İudaizmdə Tanrı anlayışı
Müsəlmanlar > Tədqiqatlar Tarix: 16 Haziran 2013 Tövsiyə et Çap et

İudaizmdə Tanrı anlayışı

Yəhudilər tək Allaha inandıqlarını deyirlər. Lakin bu gün mövcud olan Tövratın bəzi hissələrinə bax-dıqda, Allah inancının bir çox antropomorfik (insanabənzər) xüsusiyyətlərə malik olduğu ortaya çıxır. Antropomorfizm, Tanrını insan və ya yaradılan bəzi varlıqlara bənzər formalarda tərif edən inancdır. Bu inanc, xəyal və idrakdan üstün, yəni Uca və qüsursuz Allah inancından uzaqdır.

İudaizmdə Allahın adları Yahvə (Yahova) və Elohim kimi müxtəlif formalarda tələffüz edilir. Alim-lər, bugünkü Tövratda Yahvə adının qeyd olunduğu yerlərə “yahvist mətn” deyirlər. Eramızdan əvvəl X əsrdə yazıldığı ehtimal edilən bu mətnlərdə bəşəri hisslərlə dolu antropomorfik tanrı anlayışının mövcud olduğunu görürük. Elohim adının qeyd olunduğu mətnlər isə “elohist mətn” adlandırılır. Era-mızdan əvvəl VII əsrdə yazıldığı deyilən bu mətnlərə sonradan digərlərinin birləşdirilməsi bugünkü Tövratı əmələ gətirib.

Yahova, yəhudilər üçün həm də milli tanrıdır. Rəbb, yəhudi millətini seçmiş, diqqət və lütfünü yalnız onlara həsr etmiş, digər varlıqları və insanları da yaradıb. Lakin onların yəhudilər qədər dəyəri yox-dur. Ali zümrə yəhudilərdir. Bu inanc səbəbilə iudaizm, dünyəvi nizamı yaratmaqdan və bütün bəşə-riyyəti əhatə etməkdən uzaqdır.

Tanrının antropomorfik (bəşəri) xüsusiyyətlərlə təqdim olunması, sonra gələn yəhudi alimləri tərəfin-dən şərh olunmuş, bütün bunlar məcazi olaraq xarakterizə edilib. Onların fikrincə, Tanrı insanlarla, onların başa düşəcəkləri dildə danışıb. Bu səbəbdən belə ifadələrin antropomorfik xüsusiyyətlərə malik olması təbiidir.

Lakin Tövratda, Rəbbin bəşəri xüsusiyyətlərlə təqdim olunmasıyla bağlı ifadələr, bu şərhi təkzib edə-cək qədər çoxdur. Bunların iddialarını bir neçə nümunə ilə belə izah etmək olar:

Tanrı, insanların çox pisliklər etdiyini gördükdə, onları yaratdığına peşman olur, onları tufanla həlak edir. Bu dəfə isə onları həlak etdiyinə görə məyus olur və bir daha bu şəkildə dünyanı həlak etməyə-cəyini deyir (Təkvin 6/5-7; 8/21-22).

Beləliklə, Tanrıya açıq şəkildə səhv etmək və peşmançılıq hissi kimi bəşəri cəhətlər aid edilir.

Bununla yanaşı İsrail oğulları, Rəblərinə qarşı üsyan etdikləri zaman Tanrı onları bütövlüklə həlak et-mək qərarına gəlir. Lakin araya peyğəmbərlər girərək, Tanrını bu qərarından imtina etdirməyə çalışır, “Belə etmə!” deyirlər. Bundan sonra Tanrı, verdiyi qərarını dəyişir. Belə ki, Tanrının verdiyi həlaket-mə qərarına görə sonradan çox peşman olduğu bildirilir (Çıxış, 37/9-12, 14; Amos, 7/2-6).

Hətta İsrail oğullarının bitməyən üsyanlarından sonra Yeremya kitabında Tanrının: “Artıq peşman ol-maqdan37 yoruldum!” dediyi qeyd edilir (Yeremya, 15/6).

Həmçinin Tövratda: “Tanrı kainatı altı gün ərzində yaratdı. Yeddinci gündə isə dincəldi” (Təkvin, 2/3) şəklində olan ifadə, Allaha acizlik aid edən nümunədir.

Halbuki dincəlmək, peşman olmaq və yorulmaq, insanlara və məxluqada xas olan xüsusiyyət olub zə-iflik və acizlik bildirir.

Daha qəribəsi isə odur ki, Tövratda, vəhylə nazil olan kitabda yer alması mümkün olmayan aşağıdakı ifadələr qeyd edilir:

“Allahın oğulları, Adəm qızlarının gözəl olduqlarını gördülər və seçdikləri qızlarla evləndilər” (Tək-vin, 6/2).

Bundan başqa, Tövratın Təkvin bölməsində Tanrının, yanında olan iki mələklə birlikdə insan surətin-də İbrahimin yanına gedib ona qonaq olduğu, onlarla birlikdə yeyib-içdiyi, ayaqlarını yuyub istirahət etdiyi qeyd olunur. Sonra isə Tanrı, mələklərini Lut qövmünü həlak etmək üçün Sodom və Gomoreyə göndərir. Lakin bunu İbrahimə danışıb-danışmamaqla bağlı tərəddüd edir, sonda danışır. Bundan sonra İbrahim, aralarındakı yaxşı insanlara görə Lut qövmünü həlak etməməklə bağlı Rəblə uzun-uza-dı söhbət edir (Təkvin 18/1-15).

Tövratda eyni zamanda Yaqubun (əleyhissəlam) Tanrı Yahvə ilə olan mübarizəsi qeyd edilir ki, bu da çox maraqlı hadisədir. Həzrəti Yaqub burada, ailə üzvlərilə yanaşı dayısının yanından Kənan diyarına qa-yıdarkən çöldə bir nəfərlə qarşılaşır və dan yeri sökülənə qədər onunla güləşir.

Həzrəti Yaqub: “Burax gedim!” desə də güləşdiyi insan onu buraxmır və həmin şəxs Həzrəti Yaquba deyir: “Artıq sənə Yaqub deyil, İsrail (Yəhudilərin fikrincə, Tanrı ilə güləşən) deyiləcək. Çünki sən, Allah və insanlarla mübarizə aparıb qalib gəldin!” (Təkvin, 32/22-32).

Tövratda qeyd olunduğuna görə, bu güləş əsnasında Yaqubun bud sümüyü zədələnir. Bu səbəbdən yəhudilər, hətta bu gün də bud sümüyünün üzərində olan sinirləri yemirlər.

Tövratda olan: “Tanrı insan formasında təcəssüm edərək Həzrəti Yaqubla güləşdi” ifadələri, açıq şəkildə bəşəri xüsusiyyətləri əks etdirir. Bu isə tövhiddən tamamilə uzaq, mükəmməllik xüsusiyyətlərindən məhrum və qüsurlu cəhətlərə sahib olan Allah inancının ifadəsidir.

Buna bənzər düşüncə Hinduizmdə də var. Orada da tanrı insan və ya heyvan formasına keçərək yer üzünə enib. Bu inanc Hinduizmdə “Tanrının avatarası” kimi ifadə edilir.

Yəhudi din alimləri Köhnə Əhddə qeyd edilən belə hekayələri, müxtəlif formalarda şərh və izah ediblər. Belə ki, bu hadisə, Tövrat təfsirlərində belə şərh olunub: “Yaqubun güləşdiyi insan Tanrı de-yil, Tanrı formasında görünən mələkdir”. Hətta belə olduqda da, bu dəfə yaradılan varlığın Tanrı for-masına girəcəyi düşüncəsi yaranır ki, bunu da şərh etmək qeyri-mümkündür.

Belə ki, Tövratdakı güləş hadisəsindən sonra:

“(Musa): “Tanrını üzbəüz gördüm və sağ qaldım!” dedi” (Təkvin, 32/30) sözləri şərhin mümkün olma-yacağını göstərir. Burada məna çox açıq və aydındır. Bundan başqa, bu hadisənin Tövratda hansı sə-bəbdən qeyd olunduğu və hikmətinin nə olduğu tamamilə bilinmir. Hər hadisənin müəyyən səbəbi olacağı halda, bu hadisə ilə bağlı heç bir səbəb göstərilmir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Tövratda, Allah-təalanın “Sübhan”, yəni hər cür bəşəri xüsusiyyət-lərdən uzaq, mükəmməllik cəhətlərinə malik Rəbb olması həqiqətinin əksinə, Ona bəşəri acizlik aid edilir. Bununla bağlı təhrif edilən (dəyişdirilən) Tövratdakı digər ifadələr isə belədir:

“Musa, qövmün, zümrələrinə görə hər kəsin öz çadırının qapısında ağladığını eşitdi. Rəbbin qəzəbi xeyli artdı və Musanın gözündə pis oldu. Musa Rəbbə dedi:

“Nə üçün bəndənə pis davrandın? Nə üçün sənin gözündə dəyərli olmadım ki, qövmün bütün yükü-nü mənim üzərimə yükləyirsən? Məgər bütün bu qövmü mən dünyaya gətirdim ki, mənə: “Lala, südə-mər uşağı daşıdığı kimi onları, atalarına and içdiyim diyara qucağında apar” deyirsən? Bütün bu qöv-mə verəcək əti haradan tapım? Çünki onlar: “Bizə ət ver yeyək” deyərək ağlayırlar. Bütün bu qövmün yükünü mən tək halda çəkə bilmərəm. Çünki bu, mənim üçün çox ağırdır. Mənə belə davranacaqsan-sa, o zaman istərdim ki, gözündə dəyərli olduğum təqdirdə məni dərhal öldürəsən ki, yoxsulluğumu görməyim!” (Saylar, 11/4-6, 10-15).

Allah-təalaya zülm aid edən bu ifadələr, Həzrəti Musanın Rəbbinə dua etdiyi yerdə üsyankar davranma-sını göstərir ki, bu halı müqəddəs kitabla nə qədər uyğunlaşdırmaq olar?

Həmçinin Tövratda, Allah inancına uyğun olmayan belə bir hadisədən bəhs olunur:

“Sərin günlərin birində cənnət bağlarında gəzintiyə çıxan Rəbb, Adəm və Həvvanı axtarır. Onlar ağacların arxasına gizlənmişdilər. Tanrı onları görmədikdə “Hardasan?” deyərək Həzrəti Adəmə səslənir. Adəm “Bağda səsini eşitdikdə qorxdum. Çünki çılpaq idim. Ona görə də gizləndim” deyir” (Təkvin, 3/8-10).

Bütün bu mövzular nə qədər şərh edilsə də təhrifinin şərh edilmədiyi aydın olur.

Bu gün bir çox alim Tövrat hekayələrindəki antropomorfik tanrı inancının arxa planında, qədim Misir və Babildə mövcud olan bütpərəst və əfsanəvi tanrı inanclarının təsirlərinin olduğunu və bu inancla-rın həm yəhudilərə, həm də Tövrat yazanlara təsir etdiyini bildirirlər.

Mənbə: davet.az (“Dəvət” jurnalı)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.175 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.007 dəfə oxundu
2 Etikaf 23.06.09 4.756 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 12.518 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.520 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 5.677 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.549 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.346 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 17.626 dəfə oxundu
9 Nikaha nəzarət 14.05.09 6.455 dəfə oxundu
10 Ölüdən kömək gözləmək 28.03.10 3.692 dəfə oxundu
11 Quranı öyrənmənin üsulu 16.12.15 4.287 dəfə oxundu
12 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 953 dəfə oxundu
13 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.711 dəfə oxundu
14 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.422 dəfə oxundu
15 Faiz 29.03.10 4.202 dəfə oxundu
16 QÜTBÜ ƏZƏM 24.03.14 2.403 dəfə oxundu
17 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.384 dəfə oxundu
18 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.064 dəfə oxundu
19 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.384 dəfə oxundu
20 Namazları cəm etmək 08.04.10 6.406 dəfə oxundu
21 Seyyidlər kimlərdir? 16.10.11 7.141 dəfə oxundu
22 Qəza-qədər məsələsi 24.02.13 3.894 dəfə oxundu
23 Qadınların döyülməsi 29.03.17 923 dəfə oxundu
24 Quranda və sünnədə namaz vaxtları 11.09.14 5.473 dəfə oxundu
25 Vərdişlər 10.04.10 2.556 dəfə oxundu
26 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.760 dəfə oxundu
27 Mütə nikahı (siğə) 07.03.13 7.536 dəfə oxundu
28 Tağut 28.04.17 1.823 dəfə oxundu
29 İnsan peyğəmbər 06.07.09 3.648 dəfə oxundu
30 Allah, insan və xələf-sələf 12.04.10 2.719 dəfə oxundu
31 Kişinin seksuallığı 09.01.12 14.304 dəfə oxundu
32 Vəhy 12.04.13 1.760 dəfə oxundu
33 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 105 dəfə oxundu
34 Təsbeh 06.07.09 3.557 dəfə oxundu
35 Nəsx və daşqalaq cəzası 27.05.10 4.314 dəfə oxundu
36 Fitr sədəqəsi 20.06.09 3.613 dəfə oxundu
37 İsra və Merac 02.04.16 1.115 dəfə oxundu
38 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.328 dəfə oxundu
39 Hamının bildiyi Namaz. 26.01.18 157 dəfə oxundu
40 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.305 dəfə oxundu
41 Qəndil 30.06.09 7.457 dəfə oxundu
42 Şəfaət 08.04.10 3.081 dəfə oxundu
43 Surroqat analıq 03.02.12 4.658 dəfə oxundu
44 Təvəssül 10.06.13 2.941 dəfə oxundu
45 Ailənin adından bir qurban 26.02.10 3.506 dəfə oxundu
46 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 12.267 dəfə oxundu
47 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.437 dəfə oxundu
48 Piramida və şəbəkə marketinqi 24.02.12 2.453 dəfə oxundu
49 İslamda geyim ədəbi 05.06.13 3.179 dəfə oxundu
50 Donuz dərisi 02.11.09 3.161 dəfə oxundu
51 Talaq: kişinin boşamaq hüququ 18.07.10 7.214 dəfə oxundu
52 İslamda falçılığa münasibət 27.11.10 7.471 dəfə oxundu
53 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 2.834 dəfə oxundu
54 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.175 dəfə oxundu
55 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 3.759 dəfə oxundu
56 Heyzli qadının ibadəti 24.02.10 35.265 dəfə oxundu
57 Oruc və orucun başlanğıcı 27.08.10 8.694 dəfə oxundu
58 Şəfaət inancı 08.02.11 2.841 dəfə oxundu
59 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.826 dəfə oxundu
60 Uşaqların evləndirilməsi 26.01.15 2.883 dəfə oxundu
61 İftida: qadının boşanmaq hüququ 14.05.09 7.816 dəfə oxundu
62 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.415 dəfə oxundu
63 Zikrin fəzilət və faydaları 26.11.10 4.401 dəfə oxundu
64 Kəramət nə deməkdir? 15.02.11 3.546 dəfə oxundu
65 Qadınların sünnəti 15.07.12 12.986 dəfə oxundu
66 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 1.960 dəfə oxundu
67 Qadınların şahidliyi 14.05.09 2.791 dəfə oxundu
68 Quran və müsəlmanlar 29.01.10 4.508 dəfə oxundu
69 Dua 25.11.10 6.724 dəfə oxundu
70 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.086 dəfə oxundu
71 Əsl kafir kimdir? 21.07.12 8.635 dəfə oxundu
72 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 1.997 dəfə oxundu
73 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.657 dəfə oxundu
74 Dəlillərlə Cümə namazı 12.02.10 5.872 dəfə oxundu
75 Donuz əti və ziyanları 08.12.10 5.528 dəfə oxundu
76 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.472 dəfə oxundu
77 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.412 dəfə oxundu
78 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.357 dəfə oxundu
79 Hicabı qadağan edənlər 14.05.09 3.305 dəfə oxundu
80 İnsan cəsədi və avtopsiya 05.02.10 3.472 dəfə oxundu
81 Şirk və küfr 14.07.11 3.355 dəfə oxundu
82 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.012 dəfə oxundu
83 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 1.966 dəfə oxundu
84 Nişanlıların kəbini 14.05.09 10.737 dəfə oxundu
85 Qadınlar və Cümə namazı 26.03.10 6.521 dəfə oxundu
86 Quranda əşyaların dili 04.07.11 14.080 dəfə oxundu
87 Mutəvatir hədis 28.09.12 1.853 dəfə oxundu
88 Vəsilə nədir? 27.05.16 1.920 dəfə oxundu
89 Münafiqlərin korluğu 10.04.10 1.970 dəfə oxundu
90 Valideyndən xəbərsiz kəbin 29.06.09 9.389 dəfə oxundu
91 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 1.902 dəfə oxundu
92 Hikmət 09.01.16 3.611 dəfə oxundu
93 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.096 dəfə oxundu