Müselmanlar » qadın

Qadının kəbin kəsildiyi vaxt 3 təlaqdan birini almağa ixtiyarı var?
Fiqh kitablarında qeyd edilir ki, qadına kişi boşamaq hüququ verə bilər. Lakin Quran bunu qəbul etmir. Məzhəblər qadının iftida hüququnu necə deyərlər, əlindən almış və səlahiyyətləri olmadığı halda ona belə bir icazə vermişlər. Qurana əsasən təlaq kişinin, iftida isə qadının hüququdur. Bu haqlardan biri digərinə keçmir. Başqa sözlə desək, qadına kəbin kəsildiyi vaxt təlaq haqqı verilibsə və qadın bu haqqdan istifadə edərək ərindən ayrılıbsa, bu boşama etibarsız hesab olunur.

Qadının təlaq deyil, iftida hüququ var. Əgər qadın artıq ərindən ayrılmaq qərarına gəlibsə, bu vəziyyəti səlahiyyətli orqana bildirməlidir. Səlahiyyətli orqan bunu düzgün bir qərar kimi başa düşüb qəbul etsə, qadına iftida hüququ verir. Bu halda qadın ərindən aldığı mehri qaytarmaqla ondan ayrılır.

Bu məsələ ilə əlaqədar geniş məlumatı aşağıdakı keçiddən əldə etmək mümkündür:

http://www.muselmanlar.com/arasdirmalar/152.html

Bir gəlin qayınatasının yanında başı açıq dayana bilər?
Cavab: Müsəlman bir qadın özünə dini cəhətdən yad olan kişilərin yanında başını örtülü saxlamalıdır. Qadınların arasında və ya evdə atasının, qardaşlarının, əmi və dayısının, eləcə də qayınatasının yanında və özü tək qaldıqda başını örtmək məcburiyyətində deyil.

Allah Təala Nur surəsinin 31-ci ayəsində belə buyurur:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar”.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Hənəfi məzhəbinə əsasən kim qurban kəsməlidir?
Cavab: Hənəfi məzhəbinə əsasən həddi-büluğa çatmış, ağıllı, azad, muqim (səfərdə olmayan) və varlı olan hər bir müsəlman kişi və qadına qurban kəsmək vacibdir. Burada varlı ifadəsi ilə öz zəruri ehtiyaclarının xaricində artan olub olmamasından asılı olmayaraq 85 qram qızılı, yaxud bu qədər qızıl almağa pulu və ya malı olan şəxslər nəzərdə tutulur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Hamilə qadın saçını düzəltdirə bilər?
Cavab: İslam dinində nə kişilərin, nə də qadınların saç qırxdırmağını qadağan edən bir dəlil var. Sizin eşitdiyiniz bu söz camaat arasında gəzib dolaşan bir xurafatdır. Qadınların saçlarını düzlətdirməyi yox, onları özlərinə dini cəhətdən yad olan kişilərə göstərməyi haramdır. Əsas diqqət yetirilməli olan məsələ budur. Deməli, bir qadının hamilə olduqda da, hamilə olmadığı vaxtda da saçını düzəltdirməyinin heç bir eybi yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Müsəlman bir qadın bədəninin hansı hissələrini örtməlidir?
Cavab: Bir qadın aralarında ömürlük evlənmək qadağası olan atasına, babasına, əmi və dayısına, qardaşına, bacı və qardaşlarının oğullarına, öz oğluna, eləcə də oğul və qızlarının oğullarına, ərinin atasına (qayınata) və ərinin başqa qadından olan oğluna və qızının ərinə (kürəkən) saçlarını, boynunu, sinə və qollarını, diz qapağından aşağı baldır və ayaqlarını göstərə bilər. Qadın bu kimi şəxslərin yanında qarın, döş, bel və diz qapağı ilə göbəyinin arasını örtməlidir.

Bir qadın özü ilə arasında ömürlük evlənmək qadağası olmayanların yanında ancaq üz və əllərini açıq saxlaya bilər. Buna əsasən müsəlman bir qadın yad kişilərin yanında üz və əlləri xaricində bütün bədən üzvlərini örtməli olduğu kimi, əmi və dayısının oğlu, xala və bibisinin oğlu və yaxud bacısının əri kimi aralarında qan qohumluğu və ya sihri qohumluq olan kişilərin yanında da ancaq üz və əllərini açıq saxlaya bilər. Müsəlman bir qadının belə etməsi ona vacibdir. Allah Təala Nur surəsinin 31-ci ayəsində belə buyurur:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar”.

Qadınların zinətləri saçlara taxılan tac və muncuqlar, qulaqlardakı sırğalar, üzdəki sürmə və boyalar, boyundakı zəncir və medalyonlar, qollardakı bazubənd və bilərziklər, əllərdəki xına, ayaqlardakı xalxal və digər bəzəklərdir. Bu bəzəklərin olduğu yerlərin örtülməsi vacibdir. Lakin nəfəs almaq üçün burunun, danışmaq üçün ağızın, tanınmaq üçün üzün, bir şey tutmaq üçün əlin açıq olmağına ehtiyac var. Bütün bunlar görünən qismlərdən hesab edilir. Buna görə də qadının öz əl və üzünü kişilərin yanında açması haram deyil. Təbbi olaraq zinət əşyaları taxıla bilən üzvlərini də ayədə bir-bir bildirilən yaxınlarına (qohumlarına) göstərə bilər.

Qadınların ayaqlarını (yerə) vurması kişilərin diqqətini cəlb etmək üçün etdikləri bir hərəkətdir. Bu da öz növbəsində yeriş formalarının dəyişdirilməsi ya da ayaqların yerə vurulması ilə zinət əşyalarının səsinin eşidilməsinə səbəb olmaqla baş verir.

Saytımızın materiallarından istifadə zamanı  mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları  qorunur.

Müsəlman qadının kişi həkimə getməyi dində qadağandır?
Cavab: Bir qadının bədəninin diz qapağından göbəyinin arasına qədər olan hissəsinə kişilər kimi qadınların da baxması haramdır.

Amma zərurət halında ancaq baxılmalı olan yerlərə baxmaq olar. Lakin qadının baxmağı ilə kişinin baxmağı eyni olmadığına görə qadın həkimə üstünlük verilir.

Kişi doktora üstünlük vermək (yəni, doğum mütəxəssisi kimi kişi həkimə müraciət etmək) üçün güclü və tutarlı səbəblər (bir yaşayış məntəqəsində təkcə kişi həkimin olması, məsafənin uzaqlığı,  kişi həkimin peşəkar bir mütəxəssis olması, əlverişsiz hava şəraiti, maddi-texniki problemlər və sairə) varsa, kişi doktor da baxa bilər.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Bir kişi bir qadını sevə bilər?
Cavab: Bir kişinin bir qadını, yaxud da bir qadının bir kişini sevməyi günah deyil. Günah olan dini cəhətdən bir-birinə yad olan iki qarşı cinsin aralarında kəbin olmadan təkbaşına qalmağı, əl-ələ tutmağı, qucaqlaşmağı və bunlara oxşar şeylərdir. Qızla oğlanın xəlvəti yerdə qalmamaq şərtilə evlilik məqsədi güdərək tanış olmağı və danışmağı caizdir. Bundan başqa insanı günah etməyə aparan hər növ münasibət haramdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Mən dul bir qadınla evlənmək istəyirəm. Həmin qadın müsəlman deyil.
Cavab: Həmin qadının bakirə olmamağının səbəbi zinadırsa, Nur surəsinin 3-cü ayəsinin (Zina edən bir kişi ancaq zina edən və ya Allaha şərik qoşan (müşrik) bir qadınla evlənə bilər. Zina edən bir qadın da ancaq zina edən və ya Allaha şərik qoşan bir kişi ilə evlənə bilər. Bu cür evlənmək möminlərə haram qılınıb) hökmünə əsasən sizin onunla evlənməyiniz haramdır. Həmin surənin 5-ci ayəsində tövbə edib özünü islah edənlərlə (düzəldənlərlə) evlənməyə icazə verilib. Ayə belədir:

Ancaq bundan sonra tövbə edib düzələnlərə söz yoxdur (onlar istisna təşkil edirlər). Çünki Allah bağışlayandır, rəhm edəndir.

Müsəlman bir kişi kitab əhlindən olan, başqa sözlə, yəhudi və xristian bir qadınla evlənə bilər. Allah Təala Maidə surəsinin 5-ci ayəsində belə buyurur:

Mehrlərini verməyiniz, namuslu olmağınız, zinadan uzaq durmağınız və gizli dost (aşna) tutmamağınız şərtilə inanan namuslu qadınlardan və sizdən əvvəl kitab verilənlərin namuslu qadınlarından özünüzə arvad almaq sizə halaldır.

Mehrdən zəkat vermək lazımdırmı?
Bir qadın ərindən tələb etdiyi mehrin hamısını almadıqca ona zəkat düşmür. Çünki bu vəziyyətdə zəkat üçün şərt olan tam mülkiyyət hələ həyata keçməyib. Amma mehrin hamısı qadına verildikdə vəziyyətə baxmaq lazımdır: Əgər bu, borcların və əsas ehtiyacların xaricindədirsə və nisab miqdarını  keçirsə, zəkatı verilməlidir.

Zəkat nisbəti qırxda bir, başqa sözlə, 2, 5 faizdir.

Qadının səfəri – I
Cavab: Qadınların yola çıxdıqları vaxt yanlarında məhrəm olmasının lazım olduğunu bildirən hədislərə baxıldıqda məlum olur ki, bu hədislər bir-birindən fərqlənir. Misal üçün, peyğəmbərimizdən (s. a. v.) nəql olunan bəzi hədislərdə qadınların bir gecə və bir gündüzlük məsafəyə məhrəmsiz getməsinin qadağan olunduğuna rast gəlmək mümkündür. Lakin bəzi hədislərdə qadın xeylağının iki gecə və iki gündüz çəkən, bəzilərində isə üç gecə-üç gündüz davam edən yola çıxmağı qadağan edilib. Hətta bəzi hədislərdə səyahətin müddətinə dair bir qeyd yoxdur və bunlar qadınların (məhrəmsiz olaraq) səfərə çıxmağını mütləq formada qadağan edən hədislərdir.

Digər tərəfdən peyğəmbərimiz (s. a. v.) müjdə verib ki, bir vaxt gələcək, qadınlar yanlarında məhrəm olmadan səfərə (səyahət, yol) çıxa biləcəklər. Onun bu müjdəsinin həyata keçdiyini aşağıdakı 5-ci bənddə (Ədiyy bin Hatim hədisində) açıq-aydın şəkildə görmək mümkündür.

Bu məsələyə dair hədislərin bir-birindən fərqlənməsi və Ədiyy hədisində qadınların məhrəmsiz olaraq durub bir gün İraqdan Həccə gedə biləcəyinin bildirilməsi onların məhrəm olmadan yola çıxmağının “illətə (maneəyə) əsaslanan bir qadağan” olduğunu açıq-aydın formada göstərir. Başqa sözlə, qadağaya səbəb olan həmin maneə aradan qalxan kimi qadağa da aradan qalxmış olur.

Ədiyy hədisindən də yaxşı məlum olduğu kimi, qadınların məhrəmsiz surətdə səfərə çıxmağının qadağan edilməsinin səbəbi yol təhlükəsizliyinin olmamasıdır.

Məsələ ilə əlaqədar hədislər aşağıdakı kimidir:

1) Qadınların bir gün-bir gecəlik yola məhrəmsiz getməyini qadağan edən hədislər:

Əbu Hureyrə (r. a.) nəql edir: Rəsulullah (s. a. v.) buyurdu:

“Allaha və axirət gününə inanan bir qadına bir gecə və bir gündüz davam edən bir məsafəyə yanında məhrəmi olmadan getməsi halal deyil” (Buxari, Təqsiru-s-Səlat, 4; Müslim, Həcc, 419, 422 (1339); Muvatta, İstizan, 37; Əbu Davud, Mənasik, 2; Tirmizi, Rəda, 15).

2) Qadınların iki gecə-gündüzlük səfərə məhrəmsiz olaraq çıxmağını qadağan edən hədislər:

Əbu Səid Əl-Xudridən (r. a.): Mən həzrəti peyğəmbərdən mənim diqqətimi son dərəcə cəlb edən və məni heyrətləndirən dörd hikmətli şey eşitdim. (Bunların biri belədir): “Bir qadın yanında əri, yaxud da kəbin düşməyən bir yaxını (qohumu) olmadan iki günlük məsafəyə getməsin” (Buxari, Muhsar, 37; Müslim, Həcc, 415, 416 (827).

3) Qadınların üç gecə-gündüzlük səfərə məhrəmsiz olaraq çıxmağını qadağan edən hədislər:

Abdulla ibn Ömərdən (r. a.): Peyğəmbər (s. a. v.): “Bir qadın yanında özünə kəbin düşməyən bir məhrəmi olmadan üç günlük səyahətə çıxa bilməz, çıxmasın”, – deyə buyurmuşdur (Buxari, Təqsiru-s-Səlat, 4; Müslim, 413 (1338).

4) Qadınların hər növ (hər hansı bir) səfərə məhrəmsiz olaraq getməsini qadağan edən hədislər:

Abdulla ibn Abbasdan (r. a.): Peyğəmbər (s. a. v.): “Heç bir qadın yanında bir məhrəmi olmadıqca yola çıxmasın, qadının yanında məhrəmi olmadıqca yanına heç bir kişi girməsin”, – deyə buyurdu.

Peyğəmbərin bu xəbərdarlığının üstündən əshabələrdən biri belə dedi:

“Ya Rəsuləllah! Mən bu əsgərlərin arasında döyüşə çıxmaq istəyirəm. Halbuki, mənim xanımım Həccə getmək istəyir. Nə buyurursunuz?”.

Rəsulullah: “Sən də öz xanımınla birlikdə get”, – dedi (Buxari, Muhsar, 424 (1341).

5) Qadının məhrəmsiz olaraq səyahət edəcəyinə dair verilən müjdə:

Ədiyy bin Hatim (r. a.) belə nəql edir: Mən peyğəmbərin yanında idim. Bu dəm bir adam gəlib ona kasıblıqdan şikayət etdi. Sonra başqa bir nəfər gəlib peyğəmbərə yol kəsilməsindən giley-güzar etdi. Peyğəmbər (s. a. v.) soruşdu:

“Ədiyy! Sən Hirə şəhərini görmüsənmi?”.

Mən: “Xeyr, görməmişəm, lakin ora haqqında məlumatım var. Bu barədə mənə danışıblar”, – deyə cavab verdim.

Peyğəmbərimiz (s. a. v.): “Əgər sənin ömrün vəfa etsə (yaşasan), hövdəc (qadınların minməyi üçün dəvənin belinə qoyulan kiçik kəcavə, təxti-rəvan) içində səfər edən qadının Hirədən yola çıxıb Allahdan başqa heç kəsdən qorxmadan ta Kəbəni təvaf edəcəyini görəcəksən”, – dedi.

Mən buna təəccübləndim və öz-özümə: “Əyalətlərdə fitnə-fəsad atəşini yandırmış o Tayy qəbiləsinin yolkəsənləri harada qalacaq ki, (qadın tək başına səfərə çıxacaq?)”, – dedim.

Peyğəmbər sözlərinə belə davam etdi: “And olsun, ömrün çatsa, yaşasan, (bil ki) Kisranın xəzinələri fəth olunacaq!”.

Mən soruşdum: “Kisra ibn Hörmüzün xəzinələri?”.

Peyğəmbər cavab verdi: “Bəli, Kisra ibn Hörmüzün! And olsun ki, əgər sənin ömrün uzun olsa, görəcəksən ki, bir kimsə ovuc dolusu qızıl ya da gümüşü sədəqə kimi çıxardıb ondan bunu qəbul edən bir nəfər axtaracaq. Lakin bunu qəbul edən heç kəsi tapa bilməyəcək. Sən belə bir kəs görəcəksən. Yenə and içirəm ki, sizin aranızdan bir kimsə Allaha qovuşacağı gün Allahla özü arasında kəlamını tərcümə edən bir mütərcim olmadan Allaha qovuşacaq. Allah ona: “Mən sənə bir rəsul (elçi) göndərmədimmi? O sənə təbliğ etmirdi?”, – deyəcək.

Həmin bəndə: “Bəli (göndərdin ya Rəbb!)”, deyə cavab verəcək. Bu zaman Allah soruşacaq: “Mən sənə mal-mülk vermədimmi? Bu yolla sənə yaxşılıq etmədimmi?”. Bəndə: “Bəli, verdin və mənə yaxşılıq və ehsan etdin”, – deyəcək.

Bu halda həmin şəxs sağa baxar, Cəhənnəmdən başqa bir şey görə bilməz. Sonra yenə baxar, yenə Cəhənnəm xaricində bir şey görə bilməz”.

Ədiyy dedi ki, mən peyğəmbərin (s. a. v.) belə dediyini eşitdim: “İndi sizin hər biriniz təkcə bir xurmanın yarısı ilə, bunu da tapa bilməsə, gözəl danışıqla (münasib dillə) da olsa, özünü Cəhənnəmin odundan qorusun”.

Ədiyy belə dedi: “Mən Hirədən kəcavə içərisində yola çıxıb Allahdan başqa heç kəsdən qorxmadan nəhayət ki, Kəbəni təvaf edən qadını gördüm. Mən gördüm ki, Kisra ibn Hörmüzün xəzinələrini fəth edən ordunun içindəyəm. And olsun ki, əgər sizin ömrünüz uzun olsa, əlbəttə ki, peyğəmbərimizin (s. a. v.) dediyi şəxsləri – ovuc dolusu qızılı sədəqə verən o şəxsləri görəcəksiniz” (Buxari, Mənaqib, 25).

Hirə şəhəri indiki İraqın Nəcəf əyalətində bir qəza mərkəzi olub Kufə şəhərinin 5 km cənubunda və Kufə ilə Havernak arasında olan Kinidrə təpəsinin cənub-şərqində, Fərat çayı kənarında yerləşən geniş bir düzənlikdə qurulub (Hüseyin Ali Əd-Dəquqi, “Hire”, Diyanet İslam Ansiklopedisi, XVIII cild, s. 122).

6) Qadınların səfərə çıxması məsələsində əshabələrin tutumu (o dövrdəki təcrübə):

İmam Buxari qadınların Həcci ilə əlaqədar hədislərə yer verdiyi fəslin əvvəlində aşağıdakı məlumatları verir:

Əhməd ibn Muhəmməd Əl-Əzraqi belə dedi: “Bizə İbrahim atası Səddən, o da öz atası İbrahim ibn Əbdürrəhman İbn Əvfdən belə bir xəbər verdi: “Ömər ibn Xəttab (r. a.) getdiyi axırıncı Həcc vaxtı peyğəmbərin xanımlarına icazə vermiş və onlarla birlikdə Osman ibn Əffan və Əbdürrəhman ibn Əvfi göndərmişdir (Buxari, Muhsar, 37).

Məlumdur ki, bu iki əshabə həmin qadınların məhrəmi deyil.

NƏTİCƏ: Allah Həcc ibadəti ilə əlaqədar olaraq belə buyurur:

“Yoluna gücü çatan hər kəsin Beytullahı (Allahın evini) həcc etməyi Allahın insanlar üzərində haqqıdır” (Ali-İmran, 3/97)

Ayədəki insan ifadəsi ilə istər qadın, istər kişi olsun, mükəlləf (dinin buyurduqlarını yerinə yetirməklə məsul olan şəxs) olan hər mömin nəzərdə tutulur. Yoluna gücü çatan ifadəsi həm yol təhlükəsizliyini, həm səhhəti, həm də maddi imkanı əhatə edir. İbadət şəxsi olduğuna görə kimin gücü çatarsa, Həccə o gedər. Qadının təhlükəsizliyi fitrət baxımından kişinin təhlükəsizliyindən daha vacibdir. Çünki qadın kişiyə nisbətən daha gücsüzdür.

Qeyd edək ki, qadınların məhrəmsiz olaraq yola çıxmasına dair qadağa peyğəmbərimizin dövrünə aid bir qadağa deyil. Yol təhlükəsizliyinin olmadığı hər bir yerdə qadın yanında məhrəmi olmadan yola çıxa bilməz. Lakin əgər təhlükəsizlik varsa, təmin edilibsə, qadağa da yoxdur.

Müəlliflər: Enes Alimoğlu, Yahya Şenol

Süleymaniye Vakfı

İstanbul, Türkiyə.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.