Ramazan və Quran
Müsəlmanlar > Tədqiqatlar Tarix: 27 iyun 2009 Tövsiyə et Çap et

Ramazan və Quran

Qurani-Kərim Ramazan ayında nazil edilmişdir. Bu baxımdan da Ramazan Quran ayıdır. Allah Təala belə buyurur:

“Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqı batildən) ayıran Quran o ayda endirilmişdir”.1

Min aydan daha xeyirli olan Qədr gecəsi də bu aya təsadüf edir. Quranda bu barədə belə deyilir:

“Şübhəsiz ki, biz onu Qədr gecəsində nazil etdik. Sən Qədr gecəsinin nə olduğunu bilirsən? Qədr gecəsi min aydan daha xeyirlidir”.2

Qurani-Kərimin endiyi gecə olduğuna görə min aydan xeyirli olması elan edilən Qədr gecəsi Quranın Allah yanında nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Əgər biz Quranı oxuyub üzərində düşünsək, onun mühümlüyünü məhz o vaxt başa düşər və Qurandan istifadə etməyə başlayarıq. Ramazan ayı bunun üçün bir imkandır, başqa sözlə, belə bir məqsədə çatmaq üçün fürsətdir. Allah Təala belə buyurub:

“Onlar Quranı düşünmürlərmi? Yoxsa onların qəlblərinin üzərində kilid var?”.3

“Biz o Quranı sənin dilində endirib asanlaşdırdıq ki, düşünüb ibrət alsınlar”.4

“And olsun ki, biz bu Quranı ondan ibrət alınsın deyə asanlaşdırdıq. Heç düşünən yoxdurmu?”.5

Allah Təala Quranı necə oxumaq lazım gəldiyini isə belə izah etmişdir:

“Ey örtünüb bürünən! Gecənin yarısında, istəsən bir az sonra, istəsən də ondan bir az qabaq qalx və ağır-ağır Quran oxu!

Biz sənə daşınması ağır olan bir söz (bir vəzifə, iş) yükləyəcəyik.

Gecə qalxmaq daha mənalı və o oxumaq daha təsirlidir.

Gündüz sənin bitib tükənmək bilməyən işlərin var.

Rəbbinin adını zikr et! Hər şeyi bir kənara qoyub yalnız Ona tərəf yönəl! O, şərqin də, qərbin də Rəbbidir. Ondan başqa tanrı yoxdur! Elə isə Onu özünə vəkil et”.6

Bu ayələrdən açıq-aşkar görünür ki, Qurani-Kərimi oxumaq üçün bəzi mühüm məsələlərə diqqət yetirmək lazımdır. Bunun üçün hər şeydən əvvəl zehnin rahat və təmiz olduğu bir vaxt seçilməlidir. Allah bu vaxtın gecə yarısı olduğunu bildirir. İnsan səhur yeməyi üçün yuxudan qalxdığı vaxt zehni açıq və rahat olur. Məhz bu vaxt Quran oxunmalıdır. Ayələrdə bildirildiyi kimi ağır-ağır və düşünə-düşünə… Rəbbinin kəlamı ilə üzbəüz qaldığı vaxtlar bir müsəlman üçün çox qiymətli vaxtlardır. Odur ki, belə vaxtları uzatmaq lazımdır.

Gəlin, Ramazan ayında “Quranı xətm etmək (başdan-sona oxumaq)” üçün Rəbbimizin kəlamını necə deyərlər, “zay etməyək”. Quran oxuyarkən əsl qayəmiz onu anlamaq, yaşamaq, hökmlərini həyata keçirmək və yaşatmaq olsun. Buna görə də Quran oxuduğumuz vaxt gərək onu yaxşı-yaxşı başa düşüb qavramadıqca irəliləməyə cəhd göstərməyək. “Biz Quran ayələrini on-on alır və götürüb öyrəndiyimiz o on ayəni öz həyatımıza tətbiq etməmiş növbəti on ayəni götürmürdük”, – deyən Abdulla ibn Məsud (Allah ondan razı olsun) kimi… Biz Qurani-Kərimə əslində: “Biz Qurandan əvvəl iman gətirməyə çalışdığımız uzun bir dövr keçirdik. Quran surə-surə nazil olurdu. Biz bu surələrdə bildirilən halal, haram, əmr və qadağaları öyrənirdik. İndi isə imandan əvvəl Qurandan yapışan, onu Fatihə surəsindən başlayıb axıradək oxuyan, lakin Quranın əmr və qadağalarından xəbəri olmayan, nə etməli olduğunu qətiyyən bilməyən və oxuduğu ayələri çürük xurma kimi ora-bura səpələyən neçə-neçə insanlar görürəm”, – deyən Abdulla ibn Ömər (r. a.) kimi “şüurlu” surətdə yaxınlaşmalıyıq.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Bəqərə, 2/185. []
  2. Qədr, 97/1-3. []
  3. Məhəmməd, 47/24. []
  4. Duxan, 44/58. []
  5. Qəmər, 54/17. []
  6. Muzzəmmil, 73/1-9. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 1.051 dəfə oxundu
2 Etikaf 23.06.09 1.196 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 1.634 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 1.205 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 1.212 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 1.095 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 919 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 1.584 dəfə oxundu
9 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 913 dəfə oxundu
10 İftida: qadının boşanmaq hüququ 14.05.09 690 dəfə oxundu
11 Qadınların şahidliyi 14.05.09 702 dəfə oxundu
12 Hicab və örtünmək (təsəttür) 14.05.09 740 dəfə oxundu
13 Hicabı qadağan edənlər 14.05.09 802 dəfə oxundu
14 Nişanlıların kəbini 14.05.09 1.839 dəfə oxundu
15 Münafiqlərin korluğu 10.04.10 469 dəfə oxundu
16 Nikaha nəzarət 14.05.09 1.451 dəfə oxundu
17 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 771 dəfə oxundu
18 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 580 dəfə oxundu
19 İnsan peyğəmbər 06.07.09 732 dəfə oxundu
20 Təsbeh 06.07.09 879 dəfə oxundu
21 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 643 dəfə oxundu
22 Ailənin adından bir qurban 26.02.10 344 dəfə oxundu
23 Donuz dərisi 02.11.09 663 dəfə oxundu
24 Heyzli qadının ibadəti 24.02.10 1.732 dəfə oxundu
25 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 621 dəfə oxundu
26 Quran və müsəlmanlar 29.01.10 1.872 dəfə oxundu
27 Dəlillərlə Cümə namazı 12.02.10 339 dəfə oxundu
28 İnsan cəsədi və avtopsiya 05.02.10 773 dəfə oxundu
29 Qadınlar və Cümə namazı 26.03.10 1.069 dəfə oxundu
30 Valideyndən xəbərsiz kəbin 29.06.09 594 dəfə oxundu
31 Ölüdən kömək gözləmək 28.03.10 664 dəfə oxundu
32 Faiz 29.03.10 708 dəfə oxundu
33 Namazları cəm etmək 08.04.10 1.166 dəfə oxundu
34 Vərdişlər 10.04.10 537 dəfə oxundu
35 Allah, insan və xələf-sələf 12.04.10 511 dəfə oxundu
36 Nəsx və daşqalaq cəzası 27.05.10 667 dəfə oxundu
37 Qəndil 30.06.09 2.072 dəfə oxundu
38 Talaq: kişinin boşamaq hüququ 18.07.10 658 dəfə oxundu
39 Oruc və orucun başlanğıcı 27.08.10 763 dəfə oxundu
40 Ramazan bayramı (2010) 08.09.10 599 dəfə oxundu
41 Ramazan bayramının vaxtı 08.09.10 608 dəfə oxundu
42 Zikrin fəzilət və faydaları 26.11.10 718 dəfə oxundu
43 Dua 25.11.10 798 dəfə oxundu
44 Donuz əti və ziyanları 08.12.10 922 dəfə oxundu
45 Fitr sədəqəsi 20.06.09 1.033 dəfə oxundu
46 Qadının döyülməsi 07.06.10 1.041 dəfə oxundu
47 Şəfaət 08.04.10 531 dəfə oxundu
48 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 1.143 dəfə oxundu
49 İslamda falçılığa münasibət 27.11.10 896 dəfə oxundu
50 Şəfaət inancı 08.02.11 563 dəfə oxundu
51 Kəramət nə deməkdir? 15.02.11 448 dəfə oxundu
52 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 781 dəfə oxundu
53 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 605 dəfə oxundu
54 Şirk və küfr 14.07.11 492 dəfə oxundu
55 Quranda əşyaların dili 04.07.11 1.465 dəfə oxundu
56 Seyyidlər kimlərdir? 16.10.11 581 dəfə oxundu
57 Kişinin seksuallığı 09.01.12 380 dəfə oxundu
58 Surroqat analıq 03.02.12 186 dəfə oxundu