Xalqa aşılanmağa çalışılan din
Müsəlmanlar > Tənqidlər Tarix: 10 Mayıs 2016 Tövsiyə et Çap et

Xalqa aşılanmağa çalışılan din

Dini məzmunlu bir veriliş izlədim. ANS TV-nin «Günə baxan»ı verilişini pirlərə həsr etmişdi. Marağıma səbəb oldu. Seyr etdim. Verilişin aparıcısı məlumdur, qonaqların adlarını yazandan sonra onlar da məchulluqdan çıxacaqlar. Bunlardan biri kinorejissor Şeyx Əbdül, digəri isə yazıçı Həmid Herisçi idi. 23 dəqiqəlik verilişi sona kimi seyr etdim. Və bəzi nüansları qeyd etdim. Burada həmin qeydlərimi sizlərlə bölüşürəm.

  • Verilişdən məlum oldu ki, Azərbaycanın bütün şəhər və rayonlarında, hətta kəndlərində də pirlər var.
  • Pirlərin sayına görə lider Şamaxıdır.
  • Hətta unudulan pirlər də var imiş. Və qonaqlar da buna təəssüflənirlər.
  • Qobustan və Şirvan Məkkədən müqəddəs imiş və ora göndərilən qarğışlar keçmirmiş.
  • Müqəddəs və aktiv olaraq fəaliyyət göstərən ziyarətgahlar var imiş. Deməli, biz deaktiv olanları da fəaliyyətə keçirməliyik.
  • Pirlər mədəniyyətimizin çox böyük bir hissəsi imiş. Pirlər olmasa, bizim mədəniyyətimiz və mənəviyyatımız kasadlaşacaq.
  • Pir turizminin həyata keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə də ismarıclar göndərildi.
  • Azərbaycan pirləri ilə Qədim Yunanıstandakı qurban kəsilməsini müqayisə eləmək çox gözəl oldu ki, bu pirlərin İslamla heç bir əlaqəsi yoxdur.
  • Pir yuxusu deyilən yatmaq forması var imiş.
  • Dərmanlar heç demə ilan zəhərinə ot əlavə etməkdən ibarət imiş.
  • Stalin pirdə gizlənibmiş. Pir onu qoruyub ki, gələcəkdə milyonlarla insanın qırılmasına səbəb olsun.
  • Uşağı olmayan gecə vaxtı gəlib mismar vururmuş. Hətta həmin yerdə Nikolay dövründən qalma mıxlar da var imiş. Stalin də mismar vurubmuş.
  • Elm də qitələrə bölünürmüş. Yeni elm: Avropa elmi…
  • Teymurləngin özü də hər dəfə müxtəlif səmtlərə getsə də, gəlib piri ziyarət edib, haqqını verib səfərə gedirmiş… Sanki təyyarəsi var idi.
  • Şeyx Səfi ocağındakı Pirətaun pirindən düzəldilən dərmanla bütün dünyanı bürüyən taun xəstəliyindən xilas edibmiş. Pirəqiçs də çıxsaydı, dünyanı SPİD-dən, Xərçəngpir çıxsaydı, dünyanı da xərçəng xəstəliyindən xilas edərdi.
  • Mistik marşrutlar biznesi… Əla fikirdir.
  • Heç demə, müstəqil Azərbaycan da pirdə elan olunubmuş. İlk müstəqil vahid Azərbaycan dövləti ziyarətgahda elan olunub.
  • Təbriz də müqəddəs yerdi. Birdən yadınızdan çıxar.
  • Bircə dənə nə Quran ayəsindən sitat gətiridi, nə də Peyğəmbərdən hədis… Qədim Yunanıstandan, Teymurləngdən, Şah İsmayıldan isə daha çox danışıldı.
  • Heç demə ömründə bircə dəfə Azərbaycana gəlməyən İmam Əlinin ayağının izi, Əliayağı Azərbaycanın bir çox yerində var imiş. Abşeronun özündə 3-4 yerdə… Xalq dastanlarında olduğu kimi İmam Əli də anidən yer dəyişirmiş.
  • Ziyarətgahların çoxu yuxu aləmi ilə bağlı imiş. Möcüzə yuxudan başlayıb real aləmə keçirmiş.
  • Həmid Herisçinin özü də pir tapıb.
  • Heç demə ilan suyun qarşısını alır, sonra da Allahla şərtləşir. Şirin qan yemək istəyir…
  • Azərbaycan gürzəsi çox vətənpərvər, patriot imiş…

İnanın bu qədərini yazmağa tab gətirdim. Seyr etsəniz, daha çox güləcəksiniz. ANS TV-nin istədiyi din anlayışı budur…

Müəllif: Elşad Miri

Saytımızdakı materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
511 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Xalqa aşılanmağa çalışılan din 10.05.16 511 dəfə oxundu
2 Səid Nursi 06.07.09 7.872 dəfə oxundu
3 İranda misli görünməyən edam 26.05.16 680 dəfə oxundu