Həzrəti Cabir (r. a.) nəql edir:
Mühəmməd peyğəmbər (s. a. v.) (üç dəfə Həcc etdi. Belə ki,) Məkkə şəhərindən Mədinə şəhərinə getməmişdən (Hicrət) əvvəl iki, Hicrətdən sonra bir Həcc və bu həcc ziyarəti ilə birlikdə bir də ömrə etdi. Bu Həcc ziyarəti vaxtı Mədinədən 63 dəvə apardı. O vaxt həzrəti Əli (r. a.) Yəməndən gəldi. Yanında peyğəmbərin (s. a. v.) kəsdiyi qurbanların qalanını da gətirdi. Bunların arasında burnunda gümüş halqa olan dəvə də var idi. Bu dəvə vaxtilə Əbu Cəhlin idi; Bədr döyüşündə qənimət kimi götürülmüşdü. Peyğəmbər (s. a. v.) qurbanları kəsdi. Buyurdu ki, hər dəvədən bir tikə götürülsün. Bunlar (bir qabda) bişirildi. Peyğəmbərimiz (s. a. v.) suyundan içdi.1
Abdulla ibn Abbas (r. a.) nəql edir:
Peyğəmbər (s. a. v.) saçlarını darayıb yağladıqdan və rida və izarını geyindikdən sonra əshabəsiylə birlikdə Mədinədən yola çıxdı. Rida və izar növlərindən zəfəranla boyanmış olduğuna görə rəngi dəriyə keçənlər xaricində heç bir şeyi (geyinməyi) qadağan etmədi. Beləcə Zülhuleyfəyə gəldi. Orada dəvəsinə mindi. Dəvəsi onu Beyda yamacına çıxartdıqda peyğəmbər (s. a. v.) də, əshabəsi də təlbiyə2 gətirdi. Peyğəmbər (s. a. v.) qurbanlıq heyvanına nişan vurdu. Bu, Zəlqədə ayının axırdan beşinci günündə olmuşdu. Məkkəyə Zilhiccə ayının dördündə endi. (İlk iş olaraq) Beytullahı ziyarət etdi. Səfa və Mərvə arasında gedib-gəldi. Qurbanlığına görə ehramdan çıxmadı. Çünki ona (qurbanlıq əlaməti kimi) nişan vurmuşdu. Sonra Məkkənin Həcun yanındakı ən yüksək yerinə endi. Artıq Həcc üçün təlbiyə gətirirdi. Kəbəyə onu təvaf etdikdən sonra Ərəfatdan qayıdana qədər qətiyyən yaxınlaşmadı. Əshabəsinə isə əmr etdi ki, Kəbəni təvaf edib Səfa və Mərvə arasında gedib-gəlsinlər. Buyurdu ki, sonra saçlarını kəsdirib ehramdan çıxsınlar. Bütün bu əmrlər yanında qurbanlıq nişanəsi vurulmuş dəvəsi olmayanlara aid idi. Arvadı yanında olanlara arvadları da halal idi. Eynilə ətir vurmaq və pal-paltar geyinmək də halal idi.3
Həzrəti Əli (r. a.) nəql edir:
Peyğəmbər (s. a. v.) Ərəfatda vəqfə etdi (dayandı) və: “Bura Ərəfatdır; vəqfə yeridir, Ərəfatın hər yeri dayanmaq yeridir”, – dedi.
Sonra günəş batar batmaz Ərəfatı tərk etdi. Dəvəsinin tərkinə Üsəmə ibn Zeydi (r. a.) mindirdi. Peyğəmbərimiz (s. a. v.) (camaat sağda-solda dəvələri həyəcanla dürtmələdikləri halda) onlara dönüb baxmadan həmişəki sükunət və rifq halını qoruyaraq əli ilə işarə edir və: “Ey insanlar, sakit olun”, – deyirdi.
Sonra Müzdəlifəyə gəldi. Orada iki namazı da (axşam və gecə namazlarını) birlikdə qıldırdı. Səhər açılanda Quzəh təpəsinə gəlib orada vəqfə etdi (dayandı).
“Bura Quzəhdir, vəqfə yeridir. Cəmin (Müzdəlifənin) hər tərəfi vəqfə yeridir”, – dedi. Sonra ordan çıxıb Mühəssir vadisinə gəldi. Dəvəsini dürtmələdi. Dəvə dördnala çapıb vadini adladı. Orada dayanıb əmisi Abbasın (r. a.) oğlu Fəzli dəvəsinin tərkinə götürdü.
Oradan Cəmrətul-Əqəbəyə gəldi və (şeytanı) daşladı. Sonra mənhərə (heyvanların kəsildiyi yer) gəldi və buyurdu:
“Bura mənhərdir (qurbanlarımızı kəsəcəyimiz yer). Minanın hər tərəfi mənhərdir.
Bu dəm Həsəm qəbiləsindən cavan bir qadın gəlib belə bir sual soruşdu:
“Ey Allahın elçisi! Mənim atam çox qocadır. Allahın Həcc buyruğu onun boynuna gəlib. Mən onun yerinə Həcc edə bilərəm?”.
Peyğəmbər (s. a. v.):
“Atanın əvəzinə Həcc et!”, – cavabını verdi. Bu vaxt öz əli ilə dəvənin tərkindəki Fəzlin başını bükdü (o tərəfə çevirdi). Əmisi Abbas (r. a.) soruşdu ki, ey Allahın elçisi, əmin oğlu Fəzlin başını niyə o bir tərəfə çevirdin?
Peyğəmbər (s. a. v.): “Görürəm ki, ikisi də cavandır. Onların haqqında şeytanın şərindən arxayın deyiləm”, – deyə cavab verdi.
Bundan sonra bir adam gəlib belə dedi:
“Ey Allahın elçisi, mən təraş olmamışdan qabaq ifaza təvafını yerinə yetirdim”.
“Təraş ol, bunda bir problem yoxdur”, – cavabını aldı.
Başqa bir nəfər gəlib: “Ey Allahın elçisi, mən (şeytan) daşlamamışdan qabaq qurbanımı kəsdim”, – dedi.
Peyğəmbər (s. a. v.) həmin adama: “Daşlarını da at, bunda bir qəbahət yoxdur!, – dedi.
Sonra peyğəmbər (s. a. v.) Beytullaha gəldi. Onu təvaf etdi. Sonra Zəmzəm (quyusuna) gəldi və: “Ey Abdulmuttalib oğulları! Əgər camaat sizə bunun üstündən qələbəlik etməsəydi, mütləq çəkərdim”, – dedi.4
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: Abdulla ibn Abbas, Allahın elçisi, Beyda, Beytulla, Beytullah, Bədr, dəvə, Fəzl, gümüş, halqa, hicrət, həcc, həzrəti Cabir, həzrəti Əli, izar, Mədinə, Məkkə, nişanə, ömrə, peyğəmbərimizin həcci, peyğəmbərimizin ömrəsi, rida, rəsulullah, sahabe, səhabə, Tirmizi, təlbiyə, təvaf etmək, Üsamə ibn Zeyd, yamac, Yəmən, Zəlqə, Zəmzəm, Zəmzəm quyusu, Zəmzəm suyu, Əbu Cəhl, Ərəbistan, Ərəfat, ərəfə, əshabə
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Təravih namazı | 21.06.09 | 1.050 dəfə oxundu |
| 2 | Etikaf | 23.06.09 | 1.195 dəfə oxundu |
| 3 | Qədr gecəsi | 26.06.09 | 1.634 dəfə oxundu |
| 4 | Aypara məsələsi | 22.06.09 | 1.204 dəfə oxundu |
| 5 | Ramazan və dualarımız | 25.06.09 | 1.212 dəfə oxundu |
| 6 | Ramazan və Quran | 27.06.09 | 1.094 dəfə oxundu |
| 7 | Ramazan: imkanların ayı | 24.06.09 | 918 dəfə oxundu |
| 8 | Oruc: ümumi məlumat | 28.06.09 | 1.584 dəfə oxundu |
| 9 | Heyzli qadının orucuna dair şübhələr | 14.05.09 | 913 dəfə oxundu |
| 10 | İftida: qadının boşanmaq hüququ | 14.05.09 | 690 dəfə oxundu |
| 11 | Qadınların şahidliyi | 14.05.09 | 702 dəfə oxundu |
| 12 | Hicab və örtünmək (təsəttür) | 14.05.09 | 740 dəfə oxundu |
| 13 | Hicabı qadağan edənlər | 14.05.09 | 802 dəfə oxundu |
| 14 | Nişanlıların kəbini | 14.05.09 | 1.839 dəfə oxundu |
| 15 | Münafiqlərin korluğu | 10.04.10 | 469 dəfə oxundu |
| 16 | Nikaha nəzarət | 14.05.09 | 1.451 dəfə oxundu |
| 17 | Müsəlman olmayanlarla münasibətlər | 01.07.09 | 771 dəfə oxundu |
| 18 | Həccdə ticarət və ictimai fəaliyyət | 01.07.09 | 580 dəfə oxundu |
| 19 | İnsan peyğəmbər | 06.07.09 | 731 dəfə oxundu |
| 20 | Təsbeh | 06.07.09 | 879 dəfə oxundu |
| 21 | Peyğəmbər məscidində 40 vaxt namaz | 03.04.11 | 643 dəfə oxundu |
| 22 | Ailənin adından bir qurban | 26.02.10 | 344 dəfə oxundu |
| 23 | Donuz dərisi | 02.11.09 | 663 dəfə oxundu |
| 24 | Heyzli qadının ibadəti | 24.02.10 | 1.732 dəfə oxundu |
| 25 | Peyğəmbərin Həcc və Ömrə ziyarətləri | 06.11.09 | 621 dəfə oxundu |
| 26 | Quran və müsəlmanlar | 29.01.10 | 1.872 dəfə oxundu |
| 27 | Dəlillərlə Cümə namazı | 12.02.10 | 339 dəfə oxundu |
| 28 | İnsan cəsədi və avtopsiya | 05.02.10 | 773 dəfə oxundu |
| 29 | Qadınlar və Cümə namazı | 26.03.10 | 1.069 dəfə oxundu |
| 30 | Valideyndən xəbərsiz kəbin | 29.06.09 | 594 dəfə oxundu |
| 31 | Ölüdən kömək gözləmək | 28.03.10 | 664 dəfə oxundu |
| 32 | Faiz | 29.03.10 | 708 dəfə oxundu |
| 33 | Namazları cəm etmək | 08.04.10 | 1.166 dəfə oxundu |
| 34 | Vərdişlər | 10.04.10 | 537 dəfə oxundu |
| 35 | Allah, insan və xələf-sələf | 12.04.10 | 510 dəfə oxundu |
| 36 | Nəsx və daşqalaq cəzası | 27.05.10 | 666 dəfə oxundu |
| 37 | Qəndil | 30.06.09 | 2.072 dəfə oxundu |
| 38 | Talaq: kişinin boşamaq hüququ | 18.07.10 | 658 dəfə oxundu |
| 39 | Oruc və orucun başlanğıcı | 27.08.10 | 763 dəfə oxundu |
| 40 | Ramazan bayramı (2010) | 08.09.10 | 599 dəfə oxundu |
| 41 | Ramazan bayramının vaxtı | 08.09.10 | 608 dəfə oxundu |
| 42 | Zikrin fəzilət və faydaları | 26.11.10 | 718 dəfə oxundu |
| 43 | Dua | 25.11.10 | 798 dəfə oxundu |
| 44 | Donuz əti və ziyanları | 08.12.10 | 922 dəfə oxundu |
| 45 | Fitr sədəqəsi | 20.06.09 | 1.032 dəfə oxundu |
| 46 | Qadının döyülməsi | 07.06.10 | 1.041 dəfə oxundu |
| 47 | Şəfaət | 08.04.10 | 530 dəfə oxundu |
| 48 | Qütblərdə namaz vaxtları: elmi sübut | 31.01.11 | 1.143 dəfə oxundu |
| 49 | İslamda falçılığa münasibət | 27.11.10 | 896 dəfə oxundu |
| 50 | Şəfaət inancı | 08.02.11 | 563 dəfə oxundu |
| 51 | Kəramət nə deməkdir? | 15.02.11 | 448 dəfə oxundu |
| 52 | Quranda adam öldürməyin cəzası: QİSAS | 30.03.11 | 781 dəfə oxundu |
| 53 | Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri | 08.04.11 | 605 dəfə oxundu |
| 54 | Şirk və küfr | 14.07.11 | 492 dəfə oxundu |
| 55 | Quranda əşyaların dili | 04.07.11 | 1.464 dəfə oxundu |
| 56 | Seyyidlər kimlərdir? | 16.10.11 | 581 dəfə oxundu |
| 57 | Kişinin seksuallığı | 09.01.12 | 378 dəfə oxundu |
| 58 | Surroqat analıq | 03.02.12 | 186 dəfə oxundu |