Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı)
Müsəlmanlar > Muhəmməd peyğəmbər > Tədqiqatlar Tarix: 01 Şubat 2013 Tövsiyə et Çap et

MUHƏMMƏD PEYĞƏMBƏRİN (S) HƏYATI

I YAZI

Müəllif: Səfiyyu-r-Rəhman Əl-Mubarəkfuri

Peyğəmbərlərin seyyidi Muhəmməd (s) Məkkədə Bəni Haşim camaatı içərisində fil hadisəsinin baş verdiyi il rabiul-əvvəl ayının doqquzu, birinci gün dünyaya göz açmışdır.1 Onun (s) anadan olması İran şahı Ənuşirəvanın hakimiyyətə gəlməsinin qırxıncı ilinə, miladi tarixlə isə 571-ci ilin aprel ayının iyirmi və ya iyirmi ikisinə təsadüf edirdi. Peyğəmbərin (s) anadan olması barədə təhqiqat aparan böyük alim Muhəmməd Süleyman əl-Mənsurfuridir.2

İbn Səd Rəsulullahın (s) anasının belə dediyini rəvayət edir: “O, anadan olanda sanki hər yer nurlandı.” Əhməd, Dərami və başqaları buna bənzər rəvayətlər qeyd etmişlər.3

Rəvayət olunur ki, o (s) anadan olduğu zaman peyğəmbərliyə dəlalət edən bəzi əlamətlər baş vermişdir. Məsələn, İran şahının sarayında sütunlar uçmuş, məcusilərin (atəşpərəstlər) ibadət etdikləri od sönmüşdü. Təbəri, Beyhaqi və başqaları bu qəbildən rəvayətlər qeyd etmişlər.4 Bu rəvayətlərin dəqiq isnadları bilinmir. Həmçinin, bu hadisələr barəsində həmin xalqların tarix kitablarında da qeyd edilmir.

O, (s) dünyaya gələndə anası Abdulmuttalibi nəvəsi olmaqla müjdələyir. Abdulmuttalib bu xəbərlə Kəbəyə daxil olub Allaha dua və şükür edir.5 Abdulmuttalib nəvəsinə Muhəmməd adını verir. Həmin vaxt bu ad ərəblər arasında məşhur deyildi. Ərəblərin adəti üzrə uşağı yeddinci günündə sünnət edirlər.6

Rəsulullaha (s) anasından sonra süd verən Əbu Ləhəbin xanımı Suveybə olmuşdur.7 Həmzə bin Abdulmuttalib və Əbu Sələmə bin Abduləsəd əl-Məxzumi də bu məsələdə onun (s) qayğısına qalmışlar.8

Bəni Səid qəbiləsində

Ərəblər öz övladlarını sağlam və güclü böyümələri, ərəb dilini kiçik yaşdan gözəl şəkildə mənimsəmələri üçün uşaqlara süd verməklə və onları tərbiyə etməklə məşğul olan kənardan gəlmə tayfalara verirdilər. Abdulmuttalib də Rəsulullahı (s) gəlmə tayfalardan olan süd verən qadınlardan birinə vermək istəyirdi. Onu (s) süd vermək üçün Bəni Səd qəbiləsindən Həlimə adlı bir qadın öz ailəsinə qəbul etdi. Haris bin Abdulizzə həmin qadını öz qəbiləsindən olan Əbu Kibşəyə ərə vermişdi.

Həmin ailədə Rəsulullahın (s) süd qardaş və bacıları: Abdullah bin əl-Haris, Ənisə bint əl-Haris, xüsusilə də Cüzəmə bint əl-Haris (əsl adı Şeymadır) ona (s) çox mehriban münasibət göstərmişlər.

Həlimə uşağa süd vermək üçün götürdükdən sonra evlərinə daxil olan bərəkəti heyranlıqla belə izah edir:

İbn İshaq Həlimənin bu barədə dediyini belə rəvayət edir: “O, öz əri ilə vətənindən Məkkəyə süd analıq etmək üçün uşaqlar götürməyə gəlmişdi. Özü belə deyir: “Yaşadığımız quraqlıq və qıtlıq ilində heç bir şeyimiz qalmamışdı. Üzərində olduğum dişi uzunqulaqdan və süd verməyən qoca dəvədən başqa bir şeyimiz yox idi. Gecələr yanımızda olan uşağın aclıqdan ağlamasından yata bilmirdik. Mənim döşümdə də onu əmizdirmək üçün yetərincə süd yox idi. Üzərində olduğum uzunqulaq o qədər yorulub haldan düşmüşdü ki, ləng hərəkət edirdi. Bu da yol yoldaşlarımın narazılığına səbəb olurdu. Məkkəyə çatdıqda süd övladları götürmək üçün müraciət etdik. Bir qadına Muhəmmədi göstərdikdə yetim olduğuna görə onu götürməkdən imtina etdi. Biz də onun yetim olduğunu biləndə götürmək istəmədik. Bizdən başqa hamı uşaq tapdı. Belə olsa, tək geri dönəcəyimizi görüb ərimə dedim: “Vallahi, gedib o yetim uşağı götürəcəm”. O isə dedi: “Bəlkə, Allah ona görə evimizə bərəkət verdi”. Gedib uşağı götürdüm. Onu sırf başqa uşaq tapmadığım üçün götürdüm. Onu qucağıma aldıqdan sonra sinəmə süd gəldi. Onu və yanımdakı uşağı doyunca əmizdirib yatızdırdım, amma bundan əvvəl uşaq gecələr yatmırdı. Sonra dəvəmiz yenidən süd verməyə başladı. Biz həmin gecəni tox və xeyir içərisində keçirdik. Səhər oyandıqda, ərim mənə dedi: “Ey Həlimə, Allaha and olsun ki, sən evimizə mübarək bir qismət gətirdin. Sonra uşağı da uzunqulağın tərkinə alıb yola düşdük. Heyvana heç bir yük təsir etmirdi və sürətlə hərəkət edirdi. Hətta, yoldaşlarım dedilər: “Ey Həlimə, bu, sənin evdən çıxdığın uzunqulaq deyil, bizimlə birgə get, qabağa çıxma!” Mən isə onun həmin heyvan olduğunu bildirəndə mənə “yox, onda nə isə başqa bir şey var” dedilər.

Gəlib Bəni Səd qəbiləsindəki evimizə çatdıq. Həmin yerdən daha quraq olan bir yer tanımırdım. Evə gələndə qoyunların sinələrinin südlə dolu olduğunu gördüm. Çox yaxşı süd verməyə başladılar. Bizə gələn qonaqlar öz çobanlarına deyirdilər ki, “ayıb olsun sizə! Əbu Zueybin qızının çobanı kimi olun!” Bizim heyvanların verdiyi südü heç kəsin heyvanı vermirdi. Allah bizə götürdüyümüz uşağın iki il müddətində bizdə qalması ilə bolluq və bərəkət bəxş etdi. Uşaq yaşından daha iri və qabiliyyətli görünürdü. Biz onu əldə etdiyimiz bərəkətə və sevincə görə anasına qaytarmaq istəmirdik. Uşağı anasına təhvil verməmişdən əvvəl, Məkkədə vəba xəstəliyinin yayılmasını deyərək, bizdə qalmasını xahiş etdik.9 Nəticədə buna nail olduq.

Sinəsinin yarılması

Rəsulullah (s) yenidən Bəni Sədə qayıdır. İbn İshaqın rəvayətinə görə10 geri dönüşündən bir ay sonra, digər təhqiqatçıların rəvayətinə görə isə11 Muhəmməd (s) dörd yaşında sinəsi yarılmışdı. Müslim Ənəsdən rəvayət edir ki, Cəbrayıl Rəsulullah (s) uşaqlarla oynayarkən onun yanına gəlmiş, sinəsini yarmış, qəlbini çıxarmış və demişdi: “Bu, şeytanı sənə yaxın qoymamaq üçündür.” Sonra qızıl qabda zəm-zəm suyu ilə yumuş və yerinə qoymuşdu. Bunu görən uşaqlar onu tez süd anasının yanına aparmışdılar. Əvvəlcə onlar uşağın öldüyünü zənn etmişdilər. Belə ki, onun rəngi tamamilə dəyişmişdi. Ənəs deyir ki, mən onun sinəsindəki yarığın əlamətini görmüşəm.12

Anasına qayıdışı

Həlimə bu hadisədən sonra çox qorxur və uşağı anasına geri qaytarır. Rəsulullah (s) altı yaşına çatana kimi anası ilə birlikdə yaşayır.

Əminə vəfat etmiş ərinin xatirəsini yad etmək üçün Yəsribə onun qəbrini ziyarətə gedir. Yetim oğlu Muhəmməd (s) və xidmətçisi Ummu Eymanla birlikdə Məkkədən çıxır və təxminən beş yüz kilometr məsafə qət edir, orada bir ay qaldıqdan sonra geri dönür. Qayıdarkən yolda xəstəliyə tutulur. Xəstəliyi sürətlə inkişaf etməsi səbəbilə tez bir zamanda Məkkə ilə Mədinə arasında Əbva adlanan yerdə vəfat edir.13

Babasının himayəsində

Abdulmuttalib uşağı götürüb Məkkəyə gətirir. Ürəyi şəfqətlə dolu olan babanın bəla ardınca başqa bir bəlaya mübtəla olan körpə uşağa rəhmi gəlir və onu öz himayəsinə alır. Nəinki onu tək buraxmır, əksinə övladları ilə eyni saxlayır və onlardan ayırmır. Hətta, övladlarından üstün tutur. İbn Hişam deyir ki, “Kəbənin yanında Abdulmuttalib üçün bir taxt salınmışdı. Övladları atalarına hörmət olaraq yalnız taxtın ətrafında oturar, taxtın üzərinə çıxmırdılar. Bir gün balaca Muhəmməd (s) taxtın üzərinə çıxır. Bunu görən əmiləri onu taxtın üstündən götürmək istədikdə Abdulmuttalib onlara deyir: “Oğlumu rahat buraxın! Vallahi, onda bir iş var.” Sonra uşaqla birlikdə taxtın üzərinə əyləşdi, əliylə onun kürəyini sığalladı və onun etdiklərinə baxıb gülümsündü.14

Abdulmuttalib Rəsulullahın (s) səkkiz yaş, iki ay, on günündə Məkkədə vəfat etdi. Rəvayət olunur ki, vəfat etməmişdən qabaq nəvəsinə himayəni oğlu Əbu Talibə vəsiyyət etmişdi.15

Əmisinin himayəsində

Əbu Talib qardaşı oğlunu mükəmməl şəkildə öz himayəsinə götürdü. Onu övladları ilə birgə böyütdü və onlardan seçmədi. Kiçik olmasına baxmayaraq ona böyük hörmət və qiymət qoydu. Qırx il ərzində onu himayəsindən çıxartmadı. Hətta, Ona görə dost və düşmən qazandı. Bütün bunlar barəsində yeri gəldikcə söhbət açacağıq.

Onun kəramətinə buludlar yığışır

İbn Əsakir Cəlhuma bin Urfutanın belə dediyini rəvayət edir: “Məkkəyə gəldiyimdə çox quraqlıq idi. Qureyş dedi: Ey Əbu Talib, hər yeri quraqlıq basıb, camaat da bundan əziyyət çəkir. Gedək, yağmur duasına çıxaq. Əbu Talib özü ilə birlikdə balaca körpəni də aparır. O, (s) sanki, günəş idi – parlaq və nurlu. Göydə bir dənə də bulud yox idi. Bir az keçdikdən sonra buludlar Məkkənin üstünə yığıldı. Bol-bol yağış yağdı. Torpaqlar yumşaldı, münbitləşdi. Əbu Talib bu sözləri deyəndə həmin ana işarə edirdi: “Bir yetimin kəramətinə buludlar yığışdı, torpaqlar canlandı.”16

Orijinaldan tərcümə edən: Tural Sadıqlı

Mənbə: din.az (25/01/2013)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Bax; Mahmud Paşa əl-Fələki “Nətəicul əfham fi təqvimil arab qabləl İslam” səh 28-35. []
  2. Keçmiş miladi təqvimə görə, 20 aprel, yeni təqvimə görə isə 22 aprel. Bax; “Rahmətən lil-aləmin” 1/38-39, 2/360-361. []
  3. Əhməd, “Müsnəd” 4/127-128, 185 5/262 “Sünən Darimi” 1/9, İbn Səd 1/102. []
  4. Beyhaqi “Dəlailin Nubuvva” 1/126-127 “Tarix ət-Təbəri” 2/166-167 “əl-Bidəyə van-Nihəyə” 2/268-269. []
  5. İbn Hişam 1/159-160 “Tarix ət-Təbəri” 2/156-157 İbn Səd 1/103. []
  6. Deyilənə görə Rəsulullah (s) sünnət olunmuş halda anadan olmuşdur. Lakin İbn Qeyyim bu barədə səhih hədisin olmadığını qeyd edir. Bax; “Zədul miad” 1/18. []
  7. “İthaful vara” 1/57. []
  8. “Səhih Buxari” hədis; 2645, 5100, 5101, 5106, 5107, 5372. “Tarix ət-Təbəri” 2/158 İbn Nəim “Dələil ən-Nuvuvva” 1/157. []
  9. İbn Hişam 1/162-164; “Tarix ət-Təbəri” 2/158-159; İbn Hibban “əl-İhsan” 8/82-84; İbn Səd 1/111. Bu barədə olan rəvayətlərin hamısı müxtəlif ləfzlərdə olmasına baxmayaraq İbn İshaq tərəfindən qeyd olunmuşdur. []
  10. İbn Hişam, 1/164-165; Tarix ət-Təbəri, 2/160. []
  11. Bax; İbn Səd 1/112. Məsudi “Muravvac əz-Zəhəbi” 2/271 Əbu Nəim “Dələil ən-Nubuvva” 1/161-162. İbn Abbas isə bu hadisənin beş yaşı olan vaxta təsadüf etdiyini bildirir. []
  12. “Səhih Muslim”, İman kitabı 1/147, hədis; 261. []
  13. İbn Hişam, 1/168, “Təlqihul Fuhum” səh. 7. []
  14. İbn Hişam, 1/168. []
  15. İbn Hişam 1/169 “Təlqihul Fuhum” səh; 7. []
  16. Şeyx Abdullah “Peyğəmbərin müxtəsər həyatı” səh; 15-16 Heysəmi “Məcməuz-zəvaid” Peyğəmbərliyin əlamətləri kitabı 8/222. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.014 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.130 dəfə oxundu
2 Etikaf 23.06.09 4.965 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 13.264 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.601 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 5.901 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.715 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.516 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 19.472 dəfə oxundu
9 Nikaha nəzarət 14.05.09 6.600 dəfə oxundu
10 Ölüdən kömək gözləmək 28.03.10 3.764 dəfə oxundu
11 Quranı öyrənmənin üsulu 16.12.15 4.461 dəfə oxundu
12 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 1.014 dəfə oxundu
13 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.879 dəfə oxundu
14 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.479 dəfə oxundu
15 Faiz 29.03.10 4.409 dəfə oxundu
16 QÜTBÜ ƏZƏM 24.03.14 2.435 dəfə oxundu
17 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.499 dəfə oxundu
18 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.148 dəfə oxundu
19 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.399 dəfə oxundu
20 Namazları cəm etmək 08.04.10 6.761 dəfə oxundu
21 Seyyidlər kimlərdir? 16.10.11 7.825 dəfə oxundu
22 Qəza-qədər məsələsi 24.02.13 4.014 dəfə oxundu
23 Qadınların döyülməsi 29.03.17 1.311 dəfə oxundu
24 Quranda və sünnədə namaz vaxtları 11.09.14 6.157 dəfə oxundu
25 Vərdişlər 10.04.10 2.595 dəfə oxundu
26 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.844 dəfə oxundu
27 Mütə nikahı (siğə) 07.03.13 8.419 dəfə oxundu
28 Tağut 28.04.17 2.933 dəfə oxundu
29 İnsan peyğəmbər 06.07.09 3.709 dəfə oxundu
30 Allah, insan və xələf-sələf 12.04.10 2.767 dəfə oxundu
31 Kişinin seksuallığı 09.01.12 15.576 dəfə oxundu
32 Vəhy 12.04.13 1.804 dəfə oxundu
33 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 464 dəfə oxundu
34 Təsbeh 06.07.09 3.631 dəfə oxundu
35 Nəsx və daşqalaq cəzası 27.05.10 4.532 dəfə oxundu
36 Fitr sədəqəsi 20.06.09 3.655 dəfə oxundu
37 İsra və Merac 02.04.16 1.170 dəfə oxundu
38 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.363 dəfə oxundu
39 Hamının bildiyi Namaz. 26.01.18 601 dəfə oxundu
40 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.346 dəfə oxundu
41 Qəndil 30.06.09 7.741 dəfə oxundu
42 Şəfaət 08.04.10 3.131 dəfə oxundu
43 Surroqat analıq 03.02.12 4.770 dəfə oxundu
44 Təvəssül 10.06.13 3.083 dəfə oxundu
45 “Ən zəif ev” 09.03.18 302 dəfə oxundu
46 Ailənin adından bir qurban 26.02.10 3.625 dəfə oxundu
47 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 12.860 dəfə oxundu
48 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.519 dəfə oxundu
49 Piramida və şəbəkə marketinqi 24.02.12 2.543 dəfə oxundu
50 İslamda geyim ədəbi 05.06.13 3.327 dəfə oxundu
51 Yusifin köynəyi, Yaqubun gözü. 30.03.18 431 dəfə oxundu
52 Donuz dərisi 02.11.09 3.229 dəfə oxundu
53 Talaq: kişinin boşamaq hüququ 18.07.10 7.678 dəfə oxundu
54 İslamda falçılığa münasibət 27.11.10 7.717 dəfə oxundu
55 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 3.021 dəfə oxundu
56 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.194 dəfə oxundu
57 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 154 dəfə oxundu
58 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 3.973 dəfə oxundu
59 Heyzli qadının ibadəti 24.02.10 43.729 dəfə oxundu
60 Oruc və orucun başlanğıcı 27.08.10 9.382 dəfə oxundu
61 Şəfaət inancı 08.02.11 2.894 dəfə oxundu
62 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.846 dəfə oxundu
63 Uşaqların evləndirilməsi 26.01.15 3.004 dəfə oxundu
64 Quranda Hicab/Başörtüsü. 24.09.18 391 dəfə oxundu
65 İftida: qadının boşanmaq hüququ 14.05.09 8.696 dəfə oxundu
66 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.441 dəfə oxundu
67 Zikrin fəzilət və faydaları 26.11.10 4.770 dəfə oxundu
68 Kəramət nə deməkdir? 15.02.11 3.696 dəfə oxundu
69 Qadınların sünnəti 15.07.12 13.369 dəfə oxundu
70 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 2.048 dəfə oxundu
71 Qadınların şahidliyi 14.05.09 2.895 dəfə oxundu
72 Quran və müsəlmanlar 29.01.10 4.588 dəfə oxundu
73 Dua 25.11.10 6.999 dəfə oxundu
74 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.571 dəfə oxundu
75 Əsl kafir kimdir? 21.07.12 8.952 dəfə oxundu
76 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.080 dəfə oxundu
77 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.818 dəfə oxundu
78 Dəlillərlə Cümə namazı 12.02.10 6.139 dəfə oxundu
79 Donuz əti və ziyanları 08.12.10 5.727 dəfə oxundu
80 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.490 dəfə oxundu
81 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.445 dəfə oxundu
82 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.487 dəfə oxundu
83 Hicabı qadağan edənlər 14.05.09 3.398 dəfə oxundu
84 İnsan cəsədi və avtopsiya 05.02.10 3.533 dəfə oxundu
85 Şirk və küfr 14.07.11 3.496 dəfə oxundu
86 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.129 dəfə oxundu
87 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.102 dəfə oxundu
88 Nişanlıların kəbini 14.05.09 11.402 dəfə oxundu
89 Qadınlar və Cümə namazı 26.03.10 6.802 dəfə oxundu
90 Quranda əşyaların dili 04.07.11 14.160 dəfə oxundu
91 Mutəvatir hədis 28.09.12 1.909 dəfə oxundu
92 Vəsilə nədir? 27.05.16 2.084 dəfə oxundu
93 Münafiqlərin korluğu 10.04.10 1.984 dəfə oxundu
94 Valideyndən xəbərsiz kəbin 29.06.09 9.856 dəfə oxundu
95 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 2.466 dəfə oxundu
96 Hikmət 09.01.16 4.147 dəfə oxundu
97 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.622 dəfə oxundu