Cavab: Aşılanan dəri təmiz olur. Abdulla ibn Abbas bu barədə Allahın elçisi Muhəmməd əleyhissəlamın belə buyurduğunu bildirmişdir:
“Aşılanan (dabaqlanan) dəri təmiz olur”.1
Qurani-Kərim və hədislərdə donuz dərisindən bəhs edilmir. Ancaq Qurani-Kərimdə donuz ətinin haram olduğunu bildirən 4 ayə vardır.2
Bunlardan biri belədir:
“De ki, mənə vəhy edilənlər içərisində ölü (heyvan), axar qan, donuz əti – o, həqiqətən də murdardır – və ya yoldan çıxıb (günah olaraq) Allahdan başqasının adı ilə kəsilən heyvandan başqa yeyilməsi yeyənə haram qılınan bir şey görmürəm. Bununla yanaşı, məcburiyyət qarşısında qalan kəs həddi aşmadan və öz zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeyə bilər. Çünki sənin Rəbbin bağışlayandır və çox mərhəmətlidir”.3
Donuz əti bu ayədə nəcis, yəni, murdar sayılmışdır. Başqa sözlə, onun murdar olması ayədəki “donuz əti – (لحم الخنزير) – o, həqiqətən də murdardır” ifadəsindən başa düşülür. Buradan da belə məlum olur ki, murdarlıq xüsusiyyəti donuz əti ilə əlaqədardır. Lakin fəqihlərin4 əksəriyyəti buradakı o əvəzliyinin donuz ətini deyil, ümumiyyətlə, donuzu bildirdiyini irəli sürüb belə bir qənaətə gəlmişlər ki, donuzun dərisi də əti kimi murdardır və aşılansa da, dini baxımdan təmiz olmur. Siz fəqihlərin öz fikirlərini nəyə əsaslandırdıqları ilə bu məqalənin sonunda tanış olacaqsınız. Fəqihlərin bu izahı zorakı bir izahdır. Çünki ayədəki “donuz əti – o, həqiqətən də murdardır” ifadəsini oxuyan hər bir şəxs o əvəzliyinin bütövlükdə donuz deyil, donuz əti haqqında olduğunu asanlıqla başa düşə bilər. Buna başqa bir sübut da haram olduqları bildirilən 4 şey5 istisna edildikdən sonra ayədə “mənə vəhy olunanlar içərisində yeyilməsi yeyənə qadağan edilən bir şey görmürəm” ifadəsinin olmasıdır. Belə hökmlər başqa ayələrdə də var və bütün bu ayələrdə donuz deyil, məhz donuz ətinin haram olması bildirilir. Bu isə öz növbəsində murdarlıq xüsusiyyətinin donuz əti ilə əlaqədar olduğunu göstərir. Ayədə yeyənə qadağan edilən bir şey deyilir. Buradan da belə məlum olur ki, haramlıq onu, yəni donuz ətini yeməklə əlaqədardır.
Həzrəti Meymunənin6 azad etdiyi cariyələrindən birinə sədəqə olaraq bir qoyun verilmişdi. Həmin qoyun bir gün öldü. Peyğəmbər əleyhissəlam onu görüb:
“Bunun dərisini soyub götürsəydiniz, tabaqlayıb istifadə edərdiniz”, – deyə buyurdu. Ona qoyunun ölü olduğunu dedilər. O isə: “Onun ancaq yeyilməsi haramdır”, – dedi.7
Həzrəti Muhəmmədin (s. a. v.) xanımı Sevdə belə bir hədis nəql etmişdir:
Bizim bir qoyunumuz öldü, onun dərisini aşıladıq və köhnələnə qədər içərisində nəbiz8 hazırladıq.9
Bu məsələ ilə əlaqədar hədislərdən biri də belədir:
“Hansı xam dəri aşlansa, təmizə çıxır”.10
Əvvəllər donuz dərisini dabaqlamırdılar. Fiqh kitablarında bununla əlaqədar belə deyilir:
“Donuzun dərisi dabaq tutmaz. Çünki insan dərisi kimi qat qatdır.
Donuz dərisi təmizləməyə uyğun deyil. Təmizləmək dabaqlamaqdır (aşılamaq). Çünki peyğəmbər əleyhissəlam dabaq vurmağın dərini təmizlədiyini bildirmişdir”.11
Donuz dərisi dabaqlansa belə, zahirur-rivayədə12 bildirilir ki, o, təmizlənə bilməz. Zahirur-rivayə xaricində Əbu Yusifə13 istinad edilən bir fikrə əsasən donuzun dərisi dabaqlananda təmiz olur. Elə isə onun satılması, istifadə edilməsi, içində və ya üstündə namaz qılınması caiz olur. Peyğəmbər əleyhissəlamın sözü ümumidir: Aşılanan dəri təmiz olur. Tirmizi bu hədisi İbn Abbasdan nəql edib səhih olduğunu bildirmişdir. Müslım isə bu hədisi başqa sözlərlə rəvayət etmişdir.14
Quran ayələrində ölü heyvan və donuz ətinin yeyilməsi birlikdə ifadə edilir. Ölü heyvanın dərisi dabaqlanan vaxt təmizə çıxırsa, donuz dərisi də dabaqlanan vaxt təmiz olmalıdır. Çünki heyvan ölüsü deyildiyi vaxt heyvanın yunu və tükü, dərisi, buynuzu və sairə kimi şeylər başa düşüldüyü halda, donuz əti deyildiyi vaxt bunlardan heç biri nəzərdə tutulmur. Beləliklə, bütün bu dəlillər dabaqlanmış donuz dərisinin alınıb satılması, istifadə edilməsi, belə bir geyimin içərisində ya da ondan hazırlanmış bir səccadənin (canamaz) üstündə namaz qılınmasının mümkün olduğunu göstərir.
Fəqihlərin əksəriyyəti belə hesab edirlər ki, donuz dərisi dabaqlansa belə, nə istifadə edilə bilər, nə də onu alıb-satmaq olar. Bunun səbəbini, başqa sözlə, fəqihlərin bu məsələ ətrafında nəyə əsasən belə fikirləşdiklərini Hələbi-i Kəbir adlı fiqh kitabı aşağıdakı şəkildə izah edir:
“Donuz bismillah deyilib (Allahın adını çəkməklə) kəsilsə belə, onun əti və dərisi təmiz olmaz. Çünki onun hər şeyi nəcisdir. Allah Təala bu barədə belə demişdir: (ولحم الخنزير فإنه رجس) … Donuz əti ki, o həqiqətən də murdardır.15 Burada o əvəzliyi ilə ətə deyil, donuza işarə edilir. Belə də demək olar: Zeydin oğluna rast gəldim və onunla danışdım. Bu cümlədə də olduğu kimi cümlə daxilindəki təyini söz birləşməsində təyin edilən şey nəzərdə tutulduğuna görə ayədəki o əvəzliyi də donuz ətinə aid olmalıdır. Lakin bu, həmişə belə deyildir; qərinəyə əsasən dəyişiklik də ola bilər”.
Zahirur-rivayədə bildirilir ki, donuz dərisi dabaqlansa da, təmiz olmaz. Bütün fəqihlərin fikri belədir. Yuxarıda da göstərildiyi kimi donuz bütövlükdə nəcisdir, yəni murdardır. Onun dərisi dabaq tutmaz; çünki insan dərisi kimi qat qatdır və təmizlənməyə uyğun deyil.
Yuxarıdakı hədisdə bütövlükdə murdar olmayan, lakin əslində təmiz olduğu halda, öldüyünə görə murdar olan heyvanın dərisi nəzərdə tutulur. Şəriətdə dəridə ölüm nəticəsində meydana gələn nəcisliyin (murdarlığın) aşılanmaqla aradan qalxdığına dair hökm vardır. Bir müsəlmanın meyitindəki nəcisliyin yuyulmaqla aradan qalxacağına dair də hökm verilmişdir.
Bunlarla yanaşı, qeyd edilməlidir ki, hədisdə nəzərdə tutulan dəri dabaq tutan, başqa sözlə, aşılana bilən dəridir. Dabaq tutmayan siçan və ilan dəriləri bu cür dərilər deyil. Donuz dərisi də eynilə belədir; çünki o da dabaq tutmur.16
Müəllif: Abdulaziz Bayındır.17
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: abdulaziz bayındır, aşlamaq, axar qan, bismillah, dabaq, dabbaq, dabbaqxana, donuz, donuz dərisi, dəri, heyvan, heyvan kəsmək, ilahiyyat, leş, leş yemək, Meymunə, murdar ət, ölü heyvan, ət, ət yemək
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Təravih namazı | 21.06.09 | 1.230 dəfə oxundu |
| 2 | Etikaf | 23.06.09 | 1.358 dəfə oxundu |
| 3 | Qədr gecəsi | 26.06.09 | 1.798 dəfə oxundu |
| 4 | Aypara məsələsi | 22.06.09 | 1.377 dəfə oxundu |
| 5 | Ramazan və dualarımız | 25.06.09 | 1.351 dəfə oxundu |
| 6 | Ramazan və Quran | 27.06.09 | 1.247 dəfə oxundu |
| 7 | Ramazan: imkanların ayı | 24.06.09 | 1.049 dəfə oxundu |
| 8 | Oruc: ümumi məlumat | 28.06.09 | 1.752 dəfə oxundu |
| 9 | Heyzli qadının orucuna dair şübhələr | 14.05.09 | 1.022 dəfə oxundu |
| 10 | İftida: qadının boşanmaq hüququ | 14.05.09 | 850 dəfə oxundu |
| 11 | Qadınların şahidliyi | 14.05.09 | 794 dəfə oxundu |
| 12 | Hicab və örtünmək (təsəttür) | 14.05.09 | 881 dəfə oxundu |
| 13 | Hicabı qadağan edənlər | 14.05.09 | 921 dəfə oxundu |
| 14 | Nişanlıların kəbini | 14.05.09 | 2.176 dəfə oxundu |
| 15 | Münafiqlərin korluğu | 10.04.10 | 552 dəfə oxundu |
| 16 | Nikaha nəzarət | 14.05.09 | 1.674 dəfə oxundu |
| 17 | Müsəlman olmayanlarla münasibətlər | 01.07.09 | 902 dəfə oxundu |
| 18 | Həccdə ticarət və ictimai fəaliyyət | 01.07.09 | 660 dəfə oxundu |
| 19 | İnsan peyğəmbər | 06.07.09 | 874 dəfə oxundu |
| 20 | Təsbeh | 06.07.09 | 1.005 dəfə oxundu |
| 21 | Peyğəmbər məscidində 40 vaxt namaz | 03.04.11 | 783 dəfə oxundu |
| 22 | Ailənin adından bir qurban | 26.02.10 | 459 dəfə oxundu |
| 23 | Donuz dərisi | 02.11.09 | 776 dəfə oxundu |
| 24 | Heyzli qadının ibadəti | 24.02.10 | 2.070 dəfə oxundu |
| 25 | Peyğəmbərin Həcc və Ömrə ziyarətləri | 06.11.09 | 727 dəfə oxundu |
| 26 | Quran və müsəlmanlar | 29.01.10 | 1.982 dəfə oxundu |
| 27 | Dəlillərlə Cümə namazı | 12.02.10 | 547 dəfə oxundu |
| 28 | İnsan cəsədi və avtopsiya | 05.02.10 | 893 dəfə oxundu |
| 29 | Qadınlar və Cümə namazı | 26.03.10 | 1.304 dəfə oxundu |
| 30 | Valideyndən xəbərsiz kəbin | 29.06.09 | 909 dəfə oxundu |
| 31 | Ölüdən kömək gözləmək | 28.03.10 | 790 dəfə oxundu |
| 32 | Faiz | 29.03.10 | 871 dəfə oxundu |
| 33 | Namazları cəm etmək | 08.04.10 | 1.356 dəfə oxundu |
| 34 | Vərdişlər | 10.04.10 | 627 dəfə oxundu |
| 35 | Allah, insan və xələf-sələf | 12.04.10 | 602 dəfə oxundu |
| 36 | Nəsx və daşqalaq cəzası | 27.05.10 | 793 dəfə oxundu |
| 37 | Qəndil | 30.06.09 | 2.460 dəfə oxundu |
| 38 | Talaq: kişinin boşamaq hüququ | 18.07.10 | 798 dəfə oxundu |
| 39 | Oruc və orucun başlanğıcı | 27.08.10 | 861 dəfə oxundu |
| 40 | Ramazan bayramı (2010) | 08.09.10 | 695 dəfə oxundu |
| 41 | Ramazan bayramının vaxtı | 08.09.10 | 682 dəfə oxundu |
| 42 | Zikrin fəzilət və faydaları | 26.11.10 | 837 dəfə oxundu |
| 43 | Dua | 25.11.10 | 963 dəfə oxundu |
| 44 | Donuz əti və ziyanları | 08.12.10 | 1.083 dəfə oxundu |
| 45 | Fitr sədəqəsi | 20.06.09 | 1.171 dəfə oxundu |
| 46 | Qadının döyülməsi | 07.06.10 | 1.287 dəfə oxundu |
| 47 | Şəfaət | 08.04.10 | 640 dəfə oxundu |
| 48 | Qütblərdə namaz vaxtları: elmi sübut | 31.01.11 | 1.396 dəfə oxundu |
| 49 | İslamda falçılığa münasibət | 27.11.10 | 1.166 dəfə oxundu |
| 50 | Şəfaət inancı | 08.02.11 | 666 dəfə oxundu |
| 51 | Kəramət nə deməkdir? | 15.02.11 | 564 dəfə oxundu |
| 52 | Quranda adam öldürməyin cəzası: QİSAS | 30.03.11 | 925 dəfə oxundu |
| 53 | Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri | 08.04.11 | 724 dəfə oxundu |
| 54 | Şirk və küfr | 14.07.11 | 663 dəfə oxundu |
| 55 | Quranda əşyaların dili | 04.07.11 | 2.151 dəfə oxundu |
| 56 | Seyyidlər kimlərdir? | 16.10.11 | 967 dəfə oxundu |
| 57 | Kişinin seksuallığı | 09.01.12 | 1.235 dəfə oxundu |
| 58 | Surroqat analıq | 03.02.12 | 669 dəfə oxundu |
| 59 | Piramida və şəbəkə marketinqi | 24.02.12 | 293 dəfə oxundu |
| 60 | «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri | 08.03.12 | 218 dəfə oxundu |