İsmail peyğəmbər
Müsəlmanlar > Quranda peyğəmbərlər Tarix: 26 Haziran 2009 Tövsiyə et Çap et

İsmail peyğəmbər

Biz Kəbəni insanlar üçün toplanış və əmin-amanlıq yeri halına gətirdik. “İbrahimin durduğu yeri namazgah edin”, – dedik. İbrahim və İsmailə də: “Evimi ziyarət edənlər, ibadətə qapananlar, rüku və səcdə edənlər üçün tərtəmiz saxlayın!”, – deyə öhdəlik verdik.

O gün İbrahim: “Ey Rəbbim, buranı etibarlı bir şəhər et, onun əhalisinin Allaha və axirət gününə iman gətirənlərinə məhsullardan ruzi ver!”, – deyə dua etdi. Allah: “Kafir olana da bir qədər ruzi verərəm, ancaq sonra onu cəhənnəm əzabına düçar edərəm. Nə pis nəticədir bu!”, – deyə buyurdu.

İbrahim ilə İsmail Kəbənin bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! Bizdən qəbul et, həqiqətən də, eşidən də sənsən, bilən də!”, – deyə dua etdilər.

“Ey Rəbbimiz! Bizim ikimizi də sənə təslim olmuşlardan et, bizim nəslimizdən yetişənləri də sənə təslim olmuş ümmət et, bizə ibadət yollarımızı göstər və tövbəmizi qəbul et! Həqiqətən, tövbələri qəbul edən və mərhəmət göstərən ancaq Sənsən!”.

“Ey Rəbbimiz! Onların (bizim soyumuzun) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, onlara sənin ayələrini oxusun, kitabı və hikməti öyrətsin, onları bütün pisliklərdən (günahlardan) təmizləsin. Həqiqətən, qüdrətli olan da, doğru qərar verən də ancaq Sənsən!” (Bəqərə, 2/125-129).

Gələn vəhy

Siz belə deyin: “Biz Allaha, bizə göndərilənə, İbrahim, İsmail, İshaq, Yaqub və onun övladlarına nazil edilənlərə, Musa və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə onların birini digərindən ayırmadan inandıq. Biz Allaha təslim olan kəslərik!” (Bəqərə, 2/136).

“Biz Nuha, ondan sonra gələn peyğəmbərlərə, eləcə də İbrahim, İshaq, Yaqub və nəvələrinə, İsa, Eyyub, Yunus, Harun və Süleymana vəhy etdiyimiz kimi şübhəsiz ki, sənə də vəhy etdik. Davuda da Zəbur verdik (Nisa, 4/163)”.

Ona İshaqı, Yaqubu bağışladıq; hər birini doğru yola yönəltdik. Əvvəl də Nuh və onun soyundan Davudu, Süleyman, Eyyub, Yusuf, Musa və Harunu (ki, işlərini yaxşı görənlərə belə əvəz veririk), Zəkəriyyə, Yəhya, İsa və İlyası (ki, hamısı yaxşılardandır), İsmail, Elyesa, Yunus və Lutu (ki, onların hamısını dünyalara üstün qıldıq) doğru yola çatdırdıq.

Atalarından, nəsillərindən, qardaşlarından bəzilərini seçdik və doğru yola yönəltdik (Ənam, 6/84-87).

Qocaldığım halda, mənə İsmail və İshaqı verən Allaha həmd olsun. Həqiqətən də, Rəbbim duaları eşidəndir.

Rəbbim! Məni və övladlarımı namaz qılanlardan et! Rəbbimiz, duamızı qəbul et (İbrahim, 14/39-40).

Kitabda İsmaillə əlaqədar dediklərimizi də zikr et. Çünki o, sözünə düz bir kəs idi, bizimi tərəfimizdən göndərilmiş bir peyğəmbər idi.

Ətrafında olanlara namaz qılıb zəkat vermələrini əmr edirdi. Rəbbinin rizasını qazanmışdı (Məryəm, 19/54-55).

“Budur, bunlar Allahın nemətlər verdiyi peyğəmbərlər Adəmin nəslindən, Nuhla birlikdə daşıdıqlarımızdan, İbrahim və İsmayılın nəslindən və bizim doğru yola çatdırdıqlarımızdan seçib bəyəndiklərimizdəndirlər. Rəhmanın (Allahın) ayələri onlara oxunduğu vaxt ağlayaraq səcdəyə döşənirdilər.

Onların ardından namazı tərk edən, öz şəhvətinə uyan bir nəsil gəldi. Bunlar öz azğınlıqlarının əvəzini alacaqlar (Məryəm, 19/58-59).

İsmail, İdris və Zülkifl haqqında dediklərimizi də zikr et; onların hər biri səbr edənlərdən idi.

Onları rəhmətimizə qəbul etdik. Həqiqətən də, onlar yaxşılardan idilər (Ənbiya, 21/85-86).

İsmail, Elyesa, Zülkifli də an. Hamısı yaxşılardan idilər.

Budur, bu gözəl bir zikrdir. Həqiqətən də, Allaha qarşı çıxmaqdan çəkinənlərə gözəl bir gələcək var!

Qapıları üzlərinə açılmış Ədn cənnətləri var.

Orada taxtlara söykənmiş olaraq cürbəcür meyvələr və içkilər istəyərlər.

Yanlarında gözlərini ərlərinə dikmiş həmyaş (ıd) gözəllər var.

Budur, bu, hesab günü üçün sizə söz verilənlərdir.

Həqiqətən də, verdiyimiz ruzilər qurtaran deyil (Sad, 38/48-54).

Facebook'ta PaylaşTwitter'da Paylaş
3.396 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Həzrəti Adəmin peyğəmbər olduğuna sübut var? 21.01.13 3.076 dəfə oxundu
2 İdris peyğəmbər 23.01.13 1.796 dəfə oxundu
3 Nuh peyğəmbər 08.06.13 2.357 dəfə oxundu
4 Yusif peyğəmbər 27.10.13 3.656 dəfə oxundu
5 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.243 dəfə oxundu
6 Adəm peyğəmbər 26.06.09 4.669 dəfə oxundu
7 “Yeni il” bidat isə o zaman “mövlud qəndili” nədir? 03.01.15 1.554 dəfə oxundu
8 Hud peyğəmbər 26.06.09 3.105 dəfə oxundu
9 Allah Təala, dünyanın hər bölgəsinə bir xəbərçi göndəribmi? 15.03.17 485 dəfə oxundu
10 Saleh peyğəmbər 26.06.09 2.859 dəfə oxundu
11 Rəsulullahın Tövratla və ya İncillə hökm verdiyi olmuşdurmu? 24.05.17 507 dəfə oxundu
12 Lut peyğəmbər 26.06.09 3.790 dəfə oxundu
13 Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı? 24.11.17 193 dəfə oxundu
14 İsmail peyğəmbər 26.06.09 3.396 dəfə oxundu
15 Muhəmməd əleyhissəlamın Tövratda müjdələnməsinin səbəbi nədir? 27.07.18 244 dəfə oxundu
16 İshaq peyğəmbər 26.06.09 3.044 dəfə oxundu
17 Yaqub peyğəmbər 26.06.09 2.477 dəfə oxundu
18 Eyyub peyğəmbər 26.06.09 2.385 dəfə oxundu
19 Davud peyğəmbər 26.06.09 3.452 dəfə oxundu
20 İbrahim peyğəmbər 12.04.10 4.552 dəfə oxundu
21 İdris peyğəmbər 12.04.12 1.972 dəfə oxundu