İslamda geyim ədəbi
Müsəlmanlar > Tədqiqatlar Tarix: 05 Haziran 2013 Tövsiyə et Çap et

İslamda geyim ədəbi

Maddi imkan və gücü kifayət qədər olan insanların bu maddi imkanlarını əks etdirəcək şəkildə geyinməsi təkəbbür və lovğalıq mənasına gəlmir. Hətta insanın maddi gücünü göstərəcək şəkildə geyinməsinin insanlara Allahdan gələn bir haqq olduğu xatırlanmalıdır.

Səhabələrdən Əvf ibn Malik atasından belə nəql edir: “Əynimdə adi paltar olduğu halda Rəsulullahın (s) yanına gəlmişdim. Məndən soruşdu:

“Sənin malın yoxdurmu?”

Mən “Var!” dedikdə “Hansı növ maldandır?” deyə soruşdu. Mən yenə “Allah hər cür maldan mənə vermişdir. Dəvə, öküz, xırdabuynuzlu heyvanlar, at və kölə” dedikdə belə buyurdu:

“Elə isə Allah sənə bir mal verdiyi zaman bu nemətin əlaməti sənin üzərində görünməlidir!”.1

Rəvayətlərdən Rəsulullahın (s) kaftan (üst paltarı, xalat) kimi paltarlar geyindiyi aydın olur. Misvər ibn Mahrəmənin rəvayətinə görə, Rəsulullah (s) səhabələrinə bir qism kaftanlar payladı. Lakin Misvərin atasına (Mahrəməyə) heç nə vermədi. Bundan sonra atam: “Gəlin, Rəsulullahın (s) yanına gedək!” dedi və birlikdə getdik. Ora çatdıqda mənə belə dedi: “İçəri gir və Rəsulullaha (s) gəldiyimi bildir!” Mən də xəbər verdim. Rəsulullah (s) əynində payladığı kaftanlardan biri ilə qarşımıza çıxdı və belə buyurdu: “Bunu sənin üçün saxladıq”. Sonra Rəsulullah (s) atama baxdı və “Mahrəmə razı oldu!” dedi.2

Kaftan formasında olan paltarlar geyinməklə yanaşı Rəsulullahın (s) zolaqlı parçalardan olan paltarları xoşladığı da aydın olur. Ənəs (r) belə nəql edir: “Rəsulullah (s) ən çox hibərə (çubuqlu Yəmən parçası) geyinməyimizi çox xoşlayırdı” (Buxari, “Libas”, 18; Müslim, “Libas”, 32; (2079); Əbu Davud, “Libas”, 15, (4060); Tirmizi, “Libas”, 45; (1788); Nəsai, “Zinət”, 95, (8/203)).

Rəsulullahın (s) ən gözəl paltarlar geyinməsi də rəvayət olunur. Rəsulullahın (s) bu hərəkəti səhabələrin sonrakı həyatlarında onların geyim tərzinə də təsir etmişdi. İndi qeyd edəcəyimiz rəvayət yalnız bu vəziyyəti təsdiq etmir, həmçinin təmsilçilik funksiyası olan vəzifələrdəki insanların xüsusən yaxşı və gözəl tərzdə geyinmələrinin zəruri olduğunu bildirir. İbn Abbas belə nəql edir: “Həruriyyə (xaricilər) çıxdıqda Əlinin (r) yanına gəldim. Mənə belə dedi: “O adamlara baş çək!” Mən də Yəmən geyimlərinin ən gözəlini geyindim. Hərurilərin yanına gəldim. Onlar mənə dedilər: “Xoş gəldin, ey İbn Abbas! Bu, nə paltardır geyinmisən?” Mən: “Məni məzəmmət edirsiniz? Mən Rəsulullahın (s) əynində mümkün olan ən gözəl paltarı gördüm!” dedim.3

Təzə paltar geyinməklə bağlı ədəb qaydalarından biri də dua etməkdir. Bu dua insanın Allah tərəfindən qorunmasında vacib bir səbəbdir. Əbu Umamə belə nəql edir: “İbn Ömər (r) təzə paltar geyinmişdi və belə dua edirdi: “Ayıb yerlərimi örtdüyüm və həyatda gözəlliyimi təmin etmiş paltarı mənə nəsib edən Allaha şükürlər olsun”. Sonra belə dedi: “Mən Rəsulullaha (s) qulaq asdım: “Kim təzə paltar geyinib belə dua etsə və sonradan köhnə olan paltarı sədəqə kimi versə, həm həyatda, həm də vəfat etdikdən sonra Allah tərəfindən qorunar”.4

Rəsulullahın (s) əsasən sarı paltarları xoşlamadığı bildirilir. Əlinin (r) bir rəvayətinə görə, Rəsulullah (s) sarı rəngli paltar geyinməyi ona hətta qadağan etmişdi. Lakin bunu da qeyd etməliyik ki, bu qadağa ümumi deyil, xüsusi idi. Əli (r) də bu məsələyə diqqət yetirirdi. Belə ki: “Rəsulullah (s) mənə qızıl üzük taxmağı, sarı rəngdə paltar geyinməyi qadağan etdi”. Əbu Davudun rəvayətində Əli (r) belə buyurur: “Bu qadağanın (sarı paltar geyinməyin) sizə də aid olduğunu demirəm”.5

Lakin buradan belə aydın olur ki, Rəsulullahın (s) bu xüsusi qadağası bəzi səhabələrə də aid olmuşdu. Amr ibn As (r) belə nəql edir: “Rəsulullah (s) əynimdə sarı rəngdə iki paltar gördü və belə buyurdu:

“Bunu sənə anan əmr etdi?”

Mən dedim:

“Mən onları yuyaram”.

Rəsulullah (s) isə belə buyurdu:

“Onları həm də yandır!”.6

Başqa bir rəvayətdə isə Rəsulullah (s) belə buyurur: “Bunlar qeyri-müsəlmanların paltarlarındandır, onları geyinmə”.7

Bəzi alimlər uşaqların geyəcəkləri paltar haqqında belə buyururlar: “Oğlan uşaqlarına ipək və rəngli yox, ağ paltarlar geyindirmək lazımdır. Haqqında söhbət edilən (yəni ipək və rəngli) paltarların qadınlara və qadın kimi davranan kişilərə aid olduğu, kişilərin bunlardan çəkinməsinin zəruri, yəni bunların məkruh olması uşaqlara başa salınmalıdır. Uşaq gözəl və bahalı paltarlara alışdırılan digər uşaqlardan qorunmalıdır”.

İpək paltar müsəlman kişilərə haram edilib. Əli (r) belə nəql edir: “Rəsulullah (s) bir qədər ipək götürüb sağ ovcuna qoydu, bir qədər də qızıl götürüb sol ovcuna qoydu və belə buyurdu: “Bu iki şey ümmətimin kişilərinə haramdır” (Tirmizi və Nəsaidə Əbu Musadan gələn digər rəvayətdə belə buyurulur: “Ümmətimin kişilərinə ipək paltar və qızıl haram, qadınlara isə halal edildi”).8

Lakin bəzi xüsusi hallarda ipək paltarın geyilməsi ilə bağlı şəxsən Rəsulullahın (s) icazəsi var. Bir rəvayətdə belə deyilir: “Rəsulullaha (s) bitdən şikayət olundu. Rəsulullah (s) da onlara iştirak etdiyi döyüşlərdə ipək köynəklər geyinməyə icazə verdi”.9

Səhabələr oğlan uşaqlarının ipək paltarlar geyinməməsi məsələsində diqqətli hərəkət edirdilər.

İmam Kəsani ipək paltar geyinməyin kişilərə haram buyrulması ilə bağlı belə deyir: “Kişilər üçün ipək paltar geyinməyin haram olması məsələsində yaşı az olan oğlan uşaqları ilə yetkin kişilər arasında fərq yoxdur. Çünki Rəsulullah (s) “İpək və qızıl ümmətimin kişilərinə haram edildi” buyurmaqla həmin hökmü bütün kişilərə aid etmişdir. Lakin ipək paltar geyinən kiçik oğlan uşağının günahı uşağa yox, bu paltarı ona geyindirənə yazılır. Çünki bu yaşda olan uşaq mükəlləf deyil və məsuliyyət daşımır. Eyni zamanda verilən içkini içən uşağın günahı uşağa yox, həmin içkini ona verənin üzərinə yazılır. Paltar məsələsi də belədir”.10

Müəllif: Mahmud Məmmədov

Mənbə: davet.az (“Dəvət” jurnalı)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Nəsai, “Zinət”, 83, (8, 196); Tirmizi, “Birr”, 63 (2007). []
  2. Buxari, “Fazlul-Xumus”, 11, “Libas”, 12; Müslim, “Zəkat”, 129, (1058); Əbu Davud, “Libas”, 4, (4028); Tirmizi, “Ədəb”, 53, (2819); Nəsai, “Zinət”, 100, (7, 205). []
  3. Əbu Davud, “Libas”, 8, (4037). []
  4. Tirmizi, “Daavat”, 119, (3555); İbn Macə, “Libas”, 2, (3557). []
  5. Muslim, “Libas”, 31 (2078); “Muvatta”, 28, (1, 80); Əbu Davud, “Libas”, 11, (4044, 4045, 4046, 4060), Hatim, 4, (4225). []
  6. Muslim, “Libas”, 28. []
  7. Muslim, “Libas”, 27. []
  8. Əbu Davud, “Libas”, 14, (4057); Nəsai, “Zinət”, 40 (8, 160. []
  9. Buxari, “Libas”, 29, “Cihad”, 91; Müslim, “Libas”, 25, (2076); Tirmizi, “Libas”, 2, (1722); Əbu Davud, “Libas”, 13, (4056); Nəsai, “Zinət”, 93, (8, 202. []
  10. Kəsani, “Bədaius-Sanai”, 5/131. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
3.395 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.240 dəfə oxundu
2 Etikaf 23.06.09 5.148 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 13.645 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.650 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 6.032 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.854 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.626 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 20.546 dəfə oxundu
9 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.510 dəfə oxundu
10 Faiz 29.03.10 4.547 dəfə oxundu
11 QÜTBÜ ƏZƏM 24.03.14 2.451 dəfə oxundu
12 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.638 dəfə oxundu
13 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.174 dəfə oxundu
14 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.420 dəfə oxundu
15 Namazları cəm etmək 08.04.10 6.994 dəfə oxundu
16 Seyyidlər kimlərdir? 16.10.11 8.291 dəfə oxundu
17 Qəza-qədər məsələsi 24.02.13 4.085 dəfə oxundu
18 Qadınların döyülməsi 29.03.17 1.553 dəfə oxundu
19 Quranda və sünnədə namaz vaxtları 11.09.14 6.578 dəfə oxundu
20 Vərdişlər 10.04.10 2.632 dəfə oxundu
21 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.896 dəfə oxundu
22 Mütə nikahı (siğə) 07.03.13 8.776 dəfə oxundu
23 Tağut 28.04.17 3.678 dəfə oxundu
24 İnsan peyğəmbər 06.07.09 3.744 dəfə oxundu
25 Allah, insan və xələf-sələf 12.04.10 2.783 dəfə oxundu
26 Kişinin seksuallığı 09.01.12 16.329 dəfə oxundu
27 Vəhy 12.04.13 1.811 dəfə oxundu
28 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 709 dəfə oxundu
29 Təsbeh 06.07.09 3.674 dəfə oxundu
30 Nəsx və daşqalaq cəzası 27.05.10 4.630 dəfə oxundu
31 Fitr sədəqəsi 20.06.09 3.672 dəfə oxundu
32 İsra və Merac 02.04.16 1.203 dəfə oxundu
33 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.390 dəfə oxundu
34 Hamının bildiyi Namaz. 26.01.18 819 dəfə oxundu
35 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.371 dəfə oxundu
36 Qəndil 30.06.09 8.021 dəfə oxundu
37 Şəfaət 08.04.10 3.195 dəfə oxundu
38 Surroqat analıq 03.02.12 4.823 dəfə oxundu
39 Təvəssül 10.06.13 3.139 dəfə oxundu
40 “Ən zəif ev” 09.03.18 358 dəfə oxundu
41 Ailənin adından bir qurban 26.02.10 3.675 dəfə oxundu
42 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 13.191 dəfə oxundu
43 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.565 dəfə oxundu
44 Piramida və şəbəkə marketinqi 24.02.12 2.602 dəfə oxundu
45 İslamda geyim ədəbi 05.06.13 3.395 dəfə oxundu
46 Yusifin köynəyi, Yaqubun gözü. 30.03.18 518 dəfə oxundu
47 Donuz dərisi 02.11.09 3.269 dəfə oxundu
48 Talaq: kişinin boşamaq hüququ 18.07.10 7.976 dəfə oxundu
49 İslamda falçılığa münasibət 27.11.10 7.894 dəfə oxundu
50 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 3.134 dəfə oxundu
51 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.205 dəfə oxundu
52 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 337 dəfə oxundu
53 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 4.087 dəfə oxundu
54 Heyzli qadının ibadəti 24.02.10 48.532 dəfə oxundu
55 Oruc və orucun başlanğıcı 27.08.10 9.832 dəfə oxundu
56 Şəfaət inancı 08.02.11 2.940 dəfə oxundu
57 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.857 dəfə oxundu
58 Uşaqların evləndirilməsi 26.01.15 3.110 dəfə oxundu
59 Quranda Hicab/Başörtüsü. 24.09.18 600 dəfə oxundu
60 İftida: qadının boşanmaq hüququ 14.05.09 9.152 dəfə oxundu
61 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.462 dəfə oxundu
62 Zikrin fəzilət və faydaları 26.11.10 4.990 dəfə oxundu
63 Kəramət nə deməkdir? 15.02.11 3.884 dəfə oxundu
64 Qadınların sünnəti 15.07.12 13.556 dəfə oxundu
65 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 2.106 dəfə oxundu
66 Xums nədir? 11.01.19 335 dəfə oxundu
67 Qadınların şahidliyi 14.05.09 2.956 dəfə oxundu
68 Quran və müsəlmanlar 29.01.10 4.624 dəfə oxundu
69 Dua 25.11.10 7.095 dəfə oxundu
70 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.865 dəfə oxundu
71 Əsl kafir kimdir? 21.07.12 9.126 dəfə oxundu
72 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.136 dəfə oxundu
73 Коран и культурное развитие. 30.01.19 219 dəfə oxundu
74 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.870 dəfə oxundu
75 Dəlillərlə Cümə namazı 12.02.10 6.329 dəfə oxundu
76 Donuz əti və ziyanları 08.12.10 5.831 dəfə oxundu
77 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.505 dəfə oxundu
78 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.453 dəfə oxundu
79 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.596 dəfə oxundu
80 Oruc Kəffarəsi 24.05.19 60 dəfə oxundu
81 Hicabı qadağan edənlər 14.05.09 3.426 dəfə oxundu
82 İnsan cəsədi və avtopsiya 05.02.10 3.554 dəfə oxundu
83 Şirk və küfr 14.07.11 3.607 dəfə oxundu
84 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.196 dəfə oxundu
85 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.181 dəfə oxundu
86 Nişanlıların kəbini 14.05.09 11.824 dəfə oxundu
87 Qadınlar və Cümə namazı 26.03.10 6.941 dəfə oxundu
88 Quranda əşyaların dili 04.07.11 14.201 dəfə oxundu
89 Mutəvatir hədis 28.09.12 1.937 dəfə oxundu
90 Vəsilə nədir? 27.05.16 2.186 dəfə oxundu
91 Münafiqlərin korluğu 10.04.10 1.990 dəfə oxundu
92 Valideyndən xəbərsiz kəbin 29.06.09 10.142 dəfə oxundu
93 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 2.585 dəfə oxundu
94 Hikmət 09.01.16 4.575 dəfə oxundu
95 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.975 dəfə oxundu
96 Nikaha nəzarət 14.05.09 6.642 dəfə oxundu
97 Ölüdən kömək gözləmək 28.03.10 3.814 dəfə oxundu
98 Quranı öyrənmənin üsulu 16.12.15 4.589 dəfə oxundu
99 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 1.054 dəfə oxundu
100 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.993 dəfə oxundu