Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı)
Müsəlmanlar > Muhəmməd peyğəmbər > Tədqiqatlar Tarix: 02 Şubat 2013 Tövsiyə et Çap et

MUHƏMMƏD PEYĞƏMBƏRİN (S) HƏYATI

II YAZI

Səfiyyu-r-Rəhman Əl-Mubarəkfuri

Rahib Bəhira

Muhəmməd on iki yaşına çatdıqda Əbu Talib onunla birlikdə Şama ticarət etmək üçün səfər etmişdi. Birinci çatdıqları şəhər Busra idi. Bu şəhər Bizans tabeliyində olan ərəb torpaqlarının mərkəzi hesab olunurdu. Deyilənə görə, burada adı Cərcis olan, lakin Bəhira kimi tanınan bir rahib yaşayırdı.

Əbu Talib və balaca Muhəmməd atdan düşdükdə rahib onların yanına qaçır. Halbuki, o, heç kəslə belə rəftar etməmişdi. Rahib Rəsulullahın (s) əlindən tutub demişdi: “Bu, aləmlərin ağası və bəşəriyyətin Rəbbinin rəsuludur. Onu Allah aləmlərə rəhmət olaraq göndərir.” Əbu Talib rahibdən nəyə görə belə dediyini soruşduqda o, belə cavab verir: “Siz gələndə bütün daşlar və ağaclar səcdə etdilər. Bu səcdə isə yalnız Peyğəmbər üçün mümkündür. Həmçinin, mən sonuncu Peyğəmbərin nişanəsini tanıyıram. Onun çiynində əlamət var. Bu barədə bizim oxuduğumuz kitablarda məlumatlar var.” Sonra rahib onları qonaq edib Əbu Talibdən bizanslıların və yəhudilərin təhlükəsindən qorxaraq uşağı geri aparmağı və Şama getməməyi xahiş etdi. Əbu Talib də onu bir neçə nəfərlə Məkkəyə yola saldı.1

Ficar müharibəsi

Rəsulullahın (s) iyirmi yaşı olarkən Ukaz bazarında Qureyşlə Qeys Eylan qəbiləsi arasında qanlı münaqişə yaranır. Kinənə qəbiləsi də Qureyşlə bərabər idi. Bu hadisə tarixə Ficar müharibəsi adı ilə düşür.2 Bu münaqişə Bəni Kinənə qəbiləsindən Bərrad adlı birinin Qeys Eylan qəbiləsindən üç nəfəri qətlə yetirməsi səbəbilə baş vermişdi. Ukaz bazarına hadisə barəsində xəbər çatdıqda tərəflər arasında silahlı qarşıdurma yaranır. Harb bin Umeyyə yaşına və hörmətinə görə Qureyş və Kinənənin başçısı hesab olunurdu. Münaqişənin əvvəlində qələbə Qeys Eylan qəbiləsinin tərəfində idi. Lakin günortaya yaxın üstünlük qarşı tərəfin əlinə keçir. Hər iki tərəfdən xeyli sayda insan tələf olur. Qureyşin bəzi ağsaqqalları münaqişənin dayandırılmasını, hər iki tərəfdən ölənlərin sayının hesablanması və hansı tərəfdə daha az insan ölübsə, qanla əvəz çıxmağı təklif edirlər. Hər iki tərəf bununla razılaşır, arada olan münaqişə və düşmənçilik sona çatır. Bu hadisə haram ayların birində baş vermişdi. Buna görə də bu münaqişə Ficar müharibəsi adlandırılmışdır. Bu hadisə baş verən zaman Rəsulullah (s) öz qəbiləsi üçün nizələr hazırlayırdı.3

Doğruluq andı

Ficar müharibəsindən sonra haram ayı olan zil-qadada qəbilələr arasında doğruluq andı qəbul edilir. Bəni Haşim, Bəni əl-Muttalib, Əsəd bin Abdul İzzə, Zuhra bin Kiləb və Teyyim bin Murra Abdullah bin Cudan ət-Teyminin evində toplaşıb, qərara gəlirlər ki, Məkkədə bir nəfər belə zülmə uğramayacaq, haqqı əlindən alınmış kimsənin haqqı dərhal sahibinə qaytarılacaq və zülm adında deyilən şey qalmayacaq. Bu anda Rəsulullah (s) da şahidlik etmişdi.

Bu and qəbilə təəssübkeşliyi güclü olan cahiliyyə adətlərini inkar edirdi. Deyilənə görə, Zubeydi qəbiləsindən bir kişi öz malını satmaq üçün Məkkəyə gəlir. Əl-As bin Vail əs-Səhmi onun malını alır, amma haqqını da kəsir. Bundan xəbər tutan and sahibləri əl-As bin əl-Vailin yanına gedirlər və Zubeydi qəbiləsindən olan kişinin haqqı geri qaytarılır.4 Rəsulullah (s) sonralar bu hadisə ilə bağlı belə buyurub: “Abdullah bin Cudanın evində elə bir sözləşmə toplantısına şahid oldum ki, bu hadisə, məni dəvə yununa sahib olmaqdan daha çox sevindirmişdir. İslam zamanında da dəvət edilsəydim, yenə də qəbul edərdim.”

İş həyatı

Cavanlığının ilkin çağlarında onun (s) müəyyən bir işi yox idi. Lakin məlumatlara görə, Bəni Səd qəbiləsinin qoyunlarını otarırdı.5 Məkkədə olanda isə öz ailəsinin mal-qarası ilə məşğul olurdu.6 Göründüyü kimi, o, (s) ticarətə cavan vaxtlarından başlamışdı. Onun (s) Saib bin Əbu əs-Saib əl-Məxzumi ilə birgə ticarətlə məşğul olduğu qeyd olunur. O, Rəsulullahın (s) şəriki idi. Hətta, Məkkənin fəthi günü onu salamlamış və demişdi: “Xoş gördük, mənim qardaşım və şərikim.”7

İyirmi beş yaşında Xədicənin (r) nümayəndələri arasında Şama ticarətə gedir. İbn İshaq deyir ki, Xədicə bint Xuveylid hörmətli və varlı tacir qadın idi. O, öz ticarət işinə bacarıqlı insanları götürürdü. Demək olar ki, Qureyşin əksəriyyəti tacirliklə məşğul olurdu. Xədicə Muhəmmədin doğruluğu və əmanətə sadiqliyi barəsində eşitdikdə, mallarını Şama çatdırmaqda ona nümayəndəlik etməyi təklif etdi. Rəsulullah (s) onun təklifini qəbul etdi və Xədicə tərəfindən verilmiş Meysərə adlı birisi ilə Şama yola düşdülər.8

Xədicə ilə evlənməsi

Rəsulullah (s) Məkkəyə qayıtdıqda Xədicə əvvəllər görmədiyi sadiqliyin və malındakı bərəkətin şahidi oldu. Meysərə səfər boyu Rəsulullahda (s) şahid olduğu dərin zəkanı, yüksək əxlaqı, doğrunu təyinetmə qabiliyyətini, əminliyi, düzgünlüyü və sair müsbət keyfiyyətləri Xədicəyə danışdı. O, bilirdi ki, bir çoxları öz qızlarını Muhəmmədə (s) ərə vermək üçün can atır, ancaq o, razı olmurdu. Xədicə Rəsulullahla (s) evlənmək qərarına gəlir və bunu rəfiqəsi Nəfsiyyə bint Minbəhə bildirir. Nəfsiyyə bu qərarı Rəsulullaha (s) çatdırdıqda, o, razılaşmış və bu barədə əmilərinə danışmışdı. Onlar Xədicənin əmisinin yanına getmiş və hər ikisini nişanlamışdılar. Nişanın ardınca da evlənmişdilər. Rəsulullahın (s) Şamdan qayıdışından iki ay sonra9 Bəni Haşim və Mudar qəbiləsinin başçıları toy günü bir yerə toplaşmışdılar. Həmin vaxt Xədicə qırx yaşlarında, qəbiləsinin ən ağıllı, ən varlı və məşhur soy-kökə malik qadını idi. Rəsulullah (s) ilk onunla evlənmiş və onunla yaşadığı müddətdə başqa biri ilə evlənməmişdi.

Rəsulullahın (s) İbrahimdən başqa bütün övladları Xədicədəndir. Onların ilk olaraq Qasım adında övladı dünyaya gəlir. Rəsulullahın (s) künyəsində bu ad öz əksini tapmışdır. Daha sonra onların Zeynəb, Ruqyə, Ummu Gülsüm, Fatimə və Abdullah adlı övladları dünyaya gəlmişdir. Oğulları uşaq yaşlarında vəfat edir. Qızları isə İslamın gəlişinə kimi yaşayır və Rəsulullahla (s) birgə Mədinəyə hicrət edirlər. Lakin Fatimədən başqa bütün qızları Rəsulullah (s) vəfat etməmişdən əvvəl dünyadan köçmüşlər. Rəsulullahın (s) vəfatından altı ay sonra Fatimə də əbədi həyata qovuşur.10

Kəbənin bərpası

Rəsulullahın (s) otuz beş yaşı olarkən Qureyş Kəbəni yenidən inşa etməyi qərara alır. Belə ki, Kəbə daş süxurlarından hazırlanmış və çox cılız görünürdü. İsmayılın dövründən qalan Kəbə doqquz dirsək hündürlüyündə olmaqla bərabər tavanı da yox idi. İçəridəki xəzinə də oğurlanmışdı. Üstəlik, Kəbə qədim məbəd olduğu üçün müxtəlif yadellilərin təcavüzünə məruz qalmış, zamanla divarları köhnəlmiş və uçmuşdu. Peyğəmbərin (s) göndərilişindən beş il əvvəl Məkkəni basan sel müqəddəs evə qədər çatmışdı. Bu vaxt Kəbə tamamilə dağılma təhlükəsi qarşısında qalmışdı. Qureyş Kəbənin mövqeyini qorumaq üçün onu yenidən tikmək məcburiyyətində idi. Camaat Kəbənin yenidən inşasında yalnız müsbət insanların iştirakı mövqeyində idilər. Lakin insanlar köhnə tikilini sökməkdən qorxurdular. İlk olaraq Valid bin əl-Muğirə əl-Məxzumi “Allahım, biz yalnız xeyir istəyirik” deyərək iki sütunu dağıtdı. Ona heç nə olmadığını görən camaat ikinci gün bir yerdə işə başladılar. İbrahimin qoyduğu sütunlara kimi Kəbəni sökdülər, sonra onu yenidən tikməyə başladılar. Tikinti Baqum adında bizanslı memara həvalə edildi. Bütün qəbilələr onun tikintisində canla-başla çalışırdı. İnşa işi başa çatdıqdan sonra, növbə qara daşın yerinə qoyulmasına çatdıqda bu şərəfə kimin layiq görüləcəyi barəsində fikir ayrılığı yarandı. Hətta, iş müqəddəs məkanda az qala qan töküləcək qədər mürəkkəbləşdi. Dörd-beş gün mübahisə getdikdən sonra Əbu Umeyyə bin əl-Muğirə əl-Məxzumi təklif etdi ki, bu vəzifə məscidin qapısından ilk girən şəxsə həvalə olunsun. Hamı bu təkliflə razılaşdı. Allah da gələcək Rəsulunu (s) o qapıdan daxil etdi. Qapıdan onun daxil olduğunu görən camaat dedi: “Biz razıyıq. Bu, əmanətə sadiq olan Muhəmməddir.” Camaat ona məsələnin nə yerdə olduğunu başa salandan sonra, Rəsulullah (s) qara daşı öz yerinə qoydu.

Qureyş Kəbənin şimal hissəsini altı dirsək uzatdı, giriş qapısını da yerdən qaldırdı. Bu, yalnız Qureyşin istədikləri adamların Kəbəyə daxil olması üçün edilən bir hərəkət idi. Tikili on beş dirsək hündürlüyünə ucalanda altı sütuna söykənən tavan qoyuldu.

Kəbənin tikilişi sona çatdıqdan sonra təxminən kvadrat formasını almışdı. Hündürlüyü on beş metrə, qara daşın olduğu tərəfin uzunluğu isə on metrə bərabər idi. Qara daş yerdən bir metr yarım hündürlüyündə olan məkana qoyulmuşdu. Qapı olan tərəfin uzunluğu isə on iki metr idi, giriş qapısı da yerdən iki metr hündürlüyünə ucaldılmışdı.11

Peyğəmbərlikdən əvvəlki həyatı

İnsana məxsus olan bütün müsbət keyfiyyətlər Peyğəmbərin (s) timsalında cəmləşmişdi. O, (s) iti gözlü və dərin düşüncəli bir insan idi. Hədəfinə çatmaqda, istədiyini etməkdə Allah ona fitri istedad bəxş etmişdi, bir şey barəsində ən yaxşı qərar çıxarana kimi xeyli düşünər, doğru seçim edərdi. O, (s) yüksək zəkası və dolğun fikri ilə həyat ideologiya səhifəsinə qızıl həriflərlə həkk olunmuşdur. O, (s) insanlara ideal həyat formasını təqdim etmiş və həyatda olduğu vaxt ərzində bunu öz toplumu ilə yaşamışdır. Müsbət keyfiyyətlərinə görə ona bərabər olan heç kəs yox idi.12 O, (s) içki içməz, Allahdan qeyrisinin adına kəsilən heyvanların ətindən yeməz, bütlər üçün təşkil olunan mərasimlərdə iştirak etməzdi. O, (s) hələ uşaq vaxtlarından batil inanclardan uzaq gəzər, bütlərə yaxınlaşmazdı. Bu, onun ən çox nifrət etdiyi mərasim idi. Bütlərə o qədər nifrət edərdi ki, Lat və Uzzaya and içiləndə səbir edə bilmirdi.13

Şübhə yoxdur ki, Allah onu həyatı boyu bütün bəlalardan və çirkinliklərdən qorumuşdur. Səhvlər etdiyi və ya dünyanın ləzzətinə bağlandığı bəzi hallarda Allah onu doğru yola istiqamətləndirmişdir. Xoşa gəlməyən vərdişləri etdiyi zaman, rəbbani nida onu sapmağa qoymurdu. Rəsulullah (s) buyurur: “Cahiliyyə dövrünün camaatının etdiklərinə fikir vermirdim. Allah məni bütün bunlardan ayırır, onların etdiklərini etməkdə mənə mane olurdu. Bir gecə Məkkənin dağ yamaclarında bir yerdə qoyunları otardığım oğlana dedim: “Mənim qoyunlarıma baxsaydın, Məkkəyə düşüb cavanların etdiyi kimi gecəni dolaşardım”. O, buna razı oldu. Məkkəyə girdiyimdə birinci evdə toy səsi eşitdim. Mən dedim: “Bu nədir?” Mənə dedilər: “Bu, fılankəslə fılankəsin toyudur”. Oturub onlara qulaq asdım. Sanki, Allah mənim qulaqlarıma vurdu. Mən yatdım. Günəşin istisi məni ayıldana kimi yatdım. Sonra dostumun yanına getdim. O, olanlar barəsində məndən soruşdu, mən də cavab verdim. Başqa bir gecə də əvvəlki kimi Məkkəyə endim və başıma eyni hadisə gəldi. Sonra bir daha belə şeylərlə maraqlanmadım.”14

Peyğəmbər (s) öz qövmü arasında gözəl əxlaqı, gülər üzü, xeyirxahlığı, əhdinə vəfalılığı və doğruluğu ilə seçilirdi. O, (s) camaatın sonsuz inamını qazanmışdı. Bütün bu xüsusiyyətlərin onda cəm olmasına görə camaat ona Əmin adı vermişdi. Möminlərin anası Xədicənin də dediyi kimi, acizin əlindən tutar, kimsəsizə sığınacaq verər, qonağa ikram edər, haqqı tapdalanmışlara kömək edərdi.15

Orijinaldan tərcümə edən: Tural Sadıqlı

Mənbə: din.az (26/01/2013)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Bax; “Camiut-Tirmizi” 5/550-551 hədis; 3620 “Tarix ət-Təbəri” 2/278-279 İbn Əbi Şeybə “əl-Musannif” 11/489 hədis; 11782 Beyhaqi “Dəlaül ən-Nübuvva” 2/24-25 Əbu Nəim 1/170. İsnadı sabit və güclüdür. Peyğəmbərin (s) Bilalla geri dönməsi barəsində məlumat var. “Lakin bu, açıq-aşkar səhvdir. Çünki, Bilal o vaxt həyatda yox idi. Həyatda olsaydı, belə Peyğəmbərlə (s) və onun əmisi ilə bərabər olması mümkün deyildi.” İbn Qeyyim belə deyir. “Zədul miad” 1/17. Bunu İbn İshaq isnadsız olaraq qeyd edib. İbn Hişam və Təbəri bunu İbn İshaqdan rəvayət ediblər. []
  2. Bax; “əl-Munmiq fi əxbari Qureyş”, səh., 160-164; İbn Əsir “əl-Kamil” 1/467. []
  3. İbn Hişam, 1/184-187 “əl-Munmiq fi əxbari Qureyş” səh., 164-185; İbn Əsir “əl-Kamil” 1/468-472. Deyilənə görə hadisə şəvval ayında baş vermişdir. Bu isə doğru deyil. Çünki, şəvval haram aylardan sayılmır. Ukaz bazarı isə haram ayların birində təşkil olunurdu. Bu da zil-qada ayının əvvəllərinə təsadüf edir. []
  4. İbn Səd “Tabaqat” 1/126-128; Zubeyri “Nəsəbu Qureyş” səh., 291. []
  5. İbn Hişam 1/154-155. []
  6. “Səhih Buxari”, Kirayə kitabı, hədis 2262. []
  7. “Sünən Əbu Davud” 2/611; İbn Macə 2/768 hədis 2287; Əhməd “Müsnəd” 3/425. []
  8. İbn Hişam 1/187-188. []
  9. Məsudi onun (s) Şama səfərə çıxmasının Ficar müharibəsindən dörd il, doqquz ay, altı gün sonra, Xədicə ilə evlənməsinin isə Şama səfərə çıxmasından iki ay iyirmi dörd gün sonra baş verdiyini qeyd etmişdir. Bax; “Muravvac əz-Zəhəb” 2/278. []
  10. İbn Hişam, 1/189-191; “Fəthul Bari” 7/105; “Təlqih fuhumi əhlil əsər” səh; 7. []
  11. Kəbənin tikilməsi ilə bağlı bax; İbn Hişam 2/192-197, “Tarix ət-Təbəri” 2/289, “Səhih Buxari” Məkkənin fəziləti və inşası fəsli 1/215, Hadari “Müsəlman millətlərin tarixləri haqqında mühazirələr” 1/64-65. []
  12. Qureyş cahiliyyə dövründə aşura günündə oruc tuturdu. Cahiliyyə dövründə həmin gün Rəsulullah (s) da oruc tuturdu. Bax; “Səhih Buxari” hədis; 2002 “Fəthul Bari” 4/287. []
  13. Bax; İbn Hişam 1/128, “Tarix ət-Təbəri” 2/161, “Təhzib tarixi Diməşq” 1/373-376. []
  14. Hədisi Təbəri rəvayət etmişdir, 2/279. Hakim və Zəhəbi onu səhih adlandırmışlar. İbn Kəsir isə hədisin zəif olduğunu qeyd etmişdir. “Bidəyə van-Nihəyə” 2/287. []
  15. “Səhih Buxari” hədis; 3. c. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.638 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.240 dəfə oxundu
2 Etikaf 23.06.09 5.148 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 13.644 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.650 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 6.032 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.854 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.626 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 20.546 dəfə oxundu
9 Nikaha nəzarət 14.05.09 6.642 dəfə oxundu
10 Ölüdən kömək gözləmək 28.03.10 3.814 dəfə oxundu
11 Quranı öyrənmənin üsulu 16.12.15 4.589 dəfə oxundu
12 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 1.054 dəfə oxundu
13 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.993 dəfə oxundu
14 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.510 dəfə oxundu
15 Faiz 29.03.10 4.547 dəfə oxundu
16 QÜTBÜ ƏZƏM 24.03.14 2.451 dəfə oxundu
17 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.638 dəfə oxundu
18 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.174 dəfə oxundu
19 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.420 dəfə oxundu
20 Namazları cəm etmək 08.04.10 6.993 dəfə oxundu
21 Seyyidlər kimlərdir? 16.10.11 8.291 dəfə oxundu
22 Qəza-qədər məsələsi 24.02.13 4.085 dəfə oxundu
23 Qadınların döyülməsi 29.03.17 1.553 dəfə oxundu
24 Quranda və sünnədə namaz vaxtları 11.09.14 6.578 dəfə oxundu
25 Vərdişlər 10.04.10 2.632 dəfə oxundu
26 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.896 dəfə oxundu
27 Mütə nikahı (siğə) 07.03.13 8.776 dəfə oxundu
28 Tağut 28.04.17 3.677 dəfə oxundu
29 İnsan peyğəmbər 06.07.09 3.744 dəfə oxundu
30 Allah, insan və xələf-sələf 12.04.10 2.783 dəfə oxundu
31 Kişinin seksuallığı 09.01.12 16.329 dəfə oxundu
32 Vəhy 12.04.13 1.811 dəfə oxundu
33 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 709 dəfə oxundu
34 Təsbeh 06.07.09 3.674 dəfə oxundu
35 Nəsx və daşqalaq cəzası 27.05.10 4.630 dəfə oxundu
36 Fitr sədəqəsi 20.06.09 3.672 dəfə oxundu
37 İsra və Merac 02.04.16 1.203 dəfə oxundu
38 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.390 dəfə oxundu
39 Hamının bildiyi Namaz. 26.01.18 819 dəfə oxundu
40 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.371 dəfə oxundu
41 Qəndil 30.06.09 8.021 dəfə oxundu
42 Şəfaət 08.04.10 3.195 dəfə oxundu
43 Surroqat analıq 03.02.12 4.823 dəfə oxundu
44 Təvəssül 10.06.13 3.139 dəfə oxundu
45 “Ən zəif ev” 09.03.18 358 dəfə oxundu
46 Ailənin adından bir qurban 26.02.10 3.675 dəfə oxundu
47 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 13.191 dəfə oxundu
48 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.565 dəfə oxundu
49 Piramida və şəbəkə marketinqi 24.02.12 2.602 dəfə oxundu
50 İslamda geyim ədəbi 05.06.13 3.395 dəfə oxundu
51 Yusifin köynəyi, Yaqubun gözü. 30.03.18 518 dəfə oxundu
52 Donuz dərisi 02.11.09 3.269 dəfə oxundu
53 Talaq: kişinin boşamaq hüququ 18.07.10 7.976 dəfə oxundu
54 İslamda falçılığa münasibət 27.11.10 7.894 dəfə oxundu
55 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 3.134 dəfə oxundu
56 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.205 dəfə oxundu
57 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 337 dəfə oxundu
58 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 4.086 dəfə oxundu
59 Heyzli qadının ibadəti 24.02.10 48.528 dəfə oxundu
60 Oruc və orucun başlanğıcı 27.08.10 9.832 dəfə oxundu
61 Şəfaət inancı 08.02.11 2.940 dəfə oxundu
62 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.857 dəfə oxundu
63 Uşaqların evləndirilməsi 26.01.15 3.110 dəfə oxundu
64 Quranda Hicab/Başörtüsü. 24.09.18 600 dəfə oxundu
65 İftida: qadının boşanmaq hüququ 14.05.09 9.152 dəfə oxundu
66 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.462 dəfə oxundu
67 Zikrin fəzilət və faydaları 26.11.10 4.990 dəfə oxundu
68 Kəramət nə deməkdir? 15.02.11 3.884 dəfə oxundu
69 Qadınların sünnəti 15.07.12 13.556 dəfə oxundu
70 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 2.106 dəfə oxundu
71 Xums nədir? 11.01.19 335 dəfə oxundu
72 Qadınların şahidliyi 14.05.09 2.956 dəfə oxundu
73 Quran və müsəlmanlar 29.01.10 4.624 dəfə oxundu
74 Dua 25.11.10 7.094 dəfə oxundu
75 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.865 dəfə oxundu
76 Əsl kafir kimdir? 21.07.12 9.126 dəfə oxundu
77 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.136 dəfə oxundu
78 Коран и культурное развитие. 30.01.19 219 dəfə oxundu
79 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.870 dəfə oxundu
80 Dəlillərlə Cümə namazı 12.02.10 6.329 dəfə oxundu
81 Donuz əti və ziyanları 08.12.10 5.831 dəfə oxundu
82 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.505 dəfə oxundu
83 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.453 dəfə oxundu
84 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.596 dəfə oxundu
85 Oruc Kəffarəsi 24.05.19 59 dəfə oxundu
86 Hicabı qadağan edənlər 14.05.09 3.426 dəfə oxundu
87 İnsan cəsədi və avtopsiya 05.02.10 3.554 dəfə oxundu
88 Şirk və küfr 14.07.11 3.607 dəfə oxundu
89 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.196 dəfə oxundu
90 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.181 dəfə oxundu
91 Nişanlıların kəbini 14.05.09 11.824 dəfə oxundu
92 Qadınlar və Cümə namazı 26.03.10 6.941 dəfə oxundu
93 Quranda əşyaların dili 04.07.11 14.201 dəfə oxundu
94 Mutəvatir hədis 28.09.12 1.937 dəfə oxundu
95 Vəsilə nədir? 27.05.16 2.186 dəfə oxundu
96 Münafiqlərin korluğu 10.04.10 1.990 dəfə oxundu
97 Valideyndən xəbərsiz kəbin 29.06.09 10.142 dəfə oxundu
98 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 2.585 dəfə oxundu
99 Hikmət 09.01.16 4.575 dəfə oxundu
100 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.975 dəfə oxundu