Piramida və şəbəkə marketinqi
Müsəlmanlar > Tədqiqatlar Tarix: 24 Şubat 2012 Tövsiyə et Çap et

Piramida və şəbəkə marketinqi

Uca Allah buyurur: “…Bir-birinizin mallarını haqsız bəhanələrlə yeməyin” («Nisə» surəsi, 4/29).

“Biznes” və “Hibbət-əl-Cəzira” kimi piramida marketinq sistemini tətbiq edən şirkətlərin iş prinsipini qısaca olaraq belə ifadə etmək olar:

Malı alması üçün bir kəsi buna inandırmaq lazım gəlir. Həmin şəxs isə digər birini buna inandırır və beləliklə, şəbəkəyə qoşulan nəfərlər də öz növbəsində digərlərini inandırılar və beləcə silsilə şəklində davam edir. Şəbəkəyə qoşulan nəfərlərin sayı nə qədər çox olarsa, birinci şəxs bir o qədər çox mükafat çeki qazanır, bunların məbləği minlərlə manata (yaxud digər pul vahidinə) çatır. Şəbəkəyə qoşulan hər iştirakçı, öz dəstəsinin siyahısına yeni üzvlər qoşmaqda müvəffəq olursa və iri məbləğdə mükafat çekləri qazanacağı qarşılığında, digər insanları bu məqsədlə bu şəbəkəyə qoşulmağa inandırmağa çalışır. Bu fəaliyyət növü “piramida marketinq”, yaxud “şəbəkə marketinq”adlanır.

İslam dinində isə bu cür sövdələşmə haramdır. Çünki bu sövdələşmədən məqsəd həqiqətdə malı almaq deyil, mükafat çeki (pul) qazanmaqdır. Bu mükafat çekinin məbləği on minlərə çata bilər, bununla yanaşı malın qiyməti isə bir neçə yüz pul vahidindən çox deyil. Bu ikisi (mal ilə pul) arasında seçim etməsi istənilən ağıllı kəs əlbəttə ki, mükafat çekinə üstünlük verər. Odur ki, bu şirkətlər öz məhsulunun marketinqinə və reklamına güvənirlər. Reklam və marketinqdə isə bu işə qoşulacaq şəxsin qazana biləcəyi mükafat çekinin nəhəng məbləğini vurğulayır, ön plana çıxarır və kiçik məbləğ qarşılığında, yəni malın qiymətini ödəməklə, böyük miqdarda gəlir əldə etməyə təşviq edir, maraq oyadırlar. Bu şirkətlərin bazarlıq etdiyi mal sadəcə bir “pərdədir” və ya bu mükafat çekləri və gəlirləri qazanmaq üçün bundan vasitə kimi istifadə edilir. Çünki burada elə əsas məsələ əslində “mükafat çeki” ətrafında dövr edir və bir neçə səbəbdən bu cür sövdə şəriətdə haramdır:

1. Bu cür sövdələşmə növündə ribanın iki növü var: Riba əl-fadl (eyni cins, növdən, lakin müxtəlif miqdarda olan malların dəyişdirilməsi) və riba ən-nasiəh (dərhal ödənilən məbləğdən fərqli olaraq, böyük miqdarda məbləğin möhlətlə ödənişi). Şəbəkəyə qoşulan kəs çoxlu pul qazanmaq üçün cüzi miqdarda pul ödəyir, digər sözlə müxtəlif məbləğ və möhlətli ödəniş ilə pul alış-verişi edir. Bu ribanın bir növüdür, şəriət mətnləri və elm əhlinin yekdil rəyinə görə haramdır. Şirkətin vasitəçiyə (komissionerə) satdığı mal bu sövdələşmə üçün sadəcə bir pərdə rolunu oynayır: şəbəkəyə qoşulanın istədiyi, tələb etdiyi bu deyil və hökmdə heç bir dəyişiklik etmir.

2. Bu cür sövdələşmə bir növ ğarardır (qeyri-məlum, aydın olmayan bir sövdələşmə). Bu da şəriətdə qadağandır. Çünki sistemə qoşulan şəxs hələ tələb olunan sayda alıcılar tapmağa müvəffəq olub-olmayacağını da bilmir. Piramida, yaxud şəbəkə marketinqinin nə qədər davam etməsindən asılı olmayaraq, əlbəttə ki, bunun bir sonu var və kimsə piramida şəbəkəsinə qoşulduqda hələ o bilmir ki, rəhbər səviyyəyə yüksəlməyə nail olub gəlir əldə edəcək, yoxsa aşağı səviyyədə qalıb zərər edəcəkdir. Məsələnin həqiqəti budur ki, piramida şəbəkəsinin üzvlərinin əksəriyyəti ziyana uğrayırlar, yalnız (maliyyə piramidasının ən üstündə duran insanlar) rəhbər işçilərin bir neçəsi bundan qazanc əldə edir. Deməli əsas etibarilə ziyan olur ki, bu da bütün qeyri-məlum sövdələşmələr üçün səciyyəvi xarakter daşıyır. İki şeydən biri baş verə bilər və adətən ən çox qorxulan da bunlardan biridir.

Peyğəmbər (s) qeyri-məlum sövdələşmələri qadağan edib. Bu barədə Muslimin “Səhih”ində rəvayət olunur.

3. Bu cür sövdələşmələrdə insanların malları haram, fırıldaq yolla yeyilir. Çünki bu cür müqavilələr yalnız şirkətlərə və digər insanları şəbəkəyə qoşulmaqla aldatmaq üçün bu məqsədlə cəlb olunan şirkətin təşviq etdiyi bəzi iştirakçılarına fayda verir. Məhz Quranda qadağan olunan da budur. Uca Allah buyurur: “…Bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin” («Nisə» surəsi, 4/29).

4. Bu cür sövdədə yalan, aldatma və insanlara kələk gəlmək, sövdələşmədən məqsədin sanki məhsul olduğu kimi təsəvvür yaratmaq üçün məhsulu göstərməklə (gözdən pərdə asmaq) var, halbuki əslində bu sövdələşmədə məqsəd məhsulun satışı deyil, qazanc əldə etməkdir və insanların adi halda qazana bilmədikləri nəhəng məbləğdə mükafat çeki əldə edəcəkləri ideyasını qəbul etməyə onları tamahlandırmaq, bu cür etməklə onları buna cəlb etmək məsələsi var. Bu, şəriətdə qadağan olunan bir məsələdir və aldatmağın növlərindən biridir. Peyğəmbər (s) buyurub: “Bizi aldadan bizdən deyil.” Muslim bu hədisi özünün “Səhih” əsərində rəvayət edir. Həmçinin Peyğəmbər (s) belə buyurub: “Alış-veriş edən iki tərəf bir-birindən ayrılmadıqca ixtiyar sahibidirlər. Əgər onlar alış-verişlərində səmimi və açıq olsalar, onların alış verişi bərəkətli olar, lakin yalan danışıb hər hansı bir şeyi gizli saxlasalar, onların alış-verişinin bərəkəti gedər”. Hədis barədə ittifaq edilib.

Bu növ sövdənin brokerlik (dəllallıq, vasitəçilik) olduğu rəyinə gəldikdə, bu doğru deyil. Brokerlik elə bir sövdə növüdür ki, burada broker satdığı malın əvəzində ödəniş alır, halbuki şəbəkə marketinqində iştirakçı malın bazarılğını (marketinqini) etmək, satmaq üçün pul ödəyir. Brokerlik malın həqiqi mənada marketinqi deməkdir, şəbəkə marketinqi isə bundan fərqlidir, burada əsas məqsəd sövdənin, əqdin marketinqidir, malın marketinqi deyil. Odur ki, iştirakçılar digərlərinə malı təklif edir (satır), onlar da öz növbəsində digərlərinə təklif edir və bu minvalla zəncirvari davam edir. Brokerlik bundan fərqlidir, burada broker malı həqiqətən də bu malı istəyən kəslərə satır. Bu ikisi arasında fərq olduqca aydındır.

Bu cür sövdələşməyin bir növ hədiyyə olması yanaşmasına gəldikdə, bu da yanlışdır. Hətta biz bunun doğru olduğunu qəbul etsək belə, şəriətə görə heç də hər bir hədiyyə halal sayılmır. Borc qarşılığında verilən hədiyyə ribadır. Elə buna görədir ki, Abdullah ibn Salam, Əbu Burdaya (r) belə demişdi: “Sən elə bir diyarda yaşayırsan ki, onların (camaatı) arasında riba geniş yayılıb. Əgər sənin kiminsə üzərində bir haqqın varsa və o sənə bir yük ot, yaxud bir yük arpa və ya yem verirsə, bu ribadır. Buxari bu hədisi özünün “Səhih” əsərində rəvayət edir.

Hədiyyələr verildiyi səbəblərə görə hökmə tabe tutulur. Ona görə də, Peyğəmbərin yanına gəlib (s) “Bu sənin payın, bu da mənə verilən hədiyyə” söyləyən zəkat toplayan barədə belə buyurub: “Yaxşı, əgər sən atanın və ananın evində otursaydın, görək sənə hədyyə verəcəkdilərmi?».

Bu mükafat çekləri yalnız ona görə ödənilir ki, şəbəkə marketinq sxeminə qoşulsunlar. Fərqi yoxdur, onlar bunu necə adlandırır. İstər hədiyyə adlandırsınlar, istəsə də digər bir ad versinlər. Bu adlar onun xarakterini, mahiyyətini, yaxud onlar barədə hökmü az da olsa dəyişmir.

Qeyd etmək yerinə düşər ki, bazarda ortaya çıxan bəzi şirkətlər var ki, onlar şəbəkə marketinqi, yaxud piramida marketinqinin iş prinsipləri əsasında fəaliyyət göstərirlər. Bu şirkətlər barədə hökm yuxarıda adı çəkilən şirkətlər barədəki hökmdən, onların təklilf etdikləri mallar müxtəlif olsa belə, fərqli deyil.

Qeyd: Riba al-nasiah-kəliməsinin mənası təxirə salmaq, gecikdirmək və yaxud gözləmk deməkdir. Bu zaman borc götürənə vaxt verilir ki, borcunu təkrar ödəsin, lakin qarşılığında əlavə versin. Bu ribadır və haramdır.

Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyət, Fətva № 22935, 14/03/1425-ci il (hicri təqvim).

MƏNBƏ: http://www.islam.com.az/modules/news/article.php?storyid=1132 (24.02.2012)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.511 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.121 dəfə oxundu
2 Etikaf 23.06.09 4.940 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 13.252 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.592 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 5.894 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.708 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.511 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 19.455 dəfə oxundu
9 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.469 dəfə oxundu
10 Faiz 29.03.10 4.368 dəfə oxundu
11 QÜTBÜ ƏZƏM 24.03.14 2.429 dəfə oxundu
12 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.415 dəfə oxundu
13 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.146 dəfə oxundu
14 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.397 dəfə oxundu
15 Namazları cəm etmək 08.04.10 6.705 dəfə oxundu
16 Seyyidlər kimlərdir? 16.10.11 7.694 dəfə oxundu
17 Qəza-qədər məsələsi 24.02.13 3.986 dəfə oxundu
18 Qadınların döyülməsi 29.03.17 1.255 dəfə oxundu
19 Quranda və sünnədə namaz vaxtları 11.09.14 6.077 dəfə oxundu
20 Vərdişlər 10.04.10 2.590 dəfə oxundu
21 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.821 dəfə oxundu
22 Mütə nikahı (siğə) 07.03.13 8.278 dəfə oxundu
23 Tağut 28.04.17 2.722 dəfə oxundu
24 İnsan peyğəmbər 06.07.09 3.699 dəfə oxundu
25 Allah, insan və xələf-sələf 12.04.10 2.761 dəfə oxundu
26 Kişinin seksuallığı 09.01.12 15.378 dəfə oxundu
27 Vəhy 12.04.13 1.799 dəfə oxundu
28 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 370 dəfə oxundu
29 Təsbeh 06.07.09 3.620 dəfə oxundu
30 Nəsx və daşqalaq cəzası 27.05.10 4.479 dəfə oxundu
31 Fitr sədəqəsi 20.06.09 3.652 dəfə oxundu
32 İsra və Merac 02.04.16 1.160 dəfə oxundu
33 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.346 dəfə oxundu
34 Hamının bildiyi Namaz. 26.01.18 557 dəfə oxundu
35 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.338 dəfə oxundu
36 Qəndil 30.06.09 7.707 dəfə oxundu
37 Şəfaət 08.04.10 3.124 dəfə oxundu
38 Surroqat analıq 03.02.12 4.740 dəfə oxundu
39 Təvəssül 10.06.13 3.046 dəfə oxundu
40 “Ən zəif ev” 09.03.18 284 dəfə oxundu
41 Ailənin adından bir qurban 26.02.10 3.615 dəfə oxundu
42 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 12.773 dəfə oxundu
43 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.515 dəfə oxundu
44 Piramida və şəbəkə marketinqi 24.02.12 2.511 dəfə oxundu
45 İslamda geyim ədəbi 05.06.13 3.296 dəfə oxundu
46 Yusifin köynəyi, Yaqubun gözü. 30.03.18 398 dəfə oxundu
47 Donuz dərisi 02.11.09 3.213 dəfə oxundu
48 Talaq: kişinin boşamaq hüququ 18.07.10 7.590 dəfə oxundu
49 İslamda falçılığa münasibət 27.11.10 7.671 dəfə oxundu
50 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 2.977 dəfə oxundu
51 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.193 dəfə oxundu
52 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 111 dəfə oxundu
53 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 3.969 dəfə oxundu
54 Heyzli qadının ibadəti 24.02.10 43.388 dəfə oxundu
55 Oruc və orucun başlanğıcı 27.08.10 9.374 dəfə oxundu
56 Şəfaət inancı 08.02.11 2.880 dəfə oxundu
57 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.842 dəfə oxundu
58 Uşaqların evləndirilməsi 26.01.15 2.980 dəfə oxundu
59 Quranda Hicab/Başörtüsü. 24.09.18 224 dəfə oxundu
60 İftida: qadının boşanmaq hüququ 14.05.09 8.534 dəfə oxundu
61 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.432 dəfə oxundu
62 Zikrin fəzilət və faydaları 26.11.10 4.703 dəfə oxundu
63 Kəramət nə deməkdir? 15.02.11 3.666 dəfə oxundu
64 Qadınların sünnəti 15.07.12 13.306 dəfə oxundu
65 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 2.030 dəfə oxundu
66 Qadınların şahidliyi 14.05.09 2.878 dəfə oxundu
67 Quran və müsəlmanlar 29.01.10 4.580 dəfə oxundu
68 Dua 25.11.10 6.965 dəfə oxundu
69 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.490 dəfə oxundu
70 Əsl kafir kimdir? 21.07.12 8.897 dəfə oxundu
71 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.063 dəfə oxundu
72 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.795 dəfə oxundu
73 Dəlillərlə Cümə namazı 12.02.10 6.086 dəfə oxundu
74 Donuz əti və ziyanları 08.12.10 5.679 dəfə oxundu
75 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.487 dəfə oxundu
76 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.442 dəfə oxundu
77 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.450 dəfə oxundu
78 Hicabı qadağan edənlər 14.05.09 3.382 dəfə oxundu
79 İnsan cəsədi və avtopsiya 05.02.10 3.524 dəfə oxundu
80 Şirk və küfr 14.07.11 3.469 dəfə oxundu
81 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.099 dəfə oxundu
82 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.080 dəfə oxundu
83 Nişanlıların kəbini 14.05.09 11.279 dəfə oxundu
84 Qadınlar və Cümə namazı 26.03.10 6.732 dəfə oxundu
85 Quranda əşyaların dili 04.07.11 14.146 dəfə oxundu
86 Mutəvatir hədis 28.09.12 1.892 dəfə oxundu
87 Vəsilə nədir? 27.05.16 2.051 dəfə oxundu
88 Münafiqlərin korluğu 10.04.10 1.982 dəfə oxundu
89 Valideyndən xəbərsiz kəbin 29.06.09 9.782 dəfə oxundu
90 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 2.425 dəfə oxundu
91 Hikmət 09.01.16 4.084 dəfə oxundu
92 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.525 dəfə oxundu
93 Nikaha nəzarət 14.05.09 6.555 dəfə oxundu
94 Ölüdən kömək gözləmək 28.03.10 3.750 dəfə oxundu
95 Quranı öyrənmənin üsulu 16.12.15 4.431 dəfə oxundu
96 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 995 dəfə oxundu
97 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.839 dəfə oxundu