Vəhy
Müsəlmanlar > Tədqiqatlar Tarix: 12 Nisan 2013 Tövsiyə et Çap et

Vəhy [ الوحي ]

Vahiy, “v-h-y = و- ح- ي” kökündən məsdər olaraq Quranda Allaha nisbət edildiyində Onun varlıqlarla danışması, onları fitrətlərinə görə nizamlayıb onlara vəzifələrini bildirməsi mənasına gəlir. Allahdan başqa varlıqlara nisbət edildiyində də işarə etmək, fısıldamaq, vəsvəsə vermək mənalarına gəlir. Bundan başqa vəhy edilən şeyə, yəni mesajın özünə də vəhy deyilir. Uca Allah, insanlarla

1) vəhy yolu ilə (ilham),

2) pərdə arxasından və

3) Allahın vəhyini çatdıran elçi (rəsul) vasitəsi ilə danışar.

“Allah bir insanla yalnız vəhy yolu ilə və ya pərdə arxasından danışar; yaxud da bir elçi göndərib izni ilə ona dilədiyini vəhy edər. O ucadır, hakimdir.” (Şura, 42/51)

1. Vahiy

Uca Allah insanın qəlbinə, etdiyi əməli yaxşı və ya pis olduğunu ilham edər. Bu duyğular insanın qəlbinə dolar. Allah belə buyurur:

“Sonra etdiyinin pis və ya yaxşı olduğunu ilham edənə and olsun ki…” (Şəms 91/8)

Yuxarıdakı ayəyə görə Uca Allah, etdiyi və ya etməyə niyyət etdiyi şeylərin yaxşı və pis olduğunu insanın qəlbinə ilham edərək bildirir. Pis bir işə niyyətlənən və yaxud bunu edən insanın qəlbində hiss etdiyi sıxıntı və vicdan əzabı Allahın ona ilhamıdır. Yusifi (a.s.) pis əməldən çəkindirən burhan, Uca Allahın ona son anda, etdiyinin pis olduğunu ilham etməsi olmalıdır.

“Qadın ona həqiqətən meyl etmişdir. Əgər Rəbbinin burhanını (xəbərdarlığını) görməsəydi Yusif də ona meyl edərdi. Hər zaman belə olur. Bu, pisliyi və çirkin əməli ondan uzaqlaşdırdığımız üçündür. Çünki o, qəlbən Bizə bağlı qullarımızdan idi” (Yusuf 12/24)

Yusufin (a.s.) son anda qəlbinə doğan ilham (burhan) onu pis əməli işləməkdən qorumuşdur. Bu cür xəbərdarlıqlar müslüman olmayan insanlara da olunur. Sıxıntı və hüzur növündən olan bu təcrübəni mömin və ya kafir olan bütün insanlar yaşayırlar. Bu duyğunu qəlbində hiss edən qul, pis işi görməyə davam edərsə bunu bilərək etmiş olur və bu bilgi Allahın hüzurunda onun əleyhinə dəlil olur. Yanlış bir əməldən sonra qəlbə dolan daxili sıxıntı da Allahın qullarına bir ilhamıdır. Bu ilham, insanı tövbə etməyə dəvət edir. Başqa sözlə desək doğru və yanlış yolda olmağın ikisi də şüurlu bir davranışdır.

Qurani Kərimdə Musanın (a.s.) anasına vəhy edildiyi bildirilir. Bu da bir ilhamdır. Nəbilər də bu cür ilham alırlar. Musaya (a.s.) düşmənlərinə qarşı necə davranacağı bildirildiyi vəhylərlə, Yusifə (a.s.) quyuda olunan vəhy ilham mənasındadır. Lakin qəlbə dolan hər şey Allahdan gələn bir ilham deyil, şeytan vəsvəsəsi də ola bilər. Çünki şeytan, insanlara vəsvəsə verən, onların qəlbini bulandıran bir varlıqdır. İlhamla vəsvəsəni ayırd edə bilmək üçün qəlbimizə dolanı Allahın əmr və qadağalarına baxaraq test edə bilərsiniz.

Qurani Kərimdə vəhy kəlməsindən başqa da ilhamın nəzərdə tutulduğu ifadələr vardır. Bu ayədə Allah kafirlərin qəlbinə qorxu salmış, yəni ilham etmişdir:

“…Mən də görməməzliyə vuran bu (kafirlərin) ürəklərinə qorxu salacağam…” (Ənfal 8/12)

Şura surəsinin 51-ci ayəsində Allahın insanlarla danışma yollarından biri olan vəhylə nəzərdə tutulan, Allahın insanın qəlbinə ilhamı şəkilində olur. Bu muxatabının anlaması və şərhi ilə də əlaqardır və başqaları üçün “mütləq” deyil. Musanın (a.s.) anasının yaşadığı tərəddüdlər bunu göstərir. Ona gələn ilham ilə uşağını əmizdirən və suya buraxan ana, daha sonra etdiyinin doğru olub olmadığı haqqında şübhələrə düşmüş, özünü deşifrə etməkdən son anda yenə qəlbinə doğan ilhamla xilas olmuş, olunan təlqinin doğruluğunu yalnız uşağı özünə qaytarıldıqdan sonra anlamışdır.

2. Pərdə arxası

Allahın Nisa surəsinin 164 ayəsində Musa (a.s.) ilə danışmasının, Şura surəsinin 51-ci ayəsində keçən “pərdə arxasından qanışmaq” qisminə girdiyi düşünülür. Uca Allahın insanlarla röya ilə danışmağı da bu qəbilədən ola bilər. Belə ki, Mavərdi Allahın qullarla danışma şəkillərindən birinin də röya olduğunu söyləyir. Məsələn Quranda Rəsulullahın gördüyü röya doğrulanmış və inananların Məscidi Harama girəcəkləri müjdələnmişdir. Yenə Bədr savaşı öncəsi Rəsulullaha röyasında düşmənin sayının az olduğu göstərilərək Müsəlmanlara mənəvi dəstək təmin olunmuşdur.

Qurani Kərimdə Yusifin (a.s.) zindan dostlarının, əfəndisinin və İbrahimin (a.s.) gördüyü yuxulardan və bu yuxulara aid olan isabətli şərhlərdən bəhs edilir.
Allah mömin və ya kafirlər arasında ayrı-seçkilik qoymadan hər kəslə röya ilə danışır. Eynilə hər kəsə ilham etdiyi kimi, yuxularda da bəlli mesajları verir. Rəsulullah da sadiq röyanın Allahdan, hulmün (xəyal) şeytandan olduğunu söyləmişdir. Yenə o, möminin sadiq röyasının nübuvvətdən bir parça olduğunu, vəhyin bitməsinə rəğmən röya yolu ilə müjdə vermənin davam etməkdə olduğunu bildirmişdir.

Rəsulullahın də nübuvvətdən öncə bir çox sadiq röya gördüyü rəvayət edilər. Bu cür rəvayətlər, röyanın da vəhy ifadəsinin içinə daxil edilə biləcəyini göstərir. Röyalar Allahın qul ilə məsləhətləşməsi olduğu üçün onun təbirinə (yozumuna) əhəmiyyət verilmiş, Quranda “ta’biru’r-ru’ya, şərhi ruya, tə’vilu’l-ahlam, tə’vilu’l-ahadis” kimi ifadələrlə bunun bir elm olduğuna işarə edilmişdir. Lakin nə ilham, nə də ki, röyalar dəqiq bir məlumat qaynaı deyillər.
Rəsulullah bir gün röyasında Məscidi Harama girdiyini görmüş, ümidlənmiş, yola çıxmış lakin bu ümidi həmin il gerçəkləşməmişdir. Lakin bununla yanaşı o vaxt Məkəllilər ilə Hudeybiyə Andlaşılması (6/628) imzalanmışdır.

Rəsulullah və səhabələri arasında yaşanan gərginlikdən sonra ayə nazil olmuş və Rəsulullahın gördüyü röya təsdiqlənmiş, hər kəs üzərinə düşən vəzifəni doğru şəkildə edəcəyi təqdirdə röyanın gerçəkləşəcəyi bildirilmişdir. Bədr döyüşündən əvvəl də Rəsulullaha röyada düşmənlərin sayı olduğundan az göstərilmişdir. Hz/ Aişə ona atılan böhtan ilə bağlı olaraq vəhyin nazil olacağını ümid etmədiyini, lakin özünün məsumluğunu röya ilə Rəsulullaha bildiriləcəyini təxmin ediyini söyləmişdir. Rəvayətlər doğrudursa Hz. Aişə də röya yolu ilə bəzi məlumatların insanlara bildirildiyi həqiqətini dilə gətirmişdir. Lakin bu bilgiləndirmə, məlumatlar risalətlə bağlı deyil, insana məxsus (özəl) təcrübələrdir. Səhih röya da pərdə arxasından olunan vəhy, yəni verilən məlumatdır. Bunun şərhini hər kəs edə bilmədiyi üçün tabirinə ehtiyac vardır. Bu cür vəhylərlə hər insan qarşılaşır. Nəticə olaraq qeyd edək ki, ilham kimi röyalar da qətilik daşımayan insana xas təcrübələrdir və başqaları üçün əsas deyil.

c. Elçi göndərərək vəhy etmək

Allah insanlara elçi göndərərək də onlarla danışıb. Bu cür vəhyə nəbi olmayanlar da muxatab olmuşlar. Məsələn Məryəmə elçi olaraq mələk gəlmişdir. Zəkəriyyə və İbrahimə (ə.s.) gəlib müjdə və həlak xəbərlərini gətirən mələkləri onların zövcələri də görmüş, danışıqlarını eşitmiş və mələklə söhbətdə iştirak etmişdilər. Luta (ə.s.) gələn elçiləri bütün şəhər xalqı insan şəklində görmüş və onlara təcavüz etmək istəmişdilər. Açıqlama verilmədiyi müddətdə bu elçilərin mələk olduğunu nəbilər daxil olmaqla heç kim anlamamışdır.

Quranda İsa (ə.s.) ilə bağlı olaraq keçən onu Ruhu’l-Quds (Cəbrayıl) ilə dəstəklədik” ayəsi ilə yanşı bütün möminlər üçün istifadə olunan “Allah onları Özü tərəfindən bir ruha dəstəkləmişdir” ifadələrini də bu ölçüdə düşünülə bilər.

Lakin Cəbrailin (ə.s.) risalətlə bağlı olaraq gətirdiyi vəhy sadəcə nəbilərə gəlir. Bu vəhy fərqlidir. Nəbilər, gələnin risalətlə bağlı vəhy olduğunu bilirlər. Qəlbə yerləşən bu vəhy qoruma altındadır, təbliği vacibdir, dəqiq məlumatdır və son nəbi Muhəmməd (ə.s.) ilə sona çatmışdır.

Nəticə olaraq Şura surəsinin 51- ci ayəsində keçən Allahın insanlarla danışma yollarından üçüncü şəklin risalətlə bağlı olanına belə tərif edə bilərik: “Gözçülərin müşayəti ilə Cəbrayıl vasitəsi ilə Allahdan gəldiyi dəqiq olaraq bilinən bir şəkildə və insanlara təbliğ edilmək üzrə nəbilərin qəlbinə, risalətin bildirilməsidir.” Təbliğ edilməsi və Musafda yazılı olması vacib olan, içində şübhə olmayan və bağlayıcı olan vəhy də məhz budur.
Quranda bir nəbiyə endirilən vəhyin, məcazən bütün insanlara endirildiyinə dair ifadəyə də rast gəlirik. Ayədə belə deyilər:

“Bir gün havarilərə ‘Mənə və Elçimə inanın’ diyə vəhy etdim. Onlar da ‘inandıq; Sən şahid ol ki, bizlər Müsəlmanlarıq” deyə cavab verdilər.” (Maidə 6/111)

Bu vəhiy, Həvarilərə İsa (ə.s.) vasitəsi ilə, yəni vəhy edilənin Həvarilərə təbliğ edilməsi ilə həyata keçmişdir.

“İsa onların kafir olacaqlarını sezincə dedi ki: “kim mənə Allah yolunda kömək edər?” Həvarilər: “Allah üçün bizlər sənə kömək edərik. Çünki biz Allaha inandıq. Şahid ol; biz Ona təslim olanlarıq” dedilər. Rəbbimiz! Biz’ nazil etdiyin hər şeyə inandıq və Elçiyə uyduq. Artıq bizi şahidlik edənlərin arasına yaz.” (Ali imran, 52-53)

Ayədən görürük ki, İsa (ə.s.) kömək üçün müraciət etmiş, Həvarilər də ona “Allah üçün bizlər kömək edərik. Çünki biz Allaha inandıq. Şahid ol; Biz Ona təslim olanlarıq” şəklində cavab vermişdilər. Maidə surəsinin 111-ci ayəsində Həvarilərə nazil olunduğu bildirilən vəhy İsaya (ə.s.) endirilən Kitab vasitəsi ilə onlardan alınan söz mənasındadır. İki ayə də eyni ifadənin istifadə olunması buna dəlildir. Allah, nəbilər vasitəsi ilə insanlardan söz alar. Başqa bir ayədə belə deyilir:

“Allah hər nəbidən söz aldığı gün onlara “Sizə bir Kitab və doğru məlumat verdikdən sonra əlinizdə olanı təsdiq edən bir rəsul gələrsə heç şübhə etmədən ona inanacaqsınız və kömək edəcəksiniz. Bunu qəbul etdinizmi? Bu ağır yükə yükləndinizmi?” demişdir. Onlar da “qəbul etdik” demişdilər. Allah “siz buna şahid olun, Mən də sizinlə bərabər şahidəm” demişdir.” (Ali İmaran, 81)

Bu ayədə söz alınanlar nəbilər deyil, onlar vasitəsi ilə ümmətlərdir. Hər nəbi endirilən Kitabda özündən sonra hər hansı bir zaman kəsimində, əllərindəki Kitabı təsdiq edən bir rəsulun gəldiyi zaman insanlara o rəsula iman edib, dəstək göstərmək məsuliyyətini yükləmişdir. Ayədə keçən “isr” ifadəsi, bir nəbi gözləyənlərə əllərindəki kitabı təsdiq edən bir rəsul gələrsə ona iman edib, dəstək göstərmək məsuliyyətinin yükləndiyi mənasındadır. Üzərində belə bir yük olanlar onlardan çox-çox əvvəl yaşamış bir nəbiyə inanmaqla məsuldurlar. Məsələn İsanın (ə.s.) vəfatından sonra dünyaya gəlmiş hər kəsin üzərində İncilə inanmaq məsuliyyəti vardır. İnanmaq və dəstək olmaqda məsul olunan şey o nəbinin təbliğ etdiyi Kitabdır. Ayədəki “Əlinizdə olanı təsdiq edən bir rəsul ifadəsində rəsul kəlməsinin istifadəsi də bu baxımdan önəmlidir. Çünki rəsul, həm nəbi, həm də nəbi olmayan elçi və eləcə də Kitab mənasına gəlir. Bunu nəzərə almayanlar və əllərindəki Kitabı təsdiq edən nəbiyə və ya onun təbliğ etdiyi Kitaba iman etməyənlər, Allahın hüzuruna haqqını vermədikləri bir yüklə çıxacaqlar. Muhamməd (s.ə.s) nəbilərin sonuncusu olduğu üçün, o həyatda ikən onu görməyənlər də onun təbliğ etdiyi Kitaba iman etməklə mükəlləfdirlər. O son nəbi olduğu üçün artıq Quranı təsdiq edən başqa bir nəbi və Kitab gözlənilməməlidir.

Müəllif: Fatih Orum1

Mənbə: azerislam.com (12/04/2013)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində müəllim, dosent. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.797 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.117 dəfə oxundu
2 Etikaf 23.06.09 4.923 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 13.244 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.587 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 5.889 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.705 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.506 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 19.439 dəfə oxundu
9 Ailənin adından bir qurban 26.02.10 3.607 dəfə oxundu
10 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 12.731 dəfə oxundu
11 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.511 dəfə oxundu
12 Piramida və şəbəkə marketinqi 24.02.12 2.503 dəfə oxundu
13 İslamda geyim ədəbi 05.06.13 3.282 dəfə oxundu
14 Yusifin köynəyi, Yaqubun gözü. 30.03.18 375 dəfə oxundu
15 Donuz dərisi 02.11.09 3.204 dəfə oxundu
16 Talaq: kişinin boşamaq hüququ 18.07.10 7.549 dəfə oxundu
17 İslamda falçılığa münasibət 27.11.10 7.646 dəfə oxundu
18 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 2.961 dəfə oxundu
19 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.190 dəfə oxundu
20 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 107 dəfə oxundu
21 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 3.963 dəfə oxundu
22 Heyzli qadının ibadəti 24.02.10 43.156 dəfə oxundu
23 Oruc və orucun başlanğıcı 27.08.10 9.363 dəfə oxundu
24 Şəfaət inancı 08.02.11 2.874 dəfə oxundu
25 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.839 dəfə oxundu
26 Uşaqların evləndirilməsi 26.01.15 2.967 dəfə oxundu
27 İftida: qadının boşanmaq hüququ 14.05.09 8.480 dəfə oxundu
28 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.430 dəfə oxundu
29 Zikrin fəzilət və faydaları 26.11.10 4.666 dəfə oxundu
30 Kəramət nə deməkdir? 15.02.11 3.649 dəfə oxundu
31 Qadınların sünnəti 15.07.12 13.267 dəfə oxundu
32 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 2.011 dəfə oxundu
33 Qadınların şahidliyi 14.05.09 2.872 dəfə oxundu
34 Quran və müsəlmanlar 29.01.10 4.574 dəfə oxundu
35 Dua 25.11.10 6.944 dəfə oxundu
36 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.461 dəfə oxundu
37 Əsl kafir kimdir? 21.07.12 8.866 dəfə oxundu
38 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.058 dəfə oxundu
39 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.773 dəfə oxundu
40 Dəlillərlə Cümə namazı 12.02.10 6.059 dəfə oxundu
41 Donuz əti və ziyanları 08.12.10 5.654 dəfə oxundu
42 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.481 dəfə oxundu
43 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.441 dəfə oxundu
44 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.438 dəfə oxundu
45 Hicabı qadağan edənlər 14.05.09 3.363 dəfə oxundu
46 İnsan cəsədi və avtopsiya 05.02.10 3.521 dəfə oxundu
47 Şirk və küfr 14.07.11 3.462 dəfə oxundu
48 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.091 dəfə oxundu
49 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.067 dəfə oxundu
50 Nişanlıların kəbini 14.05.09 11.223 dəfə oxundu
51 Qadınlar və Cümə namazı 26.03.10 6.696 dəfə oxundu
52 Quranda əşyaların dili 04.07.11 14.133 dəfə oxundu
53 Mutəvatir hədis 28.09.12 1.891 dəfə oxundu
54 Vəsilə nədir? 27.05.16 2.040 dəfə oxundu
55 Münafiqlərin korluğu 10.04.10 1.981 dəfə oxundu
56 Valideyndən xəbərsiz kəbin 29.06.09 9.747 dəfə oxundu
57 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 2.403 dəfə oxundu
58 Hikmət 09.01.16 4.040 dəfə oxundu
59 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.455 dəfə oxundu
60 Nikaha nəzarət 14.05.09 6.545 dəfə oxundu
61 Ölüdən kömək gözləmək 28.03.10 3.746 dəfə oxundu
62 Quranı öyrənmənin üsulu 16.12.15 4.422 dəfə oxundu
63 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 989 dəfə oxundu
64 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.828 dəfə oxundu
65 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.469 dəfə oxundu
66 Faiz 29.03.10 4.345 dəfə oxundu
67 QÜTBÜ ƏZƏM 24.03.14 2.424 dəfə oxundu
68 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.408 dəfə oxundu
69 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.143 dəfə oxundu
70 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.396 dəfə oxundu
71 Namazları cəm etmək 08.04.10 6.672 dəfə oxundu
72 Seyyidlər kimlərdir? 16.10.11 7.633 dəfə oxundu
73 Qəza-qədər məsələsi 24.02.13 3.972 dəfə oxundu
74 Qadınların döyülməsi 29.03.17 1.208 dəfə oxundu
75 Quranda və sünnədə namaz vaxtları 11.09.14 6.047 dəfə oxundu
76 Vərdişlər 10.04.10 2.585 dəfə oxundu
77 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.813 dəfə oxundu
78 Mütə nikahı (siğə) 07.03.13 8.223 dəfə oxundu
79 Tağut 28.04.17 2.631 dəfə oxundu
80 İnsan peyğəmbər 06.07.09 3.689 dəfə oxundu
81 Allah, insan və xələf-sələf 12.04.10 2.756 dəfə oxundu
82 Kişinin seksuallığı 09.01.12 15.276 dəfə oxundu
83 Vəhy 12.04.13 1.797 dəfə oxundu
84 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 343 dəfə oxundu
85 Təsbeh 06.07.09 3.616 dəfə oxundu
86 Nəsx və daşqalaq cəzası 27.05.10 4.468 dəfə oxundu
87 Fitr sədəqəsi 20.06.09 3.651 dəfə oxundu
88 İsra və Merac 02.04.16 1.153 dəfə oxundu
89 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.342 dəfə oxundu
90 Hamının bildiyi Namaz. 26.01.18 511 dəfə oxundu
91 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.332 dəfə oxundu
92 Qəndil 30.06.09 7.699 dəfə oxundu
93 Şəfaət 08.04.10 3.118 dəfə oxundu
94 Surroqat analıq 03.02.12 4.735 dəfə oxundu
95 Təvəssül 10.06.13 3.038 dəfə oxundu
96 “Ən zəif ev” 09.03.18 275 dəfə oxundu