Uşaqların evləndirilməsi
Müsəlmanlar > Evlilik-ailə həyatı > Tədqiqatlar Tarix: 26 Ocak 2015 Tövsiyə et Çap et

Uşaqların evləndirilməsi

Giriş

İlk dövrlərdən günümüzə qədər başda fiqh kitabları olmaqla mövzu ilə birbaşa ya da bilvasitə əlaqədar bütün əsərlərdə uşaqların evləndirilə biləcəyinə hökm verilmişdir.[1] Bu əsərlərdə mövzunu dəlilləndirmə məzmununda xüsusiylə Talaq surəsinin 4-cü və Nisə surəsinin 6-cı ayələrinə, Aişə anamızın uşaq vaxtı evləndirildiyinə dair rivayətlərə, icma dəlilinə, fiqhi qiyas metoduna və məsləhət prinsipinə istinad edilmişdir.[2]

Bu mövzu, fiqh sahəsində və fiqh üsulunda Quran, sünnə və qiyasın necə başa düşülüb tətbiq edilməsi yönündən teorik; əldə edilən nəticənin hüquqi, sosial və psixoloji təsirləri yönündən də praktik əhəmiyyətə sahibdir. Eyni zamanda irəli sürülən belə bir hökmün nə qədər xətalı və hətta faciəli olduğu isbat edilməyə çalışılacaq və onların bu hökmə gələrkən dindəki üsul və təfsir qaydalarına riayət etmədikləri vurğulanacaqdır. Əslində əlaqədar ayələrin necə başa düşülməsi lazım olduğu və ayələr arası əlaqələrin necə qurulması üzərində durulacaq, sünnənin yeri və fünksiyası haqqında izahatlar veriləcək, edilən qiyasların hansı hallarda tutarlı olacağı göstərilməyə çalışılacaqdır.

A) ƏNƏNƏYƏ GÖRƏ

I-MÖVZUNUN FÜRUİ- FİQH (FİQH DALI) ƏSƏRLƏRİNDƏ ƏLƏ ALINMASI

Fiqh dalı əsərlərində xüsusiylə nikah və talaq bölümlərində uşaqların vəliləri tərəfindən evləndirilə biləcəyi hökmü verilməkdədir.[3] Bu əsərlərə görə evlilik aktı bağlayanların əqli baliğ olmaları şərt olsa da evlilik aktının mötəbər olması üçün evlənən şəxslərin əqli baliğ olmaları şərt deyildir. Bilavasitə, evlilik aktını uşaqların yerinə böyüklər icra edirlər. Məzhəblər arasında bəzi fərqliiklər olsa da ata, baba, qəyyum, hakim ya da asabələrdən[4] birinin vəlayət səbəbiylə uşaqların evləndirilə biləcəyi qəbul edilməkdədir.[5] Hənəfilərə görə əgər vəlayət icbari isə, yəni uşaqlar ata və babaları tərəfindən evləndirilmişsə onda tərəflərin büluğdan sonra mühəyyərlik haqları da yoxdur.[6] Yenə bu kitabların talaq bölümlərinin iddə[7] mövzuları içərisində uşaqların iddələrinin üç ay olduğu hökmu verilməkdədir.[8] Bu hökm, evləndirilən uşaqların boşana biləcəyini də göstərir[9]. İndi bu kitablarda bəhs edilən dəlillərə nəzər salaq:

Bəzi fəqihlər Talaq surəsinin 4-cü ayəsinin “Heyzdən kəsilmiş qadınlarınızla və heyz görməyənləri barəsində şübhəniz varsa, onların gözləmə müddəti üç aydır.”- məalından, uşaqların iddəsindən bəhs edildiyi mənasını çıxarırlar.[10] Bu görüşdə olanlara görə ayədə keçən “ləm yəhıdnə = لم يحضن” ifadəsi ilə hələ heyz görməmiş olanlar yəni uşaqlar nəzərdə tutulur. Ayə uşaqların iddətindən bəhs edilməkdə, şəri iddətin səbəbi nikah olduğu üçün də uşaqlar evləndirilə bilməkdədir.[11]

Nur surəsinin 32-ci ayəsinin “Aranızdakı bekarları evləndirin…”- məalında bekarlar deyə tərcümə edilən “əl-əyama = الايامى ” – kəliməsinin uşaq ya da böyük, əri olmayan qadınlar mənasına gəldiyi iddia edilərək atanın kiçik qız uşağını evləndirə biləcəyinə hökm verilməkdədir.[12] Yenə bu ayədən hərəkətlə, ata və babanın uşaqlar üzərində evləndirmə vəlayətinin sabit olduğu qəbul edilməkdədir.[13]

Uşaqların evləndirilməsiylə əlaqədar Rəsulullahın Aişə anamızla hələ kiçik bir qız ikən nikahlandığı da dəlil olaraq göstərilməkdədir.[14] Şəxsən Aişə anamızın özünün rivayət etdiyi hədis, mənbələrdə fərqli yollarla və mətinlərdə fərqli şəkildə verilməkdədir.[15] Rivayətlərdə Xədicə anamızın hicrətdən üç il əvvəl vəfat etdiyi və Rəsulullah iki il subaylıq keçirdikdən sonra Aişə anamızla evləndiyi, bu arada Aişənin altı yaşında olduğu, doqquz yaşında isə onunla zifafa girdiyi, Rəsulullah vəfat etdikdə də Aişənin onsəkkiz yaşında olduğu iddia edilməkdədir.[16] Şəvkani (v. 1250/1834), hədisin müttəfəqun əleyh olduğuna diqqət çəkər.[17] İbn Həcər (v. 852/1449), hədisin bu hökmə dəlalətinin açıq olmadığını vurğulayır. Nəvəvi (v. 676/1277) isə bu hədisin, kiçik qız uşağının atası tərəfindən evləndirilə biləcəyi xüsusunda açıq olduğunu və bu hədis səbəbiylə müsəlmanlar belə bir hökmdə icma etmişlər”- deyir.[18] Buxari (v. 256/870), bu hədisi rivayət etdiyi bölümə “ atanın, kiçik uşağını nikahlaması”- başlığını qoymuşdur.[19] Bir çox hədis qaynağında da bu hədis, eyni hökmün ifadə edildiyi başlıqlar altında ələ alınmaqdadır.[20] İbni Hümam (v. 861/1457), bir atanın uşağını evləndirməsini şəxsin hürriyyətiylə uyğun gəlmədiyini dilə gətirsə də alimlərin Aişə anamızın vəziyyətini ifadə edən hədislə belə bir nəticəyə gəldiklərini deyir.[21] İbn Hazm (v. 456/1064) isə bu rivayətdən yola çıxaraq, atanın ancaq kiçik qız uşağını evləndirə biləcəyini deməkdədir. Bunu da Əbu Bəkr (r.a.) Aişə anamızı Rəsulullah ilə altı yaşında ikən evləndirməsinə dayandırmaqdadır.[22] Ancaq kiçik oğlan uşağının evləndirilə biləcəyinə dair hökmə də bu hadisəni qiyas edərək gəlirlər.[23] Əlavə olaraq bu hədisdən, zifaf yaşının doqquz olduğuna dair hökm də çıxarılır.[24] Sərahsiyə (v. 483/1090) görə bu hədis əsasında, ata kiçik qızını evləndirdiyi vaxt büluğ yaşına çatarsa qızın muhayyərlik (ixtiyar) haqqı yoxdur. Çünki, Aişə anamız baliğ olanda Rəsulullah ona muhayyərlik haqqı tanımamışdır. Əgər evləndirilən kiçik uşaqların büluğa çatmaqları halında muhayyərlik haqqı sabit olsaydı, Rəsulullah bu haqqı Aişə anamıza tanıyardı.[25]

II- MÖVZUNUN FİQH ÜSULU ƏSƏRLƏRİNDƏ ƏLƏ ALINMASI

Fiqh üsulu əsərlərində uşaqların evləndirilməsi məsələsi xüsusiylə əhliyət, vəlayət və qiyas mövzuları daxilində yer almaqdadır. Bu məzmunda Nisə surəsinin 6-cı ayəsini “Yetimləri nikah çağına(yetkinlik yaşına) çatana qədər imtahana çəkin. Əgər onların rüşdə (əqli-kamala) çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb (mallarını məndən alacaqlar) deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o (maldan )insafla yesin. (Yetimlərin) mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər.”misal göstərərək, ayədə vəlilərin uşaqların malları üzərindəki haqları ilə bərabər özləri üzərində də vəlayət haqları olduğu nəticəsinə gəlməkdədirlər.

Əbdüləziz əl-Buxari (V. 730/1330), “ayədə necəki, uşaqlıq vəsfi mal vilayətində nəzərə alınır, nikahda da bu vəsfin nəzərə alınması lazımdır”- deyir.[26] Abdülkərim Zeydan da buna bənzər fikir irəli sürdükdən sonra, bu mövzuda icma olduğunu deməkdə və belə davam etməkdədir:

“Hənəfilərə görə, atanın kiçik bakirə qızını evləndirmə xüsusunda sabit olan vəlayətin illəti (kök, qəsd olunan) bakirəlik deyil, uşaqlıqdır. Çünki, Şari (hökm qoyan yəni, Allah) mal üzərindəki vəlayətdə bu vəsfi diqqətə almışdır. Bilavasitə uşaqlıq, bakirə ya da dul olsun, uşaqların evləndirilməsi xüsusunda vəlayət hökmünə əsaslandırılan bir vəsf olmuşdur.[27]

Zəkiyüddin Şaban, illətin təsbit edilməsi halında icmanın əsas ola biləcəyini və bu illəti müəyyənləşdirmənin bir misalını verərək belə deyir:

“Atanın kiçik qızını evləndirmədə vəlayət sahibi olduğu icma ilə sabit bir hökmdür. Fəqət bu hökmün əsaslandığı dəlil zikredilməmişdir. Bununla yanaşı bu hökmdəki illətin “uşaqlıq” vəsfi olduğu başa düşülür. Çünki “uşaqlıq” vəsfi ilə “evləndirmə vəlayəti” hökmü arasında bir uyğunluq vardır. Buna görə də bu illət əsas alınaraq qiyas yoluyla belə bir hökmə gəlmək olar: Ata kiçik dul qızını evləndirmədə də vəlayət səlahiyyətinə sahibdir.”[28]

Müəllif eyni əsərdə “Münasib vəsfin qisimləri” başlığı altında  Şari tərəfindən etibarlı sayılan münasib vəsfə bu nümunəni verməkdədir:

“Kiçik qızın evləndirilməsi xüsusunda vəlayət hökmü üçün, “uşaqlıq”, münasib bir vəsfdir və bu vəsfin hökmün illəti olduğu naslarda və ya icmada qeyd edilməmişdir. Ancaq eyni vəsfi, Şari başqa bir hadisəylə diqqətə aldığı və onu hökmə bağladığı görülməkdədir. Necəki, Quranı Kərimdə: “Yetimləri həddi- büluğa (yetkinlik yaşına) çatana qədər imtahana çəkin. Əgər onların rüşdə (əqli-kamala) çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın.”- buyurularaq uşaqların malları haqqında vəlayət hökmü qəbul edilmişdir. Bu, Şarinin uşaqlıq vəsfini diqqətə alıb bunu hökmə bağladığını göstərməkdədir. Hər nə qədər mal xüsusundakı vəlayət ilə evləndirmə vəlayəti bir-birindən fərqli vəlayət isə də hər ikisi “vəlayət” olma nöqtəsində birləşməkdədir.[29]

Hənəfi hüquqçular, mal ilə evlənmə vəlayəti arasında cins birliyindən söz edərlər və bunu qiyas maal-farık olaraq görməzlər.[30]

B) QURANA GÖRƏ

III- DƏİLİLLƏRİN DƏYƏRLƏNDİRİLMƏSİ

Uşaqların vəlilər tərəfindən evləndirilməsinə icazə verən hökmün ayə, rivayət, icma və qiyasdan ibarət dəlillərinə qısaca toxunduq. İndi bu dəlilləri dəyərləndirib, məsələni Qurani yöndən hökmə bağlamağa çalışacayıq.

“Heyzdən kəsilmiş qadınlarınızla və heyz görməyənləri barəsində şübhəniz varsa, onların gözləmə müddəti üç aydır…” məalındakı Talaq surəsinin 4-cü ayəsindəki لم يحضن kəliməsini “hələ heyz görməmiş qızlar”– olaraq tərcümə edən və yorumlayanlar uşaqların evləndirilməsi üçün bu kəliməni dəlil gətirirlər. Halbuki ərəbcədə “ləm= لم” ədatı dili və miş keçmiş zamanın təsirsiz halını (cəhdi mütləq), “ləmma= لما” ədatı isə indiki bitmiş zamanın təsirsiz halını (cəhdi müstəğraq) ifadə etmək üçün işlədilir. Beləki “hələ” anlamını “ləm” deyil “ləmma” ədatı verir.[31] “ləmma= لما” ədatı başına gələn indiki zaman felinin zamanını keçmişə, anlamını təsirsiz hala çevirir. Felin hələki olmadığını amma olmasının gözlənildiyi mənasını qazandırır.[32] Bir də uşaq üçün “heyz görmədi”- ifadəsi işlədilməz. Çünki heyz görmədiyi üçün uşaq adlanır. Bu ifadənin işlədilməsi üçün əvvəlcə o şəxsin heyz görməyə başlaması sonra da müxtəlif səbəblərdən ötrü heyz görə bilməməsi lazımdır.[33]

Bizə görə “ləm yəhıdnə = لم يحضن” ilə qəsd edilən “mümtəddətut-tuhr”- deyilən və bir neçə il heyz görə bilməyən qadınlardır. Ayə bu qadının vəziyyətini qaydaya salmaqdadır. Əksi təqdirdə bu halda olan bir qadının boşandıqdan sonra iddətinin  bitməsi və ərinin evində keçirəcəyi müddət illərlə sürə bilər. Ayrıca “Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün iddə (gözləmə müddəti) yoxdur.”- məalındakı Əhzab surəsinin 49-cu ayəsi ilə yuxarıda xatırlatdığımız Talaq surəsinin 4-cü ayəsi bərabər ələ alınanda  “ləm yəhıdnə” ilə qəsd edilənlərin “mümtədəttur-tuhr”- deyilən qadınlar olduğu qənaəti hasil olur. Çünki, cinsi əlaqə olmadan boşanan qadınlara iddə lazım olmadığı kimi uşaqlarla da fitri yöndən əlaqə qurulmayacağına görə Talaq surəsinin 4-cü ayəsində keçən “ləm yəhıdnə = لم يحضن”- ifadəsi ilə də uşaqlar nəzərdə tutulmadığı açıqdır.[34]

Yetimləri nikah çağına(yetkinlik yaşına) çatana qədər imtahana çəkin. Əgər onların rüşdə (əqli-kamala) çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb (mallarını məndən alacaqlar) deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o (maldan )insafla yesin. (Yetimlərin) mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər.”- məalındakı Nisə surəsinin 6-cı ayəsindən yola çıxaraq, məzhəblər vəlilərin uşaqlar üzərindəki mal vəlayətlərinə qiyasla şəxsi vəlayətlərinin də olacağı qənaəti ilə vəlilərin uşaqları evləndirə biləcəklərinə hökm vermişlər. Bu fasid bir qiyasdır (qiyası maal-farık). Mal ilə nikah arasında bənzərlik olduğunu iddia etmək həm ictimai yöndən həm də fiqh üsulunda teoriyası verilən qiyas şəklinə uyğun deyildir.

Biz Nisə surəsinin əlaqədar ayələrindən hərəkətlə evlilik çağının təkcə büluğ ilə deyil həm də rüşd ilə olacağına inanmaqdayıq.[35] Nisə surəsinin 2 ilə 6 arası ayələri belədir:

2. Yetimlərin mallarını özlərinə verin və pisi yaxşı ilə dəyişməyin. Onların mallarını öz mallarınızla birlikdə yeməyin. Şübhəsiz ki, bu, böyük günahdır.

3. Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn başqa qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə (kifayətlənin). Bu, haqsızlıq etməməyə daha yaxındır.

4. Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin.

5. Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin. Onlara o maldan yedirdib geyindirin və onlara yaxşı nəsihətlər verin.

6. Yetimləri nikah çağına (yetkinlik çağına) çatana qədər imtahana çəkin. Əgər onların rüşdə (əqli-kamala) yetdiyini görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb (mallarını məndən alacaqlar) deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o (maldan )insafla yesin. (Yetimlərin) mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər.

Görüldüyü kimi Nisə surəsinin 2-ci ayəsində yetimlərin mallarının özlərinə verilməsi əmr edilməkdədir. 6-cı ayədə isə nikah çağına qədər yetimlərin imtahana çəkilməsi və nikah çağına qədəm qoyduqları vaxt ve rüşdə yetdikləri zaman da mallarının özlərinə qaytarılması əmr edilməkdədir. Bilavasitə 2-ci ayədə mallarının özlərinə verilməsi lazım olan yetimlərin rüşdə (əqli-kamala) ərənlər olduğu ortaya çıxmaqdadır. Nisə surəsinin 6-cı ayəsində evlilik çağına və rüşdə yetənə qədər eyni şeylər əmr edildiyinə görə bu ayələrdə keçən “eşüddeh = اشده ”– kəliməsi ilə rüşd eyni mənaya gəlməkdədir. Eynilə Yusuf surəsinin 22-ci ayəsində “Yusuf rüşdə yetəndə ona hikmət və elm verdik.” Qəsas surəsinin 14-cü ayəsində “Musa rüşə yetib istiva edəndə ona hökm və elm verdik” Əhqaf surəsinin 15-ci ayəsində “Nəhayət insan rüşdə erəndə və qırxına çatanda…” və Mömin surəsi 67-ci ayəsində “Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi, uşaq olaraq (ana bətnindən) çıxardan, sonra böyüyüb yetkinlik yaşına (rüşdə) çatasınız, daha sonra da qocalasınız deyə yaşadan Odur…”- deyə verilən ayələrdə bu kəlimənin (اشده) ilə ifadə edilməsi qəsd edilənin rüşd olduğunu göstərməkdədir. Beləliklə Quran, rüşd ilə bülüğun fərqli şeylər olduğu bildirməkdə və evlilikdə büluğu (yetkinlik çağı) deyil, rüşdü (əqli-kamal) əsas aldığını bizə göstərməkdədir. Sərahsinin iddia etdiyi kimi[36] evlilik çağının ihtilam olduğu dövr olduğunu qəbul etsək belə bu fikir büluğdan əvvəl uşaqların evləndirilməyəcəyini göstərir. Çünki ihtilam həddi-büluğa çatmanın başlanğıcını göstərir ki, bunun mənası uşaqlıq dövrünün sona çatması deməkdir və bu barədə də ixtilaf yoxdur.[37] Bu mövzudakı hədisi şərifdə belə deyilir: “Oyanana qədər yatanın, ihtilam olana qədər uşağın və sağalana qədər dəlinin üzərindən qələm qalxmışdır.”[38] İbn Kudamə (v. 620/1223) də fərz və əhkamın ihtilam olmuş kişiyə, heyz görmüş qadına aid olduğu və bu xüsusda icma olduğunu deyir.[39] İbn Həcər (v. 852/1449), kişi ya da qadın olsun ibadət və digər əhkamlardakı məsuliyyətlərdə ihtilamın vacibliyindən və alimlərin bu xüsusda icmasından bəhs edir.[40] Ancaq İbn Həcər isə əsərinin bir başqa yerində atanın kiçik qızını zorla evləndirə biləcəyi xüsusunda alimlərin icması olduğunu deməkdədir.[41]

Qəsani, Nur surəsinin “Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin…” -məalındakı 32-ci ayəsində keçən “eyâmâ = الايامى” kəliməsinin kiçik ya da böyük, əri olmayan qadınlar mənasına gəldiyi üçün atanın kiçik qız uşağını evləndirə biləcəyini deməkdədir.[42] Qəsaninin ifadələrinə görə bu ayəni eyni məqsədlə Əbu Hənifə də dəlil olaraq istifadə etməkdədir.[43] Halbuki ayənin sonunda “Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər” – buyrulmaqdadır. Yəni fağır olduqları deyilən insanlar, evləndirilməsi istənilən insanlardır. Ayə, bu insanların kifayət qədər mal sahib olmadıqlarını göstərir. Belə bir ifadə mal üzərində səlahiyyət sahibi olmayan uşaqlar üçün işlədilməz. Buna görə bu ayədə keçən “eyâmâ = الايامى” kəliməsindən qəsd edilənlər rüşdə yetən insanlardır. Bir də ki, sözlükdə “eyâmâ = الايامى ” kəliməsinin müfrədi olan “eyim” kəliməsi, dul qadın və ya kişi mənasına gəlir.[44] “Əyyim” hədisi şərifdə belə keçir: “Əyyimə soruşulmadan, bakirədən icazə alınmadan nikahı qıyılmaz. Dedilər ki: Ey Allahın rəsulu! Onun icazəsi necədir? Dedi ki: susması.”[45]

Bir başqa yöndən Qurandakı evliliyə dair ayələrin hamısının uşaqlarla əlaqəsi olmadığı nəzərə çarpır. Məsələn Bəqərə surəsinin 221-ci ayəsində iman gətirmədikcə müşrik qadın və kişilərlə evlənilməməsi, bunlara emosional yaxınlıq hiss edilsə (ولو اعجبتكم ־ ولو اعجبكم) belə mömin kişi və qadına tərcih edilməmələri əmr edilməkdədir. Yenə evlənəcək cütlərin “muhsan”“muhsanə” olması Quranın olmazsa olmaz şərtlərindəndir. Nisə surəsinin 25-ci ayəsində hür muhsanə qadınlarla evlənməyə gücü çatmayanların cariyələrlə evlənə biləcəkləri ifadə edilməkdə, bu cariyələrin iffətli olmaları, zina etməmələri  kimi xüsusiyyətləri olmasından, fuhuş etdikləri təqdirdə görüləcək tədbirdən və bütün bunların günaha düşməkdən qorxanlar üçün olduğundan bəhs edilməkdədir. Bütün bunlar evlilik çağına gəlməmiş bir uşaq üçün xəyal edilməz. Bu xüsusiyyətlər kişi və qadında mümkündür.

Yenə Nur surəsinin 3-cü ayəsində zina edən adamın yenə zina edən və ya müşrik qadınla, zina edən qadının da zina edən və ya müşrik bir kişiylə evlənə biləcəyindən bəhs edilməkdədir. Burada zina və şirk felinin uşağa nisbəti xəyala gəlməz.

Nisə surəsinin 23 və 24-cü ayələrində evlənilməsi qadağan olan qadınlar sayıldıqdan sonra “ –buyrulmuşdur. Buradakı “ən təbtəğu= ان تبتغوا ”- ifadəsinin faili evlənəcək kişilərdir. Malını istifadə səlahiyyətinə yəni, rüşdə sahib olmayanlar üçün belə bir ifadəyə yer verilməz. Ərə gedəcək qadın da öz malı üzərində səlahiyyət sahibi olmalıdır. Uca Allah bu surənin 4-cü ayəsində belə buyurmuşdur: Mehir də bir mal olduğu üçün qadının o mehri alıb sahiblənməsi rəşid olmasına bağlıdır. Könül xoşluğu ilə edəcəyi bağışın qəbulu da ancaq rəşid olması halıyla mümkündür. Bütün bunlar göstərir ki, cütlərdən hər biri mallar üzərində səlahiyyət sahibi rəşid şəxslər olmalıdır. Nikah anından etibarən hər iki tərəfin ortaq vəsfi rəşidliyə yiyələnməkdir.

Aişə anamızın uşaq yaşda ərə getdiyinə dair yuxarıda sözü gedən rivayətlə birgə bu mövzuyla əlaqədar fərqli rivayətlər, tarixi hadisələr və fərqli mənbələrdən hərəkətlə Aişənin zifaf yaşının 8-21 yaş arasında olduğuna dair arxivlərə rastlanmaqdadır.[46] Araşdırmanın nəticəndə bu faktlara diqqət edilmişdir:

Aişə anamızın risalətdən əvvəl yəni cahiliyyə dövründə anadan olduğunu deyən Təbarinin, Aişənin 620-ci ildə (7 yaşında) nişanlanıb 623-cü ildə (10 yaşında) Rəsulullah ilə bərabər yaşamaya başladığını deməsi tarixi bir ziddiyyətdir. Bu isə Aişənin 613-cü ildə yəni, cahiliyyə dövründə deyil, risalətdən sonra anadan olduğu mənasına gəlir.

İbn Həcərə görə Fatimə doğulanda Rəsulullah 35 yaşındaydı. Fatimə Aişədən beş yaş böyük idi. Bilavasitə Aişə doğulanda Rəsulullah 40 yaşındaydı. Rəsulullah, Aişə ilə Mədinədə evləndiyi diqqətə alınanda Aişənin ən az 12 yaşında olması lazımdır.

Abdurrahman b. Əbiz-Zinad, İbn Kəsir və ibn Həcərə görə Aişənin bacısı Əsma, Aişədən on yaş böyük idi. Əsma hicrətin 73-cü ilində 100 yaşında ikən vəfat etdi. Bu hesabla Əsmanın hicrətdə 27-28 yaşında, Aişə isə 17-18 yaşında olması lazımdı. O halda Aişə rəsulullahla bərabər yaşamaya başlayanda isə 19-20 yaşında olmalıdır.[47]

Bəzi rivayətlərdə Aişənin hicrətdən səkkiz il əvvəl doğulduğu qeyd edilir. Halbuki, Aişə anamız Qəmər surəsinin ayələri endiyi əsnada oyun çağlarında bir qız uşağı olaraq rəsulullahın yanında olduğunu deyir. Qəmər surəsi hicrətdən səkkiz il əvvəl enmişdi. Bu hadisəni beşikdəki qız uşağının idrak edə bilməyəcəyini nəzərə alarsaq  bu ayələr endiyi vaxt Aişənin 6-13 Rəsulullah ilə evlənəndə isə 14-21 yaş arasında olması lazımdı.

Xüsusiylə bu mövzuda alimlərin bir çoxunun Aişə anamızla əlaqədar rivayətləri mərkəzə alaraq, ayələri ərəb dili qaydalarına tərs, bənzərsiz qiyaslarla və hədisləri istədikləri kimi yorumlayaraq uşaq yaşda evliliyə fətva vermələri qəbuledilməzdir. Əslində bütün rivayətlər, Nisə surəsinin 6-cı ayəsində keçən “nikah çağı” ifadəsiylə ələ alınmalıdır. Ancaq görüldüyü kimi ayələrdən dəlil gətirənlər, ayələr arası əlaqələri diqqətə almadan, irəli sürülən hər dəlil üzərində ixtilafın olmasına baxmayaraq icmadan bəhs etmiş, tarixi bir rivayətdə belə hesablama aparılmadan uşaqların evləndirilməsinə qənaət gətirmişlər.

NƏTİCƏ

Nəticə olaraq, uşaqların evləndirilməsinə dair irəli sürülən dəlillər bizə görə qəbuledilməzdir. Uşaqların evləndirilməsi hökmünü vermək üçün uşaqlıq vəsfindən hərəkətlə mal vəlayətinə edilən qiyas, həm qiyas fasidul-itibar yəni nassa müxalif həm də “qiyas maal-farık” yəni, əsl (baş) ilə fer (kök) arasında bənzərliyin olmadığı bir qiyasdır. Ayələrlə uşaqların evləndiriləməyəcəkləri hökmünə gəldikdən sonra, təzədən uşaqların evləndirilməsi hökmünü qiyasla ortaya çıxarmaq olmaz. Aişə anamızın uşaq vaxtı evləndirilmiş olduğunu  qəbul edənlər heç olmasa bu evliliyin evliliklə əlaqədar ayələrin enməsindən əvvəl olduğunu deyərdilər. Çünki, ayələr belə bir evliliyin qətiliklə əleyhinədir. Bu eyni zamanda insan fitrətinə də tərs olan bir işdir.

Müasir dövrümüzdə bu məsələylə əlaqədar bir çox insanın rahatsız olması səbəbiylə, evlilik mövzusunun mübahisəli olduğunu, coğrafi şərtlərin, yetişkinliyin fərqli olduğunu ya da ictimai-sosial yönlərinin olduğunu dilə gətirirlər. Halbuki bu məsələni belə müdafiə etməklə deyil, bu hökmün Qurana açıq şəkildə tərs olduğunu isbat etməklə ortadan qaldırılması mümkündür. Çünki, bu hökmün dövrümüzdə hələ də uşaq istismarına səbəb olduğu bilinməkdədir.

Dr. Fatih Orum

Not: Bu yazının əsli İstanbul İlahiyat Fakültəsi dərgisinin 19-cu sayısında yayınlanmışdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.



[1] Şeybani, el-Camius-sağır ( en-Nafiul-kəbir isimli şerhle birlikte), Aləmül-qütüb, Beyrut, 1986, s. 170 vd.; 171; Kitabül-asl əl-maruf bil-Məbsut, Aləmül-qütüb, Beyrut, 1990, I, 409-410, II, 395; əl-Camiul-kəbîr, Darul-kütübil-ılmiyyə, Beyrut, 2000, s. 101, 102; Mərginani, əl-Hidayə, Beyrut, 1995, I, 186, 191, 193, 194, 195, 197, 222, 224, 258, 264, 274, 276, 286, 292, 293, 294; Mevsılî, əl-İxtiyar, İstanbul, 1984, III, 94, 95, 155, 158, 172, IV, 12; Meydani, el-Lübab, İstanbul, t.y., III, 10, 14, 18, III, 80, 83, Şirbini, Muğnil-muhtac, Misir, 1958, III, 168 vd.; Derdîr, əş-Şərhus-sağir, Qahirə, II, 396 vd.

[2] Sərahsi, el-Məbsut, Darul-marifə, Beyrut, 1406, IV, 212-213; Zeydan, el-Vecîz, Dərsaadət, t.y., s. 209; Şaban, İslam hüquq elminin əsasları, trc. İbrahim K. Dönməz, TDV, Ankara, 1990, s. 143-144; Buxari, Sahîhul-Buxari, thq. Mustafa Dîb əl-Büğa, Daru İbn Kəsir, Beyrut, 1987, “Nikâh”, 38; Müslim, Sahîhu Müslim, thk. Muhəmmədd Fuad Abdülbaki, Daru İhyait-türasil-arabi, Beyrut, t.y., “Nikâh”, 69, Nəsai, Sünən (əl-Mücteba), Haləb, 1986, “Nikâh”, 29; İbn Mâcə, thk. Muhəmməd Fuad Abdülbaki, Darul-fikr, Beyrut, t.y., “Nikâh”, 13.

[3] 1 nömrəli dipnotda verilən mənbələr buraya da aiddir.

[4] Kişi tərəfindən olan qohumlar.

[5] Hənbəlilrə görə uşaqları ata, vasi ya da hakim, Malikilərə görə ata, baba, vasi ya da hakim, Hənəfilərə görə ata, baba və bunun xaricindəki asabələrdən biri, Şafiilərə görə ata və baba evləndirə bilir. Bax Vehbə Zühayli, əl-Fiqhul İslami və Ədillətuhu, Diməşq, 1989, 7/180.

[6] Büluğ muhayyərliyi, atası, babası xaricindəki bir vəlisi tərəfindən evləndirilən uşaqların büluğa çatdıqdan sonra hakimə müraciət edib evliliyi ləğv edə bilmə haqları.

[7] İddə, əri ölmüş və ya boşanmış bir qadının gözləmək məcburiyyətində olduğu bir müddətdir. Boşanməş qadın, adət görürsə üç “kur”, görmürsə üç ay, hamilə isə doğuma qədər gözləyər (Talaq, 65/4). Əriylə əlaqəyə girmədən boşanan qadın iddə gözləməz (Əhzab, 33/49). Əri ölmüş qadın isə dörd ay on gün gözləyər (Bəqərə, 2/234). Qadın bu müddəti bitirmədən təzə əriylə evlənə bilməz.

[8]  Şeybani, əl-Asl, 1/409-410.

[9]  Fiqh kitablarında boşama kişiyə verilmiş bir haqdır. Boşama üçün kişinin əql-baliğ olması lazımdır. Kişinin arvadı uşaq isə və arvadını boşuyursa bu qadın üçün iddə lazımdır.

[10] Sərahsi, əl-Məbsud, 4/212-213

[11] Diyanət vəqfinin ilk nəşrində  (1987) “ləm yəhıdnə = لم يحضن” ifadəsi “hələ adət görməyənlər” şəklində tərcümə edildiyi halda sonrakı nəşrlərində (2003) “hələ” kəliməsi qaldırılaraq “adət görməyənlər”- şəklində tərcümə edilmişdir.

[12] Qəsani, Bədais-Sənai fit-tərtibiş-şərai, Darul kütübil-arabi, Beyrut, 1982,2/240.

[13] Qəsani, Bədais-Sənai, 2/240.

[14] Sərahsi, əl-Məbsud, 4/212.

[15] Başda Urvə olmaqla hədisi Aişədən Əsvəd, Abdullah, Əbu Ubeydə və Cabir b. Zeyd rivayət ediblər.

[16] Buxari, “Nikâh”, 38, 39, “Mənakıbül-ənsar”, 44; Müslim, “Nikâh”, 70; Tirmizi, əl-Camiu’s-səhih Sünənüt-Tirmiz, “Nikah” 18; Əbu Davud, Sünənu Əbu Davud, “Nikah” 32; Nəsai, “Nikah”, 29; İbn Macə “Nikah”, 13;Əhməd, Müsnəd, 4/42,118.

[17] Şevkani, Neylul Əvtar, Darul Ceyl, Beyrut, 1973, 4/252.

[18] Nəvəvi, Şərhu Səhihi Müslim, Darul İhtiyatut-turasil-arabi, Beyrut, 1392, 9/206.

[19] Buxari, “Nikah”, 38.

[20] Müslim, “Nikah”, 69; Nəsai, “Nikah”, 29; İbn Macə, “Nikah”, 13.

[21] İbnul Hümam, Fəthul-qadir, Darul Fikr, Beyrut, 3/275.

[22] İbn Hazm, əl-Muhalla, Darul-afaqul-cədidə, Beyrut, 9/460.

[23] Abdülkərim Zeydan, əl-Müfəssəl fi əhkamil əhkamil-mərati vəl beytil-müslim fiş-şəriatil İslamiyyə, Beyrut, 1993, 1/390.

[24] Nəvəvi, Şərhu Səhihi Müslim, 9/206.

[25] Sərahsi, əl-Məbsud, 4/212-213.

[26] Buxari, Kəşful-əsrar, Darul kutubul İlmiyyə, Beyrut, 1997, 3/527.

[27] Zeydan, əl-Vəciz, Dərssəadət, s. 209. Əlavə olaraq bax: Vəhbə Zühayli, Usulul-fiqhil-İslami, Darul Fikr, Diməşq, 1986, 1/684-685.

[28] Şaban, İslam hüquq elminin əsasları, s. 121-122.

[29] Şaban, İslam hüquq elminin əsasları, s. 143-144.

[30] Amidi, əl-İhkam, thq. Seyyid əl-Cəmili, Darul kutubul-arabi, Beyrut, 1404/1984, 3/274.

[31] Akyüz Vəcdi, Ərəbcədə fel çəkilişləri və köməkçiləri, İstanbul, 1994, s.71; Akdağ, Həsən, Ərəb dilində ədatlar, Konya, 1996, s. 118.

[32] Muhəmməd Səis Əsbər, Bilal Cüneydi, əş-Şamil Mücəm fi ulumil-luğatul-Ərəbiyyə və mustalatiha, Beyrut, 1985, s. 751-752.

[33] Bayındır, Abdüləziz, 10.01.2008 tarixində edilən müzakirə.

[34] Bayındır, Abdüləziz “İlahiyyat Fakültələri I. İslam hüquq ana bilim dalı təlim-tədris məsələləri koordinasyon məclisi və İslam hüquq üsulunun problemləri simpozium, Çorum, 2004, s. 45.

[35] Bu çağın büluğ ilə başladığını deyənlər üçün bax. H. İbrahim Acar, “İslam hüququnda evlənmə əhliyyəti Yönündən uşaqların evləndirilməsi problemi”, Dini araşdırmalar, may-avqust 2003, Ankara, s. 136-137.

[36] əs-Sərahsi, əl-Məbsud, 4/212.

[37] Huzai, Davabitul-büluğ indel-fukaha, Beyrut, 2002, s. 12.

[38] Darimi, Darul kutubil-ilmiyyə, Beyrut, 1407 “Hüdud”, 10.

[39] İbn Kudamə, əl-Muğni, Darul Fikr, Beyrut, 1405, 4/297.

[40] İbn Həcər, Fəthul-bari, Qahirə, 1959, 6/204-206.

[41] İbn Həcər, Fəthul-bari, 11/95.

[42] Qəsani, Bədais-sənai, 2/240.

[43] Qəsani, Bədais-sənai, 2/241

[44] İbn Manzur, Lisanul Ərəb, Beyrut, 1990, “eym” md.

[45] Sənani, Sübülüs-Səlam, Beyrut,  1990, 3/252.

[46] Coşqun, Səlcuq, “Hədislərin tarixə ərzi”nin tətbiqatlardakı bəzi problemləri, Ekev akademik jurnalı, 8,sy. 20, Yaz., 2004, s. 184; Bax. Erul, Bünyamin “Hz. Aişə neçə yaşında evləndi? Doqquz? Ondoqquz? “, İslami araşdırmalar jurnalı, sy. 4, 2006, s. 637.

[47] Diyanət vəqfi İslam ansiklopediyasının “Aişə” maddəsində Aişənin 614-ildə anadan olduğu yazılmaqdadır. Eyni ansiklopedinin “Əsma bint Əbu Bəkr əs-Sidiq” maddəsində, Əsmanın Aişədən 10 yaş böyük olduğu və 100 yaşında 692-də vəfat etdiyi qeyd edilir. Bu iki maddə arasında tarixi bir ziddiyyət görülür. Əgər Əsma Aişədən on yaş böyük idisə onda onun 602-ci ildə anadan olması lazımdır. Fayda, Mustafa, DİA, “Aişə”, 2/201.

Facebook'ta PaylaşTwitter'da Paylaş
3.024 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.135 dəfə oxundu
2 Etikaf 23.06.09 5.001 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 13.273 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.610 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 5.906 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.722 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.519 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 19.493 dəfə oxundu
9 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.839 dəfə oxundu
10 Dəlillərlə Cümə namazı 12.02.10 6.181 dəfə oxundu
11 Donuz əti və ziyanları 08.12.10 5.761 dəfə oxundu
12 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.494 dəfə oxundu
13 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.446 dəfə oxundu
14 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.511 dəfə oxundu
15 Hicabı qadağan edənlər 14.05.09 3.399 dəfə oxundu
16 İnsan cəsədi və avtopsiya 05.02.10 3.543 dəfə oxundu
17 Şirk və küfr 14.07.11 3.518 dəfə oxundu
18 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.150 dəfə oxundu
19 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.118 dəfə oxundu
20 Nişanlıların kəbini 14.05.09 11.472 dəfə oxundu
21 Qadınlar və Cümə namazı 26.03.10 6.841 dəfə oxundu
22 Quranda əşyaların dili 04.07.11 14.167 dəfə oxundu
23 Mutəvatir hədis 28.09.12 1.918 dəfə oxundu
24 Vəsilə nədir? 27.05.16 2.098 dəfə oxundu
25 Münafiqlərin korluğu 10.04.10 1.984 dəfə oxundu
26 Valideyndən xəbərsiz kəbin 29.06.09 9.936 dəfə oxundu
27 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 2.493 dəfə oxundu
28 Hikmət 09.01.16 4.211 dəfə oxundu
29 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.713 dəfə oxundu
30 Nikaha nəzarət 14.05.09 6.608 dəfə oxundu
31 Ölüdən kömək gözləmək 28.03.10 3.774 dəfə oxundu
32 Quranı öyrənmənin üsulu 16.12.15 4.515 dəfə oxundu
33 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 1.028 dəfə oxundu
34 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.903 dəfə oxundu
35 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.486 dəfə oxundu
36 Faiz 29.03.10 4.450 dəfə oxundu
37 QÜTBÜ ƏZƏM 24.03.14 2.439 dəfə oxundu
38 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.624 dəfə oxundu
39 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.152 dəfə oxundu
40 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.401 dəfə oxundu
41 Namazları cəm etmək 08.04.10 6.810 dəfə oxundu
42 Seyyidlər kimlərdir? 16.10.11 7.955 dəfə oxundu
43 Qəza-qədər məsələsi 24.02.13 4.030 dəfə oxundu
44 Qadınların döyülməsi 29.03.17 1.362 dəfə oxundu
45 Quranda və sünnədə namaz vaxtları 11.09.14 6.242 dəfə oxundu
46 Vərdişlər 10.04.10 2.600 dəfə oxundu
47 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.857 dəfə oxundu
48 Mütə nikahı (siğə) 07.03.13 8.500 dəfə oxundu
49 Tağut 28.04.17 3.089 dəfə oxundu
50 İnsan peyğəmbər 06.07.09 3.716 dəfə oxundu
51 Allah, insan və xələf-sələf 12.04.10 2.772 dəfə oxundu
52 Kişinin seksuallığı 09.01.12 15.715 dəfə oxundu
53 Vəhy 12.04.13 1.807 dəfə oxundu
54 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 521 dəfə oxundu
55 Təsbeh 06.07.09 3.638 dəfə oxundu
56 Nəsx və daşqalaq cəzası 27.05.10 4.569 dəfə oxundu
57 Fitr sədəqəsi 20.06.09 3.655 dəfə oxundu
58 İsra və Merac 02.04.16 1.180 dəfə oxundu
59 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.369 dəfə oxundu
60 Hamının bildiyi Namaz. 26.01.18 628 dəfə oxundu
61 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.358 dəfə oxundu
62 Qəndil 30.06.09 7.770 dəfə oxundu
63 Şəfaət 08.04.10 3.152 dəfə oxundu
64 Surroqat analıq 03.02.12 4.779 dəfə oxundu
65 Təvəssül 10.06.13 3.089 dəfə oxundu
66 “Ən zəif ev” 09.03.18 313 dəfə oxundu
67 Ailənin adından bir qurban 26.02.10 3.631 dəfə oxundu
68 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 12.931 dəfə oxundu
69 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.526 dəfə oxundu
70 Piramida və şəbəkə marketinqi 24.02.12 2.553 dəfə oxundu
71 İslamda geyim ədəbi 05.06.13 3.345 dəfə oxundu
72 Yusifin köynəyi, Yaqubun gözü. 30.03.18 449 dəfə oxundu
73 Donuz dərisi 02.11.09 3.241 dəfə oxundu
74 Talaq: kişinin boşamaq hüququ 18.07.10 7.754 dəfə oxundu
75 İslamda falçılığa münasibət 27.11.10 7.760 dəfə oxundu
76 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 3.051 dəfə oxundu
77 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.198 dəfə oxundu
78 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 309 dəfə oxundu
79 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 3.975 dəfə oxundu
80 Heyzli qadının ibadəti 24.02.10 43.952 dəfə oxundu
81 Oruc və orucun başlanğıcı 27.08.10 9.397 dəfə oxundu
82 Şəfaət inancı 08.02.11 2.902 dəfə oxundu
83 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.849 dəfə oxundu
84 Uşaqların evləndirilməsi 26.01.15 3.024 dəfə oxundu
85 Quranda Hicab/Başörtüsü. 24.09.18 449 dəfə oxundu
86 İftida: qadının boşanmaq hüququ 14.05.09 8.803 dəfə oxundu
87 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.443 dəfə oxundu
88 Zikrin fəzilət və faydaları 26.11.10 4.819 dəfə oxundu
89 Kəramət nə deməkdir? 15.02.11 3.722 dəfə oxundu
90 Qadınların sünnəti 15.07.12 13.413 dəfə oxundu
91 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 2.064 dəfə oxundu
92 Xums nədir? 11.01.19 117 dəfə oxundu
93 Qadınların şahidliyi 14.05.09 2.914 dəfə oxundu
94 Quran və müsəlmanlar 29.01.10 4.599 dəfə oxundu
95 Dua 25.11.10 7.024 dəfə oxundu
96 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.642 dəfə oxundu
97 Əsl kafir kimdir? 21.07.12 8.990 dəfə oxundu
98 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.085 dəfə oxundu