Müselmanlar » nisa

Oxumaq üçün parik taxmaq və ya başı açmaq dini cəhətdən zərurət hesab olunur?
Cavab: Oxumaq üçün parik taxanlar və yaxud sadəcə olaraq məktəbdə, o cümlədən universitet, texnikum, peşə məktəbi, institut və sairə kimi təhsil ocaqlarında başlarını açan və başqa vaxtlarda bağlayan qadınıar heç bir səbəb olmadan həmişə başı açıq gəzən qadınlar kimi ola bilməzlər. Birinci kateqoriyadakılar başlarını “ürəkləri elə istədiyi üçün” deyil, şərait və tələblərdən asılı olaraq açırlar. Ona görə də məktəbdən çıxan kimi başlarını örtürlər. Məlumdur ki, onların bu hərəkətini böyük günahlardan hesab etmək olmaz. Belə olan halda, aşağıdakı ayələrə əsasən onların bağışlanacağına ümid etmək olar:

“Əgər siz, sizə qadağan edilmiş böyük günahlardan uzaq durarsınızsa, sizin kiçik günahlarınızın üstünü örtər və sizi gözəl bir mövqeyə gətirərik”.1

“Göylərdə və yerdə olanların hamısı Allahındır. Bu, Allahın pislik edənləri öz gördükləri işlərlə cəzalandırmağı, yaxşı hərəkət edənləri də daha gözəli ilə mükafatlandırmağı üçündür”.

“Bunlar böyük günahlardan və fahişəlikdən (iyrənc əməllər) uzaq duranlardır. Digər günahlar istisnadır. Sənin Rəbbin əfvi çox olandır”.2

O düzdür ki, kiçik günahlarda təkid etmək insanı böyük günahlara aparır. Amma yuxarıda da toxunduğumuz kimi, bu məsələ niyyətlə əlaqədardır. Çox da əhəmiyyət vermədən: “Necə olsa, Allah bağışlayar” – deyib başını açan qadın kiçik günahlara təkidlə davam edənlərin cərgəsinə daxil olur. Lakin birinci qrupdakıların bilə-bilə (qəsdən) kiçik günahlarda təkidli olduğunu demək olmaz. Əgər elə olsaydı, dərsdən çıxan kimi başlarını bağlamaz, eləcə açıq başla gəzərdilər.

Bir də ki, zərurət halı nisbidir. Başqa sözlə desək, izafidir (relativ). Belə ki, bir nəfərin zərurət hesab etdiyi bir şey başqa bir insanın nəzərində zərurət deyil. Buna görə də biz xüsusilə vurğulayırıq ki, bu qərar məsul olan şəxsin özünə məxsusdur. Qadın təhsil almağı, misal üçün, universitetdə oxumağı özü üçün zəruri bir hal hesab edirsə və parik taxmaq imkanı da yoxdursa, necə deyərlər, “günahına dözmək şərti ilə” başını aça bilər.

Saytımızın materiallarından istifadə  edərkən mənbə göstərilməlidir. Müsəlmanlar ©  2004 Bütün hüquqları qorunur.

Nisa, 4/31.

Nəcm, 53/31-32.

Mənə elə gəlir ki, Allah mənə kömək etmir. Bu halda nə etməliyəm?
Siz hər şeydən əvvəl xatırlamalısınız ki, Allah Təala öz bəndələri arasında heç bir ayrı-seçkilik etmir və O, zalım deyil. Qurani-Kərimdə bizə deyilir ki, insanın başına gələn pis işlər insanın öz-özünə etdikləri şeylərin ucbatından baş verir. Başqa cür desək, yol verdiyiniz səhvləri Allaha yükləməyə cəhd etməyin. Bir haqq-hesab edin, özünüzü sorğu-suala çəkin. Harada səhv etdiyinizi müəyyənləşdirin və necə deyərlər, bundan sonrakı mərhələ üçün yeni bir yol xəritəsi hazırlamağa çalışın. Əlinizdən nə gəlirsə, onu edin. İbadətlərinizi səhlənkarlığa yol vermədən yerinə yetirin. Dua etməyi yaddan çıxarmayın. Həmişə Allaha arxalanın. Öhdənizə düşən işləri görmədən, ibadətlərinizi yerinə yetirib dua etmədən Allah sizə kömək etməz. Bunu da unutmayın.

Aşağıda verilən ayələr sizin vəziyyətinizlə yaxından əlaqəlidir. Hər bir ayəni düşünə-düşünə oxuyub mənimsəməyə çalışın. Səhvlərinizi və nə etməli olduğunuzu məhz özünüz görün. İnşallah bu ayələr sizi özünüzə gətirəcək. Sizə heç gözləmədiyiniz qədər güc və təpər verəcək. Beləcə, Allaha əvvəllər olduğundan da çox arxalanacaqsınız. Nəticədə həyatdan möhkəmcə tutacaq və Allahın izni və köməyi sayəsində bütün çətinliklərin öhdəsindən gələcəksiniz.

“Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir. Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah kifayət edər”.1

“Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır”.2

“Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm tələb edən əməllərdəndir”.3

“o kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər”.4

“İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər. Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”– deyər. Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz, kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz, mirası hərisliklə yeyirsiniz, var-dövləti də hərisliklə sevirsiniz”.5

“Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar. Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!”– deyər və sevinib lovğalıq edər. Səbir edib yaxşı işlər görənlər istisnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır”.6

“Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən”.7

“İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər”.8

“İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O şəxs dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur.

O, Allahı tərk edərək özünə nə zərər, nə də xeyir verə bilməyənə yalvarır. Dərin azğınlıq da elə budur.

Həm də zərəri xeyrindən daha yaxın olana yalvarır. O nə pis köməkçi, nə pis yoldaşdır!

Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcək. Şübhəsiz ki, Allah istədiyini edər.

Kim ki, dünyada və axirətdə Allahın Peyğəmbərinə kömək göstərməyəcəyi gümanındadırsa, qoy yuxarıya (evinin tavanına) bir ip salıb boynuna keçirsin, sonra da ayağını yerdən üzsün və görsün ki, onun bu hiyləsi, qəzəbinə səbəb olduğu Allahın bu köməyinə mane ola bilərmi.

Beləcə, Biz Quranı açıq-aydın ayələr kimi nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldir”.9

Nisa, 4/79.

Şura, 42/30.

Luqman, 31/17.

Həcc, 22/35.

Fəcr, 89/15-20.

Hud, 11/9-11.

Şura, 42/48.

Fussilət, 41/49.

Həcc, 22/11-16. Ayələr Ə. Musayevin tərcüməsindən götürülmüşdür. Mənbə: quran.az saytı.

Şəkil çəkənlər həmişəlik Cəhənnəmdə qalacaqlar?
Cavab: Əgər siz həqiqətən də tövbə etdinizsə, bu o deməkdir ki, artıq qorxmalı heç nə yoxdur. Çünki Allah Qurani-Kərimdə belə buyurur:

De: “Ey özlərinə pislik edib həddini aşan bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin. Allah bütün günahları bağışlayar. Çünki O, çox bağışlayan, çox mərhəmət edəndir!”. (Zumər, 39/53)

“Allah özünə şərik qoşulmasını bağışlamaz. Ondan başqa günahları dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşursa (şirkə düşürsə), o kimsə haqq yoldan tamamilə çıxmışdır”. (Nisa, 4/116)

Bu ayələrdən belə çıxır ki, ancaq və ancaq şirk günahı (tövbə edilmədikcə) bağışlanmayacaq. Bunun xaricində qalan günahları isə Allah Təala istədiyi şəxslər üçün bağışlayacaq. Beləliklə, siz tövbə etdikdən sonra gözəl işlər görməlisiniz.

“Kim tövbə edib saleh əməllərlə məşğul olsa, heç şübhə yoxdur ki, o, Allahın hüzuruna tövbəsi qəbul edilmiş olaraq qayıdar.” (Furqan, 25/71)

Materiallardan istifadə zamanı mənbə  göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Kişi öldü. Arvadı, bir oğlu və bir qızı qaldı. Miras necə bölüşdürülməlidir?
Nisa surəsinin 12-ci ayəsinə əsasən ananız mirasın səkkizdə birini almalıdır:

“Əgər sizin övladınız yoxdursa, vəsiyyəti çıxdıqdan və ya borcu yerinə yetirdikdən sonra qoyub getdiklərinizin (mal-mülk, miras) dörddə bir hissəsi arvadlarınızındır. Uşağınız varsa, onda qoyub getdiklərinizin səkkizdə bir hissəsi onlara çatır (arvadlara)” (Nisa, 4/12).

Eyni surənin 11-ci ayəsinə əsasən siz qardaşının yarısı qədər miras payı alacaqsınız:

“Allah övladlarınız haqqında sizə belə tövsiyə edir: oğlana iki qızın payı qədər miras payı düşür” (Nisa, 4/11).

Buna əsasən miras 24 hissəyə bölünür. 3 pay ananıza, 7 pay sizə, 14 hissə də qardaşınıza düşür.

İnternetdə kliklə pul qazanmaq düzgündür?
Cavab: Firmalar ziyarətçilərinin sayı çox olan internet saytlarına reklam verirlər. Saytın sahibləri isə həmin reklamların baxılma sayına əsasən o firmalardan pul alır. Sonra sayt sahibləri sizə və mail qruplarına elektronik məktub göndərib sizin bu linklərdə göstərilən ünvanlara daxil olmağınızı istəyir və daxil olduğunuz təqdirdə hesabınıza nağd ballar yığılacağını deyirlər. Siz də onların dedikləri yerlərə daxil olursunuz. Beləliklə də, elə görünür ki, o firmaların reklamına çox baxılıb. Sayt sahibi də sizə öz qazandığı puldan nağd ballar verir.

Bu sistem reklam verən firmanı aldatmağa əsaslanan bir sistemdir. Buna görə də sizin də bu sistemdə özünüzə yer tutub həmin çarxa daxil olmağınız caiz deyil.

Dinimizdə nə ziyana məruz qalmaq var, nə də ziyan vurmaq. (Əhməd ibn Hənbəl, 1/313)

Allah belə buyurur:

“Ey möminlər! Bir-birinizin malını haqsızlıqla yeməyin! Bu, ancaq qarşılıqlı razılıq yolu ilə baş verən alış-satışla ola bilər”. (Nisa, 4/29)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Musiqi necə caiz ola bilər?
Cavab: Bu hədis sənəd (istinad) baxımından səhih (mötəbər) olsa belə, məna baxımından səhih hədis kimi görünmür. Çünki zina etmək və içki içmək Qurani-Kərimin ağır qadağalarındandır. İpək paltar geyinmək isə peyğəmbərimiz (s. a. v.) tərəfindən kişilərə qadağan olunub. İpəyin əl böyüklüyündə olanını geyinməyə icazə verilib.1

Mizmara gəldikdə, onu qadağan edən başqa bir dəlil yoxdur.

İçki içmək və zina etməyi halal hesab edən şəxs kafir olur və buna görə də peyğəmbərimizin (s. a. v.) ümmətindən kənara çıxır. İpəyin qadağan edildiyi hədis isə xəbəri-əhəd yolu ilə gəldiyinə görə onu (ipək paltar geyinməyin qadağan olduğunu) inkar edənin kafir olduğunu demək olmaz.

İpəyin və mizmarın qəti şəkildə haram olduğuna dair hökm verilsə, onları uzaq başı kiçik günahlar kateqoriyasına daxil etmək olar. Belə olan halda da yuxarıdakı hədisdə böyük günahlarla kiçik günahlar bir-birinə qarışdırılmış olur. Allah Təala belə buyurur:

“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, sizin kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli bir yerə çatdırarıq” (Nisa, 4/31).

“O yaxşılar kiçik qüsur və günahlardan olmasa da, böyük günahlardan və açıq-aşkar həyasızlıqlardan çəkinərlər. Sənin Rəbbinin məğfirəti (bağışlamağı) boldur. O, sizi torpaqdan yaratdıqda və siz hələ analarınızın qarnında döl halında olduğunuz vaxt mayanızın nə olduğunu çox yaxşı bilir. Elə isə özünüzü təmizə çıxartmayın, öyünməyin. Çünki kimin Allahı daha çox sayıb Ona qarşı çıxmaqdan çəkindiyini O (Allah) özü çox yaxşı bilir” (Nəcm, 53/32).

Allah yuxarıdakı ayələrdən də göründüyü kimi böyük günahlarla kiçik günahları bir-birindən ayırd edib. İçki içmək və zina etmək böyük günahlardandır. Halbuki, heç bir mənbədə musiqi alətləri çalmağın böyük günahlardan olduğu bildirilməyib. Peyğəmbərimizin (s. a. v.) də böyük və kiçik günahları bir-birinə qarışdırmaq kimi bir iş görməyəcəyi yaxşı məlumdur. Bundan söhbət belə gedə bilməz.

Allah başqa bir ayədə belə buyurur:

“O, sizə çətinlikdə qaldığınız hallar istisna olmaqla nəyi haram edibsə, onu açıq-aydın izah edib” (Ənam, 6/119).

Peyğəmbərimiz (s. a. v.) də belə deyib:

“Halal məlumdur. Haram da məlumdur”.2

Musiqi və musiqi alətləri haqqında bir neçə başqa hədis də var. İmam Qəzzali, Kəmaləddin ibn Hümam, Əbdülqəni Nəblusi, İbn Abidin, Təqiyəddin Sübki, Rəmli, İbn Həzm və Şövkani kimi bir qrup alim bu kimi hədisləri izah ediblər. Həmin izahlar qısa formada aşağıdakı kimidir:

Hədislərin əsas mövzusunu içkili, qadınlı, içərisində bir çox haram iş görülən meyxana əyləncələri (ləhv) təşkil edir. Bu da istər çalğı alətləri, istərsə digər musiqi alətlərinin haram olması, alətlərin və musiqinin özü ilə əlaqədar bir məsələ olmayıb bunlarla haram iş görülməsi səbəbinə, yaxud da haram iş görülən yerlərdə çalındıqlarına görə belədir. Deməli, bu alətlər halal və mübah əyləncələrdə içərisinə başqa bir haram qarışdırılmadan istifadə edilsə, caizdir. Amma əgər o, onunla birlikdə başqa haram işlər görülürsə, “harama səbəb olan şeyin özü də haramdır” prinsipinə əsasən caiz ola bilməz.3

Saytımızın materiallarından istifadə  zamanı mənbə göstərilməlidir. Müsəlmanlar ©  2004 Bütün hüquqları qorunur.

Tirmizi, Libas, 1; Əbu Davud, Libas, 7

Buxari, İman, 39, Büyu, 2; Müslim, Müsəqat, 107; Əbu Davud, Büyu, 3; Tirmizi, Büyu, 2; Nəsai, Büyu, 2; İbn Macə, Fitən, 14.

Qəzzali, İhyau Ulumid-Din, VI cild, s. 142-144; İbn Hümam, Fəthul-Qədir, VI cild, s. 482; Əbdülqəni Nəblusi, İzahu-d-Dəlalat, Süleymaniyyə kitabxanası (İstanbul, Türkiyə), Esat Efendi bölməsi, nömrə: 1762/1, vərəq: 7a-b, 8a-b, 9a, 11a, 28a; İbn Abidin, Haşiyətu Rəddil-Muxtar, V cild, s. 305, 307; Şövkani, Neylul-Əvtar, VIII cild, s. 113-119; Sübki, Təkmilə, XX cild, s. 230; Rəmli, Nəhayətul-Möhtac, VIII cild, s. 298; Mühəlla, VII cild, s. 567.

Axirətdə günahkar möminlərin vəziyyəti necə olacaq?
Cavab: Allah Təala Qurani-Kərimdə belə buyurur:

“Allah Ona şərik qoşanları əsla bağışlamaz. Ondan başqa günahları istədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşubsa, haqq yoldan tamamilə azmışdır” (Nisa, 4/116).

Biz Qurani-Kərimə baxdığımız vaxt görürük ki, Cəhənnəmdə həmişəlik qalmalı olan şəxslər Allaha şərik qoşub şirkə düşənlər və münafiqlərdir. Allah Təala onların həmişəlik Cəhənnəmdə qalacaqlarını və oradan heç vaxt çıxa bilməyəcəklərini bildirib. Burada belə bir sual meydana çıxır: Elə isə günahkar möminlərin halı necə olacaq? Bir insan nə qədər günahkar olursa olsun, qəlbində iman varsa, başqa sözlə bu insan mömindirsə, onun yeri axirətdə nəhayət ki, Cənnət olacaqdır. Çünki Cəhənnəmdə həmişəlik qalmalı olan insanlar dünyada ikən Allaha şərik qoşanlardır.

Diqqət yetirdinizsə, Allah Təala yuxarıdakı ayədə sadəcə olaraq şirki bağışlamadığını və heç vaxt bağışlamayacağını, şirkdən başqa günahları isə istədiyi şəxslər üçün bağışlayacağını bildirir. Bu halda buradan belə bir nəticə çıxır: Allah Təalanın bağışlamaq istəmədiyi şəxslər günahkar müsəlmanlardır ki, onlar da öz günahlarının cəzalarını çəkəcəklər. Bu, Allahın ədalətindən irəli gəlir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s. a. v.) də bir çox hədisində Allahın günahlarını bağışlamadığı günahkar möminlərin Cəhənnəmdə əzab çəkəcəklərini, lakin cəzalarını çəkdikdən sonra təmizlənmiş olaraq Cənnətə gedəcəklərini də istisna etməmiş, əksinə, özü bunu bildirmişdir.

Xüsusilə qeyd etmək və unutmamaq lazımdır ki, Allah Təalanın mərhəməti son dərəcədə genişdir və Allah qətiyyən zalim deyildir. Nə qədər günahkar olsa da, bir mömini bir kafirlə eyni səviyyədə mühakimə edib, hər ikisinə də Cəhənnəmdə əbədiyyən əzab verməz.

“De: “Ey özlərinin əleyhinə hədd-hüdud tanımayan (həddini aşmış) bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki Allah bütün günahları bağışlayar. Heç şübhə yoxdur ki, O, çox bağışlayan, çox mərhəmət edəndir” (Zumər, 39/53).

Məryəm surəsinin 71-ci ayəsinə gəlincə, orada Allah Təala belə buyurur:

“Sizin aranızda elə bir kəs yoxdur ki, oraya getməsin. Bu, Rəbbinizin qəti bir hökmüdür”.

Ayəyə diqqət yetirdinizsə, buradakı ifadə Cəhənnəmə getmək deyil, oraya getməkdir. Bununla da Cəhənnəmdə yanmalı olanların oraya girməkləri, Cənnətə getməli olan möminlərin isə Cəhənnəmin qabağından keçib oraları və içindəkiləri görməkləri nəzərdə tutulur. Deməli, bu minvalla oraya getməyən heç kəs qalmayacaq.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Ər arvadının qazandığı pula qarışa bilər?
Cavab: Qadının mal-dövləti onun özünündür. Ərin o mal-pul barədə bir səlahiyyəti yoxdur. Ər arvadına verdiyi mal-mülkə də qarışa bilməz. Allah belə buyurur:

“Ey iman edənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar pis bir iş görməyincə, onlara verdiklərinizi geri almaq üçün onları sıxışdırmayın. Onlarla yaxşı (mərufa uyğun) rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizin üçün çoxlu xeyir yaratmış olsun” (Nisa, 4/19).

İnsanlar Adəmin övladlarının bir-biri ilə evlənməsi nəticəsində çoxaldı?
Cavab: Allah Təala belə buyurub:

“Ey insanlar! Sizi tək bir nəfsdən yaradan və eyni nəfsdən yoldaşını yaradan və bu ikisindən bir çox kişi və qadın meydana gətirən Rəbbinizə qarşı hörmətsizlik etməkdən çəkinin…” (Nisa, 4/1).

İnsan nəsli ilk yaradılan Adəm və ondan sonra ona yoldaş kimi yaradılan Həvva anamızın sayəsində meydana gəlib. Mənbələrdə qeyd edilir ki, Adəmlə Həvvanın uşaqları biri oğlan, digəri qız uşağı olmaqla əkiz doğulublar. İnsan nəslinin çoxalması üçün ilk dövrlərdə əkiz olaraq dünyaya gələn qardaş-bacılar digər əkiz bacı-qardaşlarıyla çarpaz formada evlənirdilər. İnsan nəsli eyni bətndə doğulan qardaç-bacıların bir-biri ilə evlənməsilə deyil, özlərindən əvvəl, yaxud da sonra dünyaya gələn digər bacı-qardaşlarıyla evlənməsi yoluyla çoxalmaya başlayıb.

Məntiqi baxımdan bunun çox uzun bir müddət ərzində davam etmədiyini demək mümkündür. Çünki qısa bir vaxtdan sonra nəsil artmış, əmi, bibi, dayı və xala uşaqları dünyaya gəlmişdir ki, qardaş-bacıların bir-birilə evlənməsi də artıq qısa bir müddətdən sonra qadağan edilmişdir.

Materiallardan istifadə zamanı mənbə  göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Dayı oğlu ilə xala qızının evlənməyində dini cəhətdən bir problem var?
Cavab: Əgər sizin sualınızda haqlarında danışdığınız dayı oğlu ilə xala qızı bir-birlərilə süd bacı-qardaşı deyillərsə, onların evlənməyi caizdir. Yaxın qohumlardan evlənmək qadağan olanlar isə bunlardır:

Atalarınızın evləndiyi qadınlarla evlənməyin, keçmişdə olanlar artıq keçib. Çünki bu, çox iyrənc və çirkin bir şeydir, nə pis yoldur!

Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın yanınızda qalan ögey qızları (onlarla yaxınlıq etməmişsinizsə, sizə bir maneə yoxdur) ilə evlənmək haram edildi. Öz oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Keçmişdə olanlar artıq keçib. Həqiqətən, Allah bağışlayan və mərhəmət edəndir (Nisa, 4/22-23).

Ayədə sadalananların xaricindəki qohumlarla evlənmək halaldır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.