Fitr sədəqəsi
Lüğəti mənaları yaratmaq, icad etmək və kəsmək olan fətr kökündən əmələ gəlmiş fitr sözü orucu başa vurmaq və orucu açmağı (iftar) ifadə edir. Ramazan ayını yaşamağın, onun mükafat və bərəkətindən istifadə etməyin bir şükür ifadəsi kimi verilən sədəqəyə fitr sədəqəsi deyilir.1 Qeyd edək ki, bu söz Azərbaycan dilində fitrə kimi işlədilir.
Fitr sədəqəsi vermək Ramazan orucunun fərz (vacib) qılındığı hicri 2-ci ildə fərz qılınmışdır. Peyğəmbərimiz də fitr sədəqəsini 1 ölçək (təxminən 3 kq) xurma və yaxud 1 ölçək arpa olmaq üzrə qadın, kişi, azad və kölə olub olmamağından asılı olmayaraq hər bir müsəlmana vacib buyurub.2
Əbu Səid əl-Xudridən gələn bir rəvayətdə belə deyilir:
“Biz peyğəmbərin dövründə fitrəni qida məhsullarından 1 sa’3 olaraq verirdik. O vaxtlar bizim yediklərimiz arpa, kişmiş, xurma və yağı alınmış pendir idi”.4
Hədislərdə fitr sədəqəsinin miqdarı buğda, arpa və yaxud üzümdən bir sa (həzrəti peyğəmbərin dövründə istifadə olunan bir ağırlıq ölçüsü vahididir və təqribən 3 kiloqrama bərabərdir) kimi müəyyən edilmişdir.
Fitr sədəqəsinin məhz yuxarıda sadalanan məhsullara əsasən müəyyən edilməsi həmin dövr cəmiyyətinin iqtisadi şərtləri və yemək-içməklə əlaqədar vərdiş və adətlərindən irəli gəlir. Buradan belə bir nəticə çıxır ki, hər bir müsəlman fitrə verdiyi vaxt məhz özünün yaşadığı yerdə ən çox istifadə edilən qida məhsulundan fitrə verməlidir.
Fitr sədəqəsinin bir çox maddi-mənəvi hikməti var. Peyğəmbərimizdən bununla əlaqədar olaraq nəql edilən rəvayət belədir:
“Rəsulullah fitrəni oruc tutanı mənasız və pis davranışlardan uzaq saxlaması və möhtac olanlara bir loğma yemək olması üçün fərz (vacib) qılmışdır”.5
Fitr sədəqəsi məsələsində zəkatda tələb olunan nisab miqdarında mal-dövlətə malik olmaq şərti yoxdur. İstər varlı, istərsə kasıb olsun, Ramazan ayında oruc tutmağa gücü çatan hər bir müsəlman fitrə verməlidir. Bu kateqoriyaya fitrə alan yoxsul müsəlmanlar da daxildirlər. Bunun sayəsində hər bir mömin möhtac vəziyyətdə olan digər mömin qardaşlarına kömək etməyin sevinc və gümrahlığını hiss edir.
Hər bir müsəlman fitrə verdiyi vaxt öz ətrafında yaşayan yoxsul bir insanı (miskin) bir gün doyuracaq miqdarda qidanı əsas götürməlidir.
Fitrə verməli olan bir şəxs əgər maddi vəziyyəti əlverişlidirsə, baxmalı olduğu ata-anası, həyat yoldaşı və uşaqları üçün də fitrə verə bilər.
Fitrələri ən gec bayram namazı vaxtına qədər vermək, necə deyərlər, ödəmək lazımdır. Bu məsələ ilə əlaqədar hədislərdə fitrənin bayramın birinci günü sübh namazı ilə bayram namazı arasındakı vaxtda verilməsinin münasib olduğu bildirilsə də, alimlər bunun möhtacların lehinə olacağını fikirləşərək bayramdan bir neçə gün əvvəl də verilməsinin mümkünlüyü qənaətinə gəliblər.
Fitrə möhtac vəziyyətdə olanlara verilir. Fitrə verən şəxsin daxilən niyyət etməsi kifayətdir. Onun fitrə verdiyi vaxt: “Bu, mənim fitrəmdir”, – deməyinə qətiyyən ehtiyac yoxdur. Hətta fitrəni verdiyi (fitrə alan) şəxsin xətrinə dəyəcəyi ehtimalına qarşı belə bir rəftardan xüsusilə uzaq durmaq lazımdır.
Fitrəni alan şəxsin aldığı şeyin fitrə olduğunu bilməyi vacib deyil. Eynilə bunun kimi, fitrə aldığına görə, daha doğrusu, fitrənin müqabilində hansısa bir iş görməyinə də ehtiyac yoxdur.
Müəllif: Yahya Şenol
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: Din və Fitrət Tədqiqatları Mərkəzi, fitr sədəqəsi, fitrə, fitrə vermək, fitrə-sədəqə, iftar, Oruc, oruc tutmaq, Ramazan (xüsusi), sədəqə, Yahya Şenol, Əbu Səid əl-Xudri
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Təravih namazı | 21.06.09 | 1.050 dəfə oxundu |
| 2 | Etikaf | 23.06.09 | 1.195 dəfə oxundu |
| 3 | Qədr gecəsi | 26.06.09 | 1.634 dəfə oxundu |
| 4 | Aypara məsələsi | 22.06.09 | 1.204 dəfə oxundu |
| 5 | Ramazan və dualarımız | 25.06.09 | 1.212 dəfə oxundu |
| 6 | Ramazan və Quran | 27.06.09 | 1.094 dəfə oxundu |
| 7 | Ramazan: imkanların ayı | 24.06.09 | 918 dəfə oxundu |
| 8 | Oruc: ümumi məlumat | 28.06.09 | 1.584 dəfə oxundu |
| 9 | Heyzli qadının orucuna dair şübhələr | 14.05.09 | 913 dəfə oxundu |
| 10 | İftida: qadının boşanmaq hüququ | 14.05.09 | 690 dəfə oxundu |
| 11 | Qadınların şahidliyi | 14.05.09 | 702 dəfə oxundu |
| 12 | Hicab və örtünmək (təsəttür) | 14.05.09 | 740 dəfə oxundu |
| 13 | Hicabı qadağan edənlər | 14.05.09 | 802 dəfə oxundu |
| 14 | Nişanlıların kəbini | 14.05.09 | 1.839 dəfə oxundu |
| 15 | Münafiqlərin korluğu | 10.04.10 | 469 dəfə oxundu |
| 16 | Nikaha nəzarət | 14.05.09 | 1.451 dəfə oxundu |
| 17 | Müsəlman olmayanlarla münasibətlər | 01.07.09 | 771 dəfə oxundu |
| 18 | Həccdə ticarət və ictimai fəaliyyət | 01.07.09 | 580 dəfə oxundu |
| 19 | İnsan peyğəmbər | 06.07.09 | 732 dəfə oxundu |
| 20 | Təsbeh | 06.07.09 | 879 dəfə oxundu |
| 21 | Peyğəmbər məscidində 40 vaxt namaz | 03.04.11 | 643 dəfə oxundu |
| 22 | Ailənin adından bir qurban | 26.02.10 | 344 dəfə oxundu |
| 23 | Donuz dərisi | 02.11.09 | 663 dəfə oxundu |
| 24 | Heyzli qadının ibadəti | 24.02.10 | 1.732 dəfə oxundu |
| 25 | Peyğəmbərin Həcc və Ömrə ziyarətləri | 06.11.09 | 621 dəfə oxundu |
| 26 | Quran və müsəlmanlar | 29.01.10 | 1.872 dəfə oxundu |
| 27 | Dəlillərlə Cümə namazı | 12.02.10 | 339 dəfə oxundu |
| 28 | İnsan cəsədi və avtopsiya | 05.02.10 | 773 dəfə oxundu |
| 29 | Qadınlar və Cümə namazı | 26.03.10 | 1.069 dəfə oxundu |
| 30 | Valideyndən xəbərsiz kəbin | 29.06.09 | 594 dəfə oxundu |
| 31 | Ölüdən kömək gözləmək | 28.03.10 | 664 dəfə oxundu |
| 32 | Faiz | 29.03.10 | 708 dəfə oxundu |
| 33 | Namazları cəm etmək | 08.04.10 | 1.166 dəfə oxundu |
| 34 | Vərdişlər | 10.04.10 | 537 dəfə oxundu |
| 35 | Allah, insan və xələf-sələf | 12.04.10 | 510 dəfə oxundu |
| 36 | Nəsx və daşqalaq cəzası | 27.05.10 | 667 dəfə oxundu |
| 37 | Qəndil | 30.06.09 | 2.072 dəfə oxundu |
| 38 | Talaq: kişinin boşamaq hüququ | 18.07.10 | 658 dəfə oxundu |
| 39 | Oruc və orucun başlanğıcı | 27.08.10 | 763 dəfə oxundu |
| 40 | Ramazan bayramı (2010) | 08.09.10 | 599 dəfə oxundu |
| 41 | Ramazan bayramının vaxtı | 08.09.10 | 608 dəfə oxundu |
| 42 | Zikrin fəzilət və faydaları | 26.11.10 | 718 dəfə oxundu |
| 43 | Dua | 25.11.10 | 798 dəfə oxundu |
| 44 | Donuz əti və ziyanları | 08.12.10 | 922 dəfə oxundu |
| 45 | Fitr sədəqəsi | 20.06.09 | 1.033 dəfə oxundu |
| 46 | Qadının döyülməsi | 07.06.10 | 1.041 dəfə oxundu |
| 47 | Şəfaət | 08.04.10 | 531 dəfə oxundu |
| 48 | Qütblərdə namaz vaxtları: elmi sübut | 31.01.11 | 1.143 dəfə oxundu |
| 49 | İslamda falçılığa münasibət | 27.11.10 | 896 dəfə oxundu |
| 50 | Şəfaət inancı | 08.02.11 | 563 dəfə oxundu |
| 51 | Kəramət nə deməkdir? | 15.02.11 | 448 dəfə oxundu |
| 52 | Quranda adam öldürməyin cəzası: QİSAS | 30.03.11 | 781 dəfə oxundu |
| 53 | Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri | 08.04.11 | 605 dəfə oxundu |
| 54 | Şirk və küfr | 14.07.11 | 492 dəfə oxundu |
| 55 | Quranda əşyaların dili | 04.07.11 | 1.465 dəfə oxundu |
| 56 | Seyyidlər kimlərdir? | 16.10.11 | 581 dəfə oxundu |
| 57 | Kişinin seksuallığı | 09.01.12 | 380 dəfə oxundu |
| 58 | Surroqat analıq | 03.02.12 | 186 dəfə oxundu |