Müsəlmanlar

Peyğəmbərə cadu olunub?

Sual: Deyilənə görə Muhəmməd peyğəmbərə cadu olunub və hətta Quranın Fələq surəsi bununla əlaqədar olaraq nazil edilib. Əgər bu düzdürsə, Allahın birbaşa mühafizəsində olan peyğəmbərə ovsun necə təsir göstərə bilib? Məgər cadu-pitinin təsiri bu qədər böyükdür?

Cavab: Məlum olduğu kimi, peyğəmbərimizə (s. a. v.) qarşı çoxlu planlar qurulub. Onu öldürmək üçün sui-qəsd hazırlanıb. Misal üçün, Muhəmməd peyğəmbəri (s. a. v.) Xeybərdə zəhərləmək istəyiblər. Allah isə onu hər dəfə bunlardan qoruyub.

Deyirlər ki, peyğəmbərə ovsun ediblər. Bu da həmin məkrli planlardan biridir. O bütün sui-qəsdlərdən xilas olduğu kimi, bundan da xilas olub. Əgər Nas və Fələq surələrinin nazil edilməyinə səbəb olan sehr hadisəsi həqiqətən də düzdürsə, buradan belə bir nəticə çıxır:

Bu kimi bir hadisə ilə üzləşən müsəlmanlar xilas olmaq üçün bu surələri oxumalıdırlar. Yəni, əgər yuxarıda qeyd edilən hadisə həqiqətən baş veribsə, həmin surələrin ovsundan qorunmaq məqsədilə oxunması üçün bir növ dəlil təşkil edir. Bu məsələyə bu cür yanaşmaq lazımdır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.