QÜTBÜ ƏZƏM
Müsəlmanlar > Düşüncə sahəsi > Mehdi > Tədqiqatlar Tarix: 24 Mart 2014 Tövsiyə et Çap et

Paralel dinin kainat imamı

QÜTBÜ ƏZƏM

Hər nəbi, insanların Allahdan başqasına qul olmamasını[1] əmr etmişdir. Allahdan başqasına qul olmamaq, hürriyyətin zirvəsinə çatmaqdır. Amma təkcə öz mənfəətlərini fikirləşənlər, gücləri çatanı özlərinə qul etməkdə, çatmayana da qul olmaqda bir qəbahət görmürlər.

İnsanları qul edə bilənlər, gün keçdikcə tamahları artaraq cəmiyyətləri belə özlərinə qul etmək istəyirlər. Bunun da ən qısa və ən qazanclı yolu, dindən istifadədir. Çünki din, ən həssas nöqtədir. Ağıllı və diqqətli olanlar xaricində heç kimin fikir verməyəcəyi şəkildə dinin içi boşaldılır. Bunun ən mühüm yolu, birini müqəddəsləşdirib doğru yolun üstündə oturtmaq və insanları azdıraraq ona tərəf yönəltməkdir. Bunu necə edirlər:

Adamın əvvəlcə ailəsi və meyl etdiyi kütlə müqəddəsləşdirilir. Uydurma səhnələrlə bir din qəhrəmanı halına gətirilir. Beləliklə Allah ilə aldatma yolunda ilk addımlar atılmış olur. Bu minvalla Allahın nəbisi hədsiz ucaldılıb tanrılıq məqamına gətirilir. O şəxs də Allahın yaxın dostu və vəlilərin böyüyü kimi göstərilərək insanların üstündə və Allahın ən yaxınında bir yerə yerləşdirilir.

Bu cəmaata daxil olanlar xalqın ənənəsinə görə adlandırılırlar. Ən üstdəki adama “qütüb” deyilir. Çünki mövhümatçıların ənənəsinə görə qütüb ən böyük vəlidir; Allahın icazəsi ilə kainatı idarə edir.

Artıq tələ hazırdır; ağlını işlətməyən və ya şəxsi mənfəətlərini düşünənlər bir-biri ardınca tələyə düşməyə başlayırlar. Allah Təala belə buyurur:

Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan (şeytan da) sizi yoldan çıxartmasın. Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır. Kafirlər üçün şiddətli əzab tədarük edilmişdir. İman gətirib yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat hazırlanmışdır.” (Fatir 35/5-7)

Ənənədə birdən çox qütübdən bəhs edildiyi üçün paralel dinin başındakı adamın ən böyük qütüb yəni “qütbü əzəm” və Allahın xəlifəsi olması lazımdır. Xəlifə, birinin yerinə keçən adama deyilir. Sanki Allah təqaüdə çıxmış və bu adam Onun yerinə keçmiş kimi qələmə verirlər. Onun sağında və solunda olanlara da imam deyirlər. Onlara görə sağdakı imam qütbün qərarlarını, soldakı da həqiqi yönünü bilir. Bunlar üçlüyü meydana gətirirlər[2]. Qütüb qavs səlahiyyətini də aldığı üçün darda qalanlarn imdadına Xızır kimi yetişir[3] Xalq  arasında bu kəlimə çox işlədilməsə də o artıq kainatın baş imamıdır.

Bütün təriqətlərdə buna bənzər silsilə mövcuddur. Buradakı mövzu Fəthullah Gülənə aiddir. Ona görə Qütüb, daha da genişləyib Allahın bəxşişinin qaynağı halına gəlir. Xüsusi fəaliyyəti yönündən o, eyni qütüb ulduzu kimi təkdir; yer və göy əhalisinin göz bəbəyidir. Onun nüfuzu mərifətinə, mərifəti Haqqın elminə, o da “nə eyni nə də qeyri” çərçivəsiylə Allaha tabedir[4].” Yəni Allah olmasa da Ondan ayrı bir şey də deyildir.

Qütüb və iki imamdan sonra gələn və aləmin dörd tərəfində vəzifəli olduğuna inanılan dörd vəliyə Evtad deyilir. Gülənə görə bunlar İdris, İlyas, İsa və Xızır əleyhissəlamın vəzifəsini icra edirlər. Xalqla əlaqələri də Cəbrayıl, Mikayıl, İsrafil və Əzrailin səlahiyyətində yerinə yetirirlər[5]. Buraya qədər olanlar yeddiləri meydana gətirir. “Bu yeddi şəxsdən hər biri ayrı bir iqlimdə yerləşərək oradakı ilahi idarəyə nəzarət edərlər[6].”

Gülənə görə bunlardan başqa, xalqın rəfahıyla məşğul olan qəlbləri yaxşılıq duyğularıyla şahlandıran və pisliklərə qarşı mənəvi divarlar qoyan qırx nəfərlik Nücəba komandası vardır. Onlar həyatlarını başqalarının səadətinə həsr elədikləri üçün ömürlərini həmişə başqalarının sıxıntılarıyla keçirirlər[7].

Bundan sonra Allahın batın isminin təcəlliləri sayılan 300 nəfərlik Nükəba komandosu gəlir[8]. Gülənə görə onlar; insanlardan heç ayrılmayan, onların xətalarını düzəldən və hər kəsi xeyrə yönləndirən, insanların sirlərini bilən, tər-təmiz nəfislərdir. Maddi aləm ilə mənəvi aləm arasında bir növ tərcüməçilik xidməti icra edirlər[9].

Diqqət edərsək paralel dinin mənsubları, kainat imamı üçün xəyali bir kadro yaradaraq Allahın bütün səlahiyyətlərini mənimsəmişlər. Allah Təala bunlarla əlaqəli belə deyir:

“İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.

O zaman, tabe olunmuş (başçılar) tabe olunanlardan uzaqlaşacaq, (hamısı) əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir.

Tabe olanlar deyəcəklər: “Əgər bizim üçün (dünyaya) dönüş olsaydı, (indi) onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar (heç vaxt Cəhənnəm) odundan çıxa bilməyəcəklər.” (Bəqərə, 2/165-167.)

Paralel dinin tarixi

Paralel dinin tarixi ilk yaradılan insan qədər qədimdir. Bilindiyi kimi Allah mələklərə; biri digərinin yerinə keçmə arzusu daşıyan yəni xəlifə olan bir canlı türü yaradacağını deyincə mələklər; “Orada çevrəni pozacaq və qan tökəcək olanlarımı yaradacaqsan?[10]”- deyə, etiraz etdilər. Canlılarda digərinin yerinə keçmə mübarizəsi daha çox kişilər arasında olur və qanlı nəticələnir. Mələklər bu yeni canlı türündə mübarizənin kişilər və qadınların öz aralarında olduğu kimi qadınla kişi arasında da olacağını başa düşdükləri üçün qorxuya qapıldılar. Amma Allah insanda mələklərin bilmədiyi bir xüsusiyyət olduğunu göstərmək üçün Adəmə varlıqların adlarını yəni nə üçün yaradıqlarını öyrətdikdən sonra mələklərə; “etirazınızda haqlı isəniz, mənə bunların adlarını deyin[11] dedi. Bu söz üzərinə İblis daxil, bütün mələklər Allaha hörmətlə belə dedilər,

“Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” (Bəqərə, 2/32)

“(Allah) dedi: “Ey Adəm, bunların adlarını onlara bildir!” O, bunların adlarını onlara bildirdikdə (Allah) dedi: “Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?” (Bəqərə 2/33)

Beləliklə Allah; insanı nə üçün yaratdığını bildirmiş oldu. Yəni xəlifəlik yarışı, elm və mədəniyyətdə olmalıydı. Bu xüsusiyyət mələklərdə olmadığı üçün Adəmi qısqandılar. Ayədəki, “Nəyi açığa vurur nəyi gizləsəniz onu da bilirəm”- sözü, bu qısqanclığı göstərir. Allah, mələkləri imtahan üçün Adəmə səcdə etmələrini əmr etdi.

“Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir­ oldu.” (Bəqərə 2/34)

İblis üzr istəyib tövbə edəcəyi yerdə Bunların təzədən diriləcəkləri günə qədər mənə ömür ver.” (Əraf 7/14) dedi. İstəyi qəbul edilincə Allaha belə dedi:

“(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.(Əraf 7/16-17)

Cinlər imtahana tabe, məsuliyyətli varlıqlardır; Allaha qulluq etsinlər deyə yaradılmışlardır[12]. Allahın vəzifə verdiyi cinə mələk deyilir[13]. İblis, Allahdan uzaqlaşınca vəzifəsindən də uzaqlaşdırıldı və şeytan oldu. Allahdan uzaqlaşan insanlar da şeytan olurlar.

İnsanın ilk imtahanı

Allah adəmi gözəl bir baxçaya yerləşdirdi. İblisin qısqanclığı, düşmənliyə çevrilincə Allah Adəmə dedi ki; “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan. Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan.Sən orada nə susayacaq, nə də bürküdən əziyyət çəkəcəksən!” (Ta ha 20/117-119)

Göründüyü kimi Adəmin maddi problemi yox idi. Mələklər ona səcdə etmiş, səcdə etməyən İblis qovulmuş və qibtə edəcək heç kim qalmamışdı. İblis Adəmin xəlifəlik xüsusiyyətinə yəni başqasının yerinə keçmək arzusuna bələd olduğu üçün bu xüsusiyyətini pis məqsədə yönləndirmək sürətiylə Allahın məqamına göz dikməyə yönləndirdi və fısıldayaraq: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir səltənət göstərimmi?”- deyə vəsvəsə verdi.” (Ta ha 20/120)

Əbədiyyət və tükənməyəcək səltənət ancaq Allahda olur. İblis, vəsvəsə verərək qadağan edilən ağacın vəsfini verdi. Ancaq Adəmin reaksiya verməməsi üçün “o ağacdan ye” sözünü də işlətmədi. Xüsusiylə, “Mən ikinizin də yaxşılığını istəyirəm”- deyərək and içdi. (Əraf 7/21) Nəticədə, “Adəm Rəbbinə asi oldu və səhv yola düşdü.” (Ta ha 20/121) O ağacdan yeyən kimi, zövcəsiylə bərabər qaldıqları baxçadan çıxarıldılar.

Din adamlarını Tanrılaşdırma Yarışı

İblis, yaxşı yetişmiş necə din adamlarını müəllimi Allah olan Adəmi qandırdığı metodla qandırmış və onları Allah kimi olmaya həvəsləndirmişdir. Bu xəlifəlik sevdasıyla bir peyğəmbəri qandıra bilən İblis, necə din adamlarını da eyni oyuna gətirmişdir. Bu oyuna gələn bir çox din adamları Allahın elçilərini və özlərini tanrılaşdırmışlardır.

İsa əleyhissəlamın tanrılaşdırılması

Paralel dini meydana gətirmənin ilk addımı Allahın elçisini tanrılaşdırmaqdır. Onlar bəşər-üstü görüldükləri üçün tanrılaşdırılmaları rahatdır. “İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu.” (İsra 17/94)

Xristiyanlar bu səbəblə İsa əleyhissəlamı tanrılaşdırdılar. Ancaq İblis Adəmə “Bu ağacdan ye”- demədiyi kimi onlar da insanlara “sizin tanrınız budur”- deməmişlər. Məsələn Katoliklərə görə İsa, atanın elçisi[14], yəni Allahın rəsuludur. Ata onu müqəddəs ruhla məsh etmiş, rahib, nəbi və kral etmişdir[15] O, özbaşına bir şey edə bilməz. Hər şeyi onu göndərən Atadan alır[16].

Məsih İsa həqiqi tanrı və həqiqi insandır. Elə bu səbəblə insanlarla Allah arasında tək vasitəçidir[17]. İndi o, Atanın yanında Xristiyanların vəkilliyini yürüdür. Onlar lehinə vasitəçilik etmək üçün həmişə canlıdır. Allahın hüzurunda həmişə hazır durur[18]. Onun vasitəsiylə Allaha yaxınlaşanları tamamiylə qurtarmağa gücü çatar[19].

Şəxsi mənəvinin Tanrılaşdırılması

İsa əleyhissəlamı tanrılaşdırmanın əsl hədəfi, bir dini təşkilat yəni şəxsi mənəvi yaradaraq başda olan insanı tanrılaşdırmaq və insanları Allah adına qul etməkdir. Sonra isə oraya daxil olanlar tanrılaşdırılır. Məsələn katoliklərə görə İsanı Kilsə təmsil edər. Kilsə silsiləli orqanlardan ibarət və Məsihin mistik bədənindən meydana gələn bir quruluşdur. Kilsənin, biri insani digəri ilahi olmaq üzərə iki fərqli yönü vardır[20]. Kilisə insanlıqla Allah arasındakı birləşmənin simvolu və vasitəsidir[21]. Papanın bütün kilsə üzərində tam və uca bir səlahiyyəti vardır[22]. Papa, xəta etməyən bir orqandır[23].

Şəxsi mənəvinin başındakı insanın tanrılaşdırılması

Katoliklər, şəxsi mənəvi olan Kilsənin başındakı Papanı belə tanrılaşdırmışlar:

“Papa, həvari Petrusun xələfi və piskoposlar təşkilatının lideridir. Bu təşkilatın bütün Kilsə üzərində tam və uca bir səlahiyyəti vardır. Bu səlahiyyət, yalnız Papanın razılığı ilə yerinə yetirilir[24]. Hər piskopos, Petrusun xələfi və piskoposlar təşkilatının rəhbəri olan Poma piskoposu yəni Papa ilə bərabər çalışır. Papa və piskoposlar təşkilatı xətasızdır[25]. Papa, Məsih İsanın vəkili və yer üzündəki bütün kilsənin çobanıdır[26]. Papa, “hər kəs üzərində İlahi təyin sayəsində uca, tam,  bir-başa, ümum-bəşər səlahiyyətə sahibdir”[27].

Altdakı heyətin tanrılaşdırılması

Papa tanrı qoyulduqdan sonra altdakı heyətdə yer alan papazlar da tanrılaşdırılmışdır. Onlara görə “Papazlar Allahla əlaqəli mövzularda insanları təmsil etmək üçün təyin edilirlər[28]. Papazlığın mənbəyi Məsihin bilavasitə özüdür. Papazlığı o qurdu; ona səlahiyyət, missiya və güc verdi[29]. Papaz, şəxsi səlahiyyəti ilə insanlara; “səni Atanın adına vəftiz edirəm, səni bağışlayıram”- deyə bilir[30].

Muhəmməd əleyhissəlamın tanrılaşdırılması

Xürafələr yoluxucu xəstəliklər kimi tez yayılır. Əbu Səid əl-Xüdrinin bildirdiyinə görə Rəsulullah əleyhissəlam belə demişdi:

“Sizdən əvvəlkilərin izini, şüphəsiz qarış-qarış, təqib edəcəksiniz. Onlar bir kərtənkələ dəliyinə girsələr, siz arxalarından gedəcəksiniz.

Dedik ki; “Yəhudi və Xristiyanlarmı?

-Bəs kim ola bilər?”- dedi[31]

Kilsəni təqlid edənlərə görə Muhəmməd əleyhissəlamın 63 il ömründən əlavə bir ömrü daha vardır. Ona həqiqəti Muhəmmədiyyə deyilir. “Həqiqəti Muhəmmədiyyə var olmanın başlanğıcıdır. …Allah ilə həqiqəti Muhəmmədiyyə eyni həqiqətin ön və arxa üzləridir. Allahdan başqa heç bir şey yox ikən ilk dəfə həqiqəti Muhəmmədiyyə var olmuş, bütün məxluqlar ondan və onun üçün yaradılmışdır. Aləmin yaranma səbəbi, maddəsi və məqsədi bu həqiqətdir…Allah, var və ya yox, əzəli və hədis (bir şey) şəklində keyfiyyəti bilinmədiyi halda həqiqəti Muhəmmədiyyə var və əzəli olduğu vəsf edilir.

Həqiqəti Muhəmmədiyyə bütün nəbilərin və vəlilərin lədünni (gizli) və Batıni (iç ) bilikləri aldıqları mənbədir. Bu həqiqət Haqdan gələn feyzin xalqa çatmasında vasitəçi olur…[32]

Paralel dində Həqiqəti Muhəmmədiyyə yerinə daha məsum görünən “insanı-kamil” qavramı işlədilir. Çünki bir çoxu “insanı-kamil” terminini, müdrik və nümunəvi insan deyə qavrayır. Halbuki bu terminle Katoliklərdəki kilsə inancına bənzər bir inanc formalaşmışdır. Fəthullah Gülən belə deyir: “İnsani kamil deyəndə, ilk ağla gələn Həqiqəti Muhəmmədiyyədir[33].”

İnsani-kamil

İnsani-kamil, Katoliklərdəki İsa yerinə Muhəmmədin yerləşdirilməsinə əsaslanan bir əqidədir. Bu əqidə sahiblərinə görə İnsani-kamil Muhəmməd əleyhissəlam olmaqla bərabər onun tarixi şəxsiyyəti deyil, Adəm palçıq halında ikən nəbi olan Muhəmməd, yəni “həqiqəti-Muhəmmədiyyə”dir. İnsani-kamil, kainatın və yaradılışın qayəsidir. Çünki ilahi iradə ancaq onun vasitəsiylə yerinə yetirilir. Əgər insani-kamil olmasa Allah bilinməzdi. İnsani-kamil, maddi və mənəvi bütün kamal mərtəbələrini əhatə edir. Onun qəlbi Ərşə, mənliyi Kürsüyə, məqamı Sidrətül-müntəhaya, ağlı Qələmi əlaya, nəfsi Ləvhi-məhfuza, təbiəti Anasır-ərbaya bağlıdır[34]”.

Kilsə, İsa necə yaşayırsa, onlara görə İnsani-kamil də eləcə yaşayan “həqiqəti-Muhəmmədiyyə”dir. Belə deyirlər: “İnsani-kamil aləmdə daim vardır, birdən artıq olmaz. O, əşyanın həqiqətini və hikmətini olduğu kimi bilir…” “Bu həqiqət hər dövrdə dəyişik isim və surətlərdə nəbi və ya vəli olaraq ortaya çıxar[35].

Hər təriqət öz şeyxini İnsani-kamil görür. Fəthullah Gülənə görə: “İnsani-kamil; “Allah işlərinin, isimlərinin, xüsusiyyətlərinin, hətta Allahın zatına aid işlərin ən parlaq aynası deməkdir.”

Bu, özünü Papa kimi görməkdir. Papa, İtalyanca “ata” deməkdir. Allaha “Ata” deyildiyi kimi ona da “Ata” deyilir. Onlara görə Papa, “canların üzərində İlahi təyin sayəsində uca, tam, bir-başa, ümum-bəşər səlahiyyətə sahibdir[36].

Fethullah Gülən belə deyir:

“Ağlınıza “insan deyilikmi?”- sualı gələ bilər; fəqət potensial insan olmaq fərqlidir. İnsanın bütün istedad  və qabiliyyətləri ilə Allaha yaxınlaşıb insani-kamil üfqünə çatması çox fərqlidir”[37]. İnsani-kamil, varlıqlarla, hadisələrlə münasibəti və onlara müdaxiləsi yönündən yer üzündə Allahın tam xəlifəsidir. Bu etibarla o, Haqqın görən gözü, eşidən qulağı, tutan əli olmaqla şərəfləndirilmişdir. O, şəfqətə, himayəyə möhtac vəziyyətdə olan hər kəsi, bir ana kimi qucaqlayıb bağrına basan tam bir mərhəmət qaynağıdır… Bütün insanlığa rəhbər, yol göstərən, Mehdi, xəbərdar edici və müjdələyicidir. …Onu görən Haqqı görmüş, onu sevən Haqqı sevmiş, ona uyan Haqqa qulluq nəşəsinə çatmış olur. …İnsani-kamil, sanki bütün varlığın ağlı, qəlbi və ruhu kimidir; onsuz heç bir şey izah edilməz, heç bir elm və həyat sirləri dərk edilməz[38].” Bütün bunlar insani-kamilin kainat imamı sayıldığının dəlilləridir.

NƏTİCƏ

İnsan özünü möhtac görməzsə həddini aşar. Musa əleyhissəlam möcüzələr göstərərək qövmünü Firavunun ağır zülmündən xilas etmişdi. Üstəlik suda boğulan Firavundan və ordusundan qalan bütün sərvəti də ələ keçirmişdilər. Musa əleyhissəlam Harunu onların başında buraxıb 40 gün müddətinə ayrılınca, ən bilikliləri və ən dindarları olan Samirinin düzəltdiyi öküz heykəlinə səcdə edərək yoldan çıxdılar. İnsanlardakı nankorluk xüsusiyyətini bu ayə çox gözəl ifadə etməkdədir:

“Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. Axı son dönüşün Rəbbinədir!” (Ələq 96/6-8)

Rəsulullahın vəfatından sonra zənginləşən Müsəlmanların da bəziləri yoldan çıxdı. Əməvilər dövründə paralel din meydana gəlməyə başladı. Abbasilər bu çarxı davam etdirib tamamladıqdan sonra müsəlmanlar problem həlletmə qabiliyyətlərini itirdilər. Bu paralel din insanlara hakim olub onları idarəçilərə qul etdiyi üçün siyasətin dəstəyi ilə dövrümüzə qədər gəlib çatdı.

İndi paralel din mənsublarından bir qrup, daha güclü siyasi təşkilatlarla müqavilə bağlayıb paralel dövlət meydana gətirincə böyük tənqidə məruz qaldılar. Əgər arxalandıqları siyasi təşkilat, müsəlmanlara aid olsaydı hər kəs onları bir qəhrəman sayardı.

Bu yeni təşkilat həqiqətən də çox təhlükəlidir. Bunların “Dinlər arası dialoq”– dedikləri quruluşun əsas şərtlərindən biri; Quranın kənarlaşdırılmasıdır. 10.03. 2009-cu ildə Vatikanda Vatikan baş naziri və dinlər arası dialoq təşkilatının naziri Kardinal Jean Louis Pierre Tauran ilə etdiyim söhbətdə mənə; “Qurana uyduğunuz müddətcə sizinlə dialoq olmaz”-demişdi. O gün, Türk və alman elm adamlarından meydana gələn heyətimizin yanında Gülən cəmaatının Romadakı dialoq mərkəzinin səlahiyyətli nümayəndələri də var idi. Onlar həmin kardinalın özlərinin başçısı olduğunu demiş və onun bu sözlərinə heç bir reaksiya verməmişdilər. Mən lazım olan cavabı verdim amma Gülən cəmaatının onun bu sözlərini çoxdan qəbul etdiklərini gördüm və üzüldüm.

Cəmaat mənsublarından olan Rəşit Haylamazın, “Rəsulullahın ümməti arasında kəliməi tövhidin ikinci yarısı (Muhəmmədun Rəsulullah) sözünü deməkdən çəkinənlərin olduğunu”- iddia etməsi[39], bu dialoqu nə qədər mənimsədiklərini göstərir. Allahın açıq əmrlərinə baxmayaraq  güya rəsulullah ümmətinə, “Allahdan başqa ilah yoxdur”– deməklə kifayətlənə biləcəklərini demiş “Muhəmməd Allahın elçisidir”- demələrini şərt qoşmamışdır.

Muhəmməd əleyhissəlam, Quranı gətirdiyi üçün Allahın elçisidir. Onu ciddiyə almamaq, Quranı ciddiyə almamaqdır. Bu, Allahın elçisinə inanmağı əmr edən bir çox ayəyə tərsdir. Ayələrdən biri belədir:

“Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və axirət gününü inkar edən şəxs, dərin bir azğınlığa düşmüşdür.” (Nisə 4/136)

Unutmamaq lazımdır ki, paralel təşkilat, paralel dinin məhsuludur. Belə bir din istehsal edilməsəydi heç kim, dindar masqası altında bu cür təşkilatın bir nümayəndəsi olmazdı.

Paralel təşkilat, iqtidara da şərik olmaqdır. Dövlətə qoşulan şirkə qarşı mübarizə edənlər, Allaha qarşı qoşulan şirkə qarşı eyni mübarizəni etməzlərsə, sabah Allahın hüzurunda məyus olacaqlar.

Əməvilərdən bu yana müsəlmanların bir nömrəli problemi paralel dindir. Bu gün İslami elmlər deyə bilinən şeylərin çoxu, bu paralel din tərəfindən istehsal edilmişdir. Bu səbəblə müsəlmanlar, sağlam düşünmə və problem həll etmə qabiliyyətlərini itirmişlər. Paralel din təmizlənməzsə, Kitab və sünnəyə əsaslanan həqiqi İslam dini ortaya çıxarılmazsa, müsəlmanlar problemlərinin həllini özlərini istismar edən insanlarda axtarmağa davam edəcəklər. Ya da Mehdinin gəlişini gözləməyə davam edəcəklər ki, o da artıq gəlməyəcək…

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.


[1] Hud 11/2,26; Yusif 12/40; İsra 17/23, Yasin 36/60-61; Fussilət 41/14; Əhkaf 46/21.

[2] Hasan Kamil Yılmaz, Altınoluk Məcmuası, İstanbul 2011. c. III, S. 57.

[3] Fəthullah Gülən, “Qəlbin zümrüd təpləri”, İstanbul 2011, c. III, S. 57.

[4] Fəthullah Gülən, a.g.e. c. III, S, 59-61.

[5] Fəthullah Gülən, a.g.e. c. III, s, 55-56.

[6] Fəthullah Gülən, a.g.e. c. III, s, 51.

[7] Fəthullah Gülən, a.g.e. c. III, s, 54.

[8] Süleyman Uludağ, “Ricalu”l-geyb, TDV İslam Ansiklopediyası.

[9] Fəthullah Gülən, a.g.e. c. III, s, 54-55.

[10] Bəqərə, 2/30.

[11] Bəqərə, 2/31.

[12] Bax. Zariat 51/56.

[13] Mələk (ألَك يألَك) kökündən olub xəbər götürən mənasındadır. Eyni kökdən gələn (ألُوك) məktub və ya xəbər mənasındadır. Mələklərdə, Allahdan xəbər və məlumat gətirirlər. Bax. Müfrədat, Təhzibul-luğa və Kitabu”l-ayn (ألَك)md.

[14] Katolik kilsəsi “Din və əxlaq qanunları”, Tərcümə edən Dominik Pamir, İstanbul 2000 paraq. 858.

[15] Katolik kilsəsi “Din və əxlaq qanunları”, par. 783.

[16] Katolik kilsəsi “Din və əxlaq qanunları”, par. 859.

[17] Katolik kilsəsi “Din və əxlaq qanunları”, par. 480.

[18] Katolik kilsəsi “Din və əxlaq qanunları”, par. 519.

[19] Katolik kilsəsi “Din və əxlaq qanunları”, par. 2634.

[20] Katolik kilsəsi “Din və əxlaq qanunları”, par. 771.

[21] Katolik kilsəsi “Din və əxlaq qanunları”, par. 775.

[22] Katolik kilsəsi “Din və əxlaq qanunları”, par. 877,880,883.

[23] Katolik kilsəsi “Din və əxlaq qanunları”, par. 891.

[24] Katolik kilsəsi “Din və əxlaq qanunları”, par. 877,880,883.

[25] Katolik kilsəsi “Din və əxlaq qanunları”, par. 891.

[26] Katolik kilsəsi “Din və əxlaq qanunları”, par. 936.

[27] Katolik kilsəsi “Din və əxlaq qanunları”, par. 936.

[28] Katolik kilsəsi “Din və əxlaq qanunları”, par. 937.

[29] İncil,” İbranilərə məktub,” 5/1.

[30] Katolik kilsəsi “Din və əxlaq qanunları”, par. 878.

[31] Buxari, İtisam bis-Sünnə, 14.

[32] Məhmət Dəmirçi, “Türkiyə diyanət vəqfi İslam ansiklopediyası”, Həqiqəti Muhəmmədiyyə maddəsi.

[33] Fəthullah Gülən, a.g.ə. c. II, s. 296-310.

[34] Həsən Kamil Yılmaz, İnsani Kamil, Altınoluk məcmuası, İyul 1996, sayı 125. S. 31.

[35] Həsən Kamil Yılmaz, a.g.ə., s. 31.

[36] Katolik Kilsəsi “Din və əxlaq qanunudur”, par. 937.

[38] Fəthullah Gülən, e.q.ə. c. II, s. 296-310.

[39] Rəşit Haylamaz, Gönül taxtının eşsiz Sultanı Əfəndimiz, s. 252.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.456 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.273 dəfə oxundu
2 Etikaf 23.06.09 5.207 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 13.745 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.674 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 6.047 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.876 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.636 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 20.642 dəfə oxundu
9 İnsan peyğəmbər 06.07.09 3.759 dəfə oxundu
10 Allah, insan və xələf-sələf 12.04.10 2.794 dəfə oxundu
11 Kişinin seksuallığı 09.01.12 16.570 dəfə oxundu
12 Vəhy 12.04.13 1.815 dəfə oxundu
13 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 772 dəfə oxundu
14 Təsbeh 06.07.09 3.685 dəfə oxundu
15 Nəsx və daşqalaq cəzası 27.05.10 4.672 dəfə oxundu
16 Fitr sədəqəsi 20.06.09 3.683 dəfə oxundu
17 İsra və Merac 02.04.16 1.210 dəfə oxundu
18 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.395 dəfə oxundu
19 Hamının bildiyi Namaz. 26.01.18 864 dəfə oxundu
20 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.375 dəfə oxundu
21 Qəndil 30.06.09 8.053 dəfə oxundu
22 Şəfaət 08.04.10 3.204 dəfə oxundu
23 Surroqat analıq 03.02.12 4.841 dəfə oxundu
24 Təvəssül 10.06.13 3.151 dəfə oxundu
25 “Ən zəif ev” 09.03.18 367 dəfə oxundu
26 Ailənin adından bir qurban 26.02.10 3.696 dəfə oxundu
27 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 13.301 dəfə oxundu
28 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.577 dəfə oxundu
29 Piramida və şəbəkə marketinqi 24.02.12 2.616 dəfə oxundu
30 İslamda geyim ədəbi 05.06.13 3.415 dəfə oxundu
31 Yusifin köynəyi, Yaqubun gözü. 30.03.18 621 dəfə oxundu
32 Donuz dərisi 02.11.09 3.276 dəfə oxundu
33 Talaq: kişinin boşamaq hüququ 18.07.10 8.056 dəfə oxundu
34 İslamda falçılığa münasibət 27.11.10 7.934 dəfə oxundu
35 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 3.170 dəfə oxundu
36 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.212 dəfə oxundu
37 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 343 dəfə oxundu
38 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 4.124 dəfə oxundu
39 Heyzli qadının ibadəti 24.02.10 49.457 dəfə oxundu
40 Oruc və orucun başlanğıcı 27.08.10 9.885 dəfə oxundu
41 Şəfaət inancı 08.02.11 2.951 dəfə oxundu
42 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.857 dəfə oxundu
43 Uşaqların evləndirilməsi 26.01.15 3.136 dəfə oxundu
44 Quranda Hicab/Başörtüsü. 24.09.18 652 dəfə oxundu
45 İftida: qadının boşanmaq hüququ 14.05.09 9.296 dəfə oxundu
46 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.465 dəfə oxundu
47 Zikrin fəzilət və faydaları 26.11.10 5.057 dəfə oxundu
48 Kəramət nə deməkdir? 15.02.11 3.943 dəfə oxundu
49 Qadınların sünnəti 15.07.12 13.615 dəfə oxundu
50 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 2.122 dəfə oxundu
51 Xums nədir? 11.01.19 370 dəfə oxundu
52 Qadınların şahidliyi 14.05.09 2.978 dəfə oxundu
53 Quran və müsəlmanlar 29.01.10 4.630 dəfə oxundu
54 Dua 25.11.10 7.114 dəfə oxundu
55 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.945 dəfə oxundu
56 Əsl kafir kimdir? 21.07.12 9.163 dəfə oxundu
57 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.142 dəfə oxundu
58 Коран и культурное развитие. 30.01.19 230 dəfə oxundu
59 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.896 dəfə oxundu
60 Dəlillərlə Cümə namazı 12.02.10 6.398 dəfə oxundu
61 Donuz əti və ziyanları 08.12.10 5.840 dəfə oxundu
62 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.510 dəfə oxundu
63 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.460 dəfə oxundu
64 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.632 dəfə oxundu
65 Oruc Kəffarəsi 24.05.19 227 dəfə oxundu
66 Hicabı qadağan edənlər 14.05.09 3.436 dəfə oxundu
67 İnsan cəsədi və avtopsiya 05.02.10 3.561 dəfə oxundu
68 Şirk və küfr 14.07.11 3.631 dəfə oxundu
69 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.213 dəfə oxundu
70 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.202 dəfə oxundu
71 Nişanlıların kəbini 14.05.09 11.937 dəfə oxundu
72 Qadınlar və Cümə namazı 26.03.10 6.966 dəfə oxundu
73 Quranda əşyaların dili 04.07.11 14.215 dəfə oxundu
74 Mutəvatir hədis 28.09.12 1.944 dəfə oxundu
75 Vəsilə nədir? 27.05.16 2.238 dəfə oxundu
76 Münafiqlərin korluğu 10.04.10 1.992 dəfə oxundu
77 Valideyndən xəbərsiz kəbin 29.06.09 10.217 dəfə oxundu
78 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 2.640 dəfə oxundu
79 Hikmət 09.01.16 4.647 dəfə oxundu
80 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 3.103 dəfə oxundu
81 Nikaha nəzarət 14.05.09 6.655 dəfə oxundu
82 Ölüdən kömək gözləmək 28.03.10 3.831 dəfə oxundu
83 Quranı öyrənmənin üsulu 16.12.15 4.619 dəfə oxundu
84 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 1.057 dəfə oxundu
85 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 2.079 dəfə oxundu
86 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.513 dəfə oxundu
87 Faiz 29.03.10 4.591 dəfə oxundu
88 QÜTBÜ ƏZƏM 24.03.14 2.456 dəfə oxundu
89 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.643 dəfə oxundu
90 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.175 dəfə oxundu
91 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.423 dəfə oxundu
92 Namazları cəm etmək 08.04.10 7.077 dəfə oxundu
93 Seyyidlər kimlərdir? 16.10.11 8.454 dəfə oxundu
94 Qəza-qədər məsələsi 24.02.13 4.093 dəfə oxundu
95 Qadınların döyülməsi 29.03.17 1.661 dəfə oxundu
96 Quranda və sünnədə namaz vaxtları 11.09.14 6.691 dəfə oxundu
97 Vərdişlər 10.04.10 2.641 dəfə oxundu
98 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.909 dəfə oxundu
99 Mütə nikahı (siğə) 07.03.13 8.884 dəfə oxundu
100 Tağut 28.04.17 3.880 dəfə oxundu