Cavab: Nişanlıların arasında kəsilən kəbin həqiqi bir kəbindir. Bu kəbinin kəsilməsindən etibarən nişanlılıq müddəti başa çatır və evlilik dövrü başlayır.
Ancaq qaçaqaçın qarşısının alınması və nişanlıların günah iş görmədən bir-biri ilə söhbət edib gəzməyi üçün kəsilən başqa bir kəbin növü yoxdur. Bundan söhbət gedə bilməz. Cəmi bir kəbin var və o kəbin kəsilən kimi evlilik dövrü başlayır. Qız və oğlan bir-biri ilə artıq nişanlı deyil, evli olurlar.
Bu kəbindən sonra kişi arvadını öz evinə apara bilər; onun belə bir hüququ var. Qadın ərinin evinə getməmək üçün ancaq və ancaq mehri-müəccəlinin (nəğd olaraq verilməsi şərt kəsilən mehrin) hələ də ödənməməsini səbəb göstərə bilər. Bundan başqa heç bir şey irəli sürülə bilməz. Cehizin hələ hazır olmaması, nişan və yaxud toy mərasiminin keçirilməməsi maneə kimi göstərilə bilməz. Əgər toy ediləcəksə, dərhal edilməli və ər arvadını öz evinə aparmalıdır.
Mehr bilindiyi kimi, kişinin arvadına verməli olduğu bir maldır. Tərəflərin razılığına, yaxud da adət-ənənəyə əsasən mehrin bir qismi nəğd, bir hissəsi isə sonra verilə bilər. Mehrin hamısının ya bəri başdan, yəni nəğd ya da sonra verilməsini şərt kəsmək də olar. Əgər kəbin kəsilən vaxt mehrin hamısının, yaxud bir hissəsinin nəğd verilməsi şərt qoyulubsa, qadın ərinə təslim olmaq üçün bu şərtin yerinə yetirilməsini tələb edə bilər. Bu şərt də yerinə yetirildikdən sonra qadın ərindən başqa bir şey tələb edə bilməz. Artıq qadının atası, qardaşları və ya hər hansı bir ailə üzvünün başqa bir şərt qoymağa ixtiyarı yoxdur.
Toyun gecikdirilməsi adətən tərəflər arasında narazılığa səbəb olur. Əslində buna qız və oğlan deyil, kəbin kəsiləndən sonra heç bir səlahiyyəti qalmayan qız və oğlan tərəfləri səbəb olur. Onlar belə etməklə günah iş görürlər.
Ərinin evinə getmək istəməyən bir qadın atasının, yaxud da özünün evində ərinə təslim olmalıdır. Əgər bundan imtina etsə, naşizə olur, yəni, istəksiz davranır və öz ərinə itaət etmir.
Əgər kişi arvadını öz evinə aparmaq istəmirsə, onun nəfəqəsini mütləq verməli, başqa sözlə, qadının bütün məişət xərclərini (yemək-içmək, qalmaq üçün yer, nəqliyyat, lazım olduğu vaxt səhiyyə xərcləri və sairə kimi) ödəməlidir. Əgər kəbin kəsilibsə, toy edilib-edilməməsinin buna dəxli yoxdur. Çünki kəbinlə toy birlikdə olur. Kəbindən sonra evlilik ləğv edilərsə, artıq bu məsələdə boşanma ilə əlaqədar hökmlər qüvvəyə minir.
Nişanlılıq məsələsinddə adətən böyük səhvlərə yol verilir. Nişan gələcəkdə evlənmək üçün verilən sözdən və həyata keçirilən bəzi mərasimlərdən ibarətdir. Tərəflər bu müddət ərzində bir-birini yaxşı-yaxşı tanımaq imkanı əldə edirlər. Onlar bir-birləri haqqında qəti bir qənaətə gəldikdən sonra dərhal kəbin kəsdirib toy etməlidirlər. Kəbin kəsdirmək evliliyin faktiki olaraq həyata keçirilməsi deməkdir. Kəbin kəsildikdən sonra evliliklə əlaqədar olan bütün haqq və məsuliyyətlər başlayır. Beləliklə, tərəflərin bir-birini nişanlı hesab etmələri qeyri-mümkündür. Elə isə bu məsələdə çox diqqətli olmaq, kəbini toy əsnasında kəsdirmək və toyu əsla gecikdirməmək lazımdır.1
Mərhum müəllimimiz Ömər Nəsuhi Bilmənin bildirdiyinə görə Maliki və Şafi məzhəbləri aşağıda göstərilən şəkildə kəsilən kəbini qeyri-səhih, yəni, düzgün olmayan kəbin hesab edirlər:
Sadəcə olaraq qaçaqaçın qabağını almaq məqsədilə, yəni, kişinin arvadını öz evinə apara bilməməsi və onunla cinsi əlaqəyə girməməsi kimi şərtlərlə kəsilən kəbin. Maliki məzhəbinin bu məsələ ilə əlaqədar fikrinə əsasən bu cür bir kəbin tərəflər birləşməmiş ləğv edilməlidir. Şafi məzhəbinin rəyi isə belədir: Əgər belə bir şərti qız tərəfi qoyubsa, kəbin batil olur, yəni, etibarsız sayılır.2
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: fırıldaqçı kəbin, nişanlanmaq, nişanlılar, nışanlılar arasında, nişanlıların kəbini
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Təravih namazı | 21.06.09 | 1.050 dəfə oxundu |
| 2 | Etikaf | 23.06.09 | 1.195 dəfə oxundu |
| 3 | Qədr gecəsi | 26.06.09 | 1.633 dəfə oxundu |
| 4 | Aypara məsələsi | 22.06.09 | 1.204 dəfə oxundu |
| 5 | Ramazan və dualarımız | 25.06.09 | 1.212 dəfə oxundu |
| 6 | Ramazan və Quran | 27.06.09 | 1.094 dəfə oxundu |
| 7 | Ramazan: imkanların ayı | 24.06.09 | 918 dəfə oxundu |
| 8 | Oruc: ümumi məlumat | 28.06.09 | 1.584 dəfə oxundu |
| 9 | Heyzli qadının orucuna dair şübhələr | 14.05.09 | 912 dəfə oxundu |
| 10 | İftida: qadının boşanmaq hüququ | 14.05.09 | 690 dəfə oxundu |
| 11 | Qadınların şahidliyi | 14.05.09 | 701 dəfə oxundu |
| 12 | Hicab və örtünmək (təsəttür) | 14.05.09 | 740 dəfə oxundu |
| 13 | Hicabı qadağan edənlər | 14.05.09 | 802 dəfə oxundu |
| 14 | Nişanlıların kəbini | 14.05.09 | 1.839 dəfə oxundu |
| 15 | Münafiqlərin korluğu | 10.04.10 | 468 dəfə oxundu |
| 16 | Nikaha nəzarət | 14.05.09 | 1.451 dəfə oxundu |
| 17 | Müsəlman olmayanlarla münasibətlər | 01.07.09 | 771 dəfə oxundu |
| 18 | Həccdə ticarət və ictimai fəaliyyət | 01.07.09 | 580 dəfə oxundu |
| 19 | İnsan peyğəmbər | 06.07.09 | 730 dəfə oxundu |
| 20 | Təsbeh | 06.07.09 | 878 dəfə oxundu |
| 21 | Peyğəmbər məscidində 40 vaxt namaz | 03.04.11 | 643 dəfə oxundu |
| 22 | Ailənin adından bir qurban | 26.02.10 | 344 dəfə oxundu |
| 23 | Donuz dərisi | 02.11.09 | 662 dəfə oxundu |
| 24 | Heyzli qadının ibadəti | 24.02.10 | 1.731 dəfə oxundu |
| 25 | Peyğəmbərin Həcc və Ömrə ziyarətləri | 06.11.09 | 620 dəfə oxundu |
| 26 | Quran və müsəlmanlar | 29.01.10 | 1.871 dəfə oxundu |
| 27 | Dəlillərlə Cümə namazı | 12.02.10 | 338 dəfə oxundu |
| 28 | İnsan cəsədi və avtopsiya | 05.02.10 | 772 dəfə oxundu |
| 29 | Qadınlar və Cümə namazı | 26.03.10 | 1.068 dəfə oxundu |
| 30 | Valideyndən xəbərsiz kəbin | 29.06.09 | 594 dəfə oxundu |
| 31 | Ölüdən kömək gözləmək | 28.03.10 | 663 dəfə oxundu |
| 32 | Faiz | 29.03.10 | 707 dəfə oxundu |
| 33 | Namazları cəm etmək | 08.04.10 | 1.165 dəfə oxundu |
| 34 | Vərdişlər | 10.04.10 | 536 dəfə oxundu |
| 35 | Allah, insan və xələf-sələf | 12.04.10 | 509 dəfə oxundu |
| 36 | Nəsx və daşqalaq cəzası | 27.05.10 | 665 dəfə oxundu |
| 37 | Qəndil | 30.06.09 | 2.072 dəfə oxundu |
| 38 | Talaq: kişinin boşamaq hüququ | 18.07.10 | 657 dəfə oxundu |
| 39 | Oruc və orucun başlanğıcı | 27.08.10 | 762 dəfə oxundu |
| 40 | Ramazan bayramı (2010) | 08.09.10 | 599 dəfə oxundu |
| 41 | Ramazan bayramının vaxtı | 08.09.10 | 608 dəfə oxundu |
| 42 | Zikrin fəzilət və faydaları | 26.11.10 | 717 dəfə oxundu |
| 43 | Dua | 25.11.10 | 798 dəfə oxundu |
| 44 | Donuz əti və ziyanları | 08.12.10 | 922 dəfə oxundu |
| 45 | Fitr sədəqəsi | 20.06.09 | 1.032 dəfə oxundu |
| 46 | Qadının döyülməsi | 07.06.10 | 1.041 dəfə oxundu |
| 47 | Şəfaət | 08.04.10 | 530 dəfə oxundu |
| 48 | Qütblərdə namaz vaxtları: elmi sübut | 31.01.11 | 1.143 dəfə oxundu |
| 49 | İslamda falçılığa münasibət | 27.11.10 | 896 dəfə oxundu |
| 50 | Şəfaət inancı | 08.02.11 | 563 dəfə oxundu |
| 51 | Kəramət nə deməkdir? | 15.02.11 | 448 dəfə oxundu |
| 52 | Quranda adam öldürməyin cəzası: QİSAS | 30.03.11 | 780 dəfə oxundu |
| 53 | Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri | 08.04.11 | 605 dəfə oxundu |
| 54 | Şirk və küfr | 14.07.11 | 492 dəfə oxundu |
| 55 | Quranda əşyaların dili | 04.07.11 | 1.463 dəfə oxundu |
| 56 | Seyyidlər kimlərdir? | 16.10.11 | 581 dəfə oxundu |
| 57 | Kişinin seksuallığı | 09.01.12 | 378 dəfə oxundu |
| 58 | Surroqat analıq | 03.02.12 | 186 dəfə oxundu |