Şiədə Təqiyyə/Kimliyini gizlətmək.
Müsəlmanlar > Din-əxlaq-ədəb > Düşüncə sahəsi > Tədqiqatlar Tarix: 07 Aralık 2016 Tövsiyə et Çap et

Şiədə Təqiyyə/Kimliyini gizlətmək.

Ərəbcə ي ق  و kökündən gələn تقية = təqiyyə” kəliməsi; “qorunmaq” və “çəkinmək”  mənasına gəlməkdədir. Təqva şüuruyla ehtiyyatlı davranan, haram iş görməkdən çəkinən və yaxşı işlər görərək nəfsini hər cür pislikdən qoruyan şəxslərə “təqiyy” (müttəqi) deyilir.[1] Təqiyyə kəliməsi birbaşa Quranda keçmir. Ancaq eyni kökdən olan “تُقَاةً =tuqah” sözü isə Əli-İmran surəsinin 28-ci ayəsində keçər.[2] Təqiyyə kəliməsinin “təqva” kəliməsiylə kök və məna yönündən əlaqəsi vardır. Çünki, həm təqvanın həm də təqiyyənin əsasını qorxu və qorunma təşkil edir.[3]

Təqiyyə termində, “Məruz qalan təhlükədən qorunmaq məqsədiylə əqidənin gizlənməsi” olaraq tərif edilmişdir.[4]

İnsanın ölüm təhlükəsi səbəbiylə həqiqi inancını gizləməsi Qurana da asanlıqla  əsaslandırılması mümkün olduğu üçün,[5] belə bir halda, insanın qəlbindəki imanını, əqidəsini gizlədə biləcəyinə dair rüxsətin verildiyi hər məzhəbdə də qəbul edilmiş bir hadisədir. Bu rüxsətin dəlili də Peyğəmbər əleyhissəlamın Əmmar b. Yasirin hərəkətini dəstəkləməsidir.[6] Hadisənin belə baş verdiyi nəql edilir: Əmmar (r.a) Məkkə müşrikləri tərəfindən ana-atasıyla birlikdə yaxalanır və əqidələri səbəbiylə hər cür işgəncələrə məruz qalırlar. Peyğəmbər (sav) onların yanından keçəndə, “Ey Yasir ailəsi! Səbr edin, yeriniz cənnətdir.”-buyurur. Əmmarın ana-atasını Məkkə müşrikləri işgəncə edib öldürürlər. Beləliklə, Əmmarın ana-atası İslamın ilk şəhidləri olurlar.

Valideynlərini gözlərinin qabağında işgəncə altında itirən Əmmar (r.a.),  müşriklərin işgəncələrinə artıq dayana bilməyəcəyini görüb, onların təklifini qəbul edir: “Müşriklərin ilah olaraq qəbul etdikləri Lat və Uzzanın yaxşılığı və Muhəmməd əleyhissəlamdan xoşu gəlmədiyi” barədə bəzi sözlər sərf etməyə məcbur edilir. Əmmar bütün bu olanları Nəbimizə danışır və “Pərişan oldum ey Allahın elçisi!” deyincə, Nəbimiz (s.a.v.) soruşur: “Qəlbinin halı nədir? Əmmar cavab verir: “İman ilə doludur.” Bunun müqabilində Rəsulullah əleyhissəlam belə deyir: “Əgər bir daha səni yaxalasalar, eyni şəkildə davran!”[7]

Elə bu hadisədən sonra Allah Təala bu ayəni nazil etmişdir: “Qəlbi imanla sabit qaldığı halda (haqqı danmağa) məcbur edilən kəslər istisna olmaqla, hər kim inanıb güvəndikdən sonra ayələrə göz yumar və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır.” (Nəhl, 16/106.)

Bu mənada bir təzyiq və təhlükə qarşısında əqidənin gizlədilməsinin eyiblənəcək bir tərəfi olmadığı aydındır və əsasən buna etiraz edən də yoxdur. Fəqət Şiə, bu istisna halının dairəsini hədsiz genişlətmiş və həyatın hər sahəsinə şamil etmişdir. Belə ki; insanın düşüncəsini, əqidəsini gizlətdiyi hər cür söz və davranış təqiyyə olaraq yorumlanmışdır. Tənqid ediləcək yönü, Şiənin təqiyyəni digər məzhəblərdən fərqli və mühüm bir prinsip olaraq alması, bir rüxsət olmaqdan əlavə bir əzimət (öhdəlik) kimi mənimsəməsi və hətta əqidədə əsla tərk edilməyəcək bir fərz olaraq  qəbul etməsidir.[8] Şiə, bu şərti müəyyən müddət sonra dində iman əsaslarından biri halına gətirərək, təkcə həyatın birbaşa və açıq təhlükəyə düşdüyü sahələrdə deyil, ümumiyyətlə düşməncə münasibətin görüldüyü hər yerdə tətbiq etməyə çalışmışdır.[9] Onlar təqiyyəyə icazə verməklə kifayətlənməmiş, onu imamları da daxil hərkəsin yerinə yetirməsi vacib olan ana məqsəd olaraq mənimsəmişlər.[10] Nəticədə bir müsəlmanın Quranda təqva olaraq gördüyünü, Şiə təqiyyə olaraq görməyə başlamışdır.[11]

İndi Şiənin təqiyyə barəsindəki görüşlərini və bu görüşləri ilə əlaqədar Qurandan, hədisdən, imamlarından ve müctəhidlərindən gətirdikləri dəlilləri təqdim etmək istəyirik:

  1. Təqiyyənin yaranması ilə əlaqədar görüşlərdən qısa nümunələr:

Şiənin öz iddiasına görə təqiyyə, ilk insan olan Adəmdən bu yana var olmuşdur. Adəm əleyhissəlamın oğullarından Qabil, qardaşı Habili öldürəndən sonra Habilin tərəfdarları arasında təqiyyə/gizlilik başlandı və bu hal günümüzə qədər bir miras kimi gələrək, şiələr içərisində davam etmişdir.[12]

Biz, Şiənin təqiyyəni irəli sürmələrinin altında yatan səbəblərin başında Əməvi və Abbasilər dövründə hər cür zülmə, təqibə və təzyiqə məruz qalmaları olduğunu deyə bilərik. Belə bir mühit onları təqiyyə inancını getdikcə yayğınlaşdırmaya və onu təhrif etməyə əlverişli şərait yaratmışdır. İnsan haqlarına rəayət edilmədiyi, düşüncə və vicdan azadlığının olmadığı və qadağaların çox olduğu cəmiyyətlərdə təqiyyə əxlaqi bir siyasət halına gəlir. Qadağalar səbəbiylə həqiqi inancını cəmiyyətdə paylaşa bilməyən fərdlər, həqiqi kimliyini gizlədər və özündən tələb olunan şəkildə davranırlar.[13] Özünü təqibdən, təcavüzdən və ölümdən qorumaya yönəlik olan bu müdafiə getdikcə din adamlarının uydurma rəvayətləri və fətvaları ilə təhrif edilmiş, Hicri 4-cü əsrdən sonra isə heç bir din, əxlaq, əhd və qayda tanımayan hiyləgər bir hərəkətə çevrilmişdir.[14]

Belə bir hərəkəti biz, Xristianlığı təhrif edən və İncilə öz məktublarını əlavə edən Pavlusda görməkdəyik: “Yəhudilərlə yəhudi kimi oldum. Məqsədim yəhudiləri Məsihə qazandırmaqdır. Güvənsiz olanlarla mən də güvənsiz oldum. Məqsədim güvənsiz olanları Məsihə qazandırmaqdır. Hərkəslə hər şey oldum…”[15]

Hər nə qədər Pavlus belə bir yola baş vursa da Xristianlıq bu cür hərəkəti mənimsəməmişdir. Fəqət Yəhudilər, Şiə kimi eyni düşüncə və məqsədə yönəlməkdə və buna Kriptoculuk/Gizlilik, deməkdədirlər. Dünyanın bir çox ölkəsində yəhudiliyini gizlətmək surətiylə, yəhudiliyi tətbiq edən və onun xeyrinə çalışan mlyonlarla Kripto yəhudisi vardır.[16]

  1. Təqiyyə ilə əlaqədar Qurandan çıxarılan dəlillər.

Quran, çətin vəziyyətlərdə və ölüm kimi təhlükəli hallarda müsəlmanların necə davranacaqlarının nümunələrini verməkdədir. Fəqət şiə, Quranda verilən bu istisna hallarını öz əqidələrinə və siyasətlərinə alət etməkdədir. Biz, şiənin təqiyyə ilə əlaqədar Qurandan gətirdikləri dəlilləri, özlərinin dediyi və tətbiq etdiyi təqiyyəylə bir əlaqəsinin olmadığını qısa və öz cümlələrlə cavablamaqla birlikdə, ümumiyyətlə ayələri oxuyucuların fitrətinə və anlayışına buraxmağı uyğun gördük. Quranda təqiyyəylə əlaqədar ən çox nümunə verilən ayələrin başında İmran surəsinin 28-ci ayəsi gəlməkdədir:

“Möminlər möminlərin üstündə kafirləri dost tutmasınlar! Bunu edən kimsə (bilsin ki,) Allah ilə (onun) heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinərək etdikləriniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır.”

Allah təala, bu ayədə möminlərin çətinə düşdükləri zaman etdikləri şeylərdən üzrlü sayılacaqlarını bildirməkdədir. Diqqət ediləcək məqamlardan biri də budur ki, bu ayədə bir möminin həqiqi kimliyinin gizlənməsi lazım olduğundan bəhs edilməz.

Buna bənzər və eyni zamanda təqiyyəyə də dəlil göstərilən bir başqa ayə Ənam surəsinin 119-cu ayəsidir: “Allah, məcbur qalmadığınız müddətcə yeyilməsi haram olanları sizə açıq-aydın bildirmişdir.”

Hər iki ayədən də başa düşüldüyü kimi təhlükəyə məruz qalmaq və məcburiyyət kimi hallarda Allah möminlərin elədiklərini üzrlü görməkdədir. Bu şəriətdə də qəbul edilmiş və “Zərurətlər qadağaları ortadan qaldırır.” qaydasını bütün məzhəblər də ittifaqla qəbul etmişdir. Əgər bu ayələri Şiənin anladığı təqiyyəyə yəni, təhlükəli gördüyümüz hər cəmiyyət və sahədə tətbiq etmiş olsaq, o zaman mövcud vəziyyətdə bütün kafirlərə dost görünmək, içki içmək, zina, oğurluq etmək, yalan danışmaq və bütə ibadət etmək caiz olmalıdır.[17]

Təqiyyəyə alət edilən ayələrdən biri də yuxarıda bəhs etdiyimiz Nəhl surəsinin 106-cı ayəsidir:

“Qəlbi imanla sabit qaldığı halda (haqqı danmağa) məcbur edilən kəslər istisna olmaqla, hər kim inanıb güvəndikdən sonra ayələrə göz yumar və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır.”

Bu ayənin enmə səbəbi hardasa bütün sünni və şiə təfsir kitablarında -yuxarıda nümunəsini verdiyimiz- Əmmar hadisəsiylə əlaqələndirilməkdədir. Əmmarın da hansı hala məruz qalaraq təqiyyə yoluna getdiyi məlumdur.

Şiə, Mömin surəsi 28-ci ayəni də bu məsələdə çox isitsmar etməkdədir. Bu ayədə Musa əleyhissəlamı öldürmək istəyən Firona qarşı Musanı müdafiəyə girişən birindən bəhs edilir. Bu şəxs, Fironun ailəsindən olduğu və Musa kimi ölümlə üz-üzə gəlmək təhlükəsinə qarşı –bir mənada həm də özünü müdafiə məqsədiylə- belə dediyini Quran xəbər verməkdədir:

“Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: “Siz bir adamı: “Rəbbim Allahdır!”– dediyinə görə öldürəcəksinizmi? Halbuki o, Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirdi. Əgər o, yalan danışırsa, onun yalanı ancaq öz əleyhinədir. Yox, əgər doğru danışırsa, onun vəd etdiyinin bəzisi sizə toxunar. Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola yönəltməz.”

Ölümlə qarşılaşılan və məcburi tədbir mahiyyətli bir başqa hadisə isə, Kəhf surəsinin 19-20 ayələrində görülməkdədir:

“…Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın! Çünki onlar sizi tapsalar ya sizi daşqalaq edib öldürür ya da öz dinlərinə döndərərlər. (Onda) siz heç vaxt nicat tapa bilməzsiniz!”

Bu verilən ayələrin də heç biri şiənin təhrif etdiyi təqiyyə anlayışına dəlil ola bilməz. Çünki, bu ayələrdə ölüm təhlükəsi olduğu açıq-aydın bildirilməkdədir.

Təqiyyəyə dəlil göstərilən bir başqa ayə: Ənbiya 63-cü ayəsində İbrahim əleyhissəlamın müşriklərin bütlərini qırıb sonra da yanlarındakı böyük bütü işarət edərək: “Bəlkə böyüyü, bu etmişdir. Danışa bilirlərsə, parçalanmış olanlara soruşun!”– sözüylə, İbrahim (ə.s.) yalan danışaraq təqiyyə etdiyini irəli sürənlər; Onun hikmət sahibi olduğunu bilməməkdən və bu hadisədə “tənqid və tənə=satirik” yola baş vurduğunu başa düşməməkdən irəli gəlməktədir. Əslində sonrakı ayələrdə İbrahimin özlərini ələ saldığını və kimliyini, inancını onlara bildirdiyini, bunun nəticəsində də müşriklərin onu yandırmağa təşəbbüs etdikləri görülməkdədir.

Bəqərə surəsinin 195-ci ayəsində keçən “(Malınızdan) Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.” Ayəsini isə təqiyyəyə dəlil göstərməkləri, iddialarına dəlil tapa bilməyib, batıl bir qiyasa baş vuranların halına bənzəyir. Çünki verilən ayə, təqiyyəylə deyil, infaq/xərcləmə ilə əlaqədardır.

Yusif surəsinin 76-cı ayəsində Yusifin təqiyyəyə baş vurduğu, bilə-bilə qardaşlarını aldatdığı deyilir. Ayə belədir: “Yusif, qardaşının yükündən əvvəl onların yüklərini (axtarmağa) başladı, sonra da piyaləni qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir öyrətdik. Yoxsa padşahın qanunlarına görə, o, qardaşını tutub (öz yanında) saxlaya bilməzdi. Allahın istəyi isə istisnadır. Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır.”

Əslində buradakı hadisənin bir arxa planı olduğu məlumdur. Yusif əleyhissəlam, bu fəndlə qardaşlarının özünə elədikləri haqsız hərəkətə qarşılıq verir. Qardaşları atalarına, Yusif üçün verdikləri qoruma sözünü Bünyəmin üçün də vermişdilər. Yusif üçün verdikləri saxta sözlərinin cəzasını, Bünyəmin üçün verdikləri səmimi sözlərini yerinə gətirə bilməyərək çəkmiş oldular. Burada heç kim yalan demədiyi kimi hərhansı bir şəxsə haqsızlıq da edilmir. Bünyəmin yeniyetmə biri olduğu üçün onun razılığı da alınmışdır. Yusif, qardaşlarının keçmişdə etdiyi haqsız hərəkətə qarşı onlara bir cəza vermək və ailə ilə ünsiyyəti saxlamaq istəmişdir.[18]

  1. Hədisdən çıxarılan dəlillər.

Təqiyyə ilə əlaqədar bütün məzhəblərin əsas aldıqları hədis, movzunun başında təqdim etdiyimiz Əmmar hədisidir ki, bu hədisi yuxarıda izah etməyə çalışdıq.

Rəsulullah əleyhissəlama ilk vəhydən sonra üç ilə qədər vəhy gəlmədiyi rəvayət edilir. Bu rəvayət doğru olsa belə, bunun gizli bir dəvətlə əlaqəsi yoxdur. Çünki, rəsulullah özünə gələn şeyin nə olduğunu başa düşməmiş və hələ təbliğlə də vəzifələndirilməmişdi. Rəsulullah əleyhissəlamın, Məkkə dövründə müşriklərin ən ağır təzyiqi və ölüm təhlükəsi olduğu halda Şiənin iddia etdiyi təqiyyəni heçbir zaman tətbiq etmədiyini mənbələrdən görmək mümkündür. Səhabəsinin Həbəşistana, Mədinəyə; özünün də Taifə və sonra da Mədinəyə hicrət etməsinin yerinə, niyə təqiyyəyə baş vuraraq Məkkədə qalmır? Hadisələrdən bu cür nəticə çıxarmaq; səadət əsrini və Allahın kitabını hər tərəfli nümunə alıb tətbiq etmək yerinə, bir hadisəni qiyas məal-faruk (əlaqəsi olmayan müqayisə) yoluyla yorumlayaraq dində ümumi hökm çıxarmaları, şiə din adamlarının din anlayışının nə qədər səmimi olduğu şübhəsini bərabərində gətirməkdədir. Nəbimizə və imamlara atılan aşağıdakı iftiralar şübhəmizin əsassız olmadığını və belə bir din anlayışının nə qədər təhlükəli olduğunu bir daha isbatlayacaq mahiyyətdədir:

“Siz, Allahın dinindəsiniz. Hər kim bunu gizlədərsə Allah onu əziz edər. Hər kim də bunu bildirərsə, Allah onu zəlil edər.”[19]

Belə bir rəvayətin İslamın ana əsaslarına və Quranın yüzlərlə ayəsinə tərs olduğu ortadadır. Məsələn, “Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər təbliğ etməsən, elçilik vəzifəsini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Allah, ayələrinə göz yumanları doğru yola yönəltməz.” (Maidə, 5/67)

Nəbimizin münafiqlərin rəisi Abdullah b. Ubeyin cənazə namazını qıldıqdan sonra Allah tərəfindən xəbərdar edilməsi və bu məsələylə əlaqədar nazil olan ayəni[20] Şiə, tərs tərəfindən alaraq, ayənin namaz qılmadan əvvəl nazil olmuş olduğunu bilavasitə Nəbimizin, Allahın qadağasını təqiyyə yolu ilə çeynədiyini deyirlər:

“Resulullah, Abdullah b. Ubey öldüyü zaman onun cənazə namazını qıldı. Bunu görən Ömər: “Allah bunu sənə qadağan etmədimi?”- deyə soruşdu. Rəsulullah susdu. Ömər təkrar “Ya Rəsulullah! Allah bunu sənə qadağan etmədimi?”- deyə soruşması üzərinə Rəsulullah, “Vay sənə! Mənim nə dediyimi bilirsənmi? Mən: Allahım! Onun qəbrinə və qarnına atəş doldur, onu cəhənnəmə göndər”- dedim.[21]

Şiə, təqiyyələri uğruna Allahın elçisini belə ikiüzlü şəxsiyyətsiz bir münafiq obrazında göstərməyə çalışmaqda və nümunə alınmayacaq bir şəxsə çevirməyə çalışmaqdadır. Halbuki, Allah kitabında nəbinin və yanındakılarının necə dürüst bir insan olacaqlarını belə tövsiyə etməkdədir: “Əmr olunduğun kimi tam dürüst ol. Yanındakı tövbə edənlər də dürüst olsunlar. Haqq və ədalət tərəzilərini aşmayın. O, sizin nə etdiklərinizi görür.” ( Hud, 11/112.)

  1. İmamlarından gətirilən dəlillər.

Şiə, öz məntiqinə əsasən münafiqliklə təqiyyənin arasını belə ayırır: “Kafirlərin müsəlmanları qandırmaq üçün onlardan biri kimi görünməsinə “münafiqlik”, müsəlmanların kafirləri qandırmaq üçün onlardan biri kimi görünməsinə “təqiyyə” deyilir.” Yəni, kafirlərin elədiyi ikiüzlülük “münafiqlik”; özlərinin elədiyi ikiüzlülük isə “təqiyyə” olmuş olur. İnsana şəxsiyyət, mənlik, dürüstlük qazandırmaq məqsədini daşıyan dinimizi təəssüf ki, Şiə din xadimlərinin çoxu təqiyyə anlayışı ilə yox etməyə çalışmaqdadır ki, bunu indi verəcəyimiz nümunələrlə özünüz görəcəksiniz:

Ən məşhur iddialarından biri; “İmam Əli əleyhissəlamın öz imaməti haqqında nass (ayə) olduğu halda ilk üç xəlifəyə səs çıxarmaması təqiyyəyə baş vurmasından qaynaqlanır.”- deyilməkdədir. Əbul Həsən əl-Əşari, Şiəliklə əlaqədar izahatlarında onların, imamın təqiyyə halında özünün imam olmadığını deyə biləcəyini,[22] hətta Nəbinin və imamların təqiyyə yoluyla küfrə razılıq verib fisqə (pisliyə) müraciət edə biləcəklərini iddia etdiklərini[23] ifadə etmişdir.

İlk əvvəl belə bir nassın (ayə) olduğunu demək, Şiəyə məxsus bir iddiadır.[24] Allahın kitabında belə bir ayənin varlığı və səhabə arasında Əlinin Nəbi əleyhissəlamın yerinə xələf təyin olunması ilə əlaqədar bir məlumat yoxdur. Belə bir şeyin olub yerinə yetirilməməsi həm Əli əleyhissəlamın həm də bütün səhabənin verilən əmrə xəyanət edib, sui-istimal etməsi mənasına gəlir.[25]

Bir insanın özü ilə əlaqədar Quranda xüsusi bir əmr olduğu halda –üstəlik belə bir məsələdə- bu əmri yerinə yetirməyib təqiyyə yoluna getməsi, Allaha qarşı vəzifəsini yerinə yetirməməsi sayılır. “Əsədullah=Allahın aslanı” tərifi verilən birinə belə bir şeyi yaraşdırmaq; buraxın belə bir tərifə layiq olması, sıradan qorxaq bir müsəlman üçün xoş görüləcək bir davranış deyildir. Cəsarət və elmi ilə tanınan birinin, yanındakılarına həmişə təqiyyə ilə davrandığını demək, o adamın cəsarətinə və elminə lağ etməsi mənasına gəlməkdədir.

Şiə mənbələrində Əli əleyhissəlamın təqiyyə barəsində belə dediyi rəvayət edilməkdədir: “Təqiyyə, möminin ən fəzilətli əməlidir. Təqiyyəsi olmayanın dini də yoxdur.”[26] Bu cür təqiyyə anlayışını yenə İmam Əlinin Misir valisinə yazdığı əmrnaməsi ilə cavablamaq yerində olacaqdır: “Verdiyin sözü tutmaq üçün lazım olarsa həyatını belə fəda et, çünki, arzularının müxtəlif, görüşlərinin ayrı olmasına baxmayaraq, insanların Allahın fərzləri arasında əhdə vəfa göstərmək qədər üzərində birləşdikləri bir şey yoxdur. Hətta müşriklər də xainlərin dəhşətli aqibətini gördükləri üçün müsəlmanlara qarşı əhdə vəfa göstərirdilər. Olmaya verdiyin sözdən dönəsən! Olmaya əhdinə xəyanət edəsən və düşməni aldadasan! Nakam və peşmanlığa məhkum olanlarlardan başqası Allaha qarşı çıxmaq cəsarətini göstərə biməz.”[27]

Şücaət nümunəsi Hüseyn b. Əliyə belə bir söz isnad edilməkdədir: “Təqiyyə olmasaydı, dostumuz kim düşmənimiz kim bilinməzdi.”[28]

Hüseyn (r.a.), həyatı, davası, və zülmə boyun əyməyən, mərdliyi  ilə bilinən nadir şəxsiyyətlərdəndir. Onu, şəxsiyyətini gizlədən və bu yönü ilə dost düşmənini sezən biri olaraq düşünmək və yuxarıdakı sözü ona məxsus etmək həm Hüseynə həm də onun şücaətinə kölgə salmaqdır. Əgər bu söz ona aid isə, onda niyə təqiyyə yoluna getməmiş; özünün, ailəsinin və qohumlarının şəhid olmasına, əsir düşmələrinə göz yummuşdur. Halbuki Hüseyn tam Firon qarşısında iman edib, imanlarını qoruyan və şəhadət şərbətlərini içən sehrbazların mətanətini göstərmişdir.[29]

Hüseynin oğlu Əli b. Hüseyndən bu rəvayəti nəql edərlər: “Allah, möminin bütün günahlarını əfv edər, onu dünyada və axirətdə təmizləyər, ancaq bu iki günahı əfv etməz; təqiyyəni tərk etmək və qardaşlarının haqlarına rəayət etməmək.”[30]

Bu rəvayət Allahın kitabına açıq-aydın ziddir. Çünki Allah, Nisə surəsi 116-cı ayədə belə buyurmaqdadır: “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan (günahları ) isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.”

Beşinci imam Muhamməd b. Əli əl-Bakır, təqiyyə ilə əlaqədar: “Bizim təqiyyə haqqında inancımız budur: “Təqiyyə vacibdir və onu tərk edən namazı tərk edənlə eyni vəziyyətdədir.”- dediyi nəql edilmişdir.[31] Yenə eyni imamın, “Təqiyyədən daha dəyərli nə vardır? Təqiyyə möminin cənnətidir, əgər başınızda ədalətsiz və zalım bir idarə varsa onlarla zahirdə qaynaşın, içinizdən də onlara qarşı çıxın.”- dediyi nəql edilmişdir.[32]

Oğlu Cəfər b. Bakır dan da belə rəvayət edilir: “Təqiyyə, mənim və atalarımın dinidir; təqiyyəsi olmayanın dini, imanı da yoxdur. Dinin onda doqquzu təqiyyədir.”[33] “Allaha and olsun ki, mənim üçün təqiyyədən dəyərli heç bir şey yoxdur, təqiyyə edəni Allah ucaldır, etməyəni isə alçaldır. Əl-Qaim zühur edənə qədər təqiyyədə olmaq vacibdir və əsla tərk etmək caiz deyildir. Təqiyyəni əl-Qaimin zühurundan əvvəl tərk edən kimsə uca Allahın dinindən və imamiyyə məzhəbindən çıxmış, Allaha, rəsuluna və imamlara müxalifət etmiş sayılır.”- demişdir.[34]

Allaha “həb” ilə edilən ibadətdən daha sevimli bir şey yoxdur. Ravi deyir ki; “həb” nədir?- dedim. “Təqiyyə”- deyə cavab verdi.[35]

Şiənin fəxr etdiyi və elminə toz bulaşdırmadığı, İranda İslam dövləti qurduğuna inandıqları, ayətullah Xomeyni, təqiyyəni şiə aləminə belə təqdim etməkdədir: “Sünnilərin olduğu yerdə, insanın mal, can və namusunu qoruması üçün təqiyyə etməsi vacibdir. Bu, ağıla zidd də deyildir.”[36]

Allahın kitabına, rəsulunun tətbiqatına, imamların həyatına zidlik təşkil edən, eyni zamanda müsəlmanların şəxsiyyətini yox edən, alçaldan, aralarına güvənsizlik və fitnə salan bu cür bir çox rəvayət nümunələrini vermək mümkündür. Bu son rəvayətlərlə əlaqədar izahatı Şiənin özlərinin bəzi müctəhidlərinin diliylə təqdim etməyi uyğun gördük.

  1. Şiənin təqiyyə anlayışına Şiə alimlərindən cavab.

Müasir dövrün Şiə alimlərindən Musa əl-Musəvi, təqiyyəyə şiddətlə qarşı çıxır və təqiyyəni imamlara nisbət etməyin böyük bir xəta olduğunu qeyd edir: Bu anlayışın Şiəyə sonradan yerləşməsində şübhə yoxdur. Çünki, imamların belə bir anlayışdan uzaq olduqları aşikardır. Musəvi, təqiyyəni Şiənin afyonu olaraq görməkdə, “Təqiyyə, mənim və atalarımın dinidir.” sözünün imam Cəfərə aid olmayıb, ona qarşı iftira və yalandan başqa bir şey olmadığını deməkdədir.[37]  O cümlədən təqiyyə anlayışına belə bir irad tutmaqdadır: “Rəsulullah təqiyyə etdimi? Əli (r.a.) təqiyyə etdimi? Müaviyə ilə sülhə imza atan Həsənmi? Yoxsa, tərəfdarlarının və uşaqlarının şəhid olacağını bilə-bilə Yezidə qarşı çıxan Hüseynmi? (oğlu Əli b. Hüseyn və Zeynəb, yezidin qarşısında necə davrandılar?) Əbu Bəkrin nəvəsi[38] olduğu üçün bununla fəxr edən Cəfəri Sadiqmi təqiyyə etdi?[39] İçimi yaxan və qəlbimi yaralayan xüsus, təqiyyənin avamı aşaraq məzhəb liderlərinin qəlbinə yerləşməsidir. Elə Şiələri bu liderlərin pəncəsindən qurtarmağa çalışmağımız buradan qaynaqlanmaqdadır.”[40]

Musəvi, sözlərinə belə davam edir: “Mütləq mənada buna inanıram; Dünyada Şiə qədər təqiyyə fikrini və tətbiqatını qəbul edib özünü rəzil edən, aşağılayan başqa bir cəmiyyət yoxdur. Bu nöqtədə səmimiyyətlə dua edir və Şiənin buraxın özünə təqiyyəni tətbiq etməsini, düşünməsini belə yaraşdırmadığı günü gözləyirəm!”[41]

Dövrümüzün şiə yazıçılarından Abdulbaki Gölpınarlı: “Təqiyyə; dinə, imana, müsəlmanların hürriyyətinə zərər verməsi ehtimalı nəzərə alınaraq tərk edilir. Əksi təqdirdə  İslam düşmənlərinə köməklik, zülmə riza mahiyyətini alır ki, belə bir şey, küfrə qədər götürür. Nəbi əleyhissəlam, heç vaxt belə bir şeyə təşəbbüs etməmiş, hətta bu cür hərəkətləri qınamış və uzaq durmağı tövsiyə etmişdir. On iki imam da belə bir zilləti xoş görməmişdir.”[42]

Əli Şəriəti də Şiə din adamlarının təqiyyə və təqlid anlayışı ilə əlaqədar: “Təqiyyə və təqlid adına xalqı susduran din adamları, insanları öz xətalarını araşdırmaqdan uzaqlaşdırdılar və ibadət, təzkiyə bəhanəsiylə özlərinə itaətkar etdilər.”[43]

Professor İhsan İlahi Zahir, şiənin təqiyyə əqidəsini belə tənqid etməkdədir: “Şiələr yalana “təqdis və təzim” süsü vermək surətiylə adını “təqiyyə” qoydular.”[44]

Təəssüf ki, təqiyyəni əqidə əsaslarından biri olaraq görən Şiə, Məkkə müşriklərinin belə  özlərinə rəva görmədiyi əhdə vəfasızlığı, ikiüzlülüyü təqiyyə kimi qəbul edərək özlərinə inanc əsaslarından biri olaraq mənimsəmişlər. Bu da onları kimliyi bilinməyən, hər an xəyanət edə biləcək, etibarsız bir yer-altı cəmiyyəti halına gətirmişdir.[45]

Nəticədə, belə bir əqidəyə sahib Şiələrlə dialoq qurmanın imkansız olduğu ortadadır. Onların nə vaxt təqiyyə ilə əməl edib nə vaxt etmədiklərini bilmək mümkün deyildir.

Müəllif: Aydın Mülayim.[46]

[1] İbn Mənzur, “Lisanül-Ərəb”, XV, 378.

[2] Əli- İmran, 3/28.

[3] Bax: Rağıb əl-İsfehani, Hüseyn b. Muhamməd, ‘əl-Müfrədat’, “v.k.y” md.

[4] Abbas Ali Musəvi, Şübühatu havleş-şiə, Müessesetül-alemi lilmatbuat, Beyrut t.y., 11.

[5] Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən şəxsin Allah ilə dostluğu qalmaz. Ancaq onlardan (gələn təhlükədən) müdafiə olunmanız istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş ancaq Allahadır.” (Əli-İmran, 3/28.)

[6] Təbəri, “Camiul-Bəyan”, III/140-141.

[7] İbn Sad, Tabakat, c. III, s. 249.

[8] İbn Babeveyh əl-Kummi, Əbu Cəfər Muhamməd b. Əli, “Risaletül-İtikadatil-İmamiyyə”, trc. Əthəm Ruhi Fığlalı, (Şii-İmamiyyenin İnanç Esasları) Ankara, 1987, s. 128-129.

[9] “İçki içmək və məsh üstünə məshetmək xaricində, hər şeydə təqiyyə edilir.” (Küleyni, əl-Kafi, c. II, s. 220.)

[10] Bax. Fəzlur-Rəhman, İslam, tər.: Məhmət Dağ, Məhmət Aydın, Səlcuq Yay., İstanbul, 1980, s. 241.

[11] Məsələn, “Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox çəkinənizdir.” (Hucurat, 49/13.) ayəsi haqqında Cəfər əs-Sadiqə soruşuldu. Dedi ki: “Ən çox çəkinəniniz təqiyyə ilə əməl edəninizdir.” (Əthəm Ruhi Fığlalı, Şiə İmamiyəsinin İnanc Əsasları, s. 128.)

[12] Bax. Küleyni, “a.q.e.”, c. III, s. 223; Əyyaşi, “Təfsirul-Əyyaşi”, c. I, s. 123-124, 339-340.

[13] Nəcati Alkan, “Yasaklamanın Psikodinamiği ve Terörizm”, Strateji Mərkəzi Başkanlığı, 2004, s. 12.

[14] Musa əl-Musevi, “İmamiyyədə Təqiyyə”, Tər., Doğan Kaplan, s. 282.

[15] İncil, “Pavlusun Korintoslulara Məktubu, 9”,  Bab: 20-23.

[16] Məhmət Şevket Eygi, ‘Akademı Dərgisi’, 22 Şubat, 2010.

[17] Əslində Şiə içki içmək xaric, bunların hamısını təqiyyə fəndi ilə caiz görməkdədir.

[18] Abdülaziz Bayındır, Yusif 76. Dipnot.

[19] Küleyni, “a.q.e.”, c. II. s. 220.

[20] “Onlardan ölen birinə əsla dua etmə (cənazə namazını qılma). Qəbri başında da durma. Çünki onlar, Allahı və Elçisini saymamış və fasiqlər (günahı saymayanlar) olaraq öldülər.” (Tevbe, 9/84.)

[21] Küleyni, “Furuul-Kafi”, c. III, s. 174.

[22] Əşari, “Məqalətul-İslamiyyin”, c. I, s. 89.

[23] Əşari, “e. q. ə.”, c. II, s. 162.

[24] Mənbələrində; Nəbi əleyhissəlam, Vəda Həccindən dönəndə yolda Maidə surəsinin 67-ci “Ey Allahın Elçisi! Rəbbindən sənə nazil olanı təbliğ et: əgər bunu etməzsən Onun elçiliyini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyur.” ayəti nazil olur. Bu ayə nazil olduğu zaman Həcc karvanını Qədir Xumda toplayır və: “Mən kuntu məvlahu fəhuvə Əliyyun Məvlahu=Mən kimin mövlası isəm Əli də onun mövlasıdır.”- deyərək, Əlinin imamətini elan edər. Ayənin nazil olma səbəbini Rəsulullah, “ümmət Əlinin vəlayətini qəbul etməz və dindən çıxar təhlükəsiylə gizlətmişdir,”- deyilir. (Kuleyni, “əl-Kafi”, c. I, s. 289.)

[25] Bu səbəblə Şiə, səhabənin çoxunun kafir olduğunu iddia etməkdədir.

[26] Küleyni, “e.q.ə.”, c. II. s. 220; Tacuddin Şairi, “Camiul-Əhbar”, s. 95.

[27] Nəhcül-Bəlağa (şərh; Muhamməd Abduh), s. 530.

[28] Küleyni, “e.q.ə.”, c. II. s. 220.

[29] Bax: Əraf, 7/123-126.

[30] Onat, Həsən, “Şiənin Quran, İmamət və Təqiyyə anlayışı”, Ankara 1984, s. 144.

[31] İbn Babeveyh əl-Kummi, “e. q. ə.” , s. 127.

[32] Küleyni, “Babut-Takiyye”, II/223.

[33] Küleyni, “Babut-Takiyye”, II/220.

[34] Kuleyni, a.g.e., “Babut-Takiyye”, II/222..

[35] Kuleyni, “e. q. ə.”, III/331.

[36] Onat, Həsən, “Əməvilər dövrü Şiə hərəkətləri və günümüz Şiəliyi”, s. 187.

[37] Musa əl-Musəvi, “ət-Təqiyyə vəl İsme vəl-İlham Indeş-Şiə el-İmamiyye, Millətlərarası Tarixdə və Günümüzdə Şiilik Sempozyumu”, I. Baskı, İstanbul 1993, s.739-743.

[38] Anasının anası, Abdurrahman b. Əbu Bəkrin qızı Əsmadır.

[39] Musa əl-Musəvi, “e.q. ə.”, s. 17-43.

[40] Musa əl-Musəvi, “əş-Şiə vət-Təshih”, Qahirə, II. Buraxılış., 1989, s. 52-59.

[41] Musa əl-Musəvi, “e. q. ə.”, s. 278.

[42]Gölpınarlı, Abdülbaki, “Tarix Boyunca İslam Məzhəbləri və Şiəlik”, Der Yay., İstanbul, 1987, s. 561.

[43] Onat, “e. q. ə.”, s. 186-187.

[44] Zahir, “e. q. ə.”, s. 140.

[45]İkiüzlülük sərgilənən davranışlardan nümunə verərsək: Şiəylə Sünninin qarışıq olduğu bir cəmiyyətdə Məscidə daxil olduğunuz zaman təqiyyənin necə işlədiyini görə bilərsiniz: Şiədən bəziləri Sünni imama uymasa da bir çoxu uyub namaz qılarlar, fəqət evlərinə döndüyü vaxt həmin namazları qəza edərlər. Bunu da əlbəttə Şiə imamlarına nisbət etdikləri təqiyyə prinsipinə əsaslanaraq edirlər.

Müsəlmanları qandırmaq, hətta hərhansı bir insanı qandırmaq, insanın fitrəti/təbiətinə tərs olduğu kimi, Quranda da lənətlənməkdədir: “Yalan uyduran və saxtakarlıq edən hərkəsin vay halına!” (Casiyə, 45/7.)

[46] Elmi-araşdırma mərkəzi, muselmanlar.com saytı redaktoru.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 5.769 dəfə oxundu
2 Etikaf 23.06.09 4.523 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 11.506 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.367 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 5.249 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.192 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.018 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 15.669 dəfə oxundu
9 Donuz dərisi 02.11.09 3.041 dəfə oxundu
10 Talaq: kişinin boşamaq hüququ 18.07.10 6.672 dəfə oxundu
11 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.198 dəfə oxundu
12 Piramida və şəbəkə marketinqi 24.02.12 2.334 dəfə oxundu
13 İslamda geyim ədəbi 05.06.13 2.990 dəfə oxundu
14 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 3.510 dəfə oxundu
15 Heyzli qadının ibadəti 24.02.10 27.308 dəfə oxundu
16 Oruc və orucun başlanğıcı 27.08.10 7.837 dəfə oxundu
17 İslamda falçılığa münasibət 27.11.10 7.117 dəfə oxundu
18 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 2.626 dəfə oxundu
19 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.078 dəfə oxundu
20 İftida: qadının boşanmaq hüququ 14.05.09 6.445 dəfə oxundu
21 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.313 dəfə oxundu
22 Zikrin fəzilət və faydaları 26.11.10 4.085 dəfə oxundu
23 Şəfaət inancı 08.02.11 2.722 dəfə oxundu
24 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.728 dəfə oxundu
25 Uşaqların evləndirilməsi 26.01.15 2.667 dəfə oxundu
26 Qadınların şahidliyi 14.05.09 2.620 dəfə oxundu
27 Quran və müsəlmanlar 29.01.10 4.375 dəfə oxundu
28 Dua 25.11.10 6.358 dəfə oxundu
29 Kəramət nə deməkdir? 15.02.11 3.333 dəfə oxundu
30 Qadınların sünnəti 15.07.12 12.534 dəfə oxundu
31 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 1.757 dəfə oxundu
32 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.438 dəfə oxundu
33 Dəlillərlə Cümə namazı 12.02.10 5.521 dəfə oxundu
34 Donuz əti və ziyanları 08.12.10 5.193 dəfə oxundu
35 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 4.572 dəfə oxundu
36 Əsl kafir kimdir? 21.07.12 8.081 dəfə oxundu
37 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 1.841 dəfə oxundu
38 Hicabı qadağan edənlər 14.05.09 3.136 dəfə oxundu
39 İnsan cəsədi və avtopsiya 05.02.10 3.315 dəfə oxundu
40 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.380 dəfə oxundu
41 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.293 dəfə oxundu
42 Ölüm hökmünün bərpa edilməsi nə dərəcədə doğrudur? 05.06.15 1.215 dəfə oxundu
43 Nişanlıların kəbini 14.05.09 10.040 dəfə oxundu
44 Qadınlar və Cümə namazı 26.03.10 6.158 dəfə oxundu
45 Şirk və küfr 14.07.11 3.127 dəfə oxundu
46 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 2.801 dəfə oxundu
47 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 1.740 dəfə oxundu
48 Münafiqlərin korluğu 10.04.10 1.882 dəfə oxundu
49 Valideyndən xəbərsiz kəbin 29.06.09 8.757 dəfə oxundu
50 Quranda əşyaların dili 04.07.11 13.898 dəfə oxundu
51 Mutəvatir hədis 28.09.12 1.705 dəfə oxundu
52 Vəsilə nədir? 27.05.16 1.498 dəfə oxundu
53 Nikaha nəzarət 14.05.09 6.273 dəfə oxundu
54 Ölüdən kömək gözləmək 28.03.10 3.533 dəfə oxundu
55 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 1.460 dəfə oxundu
56 Hikmət 09.01.16 2.856 dəfə oxundu
57 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 1.327 dəfə oxundu
58 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.286 dəfə oxundu
59 Faiz 29.03.10 3.991 dəfə oxundu
60 Quranı öyrənmənin üsulu 16.12.15 3.927 dəfə oxundu
61 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 813 dəfə oxundu
62 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.292 dəfə oxundu
63 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.293 dəfə oxundu
64 Namazları cəm etmək 08.04.10 5.944 dəfə oxundu
65 QÜTBÜ ƏZƏM 24.03.14 2.293 dəfə oxundu
66 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.139 dəfə oxundu
67 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 799 dəfə oxundu
68 Quranda və sünnədə namaz vaxtları 11.09.14 4.679 dəfə oxundu
69 Vərdişlər 10.04.10 2.428 dəfə oxundu
70 Seyyidlər kimlərdir? 16.10.11 6.425 dəfə oxundu
71 Qəza-qədər məsələsi 24.02.13 3.656 dəfə oxundu
72 Qadınların döyülməsi 29.03.17 400 dəfə oxundu
73 İnsan peyğəmbər 06.07.09 3.486 dəfə oxundu
74 Allah, insan və xələf-sələf 12.04.10 2.557 dəfə oxundu
75 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.582 dəfə oxundu
76 Mütə nikahı (siğə) 07.03.13 6.552 dəfə oxundu
77 Tağut 28.04.17 268 dəfə oxundu
78 Təsbeh 06.07.09 3.362 dəfə oxundu
79 Nəsx və daşqalaq cəzası 27.05.10 3.996 dəfə oxundu
80 Fitr sədəqəsi 20.06.09 3.475 dəfə oxundu
81 Kişinin seksuallığı 09.01.12 13.061 dəfə oxundu
82 Vəhy 12.04.13 1.648 dəfə oxundu
83 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.164 dəfə oxundu
84 Qəndil 30.06.09 7.192 dəfə oxundu
85 Qadının döyülməsi 07.06.10 8.915 dəfə oxundu
86 İsra və Merac 02.04.16 948 dəfə oxundu
87 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.190 dəfə oxundu
88 Ailənin adından bir qurban 26.02.10 3.338 dəfə oxundu
89 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 11.489 dəfə oxundu
90 Şəfaət 08.04.10 2.926 dəfə oxundu
91 Surroqat analıq 03.02.12 4.252 dəfə oxundu
92 Təvəssül 10.06.13 2.788 dəfə oxundu