ŞƏFAƏT
Bəqərə surəsi, 48-ci ayə
Elə bir gündən qorxun ki, o gün heç kim bir-birinin yerinə cəza çəkməyəcək. O gün heç kimdən şəfaət qəbul edilməyəcək və əvəz alınmayacaq. Onlara [günahkarlara] heç bir kömək edilməyəcək!
Şəfaət sözü belə bir məna verir: Kömək etmək, yaxud bir şey istəmək məqsədi ilə bir şəxsi müşayiət etmək, ona yoldaşlıq etmək. Bu sözün ən çox istifadə edilən mənası möhtərəm bir şəxsin özündən aşağı mövqedə olan birisini qorumaq məqsədilə dəstəkləməsi, havadarlıq etməsi və ona arxa durması mənasıdır. İnsanlar arasında bu cür münasibətlər olur. Allah Təala Qurani-Kərimdə belə buyurur:
Kim gözəl işə şəfaət etsə [buna havadarlıq edərsə], bundan [savabından] ona bir pay düşür. Kim də pis işə havadarlıq etsə, ondan [günahından] məsuldur. Allah hər şeyin əvəzini verəndir (Ən-Nisa, 4/85)!
Şəfaət deyildiyi vaxt, möhtərəm bir şəxsin Allahın hüzurunda bir başqasına arxa durub, havadarlıq etməsi və ona kömək göstərməsi nəzərdə tutulur. Allah Təala özünə qarşı edilən belə bir rəftarı qəbul etməz:
Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları Quranla xəbərdar et. Onların Allahdan başqa nə bir himayədarları var, nə də [şəfaət edici] havadarları. Bəlkə, onlar pis işlərdən çəkinərlər (Ənam, 6/51)!
O gün hamının işi başından aşar. Allah buyurur:
O gün insan öz qardaşından, ata-anasından, xanımından və oğullarından qaçacaq! O gün onların işi başlarından aşacaq (Əbəsə, 80/34-37)!
De: “Bütün şəfaət ancaq Allaha məxsusdur!” (Əz-Zumər, 39/44).
De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir ziyan verə bilərəm” (Əraf, 7/188).
Ey iman gətirənlər! Ticarətin, dostluğun və şəfaətin qeyri-mümkün olduğu gündən [Qiyamət günündən] əvvəl sizə verdiyimiz ruzidən paylayın! Nankorluq edənlər [kafirlər] isə zalımlardır [özlərinə zülm edənlərdir] (Bəqərə, 2/254)!
Ənsardan1 Ümmül-Əla rəvayət edir ki, mühacirlər üçün püşk atıldığı zaman bizə Osman ibn Məzun düşdü. Onu evimizə yerləşdirdik. Sonra o, ölümcül bir xəstəliyə tutuldu. Vəfat etdiyi zaman yuyuldu və öz paltarları ilə kəfənləndi. Bu dəm Məhəmməd əleyhissəlam içəri girdi. O əsnada mən: “Ey Əbus-Saib!2 Allah sənə rəhmət etsin! Mən Allahın sənə həqiqətən lütf etdiyinə şahidəm”, – dedim. Bunun üstündən Məhəmməd əleyhissəlam məndən: “Allahın ona lütf etdiyini nə bilirsən?”, – deyə soruşdu. Mən də: “Atam sənə qurban olsun ey Allahın elçisi! Bəs Allah kimə lütf edər?”, – dedim. Həzrəti Məhəmməd belə buyurdu: “Bəli, ona qaçınılmaz (mütləq) həqiqət gəldi (ölüm gəldi). Vallah mən onun üçün həmişə xeyir-xeyrat gözləyirəm. Ancaq mən Allahın peyğəmbəri olduğum halda, özümün belə, necə qarşılanacağımı bilmirəm”. Bundan sonra Ümmül-Əla: “Vallah mən bundan sonra heç kimi təmizə çıxartmayacağam”, – dedi.3
Müşrik şəxs Allahı yer üzünün krallarına oxşatdığına görə vasitəçilik edən və onu qoruya biləcək birisini axtarır. Onun fikrincə bu, Allaha yaxınlığı olan və Allahın imtina etməyəcəyi bir şey olmalıdır. Məkkəli müşriklər elə hesab edirdilər ki, öz bütləri belə bir mövqedədir. Qurani-Kərimdə belə deyilir:
Onlar Allahı qoyub, özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edirlər. Və belə deyirlər: “Bunlar Allahın hüzurunda bizdən ötrü şəfaət edənlərdir”. De: “Allaha göylərdə və yerdə [onun] bilmədiyi bir şeyi xəbər verirsiniz? Allah özünə şərik qoşulan şeylərdən uzaq və ucadır!” (Yunus, 10/18).
Allah kimə şəfaət etmək səlahiyyəti verirsə, onlar öz istədiklərinə deyil, yalnız Allahın istədiyi kimsələrə şəfaət edə bilərlər. Bu bilinən mənada bir şəfaət deyil. Allah Təala buyurur:
Allah onların nə etdiklərini də, nə edəcəklərini də bilir. Onlar ancaq Allahın razı olduğu kəslərdən ötrü şəfaət edə bilər və onun [Allahın] qorxusundan titrəyərlər. Onlardan kim: “Mən Allahdan başqa bir tanrıyam”, – desə, onu cəhənnəmlə cəzalandırarıq. Budur, biz zalımlara belə cəza veririk (Ənbiya, 21/28-29)!
Əbu Hüreyrə rəvayət edir ki, «Ən yaxın qohum-əqrəbanı qorxut!» (Əş-Şuəra, 26/214) ayəsi nazil olduğu vaxt, peyğəmbər əleyhissəlam ayağa qalxdı və belə dedi:
Ey Qüreyş qəbiləsi! Özünüzü xilas etməyə çalışın! Allahın yanında mənim sizə heç bir faydam olmaz! Ey Abdumanaf oğulları, Allah yanında sizə heç bir xeyrim dəyməz! Ey Abdulmüttəlib oğlu Abbas (peyğəmbərin öz əmisi), Allahın hüzurunda mənim sənə heç bir faydam toxunmaz! Ey Səfiyyə (peyğəmbərin bibisi)! Allahın yanında sənə də heç bir xeyrim olmaz! Ey Məhəmmədin qızı Fatimə! Mənim mal-mülkümdən nə istəyirsən istə, ancaq Allahın hüzurunda sənə də heç bir faydam olmaz!4
Allah Təala peyğəmbərimizə xitab edərək belə buyurur:
Sənə gələn hər yaxşılıq Allahdandır, başına gələn hər bir pislik isə sənin özündəndir. [Ey Məhəmməd!] biz səni insanlara peyğəmbər olaraq göndərdik. Allahın buna şahid olmağı kifayətdir (Ən-Nisa, 4/79)!
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: şəfaət, şəfaət etmək, şəfaət gözləmək, şəfaət ummaq, şəfi
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Təravih namazı | 21.06.09 | 1.230 dəfə oxundu |
| 2 | Etikaf | 23.06.09 | 1.358 dəfə oxundu |
| 3 | Qədr gecəsi | 26.06.09 | 1.798 dəfə oxundu |
| 4 | Aypara məsələsi | 22.06.09 | 1.377 dəfə oxundu |
| 5 | Ramazan və dualarımız | 25.06.09 | 1.351 dəfə oxundu |
| 6 | Ramazan və Quran | 27.06.09 | 1.247 dəfə oxundu |
| 7 | Ramazan: imkanların ayı | 24.06.09 | 1.049 dəfə oxundu |
| 8 | Oruc: ümumi məlumat | 28.06.09 | 1.753 dəfə oxundu |
| 9 | Heyzli qadının orucuna dair şübhələr | 14.05.09 | 1.022 dəfə oxundu |
| 10 | İftida: qadının boşanmaq hüququ | 14.05.09 | 850 dəfə oxundu |
| 11 | Qadınların şahidliyi | 14.05.09 | 794 dəfə oxundu |
| 12 | Hicab və örtünmək (təsəttür) | 14.05.09 | 881 dəfə oxundu |
| 13 | Hicabı qadağan edənlər | 14.05.09 | 921 dəfə oxundu |
| 14 | Nişanlıların kəbini | 14.05.09 | 2.176 dəfə oxundu |
| 15 | Münafiqlərin korluğu | 10.04.10 | 552 dəfə oxundu |
| 16 | Nikaha nəzarət | 14.05.09 | 1.674 dəfə oxundu |
| 17 | Müsəlman olmayanlarla münasibətlər | 01.07.09 | 902 dəfə oxundu |
| 18 | Həccdə ticarət və ictimai fəaliyyət | 01.07.09 | 660 dəfə oxundu |
| 19 | İnsan peyğəmbər | 06.07.09 | 874 dəfə oxundu |
| 20 | Təsbeh | 06.07.09 | 1.005 dəfə oxundu |
| 21 | Peyğəmbər məscidində 40 vaxt namaz | 03.04.11 | 783 dəfə oxundu |
| 22 | Ailənin adından bir qurban | 26.02.10 | 459 dəfə oxundu |
| 23 | Donuz dərisi | 02.11.09 | 776 dəfə oxundu |
| 24 | Heyzli qadının ibadəti | 24.02.10 | 2.070 dəfə oxundu |
| 25 | Peyğəmbərin Həcc və Ömrə ziyarətləri | 06.11.09 | 727 dəfə oxundu |
| 26 | Quran və müsəlmanlar | 29.01.10 | 1.982 dəfə oxundu |
| 27 | Dəlillərlə Cümə namazı | 12.02.10 | 547 dəfə oxundu |
| 28 | İnsan cəsədi və avtopsiya | 05.02.10 | 893 dəfə oxundu |
| 29 | Qadınlar və Cümə namazı | 26.03.10 | 1.304 dəfə oxundu |
| 30 | Valideyndən xəbərsiz kəbin | 29.06.09 | 909 dəfə oxundu |
| 31 | Ölüdən kömək gözləmək | 28.03.10 | 790 dəfə oxundu |
| 32 | Faiz | 29.03.10 | 871 dəfə oxundu |
| 33 | Namazları cəm etmək | 08.04.10 | 1.356 dəfə oxundu |
| 34 | Vərdişlər | 10.04.10 | 627 dəfə oxundu |
| 35 | Allah, insan və xələf-sələf | 12.04.10 | 602 dəfə oxundu |
| 36 | Nəsx və daşqalaq cəzası | 27.05.10 | 793 dəfə oxundu |
| 37 | Qəndil | 30.06.09 | 2.460 dəfə oxundu |
| 38 | Talaq: kişinin boşamaq hüququ | 18.07.10 | 798 dəfə oxundu |
| 39 | Oruc və orucun başlanğıcı | 27.08.10 | 861 dəfə oxundu |
| 40 | Ramazan bayramı (2010) | 08.09.10 | 695 dəfə oxundu |
| 41 | Ramazan bayramının vaxtı | 08.09.10 | 682 dəfə oxundu |
| 42 | Zikrin fəzilət və faydaları | 26.11.10 | 837 dəfə oxundu |
| 43 | Dua | 25.11.10 | 963 dəfə oxundu |
| 44 | Donuz əti və ziyanları | 08.12.10 | 1.083 dəfə oxundu |
| 45 | Fitr sədəqəsi | 20.06.09 | 1.171 dəfə oxundu |
| 46 | Qadının döyülməsi | 07.06.10 | 1.287 dəfə oxundu |
| 47 | Şəfaət | 08.04.10 | 641 dəfə oxundu |
| 48 | Qütblərdə namaz vaxtları: elmi sübut | 31.01.11 | 1.396 dəfə oxundu |
| 49 | İslamda falçılığa münasibət | 27.11.10 | 1.166 dəfə oxundu |
| 50 | Şəfaət inancı | 08.02.11 | 666 dəfə oxundu |
| 51 | Kəramət nə deməkdir? | 15.02.11 | 564 dəfə oxundu |
| 52 | Quranda adam öldürməyin cəzası: QİSAS | 30.03.11 | 925 dəfə oxundu |
| 53 | Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri | 08.04.11 | 724 dəfə oxundu |
| 54 | Şirk və küfr | 14.07.11 | 663 dəfə oxundu |
| 55 | Quranda əşyaların dili | 04.07.11 | 2.151 dəfə oxundu |
| 56 | Seyyidlər kimlərdir? | 16.10.11 | 967 dəfə oxundu |
| 57 | Kişinin seksuallığı | 09.01.12 | 1.235 dəfə oxundu |
| 58 | Surroqat analıq | 03.02.12 | 669 dəfə oxundu |
| 59 | Piramida və şəbəkə marketinqi | 24.02.12 | 293 dəfə oxundu |
| 60 | «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri | 08.03.12 | 218 dəfə oxundu |