Müselmanlar » Xüsusi Kateqoriyalar

Quranın ecazı
QURANIN ECAZI

Ərəb dilindən tərcüməsi «başqalarını aciz etmək» mənasını verir. Qurani-kərimin bənzərsizliyi və təkrarsızlığı barədə istifadə edilən termindir.

Qurani-kərim bənzərsiz bir kitabdır. Həzrət Mühəmməd Peyğəmbərin (s) sözləri ilə desək, «Quran kəlmələrinin başqa sözlərdən üstünlüyü Allahın başqa varlıqlardan üstünlüyü kimidir». Allahdan savayı heç kim Qurana bənzər kitab yaratmağa qadir deyil. Qurani-kərimin bu bənzərsizlik və təkrarsızlığına «ecaz» deyirlər.

Quranın ecazını əsasən iki istiqamətdə aydın şəkildə görmək mümkündür: ədəbi sahədə və elmi sahədə.

A) ƏDƏBİ ECAZ

Qurani-kərimin kəlmələrinin zahiri və batini mənaları, düzülüşü, həmahəngliyi və s. xüsusiyyətlər birləşərək Quranın daxilində yalnız ona xas olan bir nizam-intizam yaradır; bu, ədəbi ecazdır. Quran ayələri özünəməxsus qafiyə və ahəngə tabedir, eyni zamanda şeirdən fərqlənir. Məsələn, hamımıza tanış olan «Fatihə» surəsində bütün ayələr «in» və ya «im» sonluğu ilə bitir. Amma bu ahəngdarlığa baxmayaraq, «Fatihə» surəsi bütövlükdə heç də şeir təsiri bağışlamır.

Qurandakı hər söz bir neçə rəmzi məna ifadə edir. Peyğəmbərimiz buyurmuşdur ki, Quranın hər bir kəlməsinin yeddi batini (gizli) mənası var. Buna görə də ayələr yalnız ərəb dilində səslənərkən lazımi effekti verir. Quranın hər hansı başqa dilə tərcüməsi nə qədər ustalıqla edilsə də, yenə ecazı əks etdirə bilmir və naqis görünür.

Quran ayələrinin bir xüsusiyyəti də budur ki, onları asanlıqla insanlar tərəfindən qoşulmuş «saxta» ayələrdən ayırmaq mümkündür. Quranın ayələri ərəb dilindəki bütün ədəbi nümunələrdən, şeir, nəsr və hətta hədislərdən seçilir.

Quranın ecazını sübut edən başqa bir cəhət bundan ibarətdir: Qurani-kərim asanlıqla əzbərlənir. 600 səhifəlik heç bir kitab bu qədər rahatlıqla əzbərlənə bilməz. Bu gün dünyada Qurani-kərimi əzbər bilən on minlərlə insan (hafiz) yaşayır.

B) ELMİ ECAZ

Qurani-kərim demək olar ki, bütün elm sahələrində o dövrə qədər məlum olan bilikləri tamamlamış, sonradan edilən kəşfləri isə əsrlərlə qabaqlamışdır. Quranda tarix, sosiologiya, cöğrafiya, biologiya, fizika, astronomiya, tibb və s. elm sahələrinə aid ən düzgün məlumatlar toplanmışdır. Bu günə kimi dünya elmi nə qədər nailiyyətlər əldə etmişsə, bunların demək olar ki, hamısını VII əsrdə Allah-təala Quranda bildirmişdir. Dünya şöhrətli bioloq, sonradan İslamı qəbul etmiş professor Moris Bukay Qurana əsaslanan bir elmi kəşfinə görə Nobel mükafatı alarkən belə demişdi: «Əgər mən 20 il bundan əvvəl Quranla tanış olsaydım, Nobel mükafatını o zaman alardım». Nəzərə almalıyıq ki, Quran nazil olduğu dövrdə Ərəbistan dünyanın mədəniyyət və elm baxımından ən geridə qalmış məntəqəsi sayılırdı. Həmçinin, Həzrət Mühəmməd Peyğəmbər (s) də yazıb-oxumaq bacarmırdı ki, başqa xalqların elmi kitablarını oxuyub-öyrənsin, yaxud özündən yeni-yeni kəşflər etsin. Bunlar sübut edir ki, həqiqətən, Quran bəşər imkanlarından qat-qat üstün səviyyəyə malik kitabdır və Allah tərəfindən endirilmişdir.

Quranda qabaqcadan xəbər verilmiş elmi kəşflərdən bəzi nümunələr:

1. Quranda insanın ana bətnindəki inkişafı barədə belə deyilir: «O (yəni Allah), sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır» («Zümər», 6). Uzun əsrlər boyunca bu ayənin izahı insanlar üçün qeyri-məlum qalmışdı. Nəhayət, yalnız son illərdə mürəkkəb müşahidələr nəticəsində məlum olmuşdur ki, həqiqitən, ana bətnindəki rüşeym üç-qat pərdə ilə əhatə olunur. Bu məsələ elmi dairədə elə sensasiya doğurdu ki, K.Mur adlı dünya şöhrətli anatom İslam dinini qəbul edib müsəlman oldu.

2. Məlumdur ki, insanın barmaqlarının ucundakı cizgilər mütləq mənada fərqlidir və təkraredilməzdir. Heç kəsin barmağının cizgiləri başqasınınkı ilə eyni deyildir. İnsanın bu xüsusiyyəti yalnız XIX əsrdə Qərb alimləri tərəfindən kəşf olunaraq həyatda öz tətbiqini tapmışdır. 100 ildən artıqdır ki, insanın şəxsiyyətini təsdiq etmək üçün ən uğurlu tanıma üsulu kimi nə pasport, nə fotoşəkil, nə səs testi deyil, yalnız barmaq izlərinin analizi tətbiq olunur. Ən dolaşıq elm sahələrindən sayılan kriminologiya və cinayət-istintaq ekspertizasında cinayətkarların tanınması üçün bu üsuldan müvəffəqiyyətlə istifadə edirlər.

Ən əsası isə budur ki, elm tərəfindən yalnız XIX əsrdə kəşf edilmiş bu xüsusiyyət vaxtilə Qurani-kərimdə elan olunmuşdu: «Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, biz onu barmaqlarının ucuna kimi (yenidən) yaratmağa qadirik» («Qiyamət», 3-4). Ayədə barmaqların ucunun yaradılması, yəni barmaq uclarındakı cizgilərin bənzərsizliyinin təmin edlməsi insan yaradılışının ən çətin mərhələsi sayılır. Heç bir alim buna qadir deyildir; bu qüdrət yalnız uca Allaha məxsusdur.

3. XX əsrin 60-cı illərində coğrafiyaçılar tərəfindən maraqlı bir kəşf edildi. Məlum oldu ki, Qırmızı dənizlə Əqəbə körfəzinin qovuşduğu yerdə, suyun altında yüzlərlə metr hündürlüyə malik təbii sədd vardır. Bu sədd okeanla körfəzin sularını bir-birindən ayırır. Həmin səddin yerləşdiyi xəttin iki tərəfindəki suların kimyəvi tərkibi tamamilə fərqlidir. Bir qədər sonra eyni hadisə məşhur dəniz səyyahı kapitan Kusto tərəfindən Atlantik okeanı ilə Aralıq dənizini ayıran Cəbəlüt-tariq boğazında da kəşf olundu. Lakin Quran bu həqiqiəti də əsrlərlə öncədən xəbər vermişdi: «İki dənizi O (yəni Allah) qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar» («Rəhman», 19-20).

Tarixdə bəzi inadkar şəxslər peyğəmbərlik iddiası edərək, özlərindən Quran yaratmağa çalışmış, amma tezliklə bu yolda tam müvəffəqiyyətsizliyə uğramışlar (yalançı «peyğəmbərlər» Müseylimə, Tüleyhə, Səccah, məşhur ədiblər Mütənəbbi, İbn Ravəndi, İbn Müqəffe, materialist (dəhri) alim İbn Əbül-Övca və b.). Quranla yarışmaya girmiş şəxslərdən kimin azacıq insafı olmuşsa, bu işin qeyri-mümkünlüyünü anlayaraq, Quranın üstünlüyünü etiraf etmişdir. Ən inadkarlar isə Qurana tay hesab edərək uydurduqları ayələri cəmiyyətə təqdim edəndə, hamının tənqid və gülüş hədəfinə çevrilmişlər. Qurani-kərimdə Allah-təala bu barədə belə buyurur: «De: «Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər» («İsra», 88). Allah-təala Quranın bənzərsizliyini inkar edən insanları nəinki bütöv bir kitab, hətta 10 surə («Hud», 13) və ya cəmi bir surə («Yunus», 38) yaratmağa çağırır.

Müəllif: Natiq Rəhimov

MƏNBƏ: http://www.islam.az/az/modules/sections/index_op_viewarticle_artid_148.html

Tarix: 19.11.2011

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Quranda əşyaların dili
QURANDA ƏŞYALARIN DİLİ

Qurani-Kərim istər canlı, istərsə də cansız olsun, bütün varlıqların dilindən, hiss, ibadət və vəzifələrindən bəhs edir. Biz də bu tədqiqatımızda cin və mələklərdən başqa varlıqlardan bəhs edən Quran ayələrinə nəzər yetirəcək və onları qısa şəkildə insanla müqayisə edəcəyik.

1. GÖYLƏR VƏ YER

Göylər və yer bütöv halda ikən partladılıb yaradılmışdır. Allah Təala belə buyurur:

“O özünü görməməzliyə vuranlar görmədilərmi? Biz göyləri və yeri bütöv halda ikən partlatdıq və hər canlı şeyi sudan yaratdıq. Hələ də inanmırlar?” (Ənbiya, 21/30)

1.1. Göylərin və yerin Allaha söz verməyi

Allah əvvəlcə yeri yaratmışdır. Sonra da belə demişdir:

“De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və (bütləri) Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir!

O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və (ruzi) istəyənlər üçün orada (yer əhlinin) ruzisini tam dörd gündə yerbəyer etdi.

Sonra O, duman halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin!)”– dedi. Onlar: “Könüllü olaraq gəldik!”– dedilər.

O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizə­­mizə götürdük. Bu, Qüdrətli və Bilən (Allahın) əzəli hökmüdür”. (Fussilət, 41/9-12)

Göylər öz işlərini gördükdə yarılacaq və yer üzündə dəyişiklik baş verəcək. Allah buyurur:

“Göy yarılacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;

Yer dümdüz ediləcəyi, içindəkiləri kənara atıb boşalacağı və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (Məhz o gün Axirət başlayacaqdır. İnsan dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)!”. (İnşiqaq, 84/1-5)

1.2. Göylərin və yerin əmr almağı

Nuh tufanında: “Ey yer, suyunu ud! Ey göy, suyunu saxla”, – deyildi. Su çəkildi. İş başa çatdı. Gəmi Cudiyə oturdu”. (Hud, 11/44)

Nəmrud İbrahim peyğəmbəri oda atdırdıqda Allah: “Ey od! İbrahimə qarşı sərin və zərərsiz ol!”, – demiş, o da elə olmuşdur. (Ənbiya, 21/69-71)

1.3. Göylərin və yerin kədərlənməsi

İnsanların səhv hərəkələri göylərə və yerə pis təsir edir:

“Rəhman (Allah) özünə övlad götürmüşdür”– dedilər. Siz, doğrudan da, olduqca pis bir şey etdiniz (çox böyük-böyük danışdınız)! Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun – Rəhmana övlad isnad etdiklərinə görə”. (Məryəm, 19/88-91)

Günahkarların cəzalandırılması isə göylərə və yerə təsir etmir. Biz bunu aşağıdakı ayələrdən öyrənirik:

“Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi.

(O dedi): “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm. Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm. Mən sizin məni daşa bas­­manızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz (olan Allaha) sığınıram. Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”

Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”

Allah belə dedi: “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız. Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”

Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər; (Habelə) əkinlər, möhtəşəm yerlər! Və içində həzz aldıqları nemətləri də (qoyub getdilər).

Bax belə! Biz o (nemətlərə) başqalarını varis etdik.

Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi”. (Duxan, 44/17-29)

1.4. Dağlar və daşlar

Allah belə buyurur:

“Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan (yuvarlanıb yerə) düşər”. (Bəqərə, 2/74)

“Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr”. (Haşr, 59/21)

2. QUŞLARIN DÜNYASI

Quşlar uçan varlıqlardır. Uça bildiklərinə görə qarışqalar da bu kateqoriyaya daxildir. Bu məsələ ilə əlaqədar olaraq quş dilini bilən Süleyman peyğəmbərin vasitəsilə bizə bəzi məlumatlar gəlib çatmışdır. Belə ki, Quranda deyilir:

“Süleyman üçün cin, insan və quşlardan ordular toplandı. Onlar müntəzəm bir halda idilər. Qarışqa dərəsinə qədər gəldilər. Bir qarışqa belə dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu özləri də bilmədən sizi basıb əzməsinlər!”.

Süleyman qarışqanın bu sözünə gülümsəyib dedi: “Ey Rəbbim! Mənə özümə və valideynlərimə ehsan etdiyin ne’mətə şükr etmək və sənin istədiyin yaxşı işi görmək üçün ilham ver! Məni öz rəhmətinlə [mərhəmətinlə] saleh bəndələrinin arasına qat!”.

Sonra Süleyman quşlardan ibarət olan ordunu yoxlayıb belə dedi: “Nə oldu ki, Hüdhüd quşunu görmürəm. Yoxsa o burada deyil? And olsun ki, ona ağır bir cəza verəcəyəm, ya da onu tutub kəsəcəyəm! Yaxud da o mənə [niyə burada olmadığına dair] açıq-aşkar bir dəlil gətirsin!”.

Süleyman çox gözləyəsi olmadı. Hüdhüd quşu çıxıb gəldi və belə dedi: ”Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm; orada hökmdarlıq edən bir qadın gördüm. Onun hər şeyi var, üstəlik çox böyük bir taxtı da var. Gördüm ki, o qadın və tayfası Allahı qoyub, günəşə sitayiş edirlər. Şeytan gördükləri pis işləri onlara gözəl kimi göstərib və onları doğru yoldan çıxardıb. Buna görə də onlar hidayət olmurlar [doğu yolu tapa bilmirlər]”.

Göylərdə və yerdə gizli olan şeyləri üzə çıxardan, onların gizlətdikləri və aşkar etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə [şeytan belə edib].

O böyük ərşin Rəbbi olan Allahdan başqa heç bir ilah [tanrı] yoxdur!

[Süleyman Hüdhüd quşuna] dedi: “Biz görəcəyik, görək doğru deyirsən, yoxsa sən yalançısan!?

Mənim bu məktubumu aparıb onlara at, sonra bir az kənara çəkil. Bax gör nə cavab verəcəklər!”.

[Səba hökmdarı] belə dedi: “Ey əyanlar! Mənə qiymətli [hörmətli] bir məktub göndərilib. Bu məktub Süleymandan gəlib və «Bismillahi’r-Rəhmani’r-Rəhim»lə başlayır. Məktubda: “Mənə qarşı təkəbbür göstərməyin və [Allaha] təslim olaraq yanıma gəlin”, – deyilir.

[Səba hökmdarı] dedi: “Ey əyanlar! Bu məsələ barəsində mənə öz fikrinizi bildirin. Mən sizinlə məsləhətləşmədən heç bir iş görən deyiləm!”. (Nəml, 27/17-32)

3.ƏŞYALARIN İBADƏTİ

Bütün varlıqlar, canlı və cansız olmağından asılı olmayaraq Allahı təsbih edirlər:

“Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır”. (İsra, 17/44)

Quşlar fərqlidirlər; onların təsbihlə yanaşı, ağıllı varlıqlar kimi səlatları da var. Səlat Quranda dua və namaz mənasında işlədilir. Başqa bir ayədə belə deyilir:

“Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir”. (Nur, 24/41)

4. AXİRƏTDƏ YERİN DANIŞMAĞI

Axirətdə yer üzü danışacaq və onda olan məlumatları bildirəcək:

“Yer titrəyib lərzəyə gələcəyi zaman;

Yer öz yükünü bayıra atacağı,

İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman – həmin gün yer öz əhvalatlarını da­­nışacaqdır.

Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!”. (Zilzal, 99/1-5)

5. İNSAN VƏ ƏŞYALAR

Allah yerə və göyə: “İstəyərək və ya istəməyərək əmrimə tabe olun”, – dediyi vaxt ikisi də: “Biz istəyərək gəldik”, – demişdilər. (Fussilət, 41/11) Ancaq istəməsələr belə, onun əmrindən çıxa bilməzdilər. Buna görə də Allah əmanəti – kitablarına tabe olmaq tapşırığını göylərə və yerə yükləsəydi, onlar bunu yerinə yetirmək üçün özlərini sanki həlak edirmiş kimi, hər şeyi edərdilər. Haşr surəsindəki ayə də bunu göstərir:

“Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr”. (Haşr, 59/21)

Göylərin və yerin Allahın əmrinə zidd hərəkət etmək kimi bir gücü yoxdur. Ona görə də onların imtahana çəkilməyindən də söhbət gedə bilməz. Amma insan başqa cürdür. Allah onunla əlaqədar olaraq belə deyir:

“Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun”. (İnsan, 76/3)

Əmrə etiraz etmək gücünə malik olan insana əmr verildikdə bir imtahan şəraiti yaranıb. Çünki insan göylər və yer kimi deyil. Əgər o istəməsə, Allahın əmrinə tabe olmaz. Onsuz da insanın istəmədən gördüyü iş nə iman hesab olunur, nə də ibadət:

“Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan (qorxub) imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahil hala gəldi”. (Əhzab, 33/72)

Ayədə cahil ifadəsi ilə bilməyən deyil, biliyinə əsasən hərəkət etməyən şəxs nəzərdə tutulur. İnsan əslində zalım və cahil deyil. Ancaq o, özünü o hala salır. Zalım və cahil olsaydı, Allah ona əmanəti tapşırmazdı. Çünki Allah qabil olmayana əmanət verməz:

“Allah əmanətləri əhlinə verməyinizi əmr edib”. (Nisa, 4/58)

Sonrakı ayə bu məsələni yaxşı başa düşməyimizi asanlaşdırır:

“(Bu əmanət insana ona görə verildi) ki, Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah Bağışlayandır, Rəhmlidir”. (Əhzab, 33/73)

Münafiqlik və müşriklik zalımlıq və cahillik deməkdir. İnsan öz fitrətini korlamasa, bu hala düşməz.

Fitrət varlıqların əsas quruluşunu, onu təşkil edən yaradılış, dəyişmə və təkamülün prinsip və qanunlarını ifadə edir. Göylərin, insanların, heyvan və bitkilərin, yəni, hər şeyin fəaliyyəti bununla sıx əlaqədardır. Quranda bu qanunlar və onlarla formalaşan varlıqların hər biri bir ayə hesab edilir. Həmin ayələrlər Quran ayələrinin arasında bütöv bir müvafiqlik var. Başqa sözlə desək, fitrəti korlamaq Allahın ayələrini korlamaqdır.  Allah bu kimi insanlara gördükləri işlərin müqabilində cəzanın bir hissəsini bu dünyada verir. Allah Təala belə buyurur:

“İnsanların öz əlləri ilə etdikləri şeylər ucbatından quruda və suda fitnə-fəsad əmələ gəldi. Allah bunu onlara öz etdiklərinin bir qismini daddırmaq üçün edir. Bəlkə, onlar bu yoldan dönələr”. (Rum, 30/41)

Müəllif: Professor Abdulaziz Bayındır

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Qurani-Kərimin xüsusiyyəti
Qurani-Kərimin xüsusiyyəti

Hz. Muhəmməd (s) peyğəmbərlərin, ona nazil edilən Qurani-Kərim də ilahi kitabların sonuncusudur. Vəhyi Hz. Peyğəmbərlə yekunlaşdıran Allah Qurani-Kərimi bu həqiqətə uyğun tərzdə və əhatədə nizamlamışdır. Quranda olan xəbər və mövzular insanların Hz. Muhəmmədin peyğəmbərliyindən qiyamət qopana qədər olan müddət ərzindəki ehtiyaclarını aradan qaldıracaq miqdarda və ölçüdədir. Allah həmin məqsəd və həqiqətə uyğun şəkildə Quranın çərçivəsini nizamlamış, heç bir yersiz sözə yol verməmişdir («Ənam» surəsi, 6/38).

Bununla yanaşı, Qurandan faydalanmaq adi kitabdan faydalanmaqla eyni deyildir. Quran bir çox cəhətdən insanların yazdığı kitablara bənzəmədiyindən əslində ehtiyacımız olan mövzuları tapmaq üçün müxtəlif üsullar tətbiq etmək məcburiyyətində qala bilərik. Bəzən müəyyən mövzu axtardığımız zaman Quran bizi başqa yerlərə istiqamətləndirməklə kömək edir. Məsələn, Quranda keçmiş ilahi kitablara da toxunulur, bəzi mövzuların mütəxəssislərinə müraciət edilməsi tövsiyə edilir, çətin anlaşılan və qapalı olan mövzuda Hz. Peyğəmbərin şərh və tətbiqatlarına işarə edilir.

Bəzən biz insanlar, “filan mövzu Quranda olmalıdır” və ya “nə üçün filan mövzu Quranda yoxdur?” şəklində suallar veririk. Belə suallar ilahi kitabların və Quranın nazil olduğu dövrdə də verilmişdir. Lakin Allah Quranı insanların -sonunun nə olacağını bilmədikləri- istəklərinə görə nazil etməyəcəyini, müəyyən mənada Quranın onların istək və həvəslərinə uyğun olmayacağını açıq şəkildə buyurmuşdur («Muminun» surəsi, 23/71). Çünki insanların istək və tələblərinə əsasən müqəddəs mətnin nizamlanması, az-çox tibbi anlayışı olan, hətta müəyyən qədər dərmanları da tanıyan xəstənin bilikli və təcrübəli həkimə özünün doğru hesab etdiyi dərmanları zorla yazdırması vəziyyətinə bənzəyir. Xəstə bir çox dərmanın adını və hansı xəstəlik üçün istifadə edəcəyini bilməklə yanaşı, həmin dərmanın qarşıda ona nə kimi zərərlər verəcəyini dərk etmir. Çünki bu, daha geniş təcrübə və mütəxəssis işidir.

Allahın elmi sonsuz və hədsiz olduğu üçün bizə nəyin faydalı, nəyin zərərli olacağını hamıdan yaxşı bilir. Həmçinin O, Quranda bizim üçün asan və yaxşı olanı seçdiyini («Bəqərə» surəsi, 2/185; «Məryəm» surəsi, 19/97; «Qəmər» surəsi, 54/17, 22, 32, 40; «İnşirah» surəsi, 94/5-6), bizi əsla çətinliyə salmaq məqsədinin olmadığını bildirir («Taha» surəsi, 20/2). Belə olduqda Onun Quranda bizə bildirdiyi, eşitdirdiyi hər cür məlumat bizim ehtiyacımızla əlaqəlidir və bizə faydalıdır.

Qurani-Kərimdəki ağcaqanad misalı və buna etiraz kimi müşriklərin davranışı diqqəti cəlb edən bir məqamdır: “Əlbəttə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, inkar edənlər isə: “Allah bu məsəllə nə demək istəyir?” – deyirlər. Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir” («Bəqərə» surəsi, 2/26).

Allahın ağcaqanadla bağlı misalını müşriklərin mənasız və adi hesab etmələri, əslində onların doğru olmayan inanclarından irəli gəlir. Quranda olan hər ifadə və izahat insanları tərbiyələndirmək, onları imtahana çəkmək kimi mühüm məqsəd daşıyır. Bütün bunları mənasız hesab edənlər hələ imtahanın ilk mərhələsində uğursuzluğa düçar olanlardır. Əsl imana malik olanlar bunları Allahın bilik və hikmətinin, güc və ucalığının dəlili kimi qəbul edirlər. Çünki buradakı misal ağcaqanadla bağlı olsa da, o elə mükəmməl yaradılışa malikdir ki, Onu Allahdan başqa heç bir varlıq yarada bilməz.

Müasir dövrdə insanların bilikləri artdığı və bilik əldə etmələri asanlaşdığı üçün bəzən Quranın ifadələri onlara sadə görünür. Hətta orada olan bəzi tarixi məlumatlar, sosioloji və psixoloji təhlillər, elmin hədləri daxilində olan mövzularla bağlı izahatlar onları qane etməyə bilər. Belə vəziyyətin yaranması iki mühüm səbəbə bağlıdır. Birincisi, Quranın son bir neçə əsr ərzində üzə çıxan elmi inkişaflar nəticəsində hədləri bilinən elmlərin qaydalarına əsasən qiymətləndirilməsidir. Həmçinin verilən hökmlərdə, bu elmlərin mühüm alimləri tərəfindən ortaya qoyulan bilik və üsullarda səhv olmadığı, mütləq şəkildə doğru olduğu inadla bildirilir. Bu səhv aşağıdakı misalla aydın olur:

Quran ərəblərin yazılmış ilk kitabıdır. Bundan əvvəl ərəblərin dil qaydalarını nizamlı şəkildə göstərən və səhvləri üzə çıxaran dillə bağlı hər hansı kitabları olmamışdır. Şifahi adətlər də sistemli bilikləri əhatə edirdi. Sözlərin işlədilməsi və tələffüzləri qəbilədən-qəbiləyə, şəhərdən-şəhərə fərqli idi. Ərəblərdə dilçiliklə bağlı kitablar və dil qaydaları, Quranın nazil olmasından təxminən bir əsr sonra mövcud olmuşdur. Əgər dilçi alimlər, çalışaraq dillə bağlı müəyyən etdikləri müxtəlif qaydalara əsasən hətta Quranı mühakimə edib, orada səhv cümlələrin olduğunu desələr, heç bir ağıllı insan bunu qəbul etməz. Çünki Quran ərəb dilinin mühüm mənbəyidir. Həmçinin nazil olduğu dövrdə heç kim Quranın yüksək üslubu qarşısında söz deyə bilməmişdir. Sonradan gələn dil qaydalarına əsasən, Quranı mühakimə etmək doğru olmadığı kimi, doğru olması ilə bağlı qəti dəlil olmayan sosial və texniki elmlərə, nəzəriyyələrə görə də Quranı səhv hesab etmək doğru deyildir. Elmi hüdudsuz olan Allahın son kitabı və bütün insanlara müraciət edən Quranda səhv ifadələr işlətməsi mümkün deyildir. Mömin belə vəziyyətdə Qurana şübhə ilə yanaşmamalı, əksinə bununla bağlı araşdırmalarını fəal şəkildə davam etdirməlidir. Mömin, kainat kimi mükəmməl varlığı yaradan, bilik və hikmət sahibi olan Allahın göndərdiyi kitabın insan düşüncəsinin və maraqlarının nəticəsi olan biliklərlə zidd olmayacağını bilir.

Qurani-Kərimə yönəlmiş səhv baxışdakı ikinci problemi bu şəkildə bildirmək mümkündür. Quranda bəhs edilən mövzular və verilən məlumatlar yalnız bizdən əvvəlkiləri və bizləri maraqlandırmır. Quran, hər hansı dəyişikliyə məruz qalmadan öz varlığını qiyamətə qədər davam etdirəcək. Belə olduğu halda, Quranın bəzi ifadələrinin nəinki bizə, hətta bizdən əsrlərlə sonra yaşayacaq insanlara aid olması da mümkündür. Müxtəlif mənalarda olan söz və ifadələrlə (mutəşabih) bildirilən göy üzü ilə bağlı ayələr, surələrin əvvəlində olan «əlif lam mim, ya sin, ta ha, sad, qaf» kimi hərflər (hurufu muqattaa) bu qəbildəndir. Bu gün həmin hərflərin mənasının tam olaraq bilinməməsi, gələcəkdə də bilinməyəcəyi demək deyildir. Bəlkə də bunlar gələcəkdəki insanların Qurandakı payları olub, ilahi hikmət onları gələcək insanlara saxlamışdır. Bilinməyən və dərk edilməyən hər şeyin səhv və ya lazımsız olduğunu demək mümkün olmadığına görə həqiqətin üzə çıxması üçün müəyyən vaxta ehtiyac vardır.

Bütün bu izahatlara baxmayaraq, Quranın unudulmayacaq ən mühüm cəhəti, onun hidayət kitabı olmasıdır. Bu müqəddəs kitabda, mərkəzində bütün varlıqların yeganə sahibi olan Allahın dayandığı kainat və dünya modeli mövcud olub, hikmət və ədalət prinsipinə əsasən həmin modeldə hər an varlığa bir rol seçilir, bu rolun yaxşı yerinə yetirilməsi üçün lazım olan şərtlər hazırlanır.

Qurani-Kərim hidayət (doğru yolu göstərən) kitabı olduğuna görə orada ən mərkəzi yer hidayəti verən varlığa aid olmalıdır. Əslində də elədir. Quranın ən mühüm mövzusu Allahın Özü, sifətləri, Allah-insan, Allah-kainat münasibətləridir (uluhiyyət). Sonra isə sıra ilə keçmişdən dövrümüzə qədər bəşər və bəşər tarixi, kainat və axirət həyatı gəlir. Digər bütün mövzular bu əsas mövzulara aiddir.

Qeyd: Bu yazı 15.03.2011-ci ildə http://www.din.az/modules/news/article_storyid_70.html ünvanından (saytın idarə heyətindən icazə alınaraq) götürülmüşdür.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Ölüyə Quran tapşırmaq
Cavab: Ölən insanın ardınca oxunan Quranın ölüyə heç bir təsiri yoxdur. Bu məsələ ilə əlaqədar heç bir dini dəlil – ayə və ya hədis də yoxdur.

Lakin Allah Təala tövsiyə edir ki, bizdən əvvəlki müsəlman qardaşlarımız üçün xeyir-dua edək. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) də bununla bağlı olaraq həyata keçirdiyi işlərlə bizə nümunə olub.

Allah belə buyurur:

“Onlardan sonra gələnlər: “Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirən qardaşlarımızı bağışla; bizim qəlbimizdə möminlərə qarşı kin qoyma. Rəbbimiz! Şübhəsiz ki, sən şəfqətlisən, mərhəmətlisən”, – deyərlər”. (Həşr, 59/10)

Bizə məsləhət görülür ki, qıldığımız hər bir namazın axırında bu duanı oxuyaq:

“Rəbbimiz! Haqq-hesab günü məni, anamı, atamı və bütün möminləri bağışla”. (İbrahim, 14/41)

Əbu Üseyd Malik ibn Rəbia əs-Səidi (r. a.) nəql edir ki, bir gün biz peyğəmbərin yanında oturmuşduq. Sələmə oğulları qəbiləsindən bir nəfər gəlib peyğəmbərdən belə bir sual soruşdu:

“Ey Allahın elçisi! Anamla atam öləndən sonra onlara nə kimi bir yaxşılıq edə bilərəm?”.

Rəsulullah (s. a. v.) cavab verdi:

“Bəli, onlar üçün Allaha dua edib günahlarının bağışlanmağını diləyə bilərsən. Vəsiyyətlərini yerinə yetirə bilərsən. Qohum-əqrəbasına dayaq olar və dostları ilə də yaxşı rəftar edərsən”. (Əbu Davud, Ədəb, 120; İbn Macə, Ədəb, 2)

Unutmamaq lazımdır ki, Qurani-Kərim ölülərə yox, dirilərə nazil edilmiş bir kitabdır. Yasin surəsinin 69 və 70-ci ayələrində belə deyilir:

“Biz ona şeir öyrətmədik. Ona yaraşmaz da. O sadəcə olaraq bir öyüd-nəsihət və açıq-aşkar bir Qurandır. Diri olanı xəbərdar etmək üçün. Nankorlara verilən o əzab sözü həyata keçəcək”.

Yuxarıda da qeyd etdiyimiz kimi, Quran oxuyub savabını ölülərə bağışlamaqla əlaqədar nə bir ayə var, nə də hədis. Quranın savabı ancaq onu başa düşərək oxuyan və həyata keçirməyə çalışan şəxsə aid olur. Lakin ölən şəxs sağ olduğu vaxt başqa bir nəfərə Quran oxumağı öyrədibsə və yaxud öyrənməyinə səbəbkarlıq edibsə, onun öyrətdiyi adam hər Quran oxuyanda həmin şəxsə də savab yazılır. Bu da öz növbəsində gözəl bir əmələ səbəb olmağın savabıdır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Hicab məsələsi
BAŞ ÖRÜTÜYÜ, HİCAB, KƏLAĞAYI…

(müəllif: Elşad Miri)

Baş örtüyü ilə bağlı xeyli müddətdir bilənlər, bilmədiyini bilənlər, bilmədiyini bilməyənlər, bildiyini zənn edənlər, bilmədiyi halda bilgili kimi görünməyə çalışanlar və həddini bilməyən hərşeyşünaslar yazırlar, danışırlar. İnsan heç nə bilməsə də, heç olmasa həddini bilməlidir. Bunu səmimi olaraq bilmək, öyrənmək istəyənlərin fikrinə əsasən belə bir yazı yazmaq qərarına gəldim. Çünki cavab, bilmək istəyənin haqqıdır. Bu haqqı isə haqqı olmayanların əhatə dairəsində saxlamaq haqlılara haqsızlıq olar.

Olduğunu göstərmək, “mən də varam” demək istəyənlər, qonşudan geri qalmamaq fikri ilə həyatlarını sürüyənlər, ziyalı, modern, hansısa klassikin əsrimizdəki davamçısı olduğu iddiasında olanlar və sairlər elə hey bu haqda cızma-qara edirlər. Amma evin su təchizatı xarab olanda qəssab çağırmayan, dişi ağrıyanda ginekoloqa getməyən bu insanlar dinlə bağlı məsələdə dərhal “ustad”, “şeyx” olub çıxır qarşımıza. Bəli, hər sahənin ixtisas sahəsi olduğu kimi bu sahə də peşəkarlıq tələb edir. Dərman alarkən hansı maddədən nə qədər istifadə edildiyini əczaçıdan soruşmayanlar, satıcının dediyinə qeyd-şərtsiz əməl edənlər dini məsələdə dərhal “alim” olurlar. Bu məsələləri heç olmasa biləndən soruşsaq, daha məntiqli olmazmı? Hər iki cavabı bir kənara qoyub keçək əsas mətləbə…

Baş örtüyü nədir? Dinlərdə, xüsusilə də vəhyə əsaslanan dinlərdə bu məsələyə münasibət necədir? Birinci olaraq, baş örtüyünün Allahın əmri olması ilə bağlı məsələyə müraciət edək.

İlahi dinlərdə baş örtüyü

Əlimizdə mövcud olan yazılı Tövratda (Elohim) bununla bağlı buyruq olmadığı halda Rabbinik rəvayətlərdə belə deyilir: “İsrail qızlarına başı açıq çöldə gəzmək yaraşmaz”, “Arvadının saçlarını göstərməsinə icazə verən kişiyə lənət olsun”… “Başı açıq ailəli bir qadının olduğu məclisdə dua və ibadət etmək qadağandır”. Tövratda isə bütün hörmətə layiq və nüfuzlu qadınların başı örtülü olduğu qeyd edilir. İshaq peyğəmbərin həyat yoldaşı, Yəqub peyğəmbərin anası Rəhil, Yusuf və Musa peyğəmbərlərin anaları və sair başı örtülü olaraq təsvir edilir. Hazırda hasidim yəhudi camaatının qadınlarının hamısı pariklə gəzirlər. Yəhudilikdə baş örtüyü əsasən iffət kimi qəbul edilib.

Xristianlığın müqəddəs kitabı olan İncildə belə buyurulur: “Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün… Başıaçıq dua, yaxud peyğəmbərlik edən hər qadın da öz başını şərəfsiz edir. Belə qadınla saçları qırxılmış qadın arasında fərq yoxdur. Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi, yaxud qırxması ayıbdırsa, qoy başını örtsün. Özünüz qərara gəlin, Allaha başıaçıq dua etmək qadına yaraşarmı?” (“Korinflilərə birinci məktubu”, 11/5-6).

İslamda baş örtüyü

İndi isə İslamın baş örtüyü ilə bağlı mövqeyinə nəzər salaq. Bildiyimiz və bildiyinizi güman etdiyimiz kimi, İslam dininin əsası Qurani-Kərim və bu kitabı insanlara çatdıran Peyğəmbərin hədisləridir. Qurani-Kərimdə Uca Allah belə buyurur: “Ey iman gətirənlər! …Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər…” (“Əhzab” surəsi, 33/53).

“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (“Əhzab” surəsi, 33/59).

Hicrətin 4-cü ilində gələn bu ayə konkret olaraq peyğəmbərin həyat yoldaşları ilə əlaqəli olaraq göndərilib. Buradakı “pərdə arxasından” olan kəlmə hicab termini ilə məşhur olub. Həmin il başqa ayələrlə bütün mömin qadınlara baş örtüyü əmr edilib. Allah belə buyurur: “Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar; öz özlüyündə görünən istisna olmaqla, zinətlərini göstrəməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər…” (“Nur” surəsi, 24/30-31).

Quranda baş örtüyü, yoxsa sinə örtüyü?

Bilirəm çox absurd sualdır. Amma cavab verilməli məqamlar olduğu üçün belə sərlövhəni seçdim. Bəzi adamlar Qurana tabe olmağın əvəzinə, Quranı özlərinə tabe etdirməyə çalışırlar. Bu çalışmaların nəticəsində də ziddiyyətlər ortaya çıxır. Belələri bu ziddiyyətlər burulğanında qərq olub tarixin vərəqlənməyəcək səhifələrinə urcah olurlar. İndi məsələyə bu prizmadan yanaşaq. Dilçi olduğu halda, özünü dinçi kimi qələmə verərək Quranı tərcümə edən şəxs mövzu ilə əlaqəli yazdığı yazıda belə deyir: “Ənənəvi izahlarda həmin sözü baş örtüyü kimi qələmə verib yazırlar ki, qadınlar baş örtüklərini bağlayıb salmalıdırlar sinələrinin üstünə. Halbuki həmin sözün nə “baş”, nə də “saç” sözü ilə əlaqəsi yoxdur. Qadınlara xitabən başınızı, yaxud saçlarınızı örtün deyə müqəddəs Oxuda bir əmrə rast gəlinmir də ki, bunu fərz əməllər sırasına aid edəsən…”

Bəli, maraqlı və çaşdırıcı izahdır. Çünki məntiqli kimi göründüyü halda, tamamilə ziddiyyətlər ehtiva edən cümlə quruluşudur. Lüğətə müraciət edilərsə, ərəb dilində qadınların istifadə etdiyi örtüklərlə bağlı bunları görmək olar:

1. Burqa (burku): Bütün üzü örtər, 2. Niqab: gözün birini açaraq bağlanan örtükdür. 3. Lifam: Burunun üstünü və gözləri görünən örtükdür. 4. Lisam: Ağzın üstündən etibarən örtülən örtükdür. 5. Xımar: Üz istisna olmaqla, boyunu tamamilə örtən örtükdür və Quranda əmr edilən örtük budur. 6. Nasif: Böyük şərfə oxşayan örtükdür. 7. Miknəə: nasifdən daha böyükdür və belin aşağısına qədər uzanan baş örtüyüdür. 8. Cilbab: Üz istisna olmaqla başdan ayağa hər tərəfi örtən örtükdür. Bunlar lüğətlərdə baş örtüyü ilə əlaqəli olan sözlərdir.

Məntiqdən danışdığı halda məntiqsiz cümlələr işlədənə mən də başqa sual vermək istəyirəm: “Bu qədər sözün hansında baş sözü keçir?” “Nur” surəsindəki ayədə qeyd edilən “xımar” sözü lüğətdə birmənalı olaraq başla əlaqəlidir. Spirtli içki ilə bağlı qadağa da Quranda eyni kökdən, yəni “xamr” sözündən törəyib. İkisi arasındakı müştərək nöqtə “baş”la əlaqəli olmasıdır. Məsələn, “küfr” də “örtmək” deməkdir. Amma başa, yaxud ağıla deyil, ürəyə nisbət edildiyi üçün fərqli kökdən istifadə edilib. Eyni sualı bir də təkrarlayıram. Bunun içində “baş” sözü varmı? Yuxarıda sadaladığım başörtüyü ilə bağlı sözlərin hansında “baş” sözü var?

Buna heç ehtiyac da yoxdur. Ana dilimizdə də belədir. Yaylıq, kəlağayı, yaşmaq, örpək və sair sözlərində “baş” sözü əlavə olunubmu? Çünki hamı bilir ki, kəlağayı, yaylıq baş örtmək üçündür, ayağa geyinmək üçün deyil. Ərəb dilində “nələyn”, “xuffətəyn”, “cəvrabəyn” da ayağa geyinmək üçündür və heç birində “ayaq” sözü qeyd edilmir. Burada “ayaq” sözü keçmir demək nə qədər məntiqlidirsə, yuxarıdakı sözlərdə “baş” sözünün keçməməsi də o dərəcə məntiqlidir və deyənin məntiqini göstərir.

Baş örtüyü Allahın əmridir!

Məntiqdən bəhs edərək məntiqsiz iddia ortaya atan şəxs yazır: “Burada söhbət yalnız qadın köksünün, sinəsinin örtülməsi zərurətindən gedə bilər ki, müsəlman olsun, ya qeyrimüsəlman, bütün mədəni millətlər içində buna əməl etməyən yoxdur…” Buna əməl etməyən yoxdursa, Quran onda niyə desin ki, sinələrinizi örtün. Yaxşı eyni məntiqlə biz də soruşaq, “xımar” sözünün içində hanı “sinə” sözü? Bir cümlədə bir neçə ziddiyyət ancaq bu qədər ola bilər. Heç demə, ərəb dilindəki “xımar” sözü qadının sinəsini örtmək üçün imiş. Heç demə, baş örtüyü ilə bağlı Quran ayəsi gələnə kimi qadınlar namazlarını sinələri açıq qılırlarmış… Halbuki bu məntiq təxəyyülü olduğu halda, real məntiqi olmayanlar unudurlar ki, namaz əmri baş örtüyü əmrindən əvvəl, hicrətdən əvvəl əmr edilib. Bu iddialara cəhalət deyilir. Cəhalət elmlər namizədi, elmlər doktoru olmaq deyil, cəhalət həddini bilməməkdir. Həddini bilməyərək bu iddiaları ortaya atanlar da cahildir…

İndi gələk ayədə qeyd edilən “cəyb” sözünə… Bu söz lüğətdə “qopuq, cırıq, kəsilmiş” mənalarına gəlir. Dilimizdə də istifadə etdiyimiz “cib” sözü də “açıq yerlər, yaxanın və qolun açıq yeri”, xülasə bir barmağın paltarın içinə girəcəyi bütün açıq yerlərinə deyilir. Elə isə Allahın “Nur” surəsinin 31-ci ayəsindəki əmri necədir və nəyi nəzərdə tutur? Cavabı sadədir: İslamdan əvvəlki dövrdə aksesuar kimi başın üstündən belə atılan örtüyü, bütün boyunu və gərdanlığı da əhatə edəcək tərzdə örtməyi nəzərdə tutur. Bəli, bu əmr Allahı kitabına tabe olanlar, Allaha təslim olanlar üçündür.

Quranı dəyişdirmək istəyənlər…

İslamdan əvvəl göndərilən ilahi vəhyə əsaslanan kitabların dəyişdirilməsinin, təhrif edilməsinin əsas səbəbi bu idi. Həqiqətə tabe olmağın əvəzinə, həqiqəti özlərinə tabe etdirib insanları çaşdırırdılar. Həmin kitablarla bağlı nəticə göz qabağındadır. Amma Quranla bağlı bunu bacarmayacaqlar. Çünki öz iddialarını Qurana əsaslandırmağa çalışanlar, ayələrə yanlış olaraq istinad edənlər heç vaxt istədiklərinə nail ola bilməyiblər.

Allah Quranda geyimin bir nemət olaraq göndərildiyini buyurur: “Ey Adəm oğulları! Sizə həm çılpaqlığınızı örtmək, həm də geyim və bəzəkli libas bəxş etdik. Lakin təqva libası daha xeyirlidir. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüdnəsihətə qulaq asasınız” (“Əraf” surəsi, 7/26). Burada təqvasız örtüyün ruhsuz cəsəd kimi olduğu bildirilir. Geyinmək insanın şəxsiyyətinə fikir verilməsi üçündür. Örtünməyin əsasında cinsiyyətin ictimailəşdirilməməsi dayanır. Örtünmək qadın-kişi münasibətinin cinsliklə deyil, şəxsiyyət üzərindən həyata keçirilməsi üçündür. Münasibətlərin zəhərlənməməsi üçündür.

Örtünməyin çərçivəsini və sərhədini əmr edən qadını da kişini də yaradandır. O isə yaratdığını bütün yaradılanlardan yaxşı tanıyır. Bu sərhədi qoyan Allahdır. Müsəlman buna iman gətirib Allahın hökmünə tabe olandır. Kənardan deyənlər və müxtəlif iddia edənlər isə Quranın ifadəsi ilə “Allaha dinini öyrətməyə çalışanlardır” (“Hucurat” surəsi, 49/16). İndi isə gələk “Allaha dinini öyrətməyə çalışanlara…”

Baş örtüyü simvoldur!

Hər kəs simvolu bir cür başa düşür. Simvol görünməyən, bilinməyən, yaxud dərk edilməyən bir şeyi oxşatmaq, uyğunlaşdırmaq kimi müxtəlif yollarla təmsil etmək üçün istifadə olunan nəsnə və ya vasitədir. Eynicür başa düşənlərə xatırladım ki, bəli, baş örtüyü simvoldur. Nəyin simvoludur? Baş örtüyü siyasətin simvolu deyil, Allaha itaətin simvoludur. İslam dininin əsaslarından biri olan həcc simvollardan ibarət ibadət olduğu kimi baş örtüyü də simvoldur.

Baş örtüyü simvol olduğu kimi baş örtüyü qadağası da başqa bir simvoldur. Nəyin simvoludur? Təzyiqin simvoludur. Dindar olmayanların dindar olanlara qarşı zülmünün simvoludur. İnsan haqlarının tapdanmasının simvoludur. Bu simvolla əlaqəli Peyğəmbərin dövründə baş verən bir hadisəni burada qeyd etməyim yerinə düşərdi…

Mədinədə müsəlmanların hər ötən gün gücləndiyini həzm edə bilməyənlər bunu qusmaq üçün yollar axtarırdılar. Bir gün başı örtülü müsəlman bir qadın yəhudilərin Mədinə şəhərindəki Qaynuqa bazarına getmişdi. Zərgər dükanında qadının örtüyünün açılmasına səbəb olan yəhudilər bu mənzərə qarşısında gülüşməyə başladılar. Və bu onların Mədinədəki sonuncu gülüşləri oldu. Nəticədə hamısı Mədinədən köçməli oldular.

Bu hadisəni yazmağımın bir səbəbi var. Bəni Qaynuqa yəhudilərinin qadınlarının da başları örtülü idi. Amma buna baxmayaraq onların baş örtüyünə verdikləri məna ilə, müsəlmanların inandıqları məna arasında fərqlər var idi. Onlar baş örtüyünü kişinin qadın üzərindəki hökmranlığı olaraq qəbul etdikləri halda, müsəlmanlar bunu Allaha itaətin və ləyaqətin simvolu olaraq qəbul edirdilər. Onlar müsəlman qadının baş örtüyünə hücum edərkən bu simvola hücum etmişdilər.

Milli-mənəvi dəyərlərimizə yadlaşan

Baş örtüyünə qarşı gələnləri, yazanları, etiraz edənləri, susaraq nəticəsinin necə olacağını gözləyənləri bir qədər başa düşmək olur. Çünki uzun illərdən sonra ilk dəfə kontrasta məruz qalırlar. Bu, bədənin isti sudan soyuq suya girməsi nəticəsində yaranan şok effektinə oxşayır. Çünki sovet recimi elə bir nəsillər yetişdirdi ki, həm ənənələr onlara yadlaşdı, onlar da adətlərə əcnəbiləşdi. İndinin bəzi statusundan asılı olmayan yaşlı şəxsləri adətənənələrini, milli-mənəvi dəyərlərini, dinlərini yaşadan analarını, nənələrini, gənc də olsa, başlarını örtənləri geridə qalmış kimi görərək özlərini müasir hesab edirlər. Lakin unudurlar ki, zaman məfhumunun özü nisbi anlayışdır. Müasirlik məfhumu isə hər dövrə görə dəyişən anlayışdır. Bu idraka görə, babalarımız geridə qalıb biz inkişaf edərək müasirləşmişik, ya da övladlarımıza görə biz geridə qalmışıq. Başı açıq təhsilli, zəkalı insanlar olduğu kimi, baş örtüyündən istifadə edən çox ağıllı qadınlar var. Məsələyə geridəqalmışlıq kimi yanaşmaq, yumşaq ifadə ilə desək, cəhalətdir. Bu cür insanlar, keçmiş sovet reciminin sırıdığı ideoloji kinolarda həmişə başı örtülü insanlar yaşlı, açıqsaçıqlar isə gənc, müasir kimi qələmə verilirdi…

Kəlağayının, yaylığın, örpəyin, baş örtüyünün onların timsalında, sovet rejimi müəlliflərinin əsərlərindəki tənqid olunan məqamlar kimi qalıb.

Müdrikləşə bilməyən qoca ruhlu “gənclər”…

Özlərini gənc hesab edərək bunlardan fərqlənmək istəyənlər də əvvəl özlərini ateist hesab etdilər, sonra olmayan dinlərindən imtina etdilər, indi də başlarını örtənləri geri qafalı hesab edərək təzadlı baxışlarını davam etdirirlər. Hətta bunlar bu torpaqları belə özlərini yad hesab edirlər. Bunlar baş örtüyü olan yerdə özlərini əcnəbi kimi görürlər. Sanki demək istəyirlər ki, “biz sizə görə kafirləşə bilmirik”. Belələrinin arasında bəzi qadınlar da var ki, əxlaqın, namusun müasirliyə zidd olduğu fikrinə qapılıb, özlərini bu fikirlərin ağuşuna atırlar. Belə zavallıları isə xalqımız çox gözəl tanıyır…

Baş örtüyü dəb deyil!

Hərşeyşünaslardan biri çıxıb baş örtüyünün dəb olduğunu iddia edir. Həmişə dəblə geyindiyini iddia edənlər nədənsə bu “dəbə” yaxınlarını layiq görmürlər. İnanan bir insana inandığı dəyərlərdən birini tərk etməsini tələb edərək bunu adi davranış olaraq hesab edən adam dəyər, yaxud inanc anlayışından bixəbər zavallıdır. Bu fikirdə olan insanların inandığı bir dəyəri olsaydı, inanan bir insana belə dəyərsiz təklif etməzdi. Heç olmasa bilərdi ki, iman dəb deyil. Dəblər bu iddianın sahibləri kimi dəyişə bilər, zövqlərə görə fərqlilik göstərə bilər, amma iman və imanla əlaqəli məsələ belə deyil, yəni dəyişməzdir.

İslamdan əvvəl qadınlar lüt gəzmirdi…

Din əleyhdarı kimi görünmək istəyənlərdən biri İslamdan əvvəl qadınların lüt gəzdiyini iddia edərək baş örtüyü ilə bağlı ayənin bunun qarşısını almaq üçün olduğunu iddia edir. Hətta bu iddiasına sübut kimi qadınların Kəbəni lüt fırlandıqları ənənəsi olduğunu da bildirir.

Bu iddia, bizə sırınan tarixdəki daş dövrü, homo habilis, homo erektus, homo sapiens, neandertallar kimi nağıllar əsasən dinsiz ideologiyanın ortaya atdığı, lakin heç bir sübutu olmayan əsassız iddialardır. Yuxarıdakı iddia da insanın əcdadının lüt gəzməsi ilə bağlı iddia qədər tutarsız və arsız fikirdir. Buna burada üç nöqtə qoyaraq keçək iddianın əsas tərəfinə…

İslamdan əvvəl Kəbənin lüt təvaf edilməsi ilə bağlı məqamlar olub. Amma bu deyildiyi kimi adət və ənənə deyil, ötəri bir hadisə olub. Məkkəlilərlə bağlı bir məsələ də deyildi. Çünki heç bir məkkəli Kəbəni heç vaxt paltarsız təvaf etməmişdi. Məşhur “Fil hadisəsi”ndən sonra məkkəlilər özlərini “Allahın xalqı” elan etdilər və “humus” adlandırdılar. Kənardan gələn insanlara isə “hılli” dedilər. Bir hılli Kəbəni öz paltarı ilə deyil, ancaq yerlilərdən, yəni “humus”dan birinin paltarı ilə təvaf etməliydi. Beləliklə, paltar icarəyə vermək sektoru formalaşdı. Paltarsız təvaf ancaq paltar icarəyə götürməyə gücü çatmayanlarla məhdud olan bir məsələ olub. Bu insanlar da bir müddət əsasən gecə qaranlığında təvaf ediblər…

Buradakı digər arsız iddia Quranın “Nur” surəsində əmr edilən sözün baş örtüyü deyil, sinələrinin örtülməsi ilə əlaqəli olduğunu həya sərhəddini aşaraq dilə gətirirlər ki, bunu artıq cavabını yuxarıda qeyd etmişəm. Yenə də bir nüansı qeyd edim ki, İslamdan əvvəlki cəmiyyətdə örtü azadlığın və hörmətin əlaməti idi, daha doğrusu simvolu hesab edilirdi. Hətta baş örtüyü ilə əlaqəli olan bir hadisəni də burada qeyd etməyim yerinə düşərdi.

Ummu Qırfə binti Rabiə b. Bədr Malikoğulları tayfasının hörmətə layiq bir qadını idi. Ğatafan tayfasından olan iki ordu döyüşmək üçün qarşıqarşıya dayanmışdılar. Döyüş başlamamış bu qadın baş örtüyünü yerə ataraq müharibənin qarşısını almışdı.

Nəticə

Ölkəmiz əsrlərlə daxildən və xaricdən olan müdaxilələr nəticəsində enercisini bunlara sərf edib. Hazırda da bunu etdirmək istəyənlər ssenaristlərinin istəyinə uyğun olan rollarını oynayırlar. Bu kuklaların quyuya atdığı daşı çıxarmaq, xalqın haqlarına qarşı edilən təcavüzün fəsadlarını aradan qaldırmaq üçün xalqımız və xalqımızın haqlarını qorumalı olan dövlətimiz vaxtını itirir. Xatırlayırsınızsa, bir millət iki dövlət olan Türkiyədəki qadağalar itirilmiş illərdən savayı həmin ölkəyə heç nə qazandırmadı. Nəticə necə oldu? Bu gün həmin ölkənin birinci xanımı və qızı, hökumətin başçısının həyat yoldaşı və qızları başı örtülüdür.

Qadağaları müdafiə etmək heç kimə nə başucalığı, nə şərəf gətirər… Bu qadağanı müdafiə edən bəzi kiçi cinsinə mənsub olanlara fikir verin, bu haqda yazanların, yaxud danışanların əksəriyyəti azadlıqlarını ehtiraslarına qul olaraq itirənlərdir. Bunlar qadınları daha “aydın” və daha açıq görmək istəyirlər. Çünki belələri belə qadınları daha çox öz ehtiraslarının qurbanına çevirə bilərlər, nəinki digərlərini…

Nə mən, nə də başqa biri heç vaxt əxlaq kriteriyalarını bu prizmadan yanaşaraq dəyərləndirmir. Heç kim demir ki, başı açıqlar namussuzdur, həyasızdır, başıörtülülər həyalıdır, yaxud da əksini də heç kim iddia edə bilməz. Bunlar fərdi məsələlərdir. Bu gün məsələyə insan haqların, vicdan azadlığı, dini etiqad azadlığı bucağından baxmaq lazımdır. Nəzərə almaq lazımdır ki, başını örtən insan azadlığını bu cür yaşamaq istəyir. Müsəlman qadın Allahın ona bəxş etdiyi azadlığı örtünərək yaşamaq istəyirsə, bundan kimə nə? Bu onun azadlığıdır. Buna qarşı olan etirazı onun azadlığına qarşı edilmiş haqsızlıq olaraq qəbul etməsi təbii haqqıdır. Bunu başa düşən insan müsəlman qadının baş örtüyünün nə mənaya gəldiyini anlaya bilər.

Təhsilimizin dünyəvi olması

Baş örtüyünə qarşı olanlar dövlətimizin dünyəvi olmasını əllərində bayraq tuturlar. Lakin bayrağımızdakı yaşıla hansı mənanın verildiyini ya nəzərə almırlar, ya da istədikləri kimi şərh edirlər. Amma bu şərhçilər hələ də prezident seçilənlərin nəyə görə Qurana əl basdıqlarını ya qavramırlar, ya da cavab tapa bilmədiklərinə görə bunların üstündən ötəri keçirlər. Təhsildə başörtüyünün olmasına etiraz edənlər də eyni şüarları, yəni təhsilimizi dünyəvi olması ilə əlaqələndirirlər. Amma müstəqilliyimizdən bu yana cavab tapa bilmirlər ki, təhsilimiz dünyəvi idi, yoxsa dünyəvi deyildi? Orta məktəblərdə baş örtüyünü qadağan etmək istəyən dünyəvilər görəsən universitetlərimiz haqqında nə düşünürlər? Universitetlərimiz də bu dünyəvi təhsilin bir hissəsidir, yoxsa onu da zamanla öyrənəcəyik? Məktəblərdən sonra eyni adla, eyni bəhanə ilə, eyni süni gündəmlərlə ba qadağa zehniyyəti universitetlərə də şamil ediləcəkmi (bəzi yerlərdə bu davam edir)? Bütün bu suallara cavabları qoyaq bir kənara… Bir məsələni soruşmaq istəyirəm, daha doğrusu, beyinlərinə gimnastika etdirmək üçün bəzi sualları sadalayaraq tapmaca demək istəyirəm:

Bir məsələni fikirləşirikmi ki, təhsil sistemimizdə dinlə bağlı heç bir fənn heç bir formada tədris edilmədiyi halda, bu insanlar necə dindar olurlar? Necə olur başlarını örtürlər? Demək olar ki, bütün TVlərimizdə şoubiznesə daha çox efir vaxtı ayrıldığı, mətbuatımızda və saytlarımızda fərqli, bəzən din əleyhinə yazılar dərc edildiyi, faiz, spirtli içkilər, qumarın adi hal aldığı, “Azad qadın” heykəli gözlərimizi mazor etdiyi halda, bu adamlar hardan əmr alırlar ki, özlərinə belə “zülm” edirlər” İnsanlara zorla bir iş etdirmək çətin olduğu halda, bu insanlar könüllü bunları necə edirlər?

Baş örtüyünə qarşı olmadığını iddia edərək kənardan gömrüksüz idxal edildiyi iddiasını ortaya ataraq analarının kəlağayılı, yaşmaqlı, yaylıqlı olduğunu iddia edənlər buna razıdırlarmı həqiqətən? Yoxsa bunda da səmimi və ciddi deyillər? Pul alaraq başlarını örtürlər, siyasi simvoldur, ailələrin təzyiqi ilə başlarını örtürlər, qadınların azadlıqlarının əlindən alınmasıdır kimi iddiaların yiyələri nə danışdıqlarını bilirlərmi? Lap deyək ki, sizin dediyiniz kimidir. Deyək ki, bu insanlar müxtəlif bəhanələrlə başlarını örtürlər. Bundan sənə nə, mənə nə? Peyğəmbərin ifadəsi ilə desək, ürəyini yarıb baxmısan? Bunu Allah əmr etməyibmi? Hər bir insan əməllərinə görə Allaha cavab verməyəcəkmi? Sən məsələnin bu tərəfinə deyil, insan haqlarını müdafiə etmək, yaxud hörmətlə, tolerantlıqla yanaşmaq məcburiyyətində olduğun kimi buna da bu cür yanaş və bu insanların da haqlarını qoru və müdafiə et.

Burada bir günah da Qafqazın müsəlmanlarının rəhbəri olduğu iddiasında olan qurumda və rəhbərliyindədir. Azanın səsinin azaldılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə və oradan da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yağan məktub yağışından sonra azanların xəstələrə və yaşlılara görə səsinin alınmasını adı çəkilən İdarənin molla və axundları bir yerdən əmr almış kimi bəhbəhlə əsaslandırmağa çalışırdılar. Nəticədə ölkə rəhbərliyi məsələyə qarışandan sonra hamı səssizliyə qərq oldu. Nə məktubları yazanlardan, nə məktublara dərkənar qoyanlardan, nə cavab verməli olanlardan səs çıxdı. Nəticədə çıxan azanın səsi oldu.

Təklifim

Dinin əsas atributu olan Quran və sünnədəki məsələlərə qismən toxunduq. Bunu deyək ki, qəbul etmirsiniz. Deyək ki, bu sizin stolüstü kitabınızdır və həmişə də belə təptəzə qalır masanızın üstündə. Və baş örtüyü ilə bağlı ayələrə də vaxt tapıb baxa bilmirsiniz. Heç olmasa dünyəvi təhsilimizdə fizika fənnində tədris edilən Eynşteynin sözünə fikir verin. Eynşteyn: “Elmsiz din kor, dinsiz elm isə topaldır”, deyir.

Həmişə adlarından ağızdolusu danışdığımız klassiklərimizin yetişdikləri yerlərə fikir verək. Heç olmasa çıxdığımız qınımızdakı baş örtüyü ilə bağlı məqamları nəzərə alaq. Bunları nəzərə almırıqsa, bir neçə təkliflər yazım:

1. Bakıda, Qubada açılan və ən yüksək səviyyədə qəbul edilən yəhudi məktəbləri kimi tədris ocaqları açaraq müsəlman qızların burada təhsil almasına şərait formalaşdıraq. “Olmaz” deməyin. Yəhudi məktəblərini misal göstərdim.

Əsrin əvvəlində Zeynalabidin Tağıyev və digərləri “Darülmüəllimat” (Qız pedaqoci məktəbinin köhnə adı), “Darülmüəllimin” (Oğlan pedaqoci məktəbinin köhnə adı) adlı məktəblər açmışdılar. 1910cu ildə Bakıda Balaxanı qız məktəbi fəaliyyət göstərirdi. Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan müəllimi” qəzetinin 28 may 2010ci il tarixli sayında belə yazılıb: “Artıq 1919cu ildə Azərbaycanda 23 dövlət orta təhsil müəssisəsi vardı: 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 “Müqəddəs Nina” qız məktəbi, politexnik məktəb və kommersiya məktəbi. Bakı Qadın Seminariyası kişi seminariyasına çevrildi, orada təhsil alanlar üçün (40 nəfər idi) pansion açıldı. 19181919cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirilmiş, Bakıda Darülmüəllimin və Darülmüəllimat, Nuxada Darülmüəllimin açılmış, Zaqatala, Ağdam və Şuşada belə tipli müəssisələrin yaradılması nəzərdə tutulmuşdu” (http://www.muallim.edu.az/arxiv/2010/20/04.htm). Burada qeyd edilən “darülmüəllimat” ancaq qızların təhsil aldığı məktəb, yaxud seminariya, “darülmüəllimin” isə sadəcə oğlanların təhsil aldığı məktəblərdir. Hətta Stalinin vaxtında, Azərbaycanda “Puşkin” adına qızlar məktəbi var idi. Amerikada və Avropada əsrlərdir fəaliyyət göstərən qızların və oğlanların ayrı oxuduqları məktəblər fəaliyyət göstərir. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanda tikdirdiyi qızlar məktəbini bura misal kimi qeyd edə bilərik. Həmçinin Təhsil nazirinin həmişə təriflədiyi özəl sektor, daha doğrusu Çağ Öyrətim işlətmələri şirkətinin özəl liseylərinin hamısında oğlanlar təhsil alırlar.

2. Qiyabi təhsil. İnsan təhsili sadəcə dörd divardan ibarət olan məktəbdə almır. Təhsil, elm çox mənalı bir sözdür. Hazırda universitetlərə qəbul olanların əksəriyyəti repitetor yanına gedənlərdir. Orta məktəblərin 9-cu sinifindən repitetor yanına getməyə başlayanlar var. Bu da imkana görə dəyişən bir məsələdir. Təhsildəki problemləri bununla əlaqələndirmirəm. Bu problemləri ölkə başçısı, prezident administrasiyasının rəhbəri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri dəfələrlə bildiriblər. Ona görə mənə bu yerdə söz demək düşməz. Əgər başı örtülü qızları məktəbə getmələri yasaqlanırsa, ya özəl məktəblər açılsın, ya da ibtidai sinifdən sonra qiyabi təhsilə icazə verilsin. Müəllim tutan valideynlər övladlarını hazırlaşdıracaqlar. Çünki bizim valideyn kağız üzərində də olsa, övladının diplom alması üçün inəyini satacaq qədər “cəsarətli”dir. Qiyabi təhsil alan və hazırlaşan şagird imtahan verərək sinifdənsinfə keçə bildiyi kimi, şəhadətnamə və ya attestat almaq üçün də imtahan verərək sənədini alaaq.

3. Sonuncu təklifim… Yuxarıda sadaladığım təkliflər yeni siniflərin, yeni təbəqələşmələrin formalaşmasına gətirib çıxara bilər… Başı örtülü qızların təhsil almasına icazə verin. Ən gözəl həll yolu budur. Süni gündəmlərlə inkişaf edən ölkəmizi inkişafdan saxlamayaq. Cəhalət ən böyük düşməndir. Bu insanları oxumaqdan yayındıraraq savadsızlar ordusu formalaşdırmayaq və cahilləşdirməyək. Vətəndaşlarımızı cəhalətə atmaq xalqa və dövlətə qarşı ən böyük düşmənçilikdir. Çünki sonra da yeni layihələrə “Qızlar məktəbə” layihəsinə də ehtiyac qalmasın.

Müəllif: ELŞAD MİRİ

Bu yazı saytımıza 04.01.2011-ci il tarixdə müəllif tərəfindən göndərilmişdir. Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

İddə nə deməkdir?
Cavab: Ailə həyatı başa çatan qadının təzədən ərə gedə bilməyi üçün gözləməli olduğu müddətə iddə deyilir. Boşanmanın iddə müddəti daxilində baş verməsi qadının həmin vaxt heyzdən təmizlənmiş, lakin əri ilə əlaqədə olmamış olmağı deməkdir.

İddə müddəti aybaşı olan qadın üçün 3 təmizlik periodudur. Aybaşı halında olarkən boşanma həyata keçirilə bilməz. Ona görə də belə bir qadının əri ilə əlaqədə olmadan keçirdiyi ümumi vaxt 3 aybaşı və 3 təmizlik müddətidir. Bu da 3 ayadək çəkir.

Quranda heyzdən kəsilən, heyz olmayan və yaxud hamilə olan qadınların iddəsi ilə əlaqədar olaraq belə deyilir:

“Heyzdən kəsilənlər haqqında şübhəyə qapılsanız, onların iddələri 3 aydır. Heyz görməyənlər də belədir. Hamilələrin müddətləri azad olmaqla başa çatır. Kim Allahdan çəkinsə, Allah onun işində bir asanlıq yaradır”. (Talaq, 65/4.)

Kişi bu hallarda olan arvadını hər dəqiqə boşaya bilər. Belə bir qadının iddəsi boşandığı vaxtdan başlayır.

Bu məsələ ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidlərə daxil olun:

http://www.muselmanlar.com/tedqiqatlar/2282.html

http://www.muselmanlar.com/tedqiqatlar/152.html

http://www.muselmanlar.com/fitvalar/bosanmaq

Oruc və orucun başlanğıcı
Oruc dan yerinin ağarmağından günəşin batmağına qədər Allahın razılığına nail olmaq məqsədilə bir şey yeməmək, içməmək  və cinsi əlaqədə olmamaqdır. Qədim dövrlərdə insanlar göyə adi gözlə baxırdılar. Belə ki, üfüq xətti boyu işığın çoxaldığını gördükdə yemək-içməyi dayandırır və oruca başlayırdılar. İndiki dövrdə isə müşahidə aparılmır, çünki təqvimlər var. Lakin təqvimlərdə müəyyən səhvlər olduğuna görə biz ən azı 40 dəqiqə qabaqcadan oruc tutmağa başlayırıq. Ekvatora yaxın olan ərazilərdə bu müddət azalsa da, şimal zonalarında bir neçə saata qədər gedib çıxır. Buna xüftən namazı ilə əlaqədar səhvlər də əlavə olunduqda ciddi çətinliklər yaranır. Davamını oxuyun…

Qadının döyülməsi
QADININ ƏRİ TƏRƏFİNDƏN DÖYÜLMƏSİ

Allah Təala müəyyən şərtlər daxilində təqdirdə ərin arvadını döyməsinə icazə verib. Bu şərtlər ayələrlə və peyğəmbərimizin (ə) sözləri ilə açıqlanmışdır. Allah Təala belə buyurur:

«Kişilər qadınların başlarında olurlar. Bu, Allahın birinə digərindən artığını verməsi və mallarından xərcləmələri səbəbilədir. Yaxşı qadınlar, boyun əyənlər və Allahın qorumasına qarşılıq təklikdə ikən özlərini qoruyanlardır. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara gəlincə onlara öyüd verin, yataqlarında tək buraxın və onları döyün. Əgər sizə itaət edərlərsə, onlara qarşı başqa bir yol aramayın. Allah ucadır, böyükdür.» (Nisa, 34)

Ayənin hissələrinə təkrar baxaq:

I. «Yaxşı qadınlar, boyun əyənlər və Allahın qorumasına qarşılıq təklikdə özlərini qoruyanlardır.» «Boyun əyən qadınlar» mənasına gələn «qaanitaat» kəlməsi aşağıdakı ayədə «qaanituun» şəklində kişilər üçün də işlənmişdir.

«Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, boyun əyən kişilər və boyun əyən qadınlar…» (Əhzab, 35)

«Boyun əyən kişilər və boyun əyən qadınlar» Allaha boyun əyənlərdir. Bir ayə digərini açıqladığı üçün Nisa 34-dəki «boyun əyən qadınlar» da Allaha boyun əyən qadınlar olur. Bu ayəni «Ərinə boyun əyən qadınlar» deyə anlamaq Əhzab 35-dəki kişiləri də «qadınlarına boyun əyən kişilər» deyə anlamağa məcbur edər. Bu da ailə daxili münasibətlərdə qaydaları yoldaşların qoyması olur ki, qarmaqarışıqlığa və özbaşınalığa yol açar. Ər-arvadın Allahın qoyduğu qaydalara əməl etmələri isə, ailənin bütövlüyünü təmin etmiş olur.

ıı. «Allahın qorumasına qarşılıq təklikdə özlərini qoruyanlar» hökmü Allahın o qadınları qoruduğunu göstərir. Allahın qoruması nədir, deyə baxınca qadınlar üçün qoruma divarları qurulduğu görülür. Aşağıdakı ayələr bunlardan bəziləridir:

a – «Qadınlarınızdan fahişəlik edənlərə qarşı içinizdən dörd şahid gətirin, əgər şahidlik edərlərsə, onları evlərdə saxlayın. Bu ölüm canlarını alıncaya, ya da Allah onlara bir yol açıncaya qədər belə getsin.» (Nisa, 15)

b – «İffətli qadınlara zina suçu atan, sonra dörd şahid gətirməyənlərə səksən dəyənək vurun; əbədiyyən onların şahidliyini qəbul etməyin. Onlar yoldan çıxmış kəslərdir.» (Nur, 4)

c – «Arvadlarına zina suçu atan və özlərindən başqa şahidləri olmayanlardan birinin şahidliyi doğru söylədiyinə dair dörd dəfə Allahı şahid tutması ilə olur.

Beşincisində, əgər yalan söyləyirsə Allahın lənətinə düçar olmağı diləyər.

Qadından o əzabı (əl-azab) aparacaq olan bu şəkildə dörd dəfə şahidlik etməsidir: Allah şahiddir, ərim yalan söyləyir.

Beşincisində, əgər doğru söyləyirsə, Allahın qəzəbinə uğramağı diləyir.» (Nur, 6-9)

d – «(Peyğəmbərin qadını haqqında) o yalanı uyduranlar içinizdən bir güruhdur. Bunu özünüz üçün pis sanmayın, o sizin üçün xeyirli olmuşdur. O kəslərdən hər birinə qazandığı günah qarşılığı cəza vardır, içlərindən başçılıq edənə isə böyük bir əzab vardır.

Onu eşitdiyiniz zaman kişi və qadın möminlərin özlərindən hüsnü-zəndə olub da: bu apaçıq bir iftiradır, demələri lazım deyildimi?

Dörd şahid gətirsəydilər? Madam, o şahidləri gətirmədilər, elə isə onlar Allah qatında yalançıdırlar.» (Nur, 11-13)

Görüldüyü kimi zina suçunu isbat üçün dörd şahid şərti və dörd şahid gətirməyənlərin iftiraçı sayılıb cəzalandırılması ilə bağlı hökmlərin hamısı qadınlar üçündür. Bu onların necə qorunduğunu göstərməkdədir. Amma pis qadın bu qorumanı davranışlarına örtük kimi istifadə edə bilər. Bax, Allah Təala, özünün onları qorumasına qarşılıq olaraq onların da təklikdə özlərini qorumalarını istəmişdir. Bu məsələdə kişilərlə bağlı bir qoruma yoxdur. Fiqh kitablarında bu mövzuda kişilərlə bağlı hökmlərin hamısı qadınlarla bağlı hökmlərə qiyaslanaraq olmuşdur.

ııı. «(Nüşuzundan xavf etdiyiniz) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara gəlincə, onlara öyüd verin…» Nüşuz dik olmaqdır. Torpağın dikəlmiş yerinə nəşz, qadının baş qaldırmasına və gözünü başqasına dikməsinə nüşuz deyilir. Bu ayələrə görə Qurandakı nüşuz gözü başqasına dikmək mənasını verir:

«Mömin kişilərə söylə: Gözlərini çevirsinlər, məhrəm yerlərini qorusunlar…

Mömin qadınlara da söylə: Gözlərini çevirsinlər, iffətlərini qorusunlar…» (Nur, 30-31)

«Əgər qadın ərinin nüşuzundan və ya üz çevirməsindən xavf edərsə aralarında anlaşma etmələrində bir günah yoxdur. Anlaşmaq yaxşıdır. Nəfslər qısqanclığa hazırdır. Əgər yaxşı davranır və özünüzü qoruyursanız bilin ki, Allah etdiyiniz şeyin iç üzünü bilir.» (Nisa, 128)

Xavf: zənnə və ya biliyə dayalı bir əlamətdən dolayı pis gözləmə içində olmaqdır. «Nüşuzundan xavf etdiyiniz qadınlara gəlincə…» ayəsindəki xavf də ya zənnə və ya biliyə dayalı qorxudur. Ərinin istəmədiyi bir kişini evə gətirən qadın haqqında zənnə dayalı olaraq onun gözünü başqasına dikməsi qorxusu ortaya çıxar. Bax, bu nöqtədə əri ona öyüd verir, dinləməzsə onu yataqda tək buraxır, yenə dinləməzsə onu döyər. Bu davranışından vaz keçərsə, artıq ona qarşı başqa bir yol axtarmaz.

Əslində Peyğəmbərimiz (s.a.s) əbədi evlənmə yasağı olmayan qadınlarla baş-başa qalmağı yasaqlamışdır. Ütbə bin Əmirin bildirdiyinə görə Allahın Elçisi (ə) belə demişdir: «Nəbadə qadınların yanına girməyin.» Ənsardan biri: «Ey Allahın Elçisi, ərin kişi qohumları barəsində nə deyirsən?» O (ə) dedi: «Ərin qohumu ölüm olur.»

Onun (ə) bir sözü də belədir: «Nəbadə bir kişi bir qadınla baş-başa qalmasın, yanında məhrəmi varsa başqa.» Bir adam qalxdı və dedi ki, arvadım həcc üçün yola çıxdı. Mən də bu savaş üçün əsgərliyə yazıldım. Rəsulullah (ə) dedi: «Dön və arvadınla birgə həcc et.»

Biliyə dayalı qorxu ilə bağlı olaraq Peyğəmbərimiz (s.a.s) belə buyurur:

«Qadınlar mövzusunda söz dinləsəniz yaxşı olar, bərabərinizdə özlərini sizin üçün qoruyan kəslərdir.

Onlar üzərində başqa bir şeyə sahib deyilsiniz, açıq bir fahişəlik etmiş olaraq gələrlərsə başqa. Onu edərlərsə yataqlarında tək buraxın və onları döyün. Əgər sizə boyun əyərlərsə onlara qarşı başqa bir yol axtarmayın. Sizin qadınlarınız üzərində haqqınız, qadınlarınızın sizin üzərinizdə haqqları vardır. Sizin arvadlarınız üzərindəki haqqınız istəmədiyiniz adamlara sərginizi çiynətməmələri, onları evinizə soxmamalarıdır. Baxın, onların sizdəki haqqları onları geyindirmək və yedirtmək halında yaxşı davranmanızdır.»

Qadın aralarında əbədi evlənmə yasağı olmayan bir kişi ilə baş-başa qala bilməz. Ərinin istəmədiyi bir kəsi evinə alması da yasaqdır. Yoxsa ərinin içinə şübhə düşər, Peyğəmbərimiz (ə) bununla bağlı olaraq belə buyurur:

«Qadınlar haqqında Allahdan qorxun. Onları Allaha əmanət olaraq aldınız. Onlarla cinsi münasibətdə olmanız sizə Allahın əmri ilə halal oldu. Sizin onlar üzərindəki haqqınız, istəmədiyiniz bir adama sərginizi çiynətməmələridir. Əgər belə edərlərsə onları bəlli olmayacaq şəkildə döyün. Onların sizin üzərinizdəki haqları örfə uyğun olaraq onları yedirməyiniz və geyindirmənizdir.»

«Bəlli olmayacaq şəkildə döymək» zərbə izi olmayacaq şəkildə döyməkdir. Bu qadının çölə qarşı çətin hala düşməsinin qarşısını alır.

Demək arvadının fahişəlik etdiyi açıq bəlli olan ər onu yatağında tək qoymaq və döymək haqqına sahibdir. Ayədə ərin arvadına öyüd verməsindən söz edilərkən hədislərdə bundan bəhs edilməməsi, biliyə dayalı qorxu ilə zənnə dayalı qorxu arasındakı fərqi göstərməkdədir. Baş-başa qalan hər kişi və qadın arasında cinsi münasibətlər olmaya bilər. Bu səbəblə arada bir fərqin olması lazımdır. Hər iki halda da qadın davranışlarını düzəldərsə əri başqa bir yola baş vurmaz. Zinanın təsbiti halında ər hadisəni istəsə örtər, istəsə məhkəməyə verər. Məhkəmədə suçu isbatlasa arvadı bundan dolayı həm etibarını itirər, həm də 100 dəyənək yeyər.

Hadisəni yalnız ər görmüş olur da dörd şahidlə isbat edə bilməzsə məhkəmədə lian olunaraq evliliyə son qoyula bilər. Lianda qadının özünü qorumasına imkan verilir. Amma gərək lian, gərəksə günahın şahidlə isbatı qadın üçün də, ailə üçün də köhnə olur. Bu səbəblə kişi hadisəni məhkəməyə verməyə bilər. Belə zaman arvadını boşaması da uyğun olmaya bilər. Bu halda qadının günahını kimsəyə söyləyə bilməz. Çünki söyləyib dörd şahidlə isbat edə bilməzsə ya iftira cəzasına, ya da lian etmək məcburiyyətində olar. Həm günahın örtülməsi, həm kişinin rahatlanması, həm də qadının cəzasız qalmaması üçün ərin arvadını bir müddət yataqda tək qoymasına və əli ilə onu yüngülvarı döyməsinə izn verilmişdir.

Nisa surəsinin 34-cü ayəsini Allah və Elçisinin (ə) açıqlamalarına görə deyil də, özümüzə görə anlamağa çalışsaq ərin arvadını istəklərinə boyun əymədi deyə döyə biləcəyi şəklində yanlış bir nəticəyə çatarıq. Allahın Elçisi (ə) belə buyurmuşdur:

«Kimsə arvadını gündüzlər kölə kimi qamçılayıb, axşam onunla yatağa girməsin.»

Mənbə: Abdulaziz BAYINDIR, Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar, İstanbul, 2007, s. 241-247. Mətn Azərbaycan dilinə İsmayılova Könül tərəfindən çevrilib uyğunlaşdırılmışdır.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Nəsx və izahı
Cavab: Nəsx sözünün hərfi mənası bir şeyi başqa bir şeylə dəyişdirmək, onun yerinə başqasını qoymaq deməkdir.

Qurani-Kərimdə deyilir:

“Biz bir ayəni [ayənin hökmünü] dəyişdirir [ləğv edir] və ya onu unutdururuqsa, ondan daha xeyirlisini, yaxud ona oxşarını gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirsənmi?”. (Bəqərə, 2/106)

Allah Təala Quranda belə buyurur:

“Biz bir ayənin yerinə başqa bir ayə qoyanda [onun hökmünü ləğv edib, yerinə başqa bir ayə gətirəndə] – ki, Allah nə nazil etdiyini çox yaxşı bilir – [kafirlər Məhəmməd əleyhissəlama] belə dedilər: “Sən ancaq bir iftiraçısan!”. Xeyr! Onların əksəriyyəti bilmir”. (Nəhl, 16/101)

Yuxarıdakı ayədən başa düşüldüyü kimi, nəsx bir ayənin öz bənzəri, yaxud ondan daha yaxşısı ilə dəyişdirilməsidir. İlahi vəhydə ilk peyğəmbərdən sonuncu peyğəmbərə qədər bir bütünlük var. Qur’anda bu barədə belə deyilir:

“Allah Nuha buyurduğunu, sənə vəhy etdiyini, İbrahim, Musa və İsaya əmr etdiyini sizin üçün bu dinin şəriəti qılmışdır. Dini doğru-dürüst tutun [onu qoruyun], onda ixtilafa düşməyin”. (Şura, 42/13)

Deməli, Qur’ani-Kərim əvvəlki ilahi kitabları nəsx edib. Qur’an ayələrinin böyük əksəriyyəti Nuh, İbrahim, Musa və İsaya vəhy edilənlərə uyğun və bərabərdir. Bir qismi isə yalnız peyğəmbərimizə vəhy buyurulan və yüngülləşdirici hökmlər ehtiva edən ayələrdir.

Beləliklə, nəsxin iki şərti meydana çıxır:

1) Ayələr arasında olması;

2) Nəsx edilən ayənin özündən əvvəlki ilə eyni hökmü və ya ondan daha faydalı bir hökmü daşıması.

Sünnə Qur’ani-Kərimin bir növ şərhi olduğuna görə ona tabedir. Tabe olana isə ayrı bir hökm verilmir. Bir ayədə belə deyilir:

“Sənə bu Zikri [Qur’anı] nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən”. (Nəhl, 16/44)

İnsanlar peyğəmbərimizdən bə’zi şeylər tələb etmiş, bunların üstündən belə bir ayə nazil olmuşdur:

“Ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman, bizimlə görüşəcəklərinə [qarşılaşacaqlarına] ümid etməyənlər: “Ya bundan başqa bir Qur’an gətir, ya da bunu dəyişdir!”, – dedilər. [Onlara] De: “Mən onu özbaşıma dəyişdirə bilmərəm. Mən ancaq mənə nə vəhy edilirsə, ona tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük bir günün [Qiyamət gününün] əzabından qorxuram”. (Yunus, 10/15)

Belə mə’lum olur ki, bir ayə nəsx edildiyi zaman, peyğəmbərimizin o ayə ilə əlaqədar kəlam və tətbiqatları da nəsx edilir. Çünki peyğəmbər ona nə vəhy buyurulursa, o vəhyə tabe olur.

Bir ayənin sözlərinin ləğv edilib mə’nasının davam etdiyini irəli sürmək olmaz. Çünki bir ayə yalnız yeni bir ayə ilə nəsx edilə bilər. Beləliklə, yeni ayə əvvəlki ayənin sözlərini nəsx etdiyi kimi, onun mə’nasını da nəsx edir.

Nəsx edən ayə nəsx edilən ayədən daha ağır bir hökm daşımır. Bunu bu ayədə də görmək olar:

“Yanlarındakı Tövrat və İncildə yazılı gördükləri ümmi peyğəmbərə tabe olanlar… O, onlara yaxşı işlər görməyi buyurub, pis işləri qadağan edər. Onlara gözəl şeyləri halal, pis şeyləri haram qılar. Onların üzərindəki ağır yükləri qaldırıb, boyunlarındakı dəmir halqaları açar”. (Ə’raf, 7/157)

Bir ayənin ondan daha yaxşı bir ayə tərəfindən nəsx edilməsinə zina cəzasını misal göstərmək olar. Tövrat və İncildə zinanın cəzası ölümdür. Peyğəmbərimiz də bu cəzanı bir müddət tətbiq edib. Sonra bu hökm Qur’ani-Kərim tərəfindən nəsx edilib.

Saytımızın materiallarından istifadə  zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları  qorunur.

Eyni vaxtda iki kişi ilə kəbin kəsdirmək olar?
Cavab: Kəbin evlənmək deməkdir. Rahatlıqla gəzib dolaşmağı, eləcə də birlikdə yaşamağı “leqallaşdıran” formal bir şey deyil! Kəbin vacib bir məsələdir. Ona görə də belə şeylərdən sui-istifadə etmək olmaz!

Bir qadın eyni vaxtda iki kişiyə ərə gedə bilməz. Məgər siz nikahı evlilik kimi qəbul etmirsiniz? Ərinizin kəbinli arvadı olduğunuz müddət ərzində başqa bir kişi ilə əsla kəbin kəsdirə bilməzsiniz.

Siz əslində zina etmək üçün bizdən icazə istəyirsiniz. Elə isə nə üçün istəmədiyiniz kişiyə ərə gedirsiniz? Gedin, sevdiyiniz adamla ailə qurun. Zorla evlənmək olmaz. Bundan başqa, ərə gedəcəyiniz kişinin nə təqsiri var? Onu nə üçün aldadacaqsınız? O sizə etibar edib sədaqətli olduğunuzu fikirləşəcək. Sizə: “Halalım”, – deyəcək. Siz də gedib başqa bir kişi ilə kef çəkəcəksiniz. Belə bir şey mümkün deyil! Odur ki, həmin adama ərə getməyəcəksiniz. Əgər ərə gedəcəksinizsə, o biri kişini ağlınızdan çıxartmalısınız! Bu belə olmalıdır! İkisindən birinə qərar verin!

Ailəniz sizi istəmədiyiniz bir kişiyə ərə getməyə məcbur edir? Dinimizdə bunun bir cavabı var. Buyurun, oxuyun:

Bakirə bir qız Ayşənin yanına gəlib dedi: “Atam məni qardaşının oğluna ərə verdi ki, mənim vasitəmlə öz mövqeyini möhkəmləndirsin. Amma bu hal mənim xoşuma gəlmir”. Ayşə cavab verdi ki, peyğəmbər evə gələnə qədər oturub gözlə. Bu dəm peyğəmbər (s. a. v.) gəlib çıxdı. Həmin qız vəziyyəti ona danışdı. Peyğəmbər isə dərhal adam göndərib qızın atasını yanına çağırtdırdı. Bu məsələdəki səlahiyyəti qızın özünə verdi. Qız dedi:

“Ey Allahın elçisi! Əslində mən atamın tutduğu işə razılıq vermişdim. Amma bu məsələdə qadının bir hüququ olub olmadığını öyrənmək istəyirdim. Ona görə də bu əhvalatı sizə danışdım”.

Yuxarıdakı hədisdən açıq-aydın məlum olur ki, evlilik məsələsində səlahiyyət qıza məxsusdur. Həmin kişi ilə evlənmək istəmirsinizsə, bunu ailə üzvlərinizə açıq-aşkar deyin. Necə deyərlər, örtülü bazar dostluğu pozar! Heç kim sizi istəmədiyiniz bir adama ərə getməyə məcbur edə bilməz! Ata-ananız olsa belə, heç kəsin buna ixtiyarı yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.