Qadının döyülməsi
Müsəlmanlar > Tədqiqatlar Tarix: 07 iyun 2010 Tövsiyə et Çap et

QADININ ƏRİ TƏRƏFİNDƏN DÖYÜLMƏSİ

Allah Təala müəyyən şərtlər daxilində təqdirdə ərin arvadını döyməsinə icazə verib. Bu şərtlər ayələrlə və peyğəmbərimizin (ə) sözləri ilə açıqlanmışdır. Allah Təala belə buyurur:

«Kişilər qadınların başlarında olurlar. Bu, Allahın birinə digərindən artığını verməsi və mallarından xərcləmələri səbəbilədir. Yaxşı qadınlar, boyun əyənlər və Allahın qorumasına qarşılıq təklikdə ikən özlərini qoruyanlardır. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara gəlincə onlara öyüd verin, yataqlarında tək buraxın və onları döyün. Əgər sizə itaət edərlərsə, onlara qarşı başqa bir yol aramayın. Allah ucadır, böyükdür.» (Nisa, 34)

Ayənin hissələrinə təkrar baxaq:

I. «Yaxşı qadınlar, boyun əyənlər və Allahın qorumasına qarşılıq təklikdə özlərini qoruyanlardır.» «Boyun əyən qadınlar» mənasına gələn «qaanitaat» kəlməsi aşağıdakı ayədə «qaanituun» şəklində kişilər üçün də işlənmişdir.

«Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, boyun əyən kişilər və boyun əyən qadınlar…» (Əhzab, 35)

«Boyun əyən kişilər və boyun əyən qadınlar» Allaha boyun əyənlərdir. Bir ayə digərini açıqladığı üçün Nisa 34-dəki «boyun əyən qadınlar» da Allaha boyun əyən qadınlar olur. Bu ayəni «Ərinə boyun əyən qadınlar» deyə anlamaq Əhzab 35-dəki kişiləri də «qadınlarına boyun əyən kişilər» deyə anlamağa məcbur edər. Bu da ailə daxili münasibətlərdə qaydaları yoldaşların qoyması olur ki, qarmaqarışıqlığa və özbaşınalığa yol açar. Ər-arvadın Allahın qoyduğu qaydalara əməl etmələri isə, ailənin bütövlüyünü təmin etmiş olur.

ıı. «Allahın qorumasına qarşılıq təklikdə özlərini qoruyanlar» hökmü Allahın o qadınları qoruduğunu göstərir. Allahın qoruması nədir, deyə baxınca qadınlar üçün qoruma divarları qurulduğu görülür. Aşağıdakı ayələr bunlardan bəziləridir:

a – «Qadınlarınızdan fahişəlik edənlərə qarşı içinizdən dörd şahid gətirin, əgər şahidlik edərlərsə, onları evlərdə saxlayın. Bu ölüm canlarını alıncaya, ya da Allah onlara bir yol açıncaya qədər belə getsin.» (Nisa, 15)

b – «İffətli qadınlara zina suçu atan, sonra dörd şahid gətirməyənlərə səksən dəyənək vurun; əbədiyyən onların şahidliyini qəbul etməyin. Onlar yoldan çıxmış kəslərdir.» (Nur, 4)

c – «Arvadlarına zina suçu atan və özlərindən başqa şahidləri olmayanlardan birinin şahidliyi doğru söylədiyinə dair dörd dəfə Allahı şahid tutması ilə olur.

Beşincisində, əgər yalan söyləyirsə Allahın lənətinə düçar olmağı diləyər.

Qadından o əzabı (əl-azab) aparacaq olan bu şəkildə dörd dəfə şahidlik etməsidir: Allah şahiddir, ərim yalan söyləyir.

Beşincisində, əgər doğru söyləyirsə, Allahın qəzəbinə uğramağı diləyir.» (Nur, 6-9)

d – «(Peyğəmbərin qadını haqqında) o yalanı uyduranlar içinizdən bir güruhdur. Bunu özünüz üçün pis sanmayın, o sizin üçün xeyirli olmuşdur. O kəslərdən hər birinə qazandığı günah qarşılığı cəza vardır, içlərindən başçılıq edənə isə böyük bir əzab vardır.

Onu eşitdiyiniz zaman kişi və qadın möminlərin özlərindən hüsnü-zəndə olub da: bu apaçıq bir iftiradır, demələri lazım deyildimi?

Dörd şahid gətirsəydilər? Madam, o şahidləri gətirmədilər, elə isə onlar Allah qatında yalançıdırlar.» (Nur, 11-13)

Görüldüyü kimi zina suçunu isbat üçün dörd şahid şərti və dörd şahid gətirməyənlərin iftiraçı sayılıb cəzalandırılması ilə bağlı hökmlərin hamısı qadınlar üçündür. Bu onların necə qorunduğunu göstərməkdədir. Amma pis qadın bu qorumanı davranışlarına örtük kimi istifadə edə bilər. Bax, Allah Təala, özünün onları qorumasına qarşılıq olaraq onların da təklikdə özlərini qorumalarını istəmişdir. Bu məsələdə kişilərlə bağlı bir qoruma yoxdur. Fiqh kitablarında bu mövzuda kişilərlə bağlı hökmlərin hamısı qadınlarla bağlı hökmlərə qiyaslanaraq olmuşdur.

ııı. «(Nüşuzundan xavf etdiyiniz) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara gəlincə, onlara öyüd verin…» Nüşuz dik olmaqdır. Torpağın dikəlmiş yerinə nəşz, qadının baş qaldırmasına və gözünü başqasına dikməsinə nüşuz deyilir. Bu ayələrə görə Qurandakı nüşuz gözü başqasına dikmək mənasını verir:

«Mömin kişilərə söylə: Gözlərini çevirsinlər, məhrəm yerlərini qorusunlar…

Mömin qadınlara da söylə: Gözlərini çevirsinlər, iffətlərini qorusunlar…» (Nur, 30-31)

«Əgər qadın ərinin nüşuzundan və ya üz çevirməsindən xavf edərsə aralarında anlaşma etmələrində bir günah yoxdur. Anlaşmaq yaxşıdır. Nəfslər qısqanclığa hazırdır. Əgər yaxşı davranır və özünüzü qoruyursanız bilin ki, Allah etdiyiniz şeyin iç üzünü bilir.» (Nisa, 128)

Xavf: zənnə və ya biliyə dayalı bir əlamətdən dolayı pis gözləmə içində olmaqdır.1 «Nüşuzundan xavf etdiyiniz qadınlara gəlincə…» ayəsindəki xavf də ya zənnə və ya biliyə dayalı qorxudur. Ərinin istəmədiyi bir kişini evə gətirən qadın haqqında zənnə dayalı olaraq onun gözünü başqasına dikməsi qorxusu ortaya çıxar. Bax, bu nöqtədə əri ona öyüd verir, dinləməzsə onu yataqda tək buraxır, yenə dinləməzsə onu döyər. Bu davranışından vaz keçərsə, artıq ona qarşı başqa bir yol axtarmaz.

Əslində Peyğəmbərimiz (s.a.s) əbədi evlənmə yasağı olmayan qadınlarla baş-başa qalmağı yasaqlamışdır. Ütbə bin Əmirin bildirdiyinə görə Allahın Elçisi (ə) belə demişdir: «Nəbadə qadınların yanına girməyin.» Ənsardan biri: «Ey Allahın Elçisi, ərin kişi qohumları barəsində nə deyirsən?» O (ə) dedi: «Ərin qohumu ölüm olur.»2

Onun (ə) bir sözü də belədir: «Nəbadə bir kişi bir qadınla baş-başa qalmasın, yanında məhrəmi varsa başqa.» Bir adam qalxdı və dedi ki, arvadım həcc üçün yola çıxdı. Mən də bu savaş üçün əsgərliyə yazıldım. Rəsulullah (ə) dedi: «Dön və arvadınla birgə həcc et.»3

Biliyə dayalı qorxu ilə bağlı olaraq Peyğəmbərimiz (s.a.s) belə buyurur:

«Qadınlar mövzusunda söz dinləsəniz yaxşı olar, bərabərinizdə özlərini sizin üçün qoruyan kəslərdir.4

Onlar üzərində başqa bir şeyə sahib deyilsiniz, açıq bir fahişəlik etmiş olaraq gələrlərsə başqa. Onu edərlərsə yataqlarında tək buraxın və onları döyün. Əgər sizə boyun əyərlərsə onlara qarşı başqa bir yol axtarmayın. Sizin qadınlarınız üzərində haqqınız, qadınlarınızın sizin üzərinizdə haqqları vardır. Sizin arvadlarınız üzərindəki haqqınız istəmədiyiniz adamlara sərginizi çiynətməmələri, onları evinizə soxmamalarıdır. Baxın, onların sizdəki haqqları onları geyindirmək və yedirtmək halında yaxşı davranmanızdır.»5

Qadın aralarında əbədi evlənmə yasağı olmayan bir kişi ilə baş-başa qala bilməz. Ərinin istəmədiyi bir kəsi evinə alması da yasaqdır. Yoxsa ərinin içinə şübhə düşər, Peyğəmbərimiz (ə) bununla bağlı olaraq belə buyurur:

«Qadınlar haqqında Allahdan qorxun. Onları Allaha əmanət olaraq aldınız. Onlarla cinsi münasibətdə olmanız sizə Allahın əmri ilə halal oldu. Sizin onlar üzərindəki haqqınız, istəmədiyiniz bir adama sərginizi çiynətməmələridir. Əgər belə edərlərsə onları bəlli olmayacaq şəkildə döyün. Onların sizin üzərinizdəki haqları örfə uyğun olaraq onları yedirməyiniz və geyindirmənizdir.»6

«Bəlli olmayacaq şəkildə döymək» zərbə izi olmayacaq şəkildə döyməkdir. Bu qadının çölə qarşı çətin hala düşməsinin qarşısını alır.

Demək arvadının fahişəlik etdiyi açıq bəlli olan ər onu yatağında tək qoymaq və döymək haqqına sahibdir. Ayədə ərin arvadına öyüd verməsindən söz edilərkən hədislərdə bundan bəhs edilməməsi, biliyə dayalı qorxu ilə zənnə dayalı qorxu arasındakı fərqi göstərməkdədir. Baş-başa qalan hər kişi və qadın arasında cinsi münasibətlər olmaya bilər. Bu səbəblə arada bir fərqin olması lazımdır. Hər iki halda da qadın davranışlarını düzəldərsə əri başqa bir yola baş vurmaz. Zinanın təsbiti halında ər hadisəni istəsə örtər, istəsə məhkəməyə verər. Məhkəmədə suçu isbatlasa arvadı bundan dolayı həm etibarını itirər, həm də 100 dəyənək yeyər.

Hadisəni yalnız ər görmüş olur da dörd şahidlə isbat edə bilməzsə məhkəmədə lian olunaraq evliliyə son qoyula bilər. Lianda qadının özünü qorumasına imkan verilir. Amma gərək lian, gərəksə günahın şahidlə isbatı qadın üçün də, ailə üçün də köhnə olur. Bu səbəblə kişi hadisəni məhkəməyə verməyə bilər. Belə zaman arvadını boşaması da uyğun olmaya bilər. Bu halda qadının günahını kimsəyə söyləyə bilməz. Çünki söyləyib dörd şahidlə isbat edə bilməzsə ya iftira cəzasına, ya da lian etmək məcburiyyətində olar. Həm günahın örtülməsi, həm kişinin rahatlanması, həm də qadının cəzasız qalmaması üçün ərin arvadını bir müddət yataqda tək qoymasına və əli ilə onu yüngülvarı döyməsinə izn verilmişdir.

Nisa surəsinin 34-cü ayəsini Allah və Elçisinin (ə) açıqlamalarına görə deyil də, özümüzə görə anlamağa çalışsaq ərin arvadını istəklərinə boyun əymədi deyə döyə biləcəyi şəklində yanlış bir nəticəyə çatarıq. Allahın Elçisi (ə) belə buyurmuşdur:

«Kimsə arvadını gündüzlər kölə kimi qamçılayıb, axşam onunla yatağa girməsin.»7

Mənbə: Abdulaziz BAYINDIR, Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar, İstanbul, 2007, s. 241-247. Mətn Azərbaycan dilinə İsmayılova Könül tərəfindən çevrilib uyğunlaşdırılmışdır.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Rağıb Əl-İsfahani, Müfrədat lüğəti. []
  2. Buxarə, Səhih, Nikah, 111; Müslim, Səhih, Salam , 20\2172. []
  3. Buxari, Səhih, Nikah, 111. []
  4. “Özlərini sizin üçün qoruyanlar» deyə tərcümə edilən kəlmə (avanin)dir. Ənənədə bu kəlmə ün ismi faili olan nin cəmi sayılmışdır. Bu durumda əsirlər demək olur və hədisə bu məna verilir: «Qadınlar haqqında söz dinləməniz xeyrinizə olur. Onlar yanınızda əsirlərdir.» bizə görə bu məna həm hədisin özünə, həm də Qurana ziddir. Çünki hədisin davamında «Onlar üzərində başqa bir şeyə sahib deyilsiniz» buyurulmaqdadır. Əsir üzərində sahib olunmayan nə var ki, Peyğəmbərimiz (ə) onu demiş olsun. Üstəlik Allah Təala belə buyurmuşdur: «Maruf ölçülər içərisində o qadınların kişilər üzərindəki haqqı, kişilərin qadınlar üzərindəki haqqına bərabərdir. Kişilərin onlara qarşı bir dərəcələri vardır.» (Bəqərə, 228) Buna görə qadın ərinin əsiri ola bilməz. Çünki əsir ilə ağası arasında bərabər haqlardan söz edilə bilməz. Mövzumuz baxımından kişilərin onlara qarşı dərəcələri dördə qədər evlənə bilmələridir. Qadınlarda bu haqq yoxdur. Dolayısı ilə hədisə verilən yuxarıdakı məna səhvdir. []
  5. İbn Macə, Nikah, 1841. []
  6. Müslim, Səhih, Hac, 2137. []
  7. Buxarı, Səhih, Nikah, 93. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 1.052 dəfə oxundu
2 Etikaf 23.06.09 1.196 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 1.635 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 1.205 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 1.213 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 1.095 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 919 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 1.584 dəfə oxundu
9 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 913 dəfə oxundu
10 İftida: qadının boşanmaq hüququ 14.05.09 690 dəfə oxundu
11 Qadınların şahidliyi 14.05.09 702 dəfə oxundu
12 Hicab və örtünmək (təsəttür) 14.05.09 740 dəfə oxundu
13 Hicabı qadağan edənlər 14.05.09 802 dəfə oxundu
14 Nişanlıların kəbini 14.05.09 1.839 dəfə oxundu
15 Münafiqlərin korluğu 10.04.10 469 dəfə oxundu
16 Nikaha nəzarət 14.05.09 1.451 dəfə oxundu
17 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 771 dəfə oxundu
18 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 580 dəfə oxundu
19 İnsan peyğəmbər 06.07.09 732 dəfə oxundu
20 Təsbeh 06.07.09 879 dəfə oxundu
21 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 643 dəfə oxundu
22 Ailənin adından bir qurban 26.02.10 344 dəfə oxundu
23 Donuz dərisi 02.11.09 663 dəfə oxundu
24 Heyzli qadının ibadəti 24.02.10 1.732 dəfə oxundu
25 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 621 dəfə oxundu
26 Quran və müsəlmanlar 29.01.10 1.872 dəfə oxundu
27 Dəlillərlə Cümə namazı 12.02.10 339 dəfə oxundu
28 İnsan cəsədi və avtopsiya 05.02.10 773 dəfə oxundu
29 Qadınlar və Cümə namazı 26.03.10 1.069 dəfə oxundu
30 Valideyndən xəbərsiz kəbin 29.06.09 594 dəfə oxundu
31 Ölüdən kömək gözləmək 28.03.10 664 dəfə oxundu
32 Faiz 29.03.10 708 dəfə oxundu
33 Namazları cəm etmək 08.04.10 1.166 dəfə oxundu
34 Vərdişlər 10.04.10 537 dəfə oxundu
35 Allah, insan və xələf-sələf 12.04.10 511 dəfə oxundu
36 Nəsx və daşqalaq cəzası 27.05.10 667 dəfə oxundu
37 Qəndil 30.06.09 2.072 dəfə oxundu
38 Talaq: kişinin boşamaq hüququ 18.07.10 658 dəfə oxundu
39 Oruc və orucun başlanğıcı 27.08.10 763 dəfə oxundu
40 Ramazan bayramı (2010) 08.09.10 599 dəfə oxundu
41 Ramazan bayramının vaxtı 08.09.10 608 dəfə oxundu
42 Zikrin fəzilət və faydaları 26.11.10 718 dəfə oxundu
43 Dua 25.11.10 798 dəfə oxundu
44 Donuz əti və ziyanları 08.12.10 922 dəfə oxundu
45 Fitr sədəqəsi 20.06.09 1.033 dəfə oxundu
46 Qadının döyülməsi 07.06.10 1.042 dəfə oxundu
47 Şəfaət 08.04.10 531 dəfə oxundu
48 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 1.143 dəfə oxundu
49 İslamda falçılığa münasibət 27.11.10 896 dəfə oxundu
50 Şəfaət inancı 08.02.11 563 dəfə oxundu
51 Kəramət nə deməkdir? 15.02.11 448 dəfə oxundu
52 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 781 dəfə oxundu
53 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 605 dəfə oxundu
54 Şirk və küfr 14.07.11 492 dəfə oxundu
55 Quranda əşyaların dili 04.07.11 1.465 dəfə oxundu
56 Seyyidlər kimlərdir? 16.10.11 581 dəfə oxundu
57 Kişinin seksuallığı 09.01.12 380 dəfə oxundu
58 Surroqat analıq 03.02.12 186 dəfə oxundu