəcək[46] və onlara möhlət də verilməyəcək![47]
فَأَعْرِضْ عَنْهُمْ وَانتَظِرْ إِنَّهُم مُّنتَظِرُونَ
- Elə isə sən artıq onlardan uzaqlaş və gözlə. Şübhəsiz, onlar da gözləyirlər.[48]
[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).
[2] Bəqərə 2/2, Yunus 10/37, Tə-ha 20/4, Şuara 26/192-193, Zümər 39/1, Mümin 40/2, Fussilət 41/2, 42, Casiyə 45/2, Əhqaf 46/2, Vaqiə 56/80, Haqqa 69/43,
[3] Yunus 10/38, Hud 11/13-14, Əhqaf 46/8.
[4] Qasas 28/46, Səbə 34/44, Yasin 36/5-6.
[5] Muhəmməd (ə.s.) əvvəl Məkkəyə gələn peyğəmbər İsmayıl (ə.s.) idi (Bəqərə 2/136, Ali-İmran 3/84, Məryəm 19/54). Muhəmməd (ə.s.) əvvəl Məkkəyə başqa heç bir peyğəmbər gəlmədiyi üçün onlar xəbərdar edilməmiş bir qövm hesab olunurdular (Ali-İmran /20, Əl-Qəsəs 28/46, Səba 34/44, Cümə 62:2). Muhəmməd (ə.s.) ilə İsa (ə.s.) arasında uzun bir müddət keçdiyinə görə, yəhudilər və xristianlar da “Bizə heç bir xəbərdarlıq edən və ya müjdə verən gəlmədi” deyə bilərdilər (Maidə 5/19). Lakin Muhəmməd (ə.s.) bütün bəşəriyyətə elçi olaraq göndərildiyindən (Səba 34/28), Quranın nazil olduğu heç bir qövm bunu deyə bilməzdi.
[6] Yer və göylərin cəmi altı gündə yaradıldığını göstərən ayələr bunlardır: Əraf 7/54, Yunus 10/3, Hud 11/7, Furqan 25/59, Səcdə 32/4-5, Fussilət 41/9-12, Kaf 50/38, Hadid 57/4.
[7] Xalq dilində “ərş” səltənət taxtıdır (Yusuf 12/100; Nəml 27/23). Ərşə istiva, səltənətin başına keçmək” mənasındadır. Türk dilində də bu mənada “padişah təxdə çıxdı”, “Filankəs qoltuğuna yerləşdi” kimi ifadələr işlədilir. Bilavasitə “Allah ərşə istiva etdi” sözü də kainatın idarəsinin Allahın əlində olduğunu ifadə edər (Yunus 10/3; Rad 13/2; Tə-ha 20/5; Furqan 25/59; Səcdə 32/4; Hədid 57/4).
[8] “Vəli”, cəmi “əvliya, övliya”dır. Araya başqa heç bir şey girməyəcək şəkildə bir-birinə yaxın olan iki şeydən hər birinə deyilir. Buradan hərəkətlə qohumluq, köməklik və inanc yönündən ortaya çıxan yaxınlıq da məcaz olaraq bu kəlmə ilə ifadə edilir (Müfrədat). İnsana sinir hüceyrələrindən yaxın olan Allah, onun vəlisi yəni ən yaxınıdır (Kaf 50/16). Möminlər, “Allaha yaxındır, Allahın istəkli bəndəsidir” deyib, özləri ilə Allah arasına heç kimsəyi qoymadan, Allahdan istəyəcək şeyləri birbaşa Allahdan istəyər və təkcə Ona qulluq edərlər (Fatihə 1/4). Beləliklə, onlar Allahın vəlisi/övliyası, Allah da onların vəlisi olur (Bakara 2/257, Ali İmran 3/68, Yunus 10/62-63)
Ayələr açıq-aşkar olduğu halda təriqətçilər bir vəlayət məqamı icad ediblər və o məqama vəli/övliya və ya imam deyə qəbul etdikləri şəxsləri yerləşdirərək onları bir vəsilə/vasitəçi olaraq görürlər. Buna inananlar, Allahı ikinci sıraya qoymuş və tövbə etmədikləri təqdirdə əsla əfv edilməyəcək şirk günahına girmiş olurlar. (Bəqərə 2/257, Nisa 4/48,116, Əraf 7/3,30, Səcdə 32/4, Əhqaf 46/4-6).
[9] Əraf 7/54, Yunus 10/3, Hud 11/7, Rad 13/2, Tə-ha 20/5, Furqan 25/59, Kaf 50/38, Hadid 57/4.
[10] Yunus 10/3, 31, Rad 13/2.
[11] Həcc 22/47. Bizə görə min ilin, Allaha görə bir gün olduğu Tövratın Məzmurlar 90/4 pasajında da yazılıdır.
[12] Rad 13/9, Haşr 59/22, Təğabun 64/18.
[13] Adəm və Həvva, hər ikisi palçıqdan yaradılıblar. Adəmin palçıqdan yaradıldığını təsdiqləyən bir çox ayə var (Əraf 7/12, Hicr 15/26-28, İsra 17/61, Sad 38/71, 76). Həvvanın palçıqdan yaradılması aşağıdakı ayədən (Səcdə 32/8) başa düşülür. Çünki həmin ayə insan irqinin “zəif sudan” (ma-i mehin) yaradıldığını bildirir. Adəmin nəsli Həvva olmadan yarana bilmədiyi üçün bu ayə Həvvanın da palçıqdann yaradıldığını göstərir. Həqiqətən də, Allah bəşəriyyətin kişi və qadından törədiyini açıq şəkildə bildirmişdir (Nisa 4/1, Hucurat 49/13).
[14] Muminun 23/12-14, Qiyamət 75/37-39, Mürsəlat 77/20-23.
[15] Kəhf 18/37, İnfitar 82/6-8, Şəms 91/7.
[16] “İnsan” sözü ümumi cins isimdir. Həm tək, həm də cəm mənasında istifadə olunur. Bu söz, Səcdə 32/7-ci ayədə Adəm və Həvvaya aid edilsə də, burada üç və ya daha çox insan mənasını verən “sizin üçün” deyə, ifadə olunması Adəmə üfürən ruhun və onun nəslinə üfürən ruhun eyni olduğunu göstərir. Bu ruh vasitəsilə formalaşan dinləmək, bəsirət və könül, insanlarda məlumatı emal etmək qabiliyyəti yaradır. Bütün insanlara üfürən bu ruhdan fərqli olaraq, Adəmə üfürən başqa bir ruh var. Quranda deyilir ki, bu ruh Allaha məxsus bilikdir (İsra 17/85). Adəmə göylərdə və yerdəki bütün varlıqların biliklərini öyrətdikdən sonra Allah mələklərə onun qarşısında səcdə etməyi əmr etdi. Mələkləri onun qarşısında səcdə etməyə vadar edən ruh, Allahın Adəmə öz hikmətindən öyrətdiyi bilikdir (Bəqərə 2/31-34, Hicr 15/26-29, Sad 38/71-74). İsaya (ə.s.) üfürülən ruh, digər insanlardan fərqli olaraq, anasının bətnində ikən ona öyrədilən Tövrat və İncil bilikləridir (Ali-İmran 3/48, Maidə 5/110).
[17] Nahl 16/78, Mu’minun 23/78, Mülk 67/23.
[18] Rad 13/5, İsra 17/49, Müminun 23/82, Kaf 50/15. Naziat 79/10-11.
[19] Rum 30/8.
[20] Təfsir və Əqaid (İslam əqidəsi) kitablarında yalnız bir ölüm mələyinin – Əzrailin olduğu iddia edilir. Halbuki, bu ayədə ölənlərin ruhunu alan mələklər üçün “elçilərimiz” ifadəsi istifadə olunur. Bütün mələklər Allah tərəfindən təyin olunmuş elçilərdir (Həcc 22/75, Fatir 35/1). Mələklər mənasını verən “məlaikə” ifadəsi aşağıdakı ayələrdə ruh almaqdan məsul olanlar üçün də istifadə olunur: Ənfal 8/50-51, Məhəmməd 47/27-28. Ərəbcə cəm ən azı üç varlığı ifadə etdiyindən, insanların ruhunu almaqdan məsul olan mələklər üç və ya daha çoxdur (Ənam 6/61, Əraf 7/37, Nəhl 16/28,33). Hədislərdə də vəziyyət eynidir (Buxari, Cənaiz 69, Ənbiya 31; Müslim, Fədail 157, 158; Tirmizi, Təfsir, 7; İbn Macə, Cihad, 10; Müsnəd, 2/269, 351; 4/287; 5/395). Ehtimal ki, ibrani mənşəli olan Əzrail sözünün İslam əsərlərinə İslamı qəbul etməzdən əvvəl yəhudi olduqları deyilən Kəb əl-Əhbar və Vəhb ibn Münəbbih kimi şəxslərin təsiri ilə daxil olduğu düşünülür. Çünki “Rəbbanilərə” (yəhudi din alimlərinə) aid əsərlərdə ölüm mələyinin ondan çox adı qeyd olunur ki, bunlardan biri də Əzraildir (DİA, Əzrail).
[21] Ölüm mələyi canı deyil, ruhu alır. Ruhun alınması vəfat, ruhun alınması isə ölümdür (Zumər 39/42). Mələklər götürdükləri ruhları göylərə aparırlar (Əraf 7/40, Mearic 70/4). Qəbirə yalnız mərhumun əti və sümükləri qoyulur. Qiyamətə qədər onlar baş verənlərdən xəbərsizdirlər (Nəhl 16/77, Yasin 36/52, Qəmər 54/50).
[22] Ənam 6/27-28, Əraf 7/53, Fatır 35/36-37, Zümər 39/58-59, Mümin 40/11.
[23] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Ətraflı məlumat üçün Bəqərə 20-ci ayənin 28-ci dipnotuna baxın.
[24] Ənam 6/35, 149, Yunus 10/99, Rad 13/31, Nahl 16/9.
[25] Əraf 7/18, Hud 11/118-119, Sad 38/84-86.
[26] Əraf 7/51, Tövbə 9/67, Tə-ha 20/126, Sad 38/26, Casiyə 45/34.
[27] Yunus 10/52.
[28] Səcdə sözünün kök mənası əyilməkdir (Müfradat). Buna görə də, günəş, ay, planetlər, yer və ulduzlar arasındakı meyllər/əyilmələr və nəticədə kölgələrin uzanması və qısalması “səcdə” sözü ilə ifadə olunur (Nəhl 16/48, Rad 13/15). Bəzi ayələrdə bu söz yalnız itaət mənasında istifadə olunur (Həcc 22/18, İnşiqaq 84/21), digərlərində isə fiziki rüku ilə birlikdə itaət mənasında istifadə olunur (Bəqərə 2/34, 58, Nisa 4/154, Əraf 7/161, Yusif 12/4 və 100). Həqiqətən də, namazda bədən yerə paralel olaraq ayaqlar, əllər və dizlər üzərində alnı yerə qoymaq da Allaha itaət etmək mənasında səcdə formasıdır (Nisa 4/102-103).
[29] Ənfal 8/2-4, Həcc 22/35, Furqan 25/73.
[30] Ali İmran 3/17, Furkan 25/64, Zümər 38/9, Zariyat 51/17-18.
[31] Əraf 7/55-56.
[32] Bəqərə 2/3, Şura 42/38.
[33] Bəqərə 2/25, Zuxruf 43/70-71, Muhamməd 47/15.
[34] Sad 38/28, Zümər 39/9, Mümin 40/58, Casiyə 45/21-22, Haşr 59/20.
[35] Maidə 5/9, Həcc 22/50, 56, Loğman 31/8, Fatır 35/7, Fussilət 41/8, İnşiqaq 84/25, Buruc 85/11.
[36] Bəqərə 2/167, Maidə 5/36-37, Həcc 22/22, Muminun 23/106-108, Fatır 35/36-37, Casiyə 45/35.
[37] Yuxarıda qeyd olunan əzab, “bəlkə qayıdarlar” yəni səhvlərindən dönərlər ifadəsi, onlara həyatları boyunca verilən çətinliklərə işarə edir. Əgər onlar bu çətinliklərdən dərs çıxarsalar, ölümdən əvvəl tövbə etsələr və doğru yola qayıtsalar, axirətdəki böyük əzabdan xilas olacaqlar (Nisa 4/17-18, Ənam 6/42-43, Əraf 7/94-95, 130; Zuhruf 43/48).
[38] Kəhf 18/57, Tə-ha 20/124-127.
[39] Bəqərə 2/53, Ənam 6/154, İsra 17/2, Ənbiya 21/48, Müminun 23/49, Qasas 28/43, Mümin 40/53.
[40] Əraf 7/159, Qasas 28/5.
[41] Yunus 10/93, Casiyə 45/16-17.
[42] Ənam 6/6, Tə-ha 20/128.
[43] Ənam 6/143-144.
[44] Yunus 10/24, Furqan 25/49, Naziat 79/30-33, Abəsə 80/24-32.
[45] Yunus 10/48, Ənbiya 21/38, Nəml 27/71, Səbə 34/29-30, Yasin 36/48, Mülk 67/25.
[46] Ənam 6/158, Səbə 34/51-53.
[47] Bəqərə 2/161-162, Ali İmran 3/86-88, Nahl 16/84-85.
[48] Ənam 6/106, Əraf 7/199, Yunus 10/20, 102, Hud 11/121-122, Hicr 15/94, Nəcm 53/29.




