Qadınların şahidliyi
Müsəlmanlar > Tədqiqatlar Tarix: 14 may 2009 Tövsiyə et Çap et

QADINLARIN ŞAHİDLİYİ1

Öz adamlarınızdan iki kişini şahid tutun! Əgər iki kişi yoxdursa, qəbul edəcəyiniz [razı olacağınız] bir kişi ilə iki qadının şahidliyi kifayət edər. Biri yanılsa, digəri ona xatırlatsın. Şahidlər çağırıldıqları zaman boyun qaçırmasınlar. Borc istər böyük, istərsə kiçik olsun, borcu öz vədəsi ilə birlikdə yazmağa ərinməyin! Bu, Allah yanında doğru, şahidlik üçün daha etibarlı və sizin şübhəyə düşməməyiniz üçün daha münasib olar (Əl-Bəqərə surəsi, 2/282).

Qurani-Kərim şahidlik məsələsində kişi ilə qadın arasında fərq qoymadığı halda, fiqh ənənəsində fərq qoyulmuş, hətta məhkəmədə cəza və qisas məsələlərinə baxıldığı zaman, bütün şahidlərin kişi olması şərti irəli sürülmüşdür. Digər məhkəməlik işlərdə isə şahidlik etmək üçün iki kişi, yaxud da bir kişi ilə iki qadın kifayət etmişdir. Borca səbəb olan hüquqi münasibətlərin müəyyənləşdirilməsi ilə əlaqədar olan ayədə belə buyurulur:

Öz adamlarınızdan iki kişini şahid tutun! Əgər iki kişi yoxdursa, qəbul edəcəyiniz [razı olacağınız] bir kişi ilə iki qadının şəhadəti kifayət edər. Biri yanılsa, digəri ona xatırlatsın (Əl-Bəqərə, 2/282).

Ayənin cümlələri arasındakı əlaqəyə diqqət yetirilmədiyi təqdirdə, belə bir qənaətə gəlmək olar ki, bu ayə şahidlik məsələsində kişi ilə qadın arasında fərq qoyub. Belə ki, əvvəlki fəqihlər də bu cür davranıblar. Ayənin davamı belədir:

Şahidlər çağırıldıqları zaman boyun qaçırmasınlar. Borc istər böyük, istərsə kiçik olsun, borcu öz vədəsi ilə birlikdə yazmağa ərinməyin! Bu, Allah yanında doğru, şahidlik üçün daha etibarlı və sizin şübhəyə düşməməyiniz üçün daha münasib olar.

«Bu, şahidlik üçün daha etibarlıdır» ifadəsi borcu həm yazı ilə müəyyənləşdirmək baxımından, həm də şahidliyin kifayət edib-etməməsi baxımından qiymətləndirilə bilər. «Daha etibarlı» ifadəsi «etibarlı» sözünün ziddidir. Etibarlı olan iki şey müqayisə edildikdə, ikisindən birinə «daha etibarlı» demək mümkündür. Əgər burada bir kişi ilə iki qadının şahidliyinin daha etibarlı olduğu deyilirsə, bu şərtə riayət etmədən yerinə yetirilən şahidliyi etibarlı qəbul etmək lazımdır.

Vəsiyyətə şahidlik etməyə dair ayələr bu məsələyə bir aydınlıq gətirir və yuxarıdakı hökmün borcun yazı ilə müəyyən edilməsilə yanaşı, şahidliyin kifayət edib-etməməsilə də əlaqədar olduğunu göstərir. Allah Təala belə buyurur:

Ey möminlər! Sizin aranızdan bir şəxs ölüm döşəyində vəsiyyət edəcəyi zaman, aranızdan iki etibarlı [ədalətli] şəxsi şahid tutun. Əgər səfərdə isəniz və ölüm gəlib çatarsa, özünüzdən olmayan iki nəfər də ola bilər. Əgər (onlar şahidlik etdikləri zaman) şübhələnsəniz, namazdan sonra onları tutub saxlayın. Onlar belə and içsinlər: “Vallah, istərsə, qohumumuz olsun, öz andımızı heç bir qiymətə satmarıq. Allah üçün edilən şahidliyi gizlətmərik. Elə olsa, biz şübhəsiz ki, günahkarlardan olarıq!”.

Əgər onların günaha batdıqları məlum olsa, o zaman onların yerinə ölən şəxsə daha yaxın olan iki nəfər keçər və: “Vallah, bizim şahidliyimiz onların şahidliyindən daha doğrudur. Biz haqsızlıq etmərik. Əks təqdirdə, biz şübhəsiz ki, zalimlərdən olarıq”, – deyə and içərlər (Əl-Maidə, 5/106-107).

Bu ayələrdə kişi ilə qadın arasında fərq qoyulmadan etibarlı iki müsəlman şahidə üstünlük verilmişdir. Əgər vəsiyyət səfərdə edilirsə, müsəlman olmayan iki şəxsin şahidliyinin kifayət etdiyi bildirilmişdir. Səfərin xüsusi şərtlərinə görə şahidlərin hamısı qadın, yaxud hamısı kişi və ya bir qadın və bir kişi ola bilər.

Əgər şahidlər yalandan şahidlik edib, günahkar olsalar, bu zaman ölən şəxsin iki qohumu şahidlik edib, əvvəlki şahidlərin şahidliyini etibarsız hala gətirməlidirlər. Ölən şəxsin qohumları qadın da ola bilər.

Burada dəlil kimi götürülməli olan cümlə budur: “Bu, şahidliyi lazım olduğu kimi yerinə yetirmələrinin ən aşağı səviyyəsidir” (Əl-Maidə 5/108). Bu cümləni Əl-Bəqərə surəsinin 282-ci ayəsindəki «Bu, şahidlik üçün daha etibarlıdır» cümləsi ilə müqayisə etdikdə, məlum olur ki, şahidlərin iki kişi və yaxud bir kişi ilə bir qadın olması bir qayda deyildir.

Bu məsələdə aşağıdakı hədis də dəlil kimi götürülmüşdür:

İki qadının şahidliyinin bir kişinin şahidliyinə bərabər sayılması onun ağlının çatışmazlığını göstərir (Müslüm, İman, 132).

Ağıl sözü Ərəb dilində bilik məlumat mənası da verir.2 Ağıl çatışmazlığı (ağlın nöqsanlı olması) əslində bilik çatışmazlığı və məlumatın azlığıdır. İnsanın bilmədiyi bir məsələ barəsində şahidlik etməyi çətindir. Çünki o məsələni lazım olduğu kimi qavrayıb, başa düşə bilmir. Bu da şübhələnməyə səbəb olur. Qadınlar ümumiyyətlə borca səbəb olan hüquqi əlaqələrə maraq göstərmirlər. Buna görə də onların bu mövzu ətrafındakı məlumatları məhdud olur. Buradan belə bir nəticə çıxır ki, yuxarıdakı hədis Əl-Bəqərə surəsinin 282-ci ayəsini izah edir. Çünki insan yaxşı bilmədiyi bir mövzuda gördüyü və eşitdiyi şeylərin hansının əsas məsələ ilə, hansının da təfərrüatlarla əlaqədar olduğunu başa düşə bilmir və asanlıqla səhv edir.

A) ZİNAYA ŞAHİDLİK ETMƏK

Dörd məşhur məzhəb zina məsələlərində qadınların şahidliyini qəbul etmir. Halbuki, Qurani-Kərim bu barədə qadınla kişi arasında bir fərq qoymamışdır. Allah Təala bu barədə belə buyurur:

Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan [mömin şəxslərdən] dörd şahid gətirin! Əgər onlar şahidlik etsələr, qadınları ölənə qədər, ya da Allah onlara bir yol açanadək evlərdə həbs edin (Ən-Nisa, 4/15)!

Lian3 ilə əlaqədar olan ayələr qadınların zinaya şahidlik etmələri məsələsini izah edir:

Arvadlarına zina suçu atıb, özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi özünün doğru dediyinə dair dörd dəfə Allahın adına and içərək şahidlik etməsi, beşinci dəfədə isə əgər yalan deyirsə, Allahın lənətinin öz üzərinə olmasını diləməyidir.

Qadının isə ərinin yalan deməsi barədə dörd dəfə Allahı şahid tutması və beşinci dəfədə əgər əri doğru deyirsə, Allahın qəzəbinin öz üzərinə olmasını istəməsi o cəzanı öz üstündən götürür (Ən-Nur, 24/6-9).

Burada kişinin: “Allah şahidim olsun ki, mən düz deyirəm!”, – deyə söylədiyi hər ifadə bir şahidlik sayılmışdır. Kişinin bunu dörd dəfə təkrar etməsi dörd şahidlik sayılır və onu zina iftirası günahından xilas edir. Qadının isə: “Allah şahidim olsun ki, ərim yalan deyir!”, – deməsi bir şahidlik sayılmışdır. Bu cümləni dörd dəfə təkrarlaması dörd şahidlik sayılaraq onu cəzadan xilas etmişdir. Beləliklə də, kişinin dörd şahidliyi qadının dörd şahidliyinə bərabər sayılmışdır.

Ər-arvadın şahidlik edərkən dedikləri cümlələrin axırıncı hissələrindən başqa bütün sözlərin eyni olması diqqətəlayiqdir. Kişinin ifadəsi təsdiq, qadının ifadəsi isə inkar formasındadır. Eyni dəyərdə olan təsdiq cümləsi inkar cümləsini qüvvədən salmış və ərin şahidliyi sayəsində cəza tətbiq edilməsinin qarşısını almışdır. Bu isə açıq-aydın göstərir ki, qadınlar zina məsələlərində şahidlik edə bilərlər. Bu məsələdə qadının şahidliyi kişinin şahidliyi ilə bərabər və eynidir.

B) BOŞANMAYA ŞAHİDLİK ETMƏK

Allah Təala belə buyurur:

Qadınlar gözləmə müddətlərinin axırına gəldikləri zaman, onları ya yaxşılıqla saxlayın, ya da xoşluqla ayırın. İçərinizdən iki etibarlı şahid tutun. Şahidliyi Allah üçün yerinə yetirin (Ət-Talaq, 65/2)!

Burada da qadınla kişi arasında ayrı-seçkilik edilməyib.

C) PEYĞƏMBƏRİMİZİN İZAHI

Peyğəmbərimizin bu izahı da bizim şərhlərimizin düzgün olduğunu göstərir:

Uqbə ibn Əl-Harisə Əbu İhabın qızı Ümmü Yəhya ilə evlənmişdi. Uqbə deyir ki, bir gün zənci bir cariyə gəlib bizə belə dedi: “Mən sizin ikinizi də əmizdirmişəm, ikinizə də süd vermişəm”. Sonra mən bunu peyğəmbər əleyhissəlama danışdım və o, məndən üz çevirdi. Mən onun qabağına keçib, dediyimi təkrar etdim. Peyğəmbər əleyhissəlam: “İndi necə olacaq? Cariyə sizin ikinizə də süd verdiyinə dair bir qənaətə gəlib”, – deyə buyurdu və Uqbənin o qızla evlənməyini qadağan etdi.4

Peyğəmbərimizin belə buyurmağına baxmayaraq, fiqhdə süd qohumluğunun müəyyən olunması üçün qadınların şahidliyinin kifayət etmədiyinə dair bir qayda vardır. Bu məsələ ilə əlaqədar olaraq Ömər Nasuhi Bilmən belə deyir:

Süd qohumluğu məsələsində şahidliyin miqdarı mötəbər olmaq şərtilə iki kişi və ya bir kişi ilə iki qadındır. Lakin bu məsələdə yalnız bir kişinin, yaxud da yalnız iki və ya daha artıq qadının şahidliyi qəbul edilməz.5

Saytımızın materiallarından istifadə zamanı mənbə kimi http://www.muselmanlar.com və bütöv keçid (link) göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Abdulaziz Bayındır, Qurani-Kərimin İzahlı Tərcüməsi: Fatihə və Bəqərə surələri və şərhlər, Təknur Nəşriyyatı, Bakı, 2005, s. 202-207. []
  2. Rağib Əl-İsfahaninin Müfrədat lüğəti, Səfvan Adnan Davudinin təhqiqi ilə, Dəməşq və Beyrut, 1412/1992. []
  3. Lian sözünün mənası bir-birini qarşılıqlı surətdə lənətləməkdir. Bu söz İslam hüququnda bir istilah kimi ərin öz arvadını zina ilə təqsirləndirməsini və sübut üçün dörd şahid gətirə bilməməsi halında ər-arvadın məhkəmədə şəriət qaydalarına müvafiq olaraq dörd dəfə şəhadət verdikdən sonra özlərinə lənət oxumalarını ifadə edir – tərcüməçinin qeydi. []
  4. Əl-Buxari, Şəhadət, 13. []
  5. Ömər Nasuhi Bilmən, eyni əsər, II cild, s. 88, 296-cı paraqraf. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 1.050 dəfə oxundu
2 Etikaf 23.06.09 1.195 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 1.633 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 1.204 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 1.212 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 1.094 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 918 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 1.584 dəfə oxundu
9 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 912 dəfə oxundu
10 İftida: qadının boşanmaq hüququ 14.05.09 690 dəfə oxundu
11 Qadınların şahidliyi 14.05.09 702 dəfə oxundu
12 Hicab və örtünmək (təsəttür) 14.05.09 740 dəfə oxundu
13 Hicabı qadağan edənlər 14.05.09 802 dəfə oxundu
14 Nişanlıların kəbini 14.05.09 1.839 dəfə oxundu
15 Münafiqlərin korluğu 10.04.10 468 dəfə oxundu
16 Nikaha nəzarət 14.05.09 1.451 dəfə oxundu
17 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 771 dəfə oxundu
18 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 580 dəfə oxundu
19 İnsan peyğəmbər 06.07.09 730 dəfə oxundu
20 Təsbeh 06.07.09 878 dəfə oxundu
21 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 643 dəfə oxundu
22 Ailənin adından bir qurban 26.02.10 344 dəfə oxundu
23 Donuz dərisi 02.11.09 663 dəfə oxundu
24 Heyzli qadının ibadəti 24.02.10 1.731 dəfə oxundu
25 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 620 dəfə oxundu
26 Quran və müsəlmanlar 29.01.10 1.871 dəfə oxundu
27 Dəlillərlə Cümə namazı 12.02.10 338 dəfə oxundu
28 İnsan cəsədi və avtopsiya 05.02.10 772 dəfə oxundu
29 Qadınlar və Cümə namazı 26.03.10 1.068 dəfə oxundu
30 Valideyndən xəbərsiz kəbin 29.06.09 594 dəfə oxundu
31 Ölüdən kömək gözləmək 28.03.10 663 dəfə oxundu
32 Faiz 29.03.10 707 dəfə oxundu
33 Namazları cəm etmək 08.04.10 1.165 dəfə oxundu
34 Vərdişlər 10.04.10 536 dəfə oxundu
35 Allah, insan və xələf-sələf 12.04.10 509 dəfə oxundu
36 Nəsx və daşqalaq cəzası 27.05.10 665 dəfə oxundu
37 Qəndil 30.06.09 2.072 dəfə oxundu
38 Talaq: kişinin boşamaq hüququ 18.07.10 657 dəfə oxundu
39 Oruc və orucun başlanğıcı 27.08.10 762 dəfə oxundu
40 Ramazan bayramı (2010) 08.09.10 599 dəfə oxundu
41 Ramazan bayramının vaxtı 08.09.10 608 dəfə oxundu
42 Zikrin fəzilət və faydaları 26.11.10 717 dəfə oxundu
43 Dua 25.11.10 798 dəfə oxundu
44 Donuz əti və ziyanları 08.12.10 922 dəfə oxundu
45 Fitr sədəqəsi 20.06.09 1.032 dəfə oxundu
46 Qadının döyülməsi 07.06.10 1.041 dəfə oxundu
47 Şəfaət 08.04.10 530 dəfə oxundu
48 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 1.143 dəfə oxundu
49 İslamda falçılığa münasibət 27.11.10 896 dəfə oxundu
50 Şəfaət inancı 08.02.11 563 dəfə oxundu
51 Kəramət nə deməkdir? 15.02.11 448 dəfə oxundu
52 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 780 dəfə oxundu
53 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 605 dəfə oxundu
54 Şirk və küfr 14.07.11 492 dəfə oxundu
55 Quranda əşyaların dili 04.07.11 1.463 dəfə oxundu
56 Seyyidlər kimlərdir? 16.10.11 581 dəfə oxundu
57 Kişinin seksuallığı 09.01.12 378 dəfə oxundu
58 Surroqat analıq 03.02.12 186 dəfə oxundu