Qurban kəsmənin Quranda dəlili varmı?
Müsəlmanlar > Qurban > Tədqiqatlar Tarix: 21 Eylül 2015 Tövsiyə et Çap et
Sual: Bəziləri özlərinin dində Qurana əsaslandıqlarını, Quranda isə qurban kəsmə ibadəti olmadığını irəli sürürlər. Bu doğrudurmu? Quranda qurban kəsmənin dəlili yoxdur?

Cavab: Əvvəlcə bu barədə məzhəblərin dəlilləri və nəyə əsaslandıqları barədə qısa bir məlumat vermək uyğun olacaqdır. Məzhəblər ümumiyyətlə bu  barədə təkcə Kövsər surəsinin 3-cü ayəsini əsas alaraq fətva verməkdədirlər. Surənin ilk iki ayəsi belədir: اِنَّآ اَعْطَيْنَاكَ الْكَوْثَرَ  فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ

“Həqiqətən, Biz Kovsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!”

Məzhəblər bu surədəki “وَانْحَر” = “qurban kəs!” kəliməsinin əmrmi, tövsiyəmi, yoxsa, təkcə peyğəmbərəmi aid olduğu haqda fərqli görüşlərə sahib olublar. Bu fərqli görüşlərinə əsaslanaraq qurban bir qisminə görə vacib, digər bir qisminə görə isə sünnə olduğu qənaətinə gəliblər.

Müasir dövrümüzdə isə biz Qurana əsaslanırıq deyən, əslində isə Qurandakı bir çox əmrlərdən insanları uzaq tutmağa çalışanlar da təkcə bu ayəyə əsaslanaraq Quranda “وَانْحَر” kəliməsinin qurban kəsmə ilə əlaqəsi olmadığını iddia etməkdədirlər.

Əslində məzhəblər arasında bu fərqli görüşlərin yaranmasında və İslam düşmənlərinə bu cür materiallar verilməsində ən böyük qəbahət  yenə məzhəblərin əsaslandıqları metodolojidədir. Bu məzhəblər İslami hökmlərin çoxunda Qurana əsaslanmadıqları kimi bu mövzuda da Qurana əsaslanmamışlar. Quranda qurban barədə əsas ayələri gözardı edib, təkcə yuxarıdakı ayəni alaraq, onu da səhv yorumlamaq surətiylə hokm çıxarmışlar. Halbuki, təkcə bu ayə qurbana dəlil olmaz. Çünki, “وَانْحَر” kəliməsi “köksünə (üstündəki çüxura) biçaq saplayaraq kəs”– deməkdir. Ərəblər böyük heyvanları, dəvəni ayaqda köksünə biçaq saplayaraq kəsərlər.

Məzhəblərin və müstəşriklərin fikirləri haqda qısa bir məlumatdan sonra qurban kəsmə barədə Quranın dediklərini izah etməyə çalışaq:

“İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun dəvələr üstündə gəlsinlər.”

“Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, məzlum yoxsullara da yedirdin!” (Həcc, 27-28)

Ayədə İbrahim əleyhissəlama “məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər.”– deyilməsi, İbrahim əleyhissəlamdan əvvəl də bu ibadətin məlum olduğuna və müəyyən, bilinən günlərdən olduğuna işarədir. Çünki qurban ibadəti, Adəm əleyhissəlamdan bu yana davam edən bir ibadətdir. Bu barədə dəlilimiz yenə Qurana əsaslanmaqdadır:

“Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver.” (Həcc, 22/34)

Nəzərinizə çatdıraq ki, bu ayədə qurban kəsənin Allahın adını çəkməsi şərt qoşulmaqdadır. Bunun səbəbi də qurbanın bir ibadət olması vəsiləsilədir. Digər vaxtlarda Allahın adını çəkmək şərti axtarılmaz. Çəkilərsə daha yaxşıdır. Ancaq çəkilməsə də yenə problem yoxdur. Əti haram olmaz, yeyilir. Çünki haram olması üçün Allahdan başqası adına kəsilməsi lazımdır.[1]

Qurban kəsmənin bir başqa açıq dəlili də Həcc surəsinin 36-cı ayəsidir:

“Cüssələri mükəmməl olanları da sizin üçün Allaha qulluğun nişanələrindən etdik. Onlarda sizin üçün xeyir vardır. Cərgə-cərgə düzülmüş halda (kəsərkən) Allahın adını çəkin. Böyrü üstə düşən zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə ram etdik ki, bəlkə şükür edəsiniz.”

Ayənin “Böyrü üstə düşən zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirin.” əmrinə əsasən qurbanlıqlar ən az üç yerə bölünür.

İndi isə qurbanın nə cür bir ibadət olduğuna, fərzmi, yoxsa sünnəmi olduğuna nəzər salaq:

Bir mövzu haqda dini bir fətva vermək üçün o sahədə nazil olan bütün ayələri birləşdirmək və eyni zamanda peyğəmbərimizin bu barədəki icraatlarına da baxmaq lazımdır. Peyğəmbər əleyhissəlamın belə, bir mövzu haqda Allahdan ətraflı izahat və əmr gəlmədikcə o movzu haqda heç bir tətbiqatı olmamışdır. Bu səbəblə peyğəmbərimiz Məkkə dövründə nazil olan Kövsər surəsindəki ayəylə hərəkət edərək, Məkkədə qurban kəsməmişdir. Bu barədə Mədinədə bir başqa açıq ayə gəldiyi zaman, qalxıb qurbanını kəsmişdir. Bu ayələrdən  birini yenə xatırladaq:

“Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver.” (Həcc, 22/34)

Bu barədə peyğəmbərin icraatlarını da təqdim edərək və yuxarıdakı ayələri də əsas gətirərək bunu rahatlıqla deyə bilərik ki, qurban ibadəti hər kəsə ayrı ayrılıqda deyil, bütün ümmətə fərz qılınan bir ibadətdir. Qurban, heç bir ibadətə bənzəməz; o, şəxslərə deyil, ümmətə fərz qılınmışdır. Bəzən bir adam ümmət adına qurban kəsə bilər. Eynilə fərzi kifayə kimi. Bu ibadəti bir nəfər yerinə gətirdiyi təqdirdə digərlərinin üzərindən fərziyyəti qalxar. Necəki Rəsulullah (s.a.v.) qurban bayramlarının birində tək birdənə qoç kəsmiş və belə demişdi:

“Mən, İbrahimin dini üzərə üzümü birbaşa göyləri və yeri yaradana tərəf çevirdim. Mən müşriklərdən deyiləm. De: mənim duam da, qurbanım da, həyatım və vəfatım da, aləmlərin Rəbbi olan Allah üçündür! Mən müsəlmanlardanam. Allahım bu səndəndir və sənədir; Muhəmməddən və ümmətindən, bismilləhi vallahu əkbər.”[2]

Bir dəfə Allahın Elçisi yaxşı baxımlı, buynuzlu, ala-bula iki qoç almışdı, onlardan birini “Allahım bu, ümmətimdən sənin birliyinə və mənim təbliğimə şəhadət edən hər kəsin adınadır” ikincisini də “Bu Muhəmməd və Muhəmmədin ailəsi adınadır.”-deyərək kəsmişdir.[3]

Nəticə olaraq bir daha bunu qeyd edək ki, müasir dövrümüzdə Qurana yönəlmənin gücləndiyini görən müstəşriklər, Quran adından özlərinə uyan və hər fürsətdə dini, müsəlmanları ələ salmağa çalışan bir təşkilat qurublar. Bunlar, biz Qurana əsaslanırıq deyib, insanları Qurandakı bir çox hökmlərdən, məsuliyyətlərdən uzaq tutmağa çalışırlar. Eyni zamanda mövzumuzla əlaqədar olaraq da Quranda bu qədər ayələr olmasına baxmayaraq, bir tək kəliməni istədikləri mənaya yorumlayıb, qurban ibadətinin olmadığını irəli sürürlər. Belələrinə qarşı ayıq olmaq və bu barədə əhli olmayanların yorumlarına aldanmamaq üçün çoxlu Quran oxumaq lazımdır. Allah bizi Allah adına, Quran adına və məzhəb adına aldadanların fitnəsindən qorusun! Amin!

Suala cavab verdi: Süleymaniyə elmi araşdırmalar cəmiyyəti.

Buna oxşar sual-cavabla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/muzakire-ve-mubahiseler/5506.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Bəqərə 2/173; Nəhl 16/115.

[2] Əhməd b. Hanbəl, Müsnəd, III, 356, 362; Əbu Davud, “Dəhaya” 8

[3] Əhməd b. Hanbəl, Müsnəd, VI, 391, 392.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.132 dəfə oxundu
2 Etikaf 23.06.09 4.970 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 13.266 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.602 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 5.902 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.716 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.516 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 19.473 dəfə oxundu
9 Quranda və sünnədə namaz vaxtları 11.09.14 6.174 dəfə oxundu
10 Vərdişlər 10.04.10 2.597 dəfə oxundu
11 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.844 dəfə oxundu
12 Mütə nikahı (siğə) 07.03.13 8.435 dəfə oxundu
13 Tağut 28.04.17 2.957 dəfə oxundu
14 İnsan peyğəmbər 06.07.09 3.711 dəfə oxundu
15 Allah, insan və xələf-sələf 12.04.10 2.767 dəfə oxundu
16 Kişinin seksuallığı 09.01.12 15.589 dəfə oxundu
17 Vəhy 12.04.13 1.804 dəfə oxundu
18 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 470 dəfə oxundu
19 Təsbeh 06.07.09 3.632 dəfə oxundu
20 Nəsx və daşqalaq cəzası 27.05.10 4.535 dəfə oxundu
21 Fitr sədəqəsi 20.06.09 3.655 dəfə oxundu
22 İsra və Merac 02.04.16 1.170 dəfə oxundu
23 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.364 dəfə oxundu
24 Hamının bildiyi Namaz. 26.01.18 604 dəfə oxundu
25 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.349 dəfə oxundu
26 Qəndil 30.06.09 7.746 dəfə oxundu
27 Şəfaət 08.04.10 3.134 dəfə oxundu
28 Surroqat analıq 03.02.12 4.771 dəfə oxundu
29 Təvəssül 10.06.13 3.083 dəfə oxundu
30 “Ən zəif ev” 09.03.18 302 dəfə oxundu
31 Ailənin adından bir qurban 26.02.10 3.627 dəfə oxundu
32 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 12.867 dəfə oxundu
33 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.520 dəfə oxundu
34 Piramida və şəbəkə marketinqi 24.02.12 2.545 dəfə oxundu
35 İslamda geyim ədəbi 05.06.13 3.328 dəfə oxundu
36 Yusifin köynəyi, Yaqubun gözü. 30.03.18 436 dəfə oxundu
37 Donuz dərisi 02.11.09 3.231 dəfə oxundu
38 Talaq: kişinin boşamaq hüququ 18.07.10 7.695 dəfə oxundu
39 İslamda falçılığa münasibət 27.11.10 7.722 dəfə oxundu
40 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 3.028 dəfə oxundu
41 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.194 dəfə oxundu
42 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 284 dəfə oxundu
43 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 3.973 dəfə oxundu
44 Heyzli qadının ibadəti 24.02.10 43.761 dəfə oxundu
45 Oruc və orucun başlanğıcı 27.08.10 9.384 dəfə oxundu
46 Şəfaət inancı 08.02.11 2.895 dəfə oxundu
47 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.846 dəfə oxundu
48 Uşaqların evləndirilməsi 26.01.15 3.006 dəfə oxundu
49 Quranda Hicab/Başörtüsü. 24.09.18 397 dəfə oxundu
50 İftida: qadının boşanmaq hüququ 14.05.09 8.709 dəfə oxundu
51 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.441 dəfə oxundu
52 Zikrin fəzilət və faydaları 26.11.10 4.787 dəfə oxundu
53 Kəramət nə deməkdir? 15.02.11 3.697 dəfə oxundu
54 Qadınların sünnəti 15.07.12 13.377 dəfə oxundu
55 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 2.050 dəfə oxundu
56 Qadınların şahidliyi 14.05.09 2.899 dəfə oxundu
57 Quran və müsəlmanlar 29.01.10 4.591 dəfə oxundu
58 Dua 25.11.10 7.000 dəfə oxundu
59 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.587 dəfə oxundu
60 Əsl kafir kimdir? 21.07.12 8.957 dəfə oxundu
61 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.080 dəfə oxundu
62 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.825 dəfə oxundu
63 Dəlillərlə Cümə namazı 12.02.10 6.150 dəfə oxundu
64 Donuz əti və ziyanları 08.12.10 5.736 dəfə oxundu
65 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.491 dəfə oxundu
66 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.445 dəfə oxundu
67 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.491 dəfə oxundu
68 Hicabı qadağan edənlər 14.05.09 3.398 dəfə oxundu
69 İnsan cəsədi və avtopsiya 05.02.10 3.537 dəfə oxundu
70 Şirk və küfr 14.07.11 3.498 dəfə oxundu
71 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.132 dəfə oxundu
72 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.105 dəfə oxundu
73 Nişanlıların kəbini 14.05.09 11.414 dəfə oxundu
74 Qadınlar və Cümə namazı 26.03.10 6.816 dəfə oxundu
75 Quranda əşyaların dili 04.07.11 14.162 dəfə oxundu
76 Mutəvatir hədis 28.09.12 1.909 dəfə oxundu
77 Vəsilə nədir? 27.05.16 2.087 dəfə oxundu
78 Münafiqlərin korluğu 10.04.10 1.984 dəfə oxundu
79 Valideyndən xəbərsiz kəbin 29.06.09 9.868 dəfə oxundu
80 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 2.469 dəfə oxundu
81 Hikmət 09.01.16 4.149 dəfə oxundu
82 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.627 dəfə oxundu
83 Nikaha nəzarət 14.05.09 6.602 dəfə oxundu
84 Ölüdən kömək gözləmək 28.03.10 3.768 dəfə oxundu
85 Quranı öyrənmənin üsulu 16.12.15 4.465 dəfə oxundu
86 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 1.016 dəfə oxundu
87 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.880 dəfə oxundu
88 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.479 dəfə oxundu
89 Faiz 29.03.10 4.415 dəfə oxundu
90 QÜTBÜ ƏZƏM 24.03.14 2.435 dəfə oxundu
91 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.562 dəfə oxundu
92 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.150 dəfə oxundu
93 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.399 dəfə oxundu
94 Namazları cəm etmək 08.04.10 6.768 dəfə oxundu
95 Seyyidlər kimlərdir? 16.10.11 7.836 dəfə oxundu
96 Qəza-qədər məsələsi 24.02.13 4.015 dəfə oxundu
97 Qadınların döyülməsi 29.03.17 1.320 dəfə oxundu