Əsl kafir kimdir?
Müsəlmanlar > Düşüncə sahəsi > Müzakirə və mübahisələr > Tədqiqatlar Tarix: 21 Temmuz 2012 Tövsiyə et Çap et

Kafir kimdir?

Professor Abdulaziz Bayındır1

– Kafir sözünün lüğəvi mənasını bilirsən?

– Bu, bir şeyin üstünü örtən şəxs deməkdir.

– Elə isə kafir nəyin üstünü örtür?

– Necə yəni nəyin üstünü örtür? Bu sözün hərfi-lüğəvi mənası ilə yanaşı, bir ixtisas sözü-termin kimi mənası da var. Belə ki, Türkiyə diyanət vəqfi (fond) tərəfindən nəşr olunan İslam ensiklopediyasında kafirə peyğəmbəri Allahdan alıb din naminə təbliğ etdiyi məsələlərdə təsdiq-qəbul etməmək, ona inanmamaq kimi bir tərif verilir.

– Quranın ilk dəfə nazil edildiyi cəmiyyətdə bu sözlərin hansısa bir terminoloji mənası var idi?

– Xeyr, belə bir şey hələ formalaşmamışdı. Sonradan yarandı.

– Elə isə kafir çox vacib bir şeyi ört-basdır edir.

– Deyin görək, kafir nəyi ört-basdır edir?!

– Kafir özündə olan imanı örtüb gizlədir.

– Kafirdə iman nə gəzir?

– Düzgün bir imana malik olmayan şəxsin kafir olmağı qeyri-mümkündür.

– Heç elə şey olar?!

– Sən heç Quranın məal-tərcüməsini oxumusan? Onun mənası ilə tanışsan?

– Əlbəttə, oxumuşam. Sizin bundan qabaqkı yazınızdan sonra Quranı daha diqqətlə oxumağa başladım.

– Fikir ver, Allah belə deyir:

“Özlərinə açıq ayələr gəldikdən sonra biganə yanaşan və ixtilaf yaradanlar kimi olmayın. Belələrinə çatan pay böyük bir əzabdır.

O gün neçə-neçə üzlər ağ çıxar, neçə-neçə üzlər də qaralar. Üzüqara çıxanlara belə deyilər: “Siz iman gətirdikdən sonra kafir oldunuz, eləmi? Elə isə kafir olmağınızın müqabilində dadın bu əzabı!”

Üzüağ olanlar isə Allahın ikramında (rəhmət) olacaqlar. Onlar o ikram-rəhməti həmişə görəcəklər.

Budur Allahın ayələri! Onları sənə bütün həqiqiliyi ilə oxuyuruq. Allah heç kəsə haqsızlıq edilməyini istəməz!” (Ali-İmran, 3/105-108)

– Məhşər yerində kafirlərin hamısı üzüqara olacaq. Mən bunu bilirdim. Ancaq onların hamısının inanandan sonra kafir olduqlarından xəbərim yox idi. Deməli, Allah onlara belə deyəcək: “Siz iman gətirdikdən sonra kafir oldunuz, eləmi? Elə isə kafir olmağınızın müqabilində dadın bu əzabı!” Mən bunu birinci dəfə eşidirəm…

– Deməli, kafir özündə olan düzgün inancı örtüb gizlədən şəxsdir. Gizlətdiyinə görə də sən onda belə bir əqidənin olduğunu bilmirsən.

– Mənə elə gəlirdi ki, kafir Allah, peyğəmbər və kitaba inanmır.

– Düz bilirsən. Lakin heç fikirləşmisənmi ki, inanmamaq nə deməkdir? Məgər sən sənə etibar etməyən bir nəfər haqqında: “Bu adam mənə inanır”, – deyə bilərsən?

– Təbii ki, deyə bilmərəm.

– Deməli, Allaha inanmayan şəxs Onu yox hesab edən, yəni, Allahın var olmadığını düşünən insan deyil; əksinə, Ona lazımi şəkildə etibar etməyən şəxsdir. Həmin şəxs Allahın bəzi sözlərini düzgün hesab etsə də, bütün sözlərini münasib və düzgün qəbul etmir. Beləliklə, Allaha tam mənada təslim ola bilmir. “Allah nə deyirsə, o cürdür, o cür olmalıdır”, – cümləsini deyə bilmir.

– Yəni, demək istəyirsiniz ki, bu cür bir insan müslim ola bilmir. Çünki müslim Allaha təslim olan şəxs deməkdir. Biz ona müsəlman deyirik.

– Bəli, düzgün başa düşdün.

– Görəsən, kafir kimi səciyyələndirdiyimiz insanların bu cür söhbətlərdə: “Mənim ürəyim təmizdir. Allah qəlbimdə olanı bilir. Heç kəs mənə kafir deyə bilməz!” , – kimi reaksiya verməyi də bundan irəli gəlir?

– Bəli, bundan irəli gəlir. Gizlətdikləri imanı özləri bilirlər. Buna görə də özlərini onunla aldadıb ovundururlar. Allahın dərgahında özlərinin, yaxud da başqa bir nəfərin sözünün ötdüyünü düşündüklərinə görə də həm müşrik, həm də kafir olurlar.

– Belə çıxır ki, kafirlərin sayı bizim güman etdiyimizdən xeyli çoxdur. Yenə də deyim ki, hamının Allaha inanmağı məsələsini yaxşı başa düşə bilmədim.

– O məsələni inşallah gələn həftə müzakirə edərik.

Kafirlərlə əlaqədar bəzi Quran ayələri

Yasin surəsi

Yaxşılığı sonsuz, ikramı bol olan Allahın adı ilə!

1. Ya Sin

2. Düzgün hökmlər2 ehtiva edən Qurana and olsun ki,

3. Sən Allahın elçilərindənsən.

4. Düzgün yoldasan.

5. Bu, güclü və ikramı bol olan Allahın nazil etdiyi kitabdır.

6. Ataları xəbərdar edilməmiş bir tayfaya (qövm) xəbərdarlıq etməyin üçün nazil edilib. Çünki onlar bundan bixəbərdirlər.

7. İndi onların əksəriyyəti bunun həqiqi mənada Allahın kəlamı olduğunun təsirinə düşüblər, amma yenə də inanmırlar.3

8. Sanki Biz onların boyunlarına çənələrinə dirənən dəmir halqalar keçirmişik. Başlarını əyə bilmirlər!

9. Sanki onların qabaqlarına bir sədd, arxalarına da bir sədd qoyub bağlamışıq. Görə bilmirlər!4

10. Onları xəbərdar etsən də birdir, etməsən də: İnanmırlar.

11. Sən ancaq Rəhmandan (Allah) ürəkdən çəkinərək bu zikrə – Qurana tabe olana xəbərdarlıq edə bilərsən. Ona müjdə ver ki, bağışlanacaq. Etdiyi əməllərin əvəzinin artıqlaması ilə veriləcəyini də müjdələ.

12. Ölüləri Biz dirildəcəyik. Nə iş gördüklərini və qoyub getdiklərini də yazırıq.5 Bizim apardığımız hər bir qeydiyyat hər şeyi üzə çıxardan bir dəftərdədir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
  2. Düzgün hökm hikmət deməkdir. Allah Quranla yanaşı, himəti də nazil edib. Baxın: Nisa, 4/113. []
  3. Quranın Allahın sözü olduğu başa düşdükdə əvvəlcə ona inanırlar. Ancaq yaşayış tərzlərini dəyişdirmək istəməsələr, özlərini görməməzliyə vurmağa başlayır, beləcə, kafir olurlar. Onsuz da inanmadan kafir olmaq mümkün deyil. Allah belə buyurur: “O gün neçə-neçə üzlər ağ çıxar, neçə-neçə üzlər də qaralar. Üzüqara çıxanlara belə deyilər: “Siz iman gətirdikdən sonra kafir oldunuz, eləmi? Elə isə kafir olmağınızın müqabilində dadın bu əzabı!” (Ali-İmran, 3/106. []
  4. Bu 2 ayədə təşbehin əvəzinə birbaşa təşbeh üçün əlverişli olan mənaların məcmuyu işlədilib. Nəticədə Məkkəlilərin Qurana verdikləri reaksiya canlandırılıb. Ərəb dilində bu ifadə formasına istiareyi-təmsiliyyə deyilir. Bu, eynilə: “Sən öz işini saman altından su yeridən kimi görürsən”, – deməyin əvəzinə: “Saman altından su yeridirsən ha!”, – demək kimi bir şeydir. İstiarədə təşbeh gizlədilir və həqiqi mənanı nəzərdə tutmaq kimi bir ehtimal olmur. Bu ayələrdə də sözün həqiqi mənasını nəzərdə tutmaq ehtimalı yoxdur. Əgər elə olsaydı, həmin insanlar cavabdeh hesab edilməzdilər. Çünki “Allah heç kəsə gücünün çatdığından artıq yük yükləmir.” (Bəqərə, 2/286). İstiarədə təşbeh ədatı gizlədilir. Ancaq bu ayələrdəki ifadələr məcaz deyil, həqiqət hesab olunduğu üçün onlarda gizlədilən “sanki” sözünü üzə çıxartmaq bizim üçün bir zərurət oldu. []
  5. Həzrəti Muhəmməd (s. a. v.) belə demişdir: “İnsan bu 3 əsərdən birini qoyub getmədən ölsə, dəftəri bağlanır: Sədəqeyi-cariyə, fayda verən elm və ona dua edən əməlisaleh övlad.” Baxın: Müslim, Vəsiyyət, 14; Əbu Davud, Vəsaya, 14. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
8.082 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 5.769 dəfə oxundu
2 Etikaf 23.06.09 4.523 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 11.506 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.367 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 5.249 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.192 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.018 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 15.669 dəfə oxundu
9 Donuz dərisi 02.11.09 3.041 dəfə oxundu
10 Talaq: kişinin boşamaq hüququ 18.07.10 6.672 dəfə oxundu
11 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.198 dəfə oxundu
12 Piramida və şəbəkə marketinqi 24.02.12 2.334 dəfə oxundu
13 İslamda geyim ədəbi 05.06.13 2.990 dəfə oxundu
14 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 3.510 dəfə oxundu
15 Heyzli qadının ibadəti 24.02.10 27.308 dəfə oxundu
16 Oruc və orucun başlanğıcı 27.08.10 7.837 dəfə oxundu
17 İslamda falçılığa münasibət 27.11.10 7.117 dəfə oxundu
18 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 2.626 dəfə oxundu
19 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.078 dəfə oxundu
20 İftida: qadının boşanmaq hüququ 14.05.09 6.445 dəfə oxundu
21 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.313 dəfə oxundu
22 Zikrin fəzilət və faydaları 26.11.10 4.085 dəfə oxundu
23 Şəfaət inancı 08.02.11 2.722 dəfə oxundu
24 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.728 dəfə oxundu
25 Uşaqların evləndirilməsi 26.01.15 2.667 dəfə oxundu
26 Qadınların şahidliyi 14.05.09 2.620 dəfə oxundu
27 Quran və müsəlmanlar 29.01.10 4.375 dəfə oxundu
28 Dua 25.11.10 6.358 dəfə oxundu
29 Kəramət nə deməkdir? 15.02.11 3.333 dəfə oxundu
30 Qadınların sünnəti 15.07.12 12.534 dəfə oxundu
31 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 1.757 dəfə oxundu
32 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.438 dəfə oxundu
33 Dəlillərlə Cümə namazı 12.02.10 5.521 dəfə oxundu
34 Donuz əti və ziyanları 08.12.10 5.193 dəfə oxundu
35 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 4.572 dəfə oxundu
36 Əsl kafir kimdir? 21.07.12 8.082 dəfə oxundu
37 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 1.841 dəfə oxundu
38 Hicabı qadağan edənlər 14.05.09 3.136 dəfə oxundu
39 İnsan cəsədi və avtopsiya 05.02.10 3.315 dəfə oxundu
40 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.380 dəfə oxundu
41 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.293 dəfə oxundu
42 Ölüm hökmünün bərpa edilməsi nə dərəcədə doğrudur? 05.06.15 1.215 dəfə oxundu
43 Nişanlıların kəbini 14.05.09 10.040 dəfə oxundu
44 Qadınlar və Cümə namazı 26.03.10 6.158 dəfə oxundu
45 Şirk və küfr 14.07.11 3.127 dəfə oxundu
46 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 2.801 dəfə oxundu
47 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 1.740 dəfə oxundu
48 Münafiqlərin korluğu 10.04.10 1.882 dəfə oxundu
49 Valideyndən xəbərsiz kəbin 29.06.09 8.757 dəfə oxundu
50 Quranda əşyaların dili 04.07.11 13.898 dəfə oxundu
51 Mutəvatir hədis 28.09.12 1.705 dəfə oxundu
52 Vəsilə nədir? 27.05.16 1.498 dəfə oxundu
53 Nikaha nəzarət 14.05.09 6.273 dəfə oxundu
54 Ölüdən kömək gözləmək 28.03.10 3.533 dəfə oxundu
55 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 1.460 dəfə oxundu
56 Hikmət 09.01.16 2.856 dəfə oxundu
57 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 1.327 dəfə oxundu
58 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.286 dəfə oxundu
59 Faiz 29.03.10 3.991 dəfə oxundu
60 Quranı öyrənmənin üsulu 16.12.15 3.927 dəfə oxundu
61 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 813 dəfə oxundu
62 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.292 dəfə oxundu
63 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.293 dəfə oxundu
64 Namazları cəm etmək 08.04.10 5.944 dəfə oxundu
65 QÜTBÜ ƏZƏM 24.03.14 2.293 dəfə oxundu
66 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.139 dəfə oxundu
67 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 799 dəfə oxundu
68 Quranda və sünnədə namaz vaxtları 11.09.14 4.679 dəfə oxundu
69 Vərdişlər 10.04.10 2.428 dəfə oxundu
70 Seyyidlər kimlərdir? 16.10.11 6.425 dəfə oxundu
71 Qəza-qədər məsələsi 24.02.13 3.656 dəfə oxundu
72 Qadınların döyülməsi 29.03.17 401 dəfə oxundu
73 İnsan peyğəmbər 06.07.09 3.486 dəfə oxundu
74 Allah, insan və xələf-sələf 12.04.10 2.557 dəfə oxundu
75 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.582 dəfə oxundu
76 Mütə nikahı (siğə) 07.03.13 6.552 dəfə oxundu
77 Tağut 28.04.17 268 dəfə oxundu
78 Təsbeh 06.07.09 3.362 dəfə oxundu
79 Nəsx və daşqalaq cəzası 27.05.10 3.996 dəfə oxundu
80 Fitr sədəqəsi 20.06.09 3.475 dəfə oxundu
81 Kişinin seksuallığı 09.01.12 13.061 dəfə oxundu
82 Vəhy 12.04.13 1.648 dəfə oxundu
83 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.164 dəfə oxundu
84 Qəndil 30.06.09 7.192 dəfə oxundu
85 Qadının döyülməsi 07.06.10 8.915 dəfə oxundu
86 İsra və Merac 02.04.16 948 dəfə oxundu
87 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.190 dəfə oxundu
88 Ailənin adından bir qurban 26.02.10 3.338 dəfə oxundu
89 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 11.489 dəfə oxundu
90 Şəfaət 08.04.10 2.926 dəfə oxundu
91 Surroqat analıq 03.02.12 4.252 dəfə oxundu
92 Təvəssül 10.06.13 2.788 dəfə oxundu