Yaqub peyğəmbər
Müsəlmanlar > Fitvalar > Peyğəmbərlər > Quranda peyğəmbərlər Tarix: 26 iyun 2009 Tövsiyə et Çap et

Yaqub peyğəmbər

Yaqub peyğəmbərin (ə. s.) vəsiyyəti

Özünü səfehliyə vurandan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, biz onu dünyada ikən seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisaleh olanlardandır!

Rəbbi ona: “Təslim ol!”, – dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”, – dedi.

İbrahim bunu oğullarına vəsiyyət etdi. Yaqub da belə dedi: “Ey oğullarım! Bu dini sizə Allah seçdi. Siz də başqa cür deyil, sadəcə olaraq özünüzü Ona vermiş olaraq can verin!”.

Yoxa Yaqub ölüm döşəyində ikən siz orada idiniz? O gün oğlanlarından: “Məndən sonra nəyə ibadət edəcəksiniz?”, – deyə soruşduğu zaman, onlar: “Sənin tanrına ibadət edəcəyik! Sənin ataların İbrahim, İsmail və İshaqın tanrısına – o tək Allaha… Biz ona təslim olmuş kəslərik!”, – demişdilər.

Onlar bir ümmət idilər ki, gəlib keçdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız sizə aiddir. Siz onların etdiklərindən məsul deyilsiniz (Bəqərə, 2/130-134).

Yaqub peyğəmbərin (ə. s.) haram qıldığı şeylər

Tövratın nazil edilməsindən əvvəl İsrailin (Yaqubun) özlərinə haram etdiyi bir kənara qoyularsa, İsrail oğullarına bütün qidalar halal idi. De: “Əgər doğru insanlarsınızsa, Tövratı gətirin!”.

Bundan sonra kim Allaha qarşı yalan uydursa, onlar zalımlardır (Ali-İmran, 3/93-94).

Facebook'ta PaylaşTwitter'da Paylaş
651 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Adəm peyğəmbər 26.06.09 838 dəfə oxundu
2 Hud peyğəmbər 26.06.09 788 dəfə oxundu
3 Saleh peyğəmbər 26.06.09 569 dəfə oxundu
4 Lut peyğəmbər 26.06.09 672 dəfə oxundu
5 İsmail peyğəmbər 26.06.09 772 dəfə oxundu
6 İshaq peyğəmbər 26.06.09 607 dəfə oxundu
7 Yaqub peyğəmbər 26.06.09 651 dəfə oxundu
8 Eyyub peyğəmbər 26.06.09 572 dəfə oxundu
9 Davud peyğəmbər 26.06.09 794 dəfə oxundu
10 İbrahim peyğəmbər 12.04.10 861 dəfə oxundu