XƏLƏF-SƏLƏF MƏSƏLƏSİ
Bəqərə surəsi, 30-cu ayə1
Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, – dediyi zaman mələklər: “Sən orada qarışıqlıq salan və qan tökən bir kəsmi yaratmaq istəyirsən?”, - deyib əlavə etdilər: “Amma nə eyləsən, gözəl eylərsən, buna görə biz də sənə tabe olub, qarşında boyun əyirik”. Allah onlara: “Mən sizin bilmədiklərinizi bilirəm”, - deyə buyurdu.
Başqasının yerinə keçənə xəlifə, yaxud xələf deyilir. Hər insan ilk əvvəl öz atasının yerinə keçir. İnsan ömrü boyu bir çox insanın mal-mülkünü, onların cəmiyyətdə tutduğu mövqeyi və imkanları öz əlinə keçirə biləcəyi kimi, öz əlində olanları da itirə bilər. Bu vəziyyət başqalarının mal-mülk, mövqe, iş və ruzisinə göz dikməyə səbəb olur. Buna görə də dava-dalaş qopur və qan tökülür. Peyğəmbərlərə etiraz edənlər də öz əllərindəkilərini itirmək qorxusu ilə hərəkət ediblər. Peyğəmbərlər onları bu qorxudan xilas etmək üçün belə deyiblər:
Mən bunların müqabilində sizdən heç bir əvəz istəmirəm. Mənim alacağım [əvəz, muzd] ancaq aləmlərin Rəbbindəndir (Şuəra, 26/127)!
Hər xəlifənin yerinə keçdiyi özündən əvvəlki şəxs o xəlifənin sələfi olur. Beləliklə, bir xələf-sələf sistemi yaranır. Mələklər: “Sən orada qarışıqlıq salan və qan tökən bir kəsmi yaratmaq istəyirsən?”, – dedikləri zaman, əslində bu sistemə qarşı hiss etdikləri narahatlıq və təlaşı dilə gətirdilər. Allah Təala isə belə bir şeyin olmadığını bildirməmiş, lakin mələklərin bilmədikləri şeylər olduğunu bəyan etmişdir. Bu ayəyə istinadən insanın Allahın xəlifəsi olduğuna dair iddialar irəli sürülür. Xəlifə isə birinin olmaması, acizliyi, yaxud ölümü səbəbi ilə onun yerinə keçən şəxsdir.2 Elə isə insan Allaha deyil, yalnız başqa bir insana xəlifə ola bilər. Mövzu ilə əlaqədar bütün ayələr xəlifə sözünün bu mənasını qüvvətləndirir:
Ey Davud! Biz səni yer üzündə xəlifə etdik. Buna görə də insanlar arasında ədalətlə [doğru] hökm ver, öz nəfsinə uyma. Yoxsa bu səni Allahın yolundan sapdırar (Sad, 38/26).
Çünki Davud özündən əvvəl o torpaqlarda hakim olan Talutun yerinə keçmişdi. Bu mövzuyla, yəni, xəlifə məsələsi ilə əlaqədar bütün ayələr ancaq insanların bir-birinə xəlifə olduqlarını bildirir.3 Bu ayələrdən ikisi belədir:
Qövmü Nuhu yenə təkzib etdi. Biz də Nuhu və gəmidə onunla birlikdə olanları xilas etdik. Onları xəlifə etdik. Ayələrimizi təkzib edənləri isə suda batırıb boğduq. Gör [əzabla] qorxudulanların sonu necə oldu (Yunus, 10/73)!
[Musaya inananlar] dedilər: “Biz sən bizə peyğəmbər olaraq gəlməmişdən əvvəl də, gəldikdən sonra da əziyyət çəkdik”. [Musa onlara belə] cavab verdi: “Bəlkə də, Rəbbiniz düşməninizi yox edib, sizi yer üzündə xəlifə [varis] edəcək. Sonra da sizin nə etdiyinizə baxacaq” (Əraf, 7/129).
Bir dəfə bir alimlə belə bir söhbətimiz oldu. Mən ondan soruşdum ki, insan Allahın vəkili ola bilərmi? Alim mənə belə cavab verdi:
- Xeyr, Allah peyğəmbərini vəkil etməyib. Heç bizi edərmi? Allah peyğəmbərinə: “Əgər Allah istəsəydi, onlar şərik qoşub, müşrik olmazdılar. Biz səni onların üstündə qoruyucu qoymamışıq və sən onların vəkili də deyilsən!” (Ənam, 6/107); və “Sən sadəcə olaraq [müşrik və kafirləri Allahın əzabı ilə] qorxudan [bu barədə xəbərdarlıq edən] bir peyğəmbərsən. Allah isə hər şeyə vəkildir!” (Hud, 11/12), – deyə buyurub.
Mən alimdən yenə soruşdum:
- İnsan Allahın xəlifəsi ola bilərmi?
Alim cavab verdi:
- Bəli, ola bilər. Çünki Allah mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, – deyib.
Bundan sonra mən belə bir sual verdim:
- Xəlifəlik yüksək vəzifədir, yoxsa vəkillik?
Alim mənə: “Xəlifəlik daha yüksək bir vəzifədir. Vəkil bəzi məsələlərdə bir şeyi təmsil etmək səlahiyyətinə malik olur, ancaq xəlifənin səlahiyyətləri daha geniş və çoxdur”, – deyə cavab verdi.
Mən bir sual da soruşdum:
- Allahın vəkili ola bilməyən, xəlifəsi ola bilər?
Alim sualıma sualla cavab verdi:
- Bəs o ayəni sən necə başa düşürsən?
Mən də ona belə cavab verdim:
-Qurani-Kərimdə mütləq bir ayəni şərh edən başqa bir ayə var. Allah Təala: “Əlif, Lam, Ra. Bu, elə bir kitabdır ki, onun ayələri hikmət sahibidir. Hər şeydən xəbərdar olan [Allah] tərəfindən təsbit olunub və təfsilatla izah edilib” (Hud, 11/1), – deyə buyurmuşdur. Mövzuyla əlaqədar ayələrə baxıldığı vaxt, məlum olur ki, Bəqərə surəsinin 30-cu ayəsində söhbət bir şəxsin digərinin yerinə keçməsindən və xələf-sələf sistemindən gedir. Əksinə, insan Allaha xəlifə ola bilməz. İnsanın Allaha xəlifə olması həm xəlifə sözünün mənasına ziddir, həm də çox eybəcər bir vəziyyətin meydana gəlməsinə səbəb olar. Çünki belə olan halda, mələklər «Allahın yerinə keçəcək birinin fitnə-fəsad törədən və qan tökən birisi olacağını» deməklə, əslində Allahın fitnə-fəsad törədən və qan tökən olduğunu demiş olarlar. Halbuki, Allah Təala da, mələklər də belə şeylərdən uzaqdır.
Alim belə dedi:
- Sən məni susdurdun.
TƏSBİH VƏ TƏQDİS
Mələklər: “Nə eyləsən, gözəl eylərsən, buna görə biz də sənə tabe olub, qarşında boyun əyirik”, – dedilər. Allah onlara: “Mən sizin bilmədiklərinizi bilirəm”, - deyə buyurdu.
Təsbih sözü səbh kökündən əmələ gəlib. Səbh havada, yaxud suda sürətlə axıb getmək, üzmək, ulduzların öz trayektoriyalarında hərəkət etməsi kimi mənalar verir. Hər biri göydə [öz dairəsində] üzər (Yasin, 36/40). Səbh kəlməsi bunlarla yanaşı, sürətlə qaçmaq və atın sürətlə qaçması kimi mənaları da ifadə edir. Təsbih sözü isə Allaha ibadət etməkdə tələsmək mənasında işlədilib.4
Buradan çıxan nəticəyə görə, نسبح بحمدك – nusəbbihu bihəmdikə cümləsi «sənin həmdinin səbəbi ilə dərhal sənə qul oluruq» mənasını verir. Buna həmd sözünün tərcüməsini də əlavə edəndə, ümumi məna bu cür olur: Sən neylərsən, gözəl eylərsən. Biz də buna görə sənə boyun əyirik.5
Təqdis kəlməsi quds (qüds) kökündən düzəldilib. Qüdsün mənası təmiz olmaqdır. Təqdis isə tərtəmiz saymaq və pak hesab etməyi bildirir. Quddüs6 Allahın adlarından biri olub, ləkəsiz və pak deməkdir.7 Allahın tərtəmiz və pak olduğunu onun etdiklərinə baxıb, görə bilərik. نقدس لك – nuqaddisu ləkə – «səni təqdis edirik» cümləsini «sən ən təmizini edirsən» olaraq tərcümə etməyimizin səbəbi də məhz budur.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Bəqərə, 2/30, 66; Ali-İmran, 3/170; Nisa, 4/9; Ənam, 6/133, 165; Əraf, 7/69, 74, 129, 169; Yunus, 10/14, 73; Hud, 11/57; Rəd, 13/11; İsra, 17/76; Məryəm, 19/59; Nur, 24/55; Nəml, 27/62; Fatir, 35/39; Sad, 38/26. Ümumilikdə 20 ayə. [↩]
Etiketlər: Allahın xəlifəsi ola bilər?, canişin, insan Allahın xəlifəsidir?, xələf-sələf məsələsi, yer üzündə canişin
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Təravih namazı | 21.06.09 | 1.050 dəfə oxundu |
| 2 | Etikaf | 23.06.09 | 1.195 dəfə oxundu |
| 3 | Qədr gecəsi | 26.06.09 | 1.633 dəfə oxundu |
| 4 | Aypara məsələsi | 22.06.09 | 1.204 dəfə oxundu |
| 5 | Ramazan və dualarımız | 25.06.09 | 1.212 dəfə oxundu |
| 6 | Ramazan və Quran | 27.06.09 | 1.094 dəfə oxundu |
| 7 | Ramazan: imkanların ayı | 24.06.09 | 918 dəfə oxundu |
| 8 | Oruc: ümumi məlumat | 28.06.09 | 1.584 dəfə oxundu |
| 9 | Heyzli qadının orucuna dair şübhələr | 14.05.09 | 913 dəfə oxundu |
| 10 | İftida: qadının boşanmaq hüququ | 14.05.09 | 690 dəfə oxundu |
| 11 | Qadınların şahidliyi | 14.05.09 | 702 dəfə oxundu |
| 12 | Hicab və örtünmək (təsəttür) | 14.05.09 | 740 dəfə oxundu |
| 13 | Hicabı qadağan edənlər | 14.05.09 | 802 dəfə oxundu |
| 14 | Nişanlıların kəbini | 14.05.09 | 1.839 dəfə oxundu |
| 15 | Münafiqlərin korluğu | 10.04.10 | 468 dəfə oxundu |
| 16 | Nikaha nəzarət | 14.05.09 | 1.451 dəfə oxundu |
| 17 | Müsəlman olmayanlarla münasibətlər | 01.07.09 | 771 dəfə oxundu |
| 18 | Həccdə ticarət və ictimai fəaliyyət | 01.07.09 | 580 dəfə oxundu |
| 19 | İnsan peyğəmbər | 06.07.09 | 731 dəfə oxundu |
| 20 | Təsbeh | 06.07.09 | 879 dəfə oxundu |
| 21 | Peyğəmbər məscidində 40 vaxt namaz | 03.04.11 | 643 dəfə oxundu |
| 22 | Ailənin adından bir qurban | 26.02.10 | 344 dəfə oxundu |
| 23 | Donuz dərisi | 02.11.09 | 663 dəfə oxundu |
| 24 | Heyzli qadının ibadəti | 24.02.10 | 1.731 dəfə oxundu |
| 25 | Peyğəmbərin Həcc və Ömrə ziyarətləri | 06.11.09 | 620 dəfə oxundu |
| 26 | Quran və müsəlmanlar | 29.01.10 | 1.871 dəfə oxundu |
| 27 | Dəlillərlə Cümə namazı | 12.02.10 | 338 dəfə oxundu |
| 28 | İnsan cəsədi və avtopsiya | 05.02.10 | 772 dəfə oxundu |
| 29 | Qadınlar və Cümə namazı | 26.03.10 | 1.068 dəfə oxundu |
| 30 | Valideyndən xəbərsiz kəbin | 29.06.09 | 594 dəfə oxundu |
| 31 | Ölüdən kömək gözləmək | 28.03.10 | 663 dəfə oxundu |
| 32 | Faiz | 29.03.10 | 707 dəfə oxundu |
| 33 | Namazları cəm etmək | 08.04.10 | 1.165 dəfə oxundu |
| 34 | Vərdişlər | 10.04.10 | 536 dəfə oxundu |
| 35 | Allah, insan və xələf-sələf | 12.04.10 | 510 dəfə oxundu |
| 36 | Nəsx və daşqalaq cəzası | 27.05.10 | 665 dəfə oxundu |
| 37 | Qəndil | 30.06.09 | 2.072 dəfə oxundu |
| 38 | Talaq: kişinin boşamaq hüququ | 18.07.10 | 657 dəfə oxundu |
| 39 | Oruc və orucun başlanğıcı | 27.08.10 | 762 dəfə oxundu |
| 40 | Ramazan bayramı (2010) | 08.09.10 | 599 dəfə oxundu |
| 41 | Ramazan bayramının vaxtı | 08.09.10 | 608 dəfə oxundu |
| 42 | Zikrin fəzilət və faydaları | 26.11.10 | 718 dəfə oxundu |
| 43 | Dua | 25.11.10 | 798 dəfə oxundu |
| 44 | Donuz əti və ziyanları | 08.12.10 | 922 dəfə oxundu |
| 45 | Fitr sədəqəsi | 20.06.09 | 1.032 dəfə oxundu |
| 46 | Qadının döyülməsi | 07.06.10 | 1.041 dəfə oxundu |
| 47 | Şəfaət | 08.04.10 | 530 dəfə oxundu |
| 48 | Qütblərdə namaz vaxtları: elmi sübut | 31.01.11 | 1.143 dəfə oxundu |
| 49 | İslamda falçılığa münasibət | 27.11.10 | 896 dəfə oxundu |
| 50 | Şəfaət inancı | 08.02.11 | 563 dəfə oxundu |
| 51 | Kəramət nə deməkdir? | 15.02.11 | 448 dəfə oxundu |
| 52 | Quranda adam öldürməyin cəzası: QİSAS | 30.03.11 | 781 dəfə oxundu |
| 53 | Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri | 08.04.11 | 605 dəfə oxundu |
| 54 | Şirk və küfr | 14.07.11 | 492 dəfə oxundu |
| 55 | Quranda əşyaların dili | 04.07.11 | 1.463 dəfə oxundu |
| 56 | Seyyidlər kimlərdir? | 16.10.11 | 581 dəfə oxundu |
| 57 | Kişinin seksuallığı | 09.01.12 | 378 dəfə oxundu |
| 58 | Surroqat analıq | 03.02.12 | 186 dəfə oxundu |