Müselmanlar » hikmət

“Allah və peyğəmbərin qabağına keçməyin” ayəsi nə məna verir?
Cavab: Gəlin, həmin ayələrə birlikdə nəzər yetirək:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُقَدِّمُوا بَيْنَ يَدَيِ اللَّهِ وَرَسُولِهِ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَنْ تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنْتُمْ لَا تَشْعُرُونَ

“Ey iman gətirənlər! Allahı və Onun Elçisini qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah Eşi­­dəndir, Biləndir.

Ey iman gətirənlər! Səsinizi peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də bilmədən əməlləriniz hədər olar.”

Bu ayələri aşağıdakı kimi başa düşmək lazımdır:

1-ci ayədə “rəsul: elçi” sözü var. Rəsul ona gələn ilahi buyuruqları təbliğ edir. Yəni, elçilik edir. Bu halda elçinin dedikləri Allahın sözləridir. Elə isə Qurandan qabağa keçməmək, Allah Quranda nə buyurursa, onu yerinə yetirmək lazımdır. Allahın Öz ayələri ilə müəyyən etdiyi hədləri (sərhəd) aşmamaq lazımdır.

2-ci ayədə isə “nəbi: peyğəmbər” sözü işlədilib. Rəsul sözü yuxarıda da qeyd etdiyimiz kimi, elçi deməkdir. Nəbi isə vəhy alan, özünə kitab verilən deməkdir. Allah bütün nəbilərə kitab nazil etdiyini bildirir. Nəbi Allah tərəfindən kitab aldıqdan sonra onun hökmlərini həyata keçirməyə (hikmət) görə də cavabdehdir. Rəsul isə kitabda deyilənləri olduğu kimi insanlara çatdırmağa görə cavabdehdir. Elə isə bir peyğəmbər bütün gün (24 saat) nəbidir. Amma bütün gün rəsul deyil.

Burada deyilir ki, səsinizi peyğəmbərin səsindən yüksəyə qaldırmayın. Bu hökm eyni zamanda bildirir ki, peyğəmbərin səhih bir hədisi varsa, ona tabe olmaq lazımdır. Ondan qabağa keçmək olmaz. Peyğəmbərlə bir-birinizlə danışdığınız kimi danışmayın. Əks təqdirdə, özünüz də hiss etmədən əməlləriniz puç olub gedər.

Qısa desək, bu ayələri yuxarıda izah edildiyi kimi başa düşmək lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.

Quranda qadağan edilən şeylərin illəti nəyə əsasən müəyyənləşdirilir?
Cavab: Mütləq surətdə imtahan üçün olanlar istisna olmaqla, Uca Allahın əmr və qadağalarının səbəbsiz olduğunu düşünmək qeyri-mümkündür. Bununla belə, illət və hikmət bir-birinə qarışdırılmamalıdır. Quranda xamr, yəni, yeyildiyi, içildiyi və istifadə olunduğu vaxt insanı sərxoş edən hər bir şey qadağan olunub. Bunun illəti adından da başa düşüldüyü kimi, ağlın üstünü örtməyi, yəni, sərxoşluq verməyidir. Belə olan halda, xamr illəti Allah tərəfindən müəyyənləşdirilmiş olan bir qadağa olur və bu qadağanın əhatəsinə sərxoşluq verən bütün maddələr daxildir.

Sərxoş edici şeylərin qadağan edilməyinin hikməti isə onların şeytan əməli murdarlıqlar olmağı, insanların arasında kin və düşmənliyə səbəb olması, eləcə də insanı Allahı zikr etməkdən uzaqlaşdırmağıdır.

Ribanın (faiz) illəti borcdan gəlir götürməkdir. Bu qəbildən olan bütün işlər ribadır. Bu qadağanın hikməti su-istifadə və müstəmləkə sisteminin yaranmağı, iqtisadi böhranlara səbəb olmağı kimi hallardır.

Sualınızın ən vacib hissəsi qadağaların illətinin düzgün müəyyənləşdirilməli olması ilə əlaqədardır. Bu illət mütləq Qurandan götürülməlidir. Müəyyən edilən illətin məzmununa nələrin daxil olub olmaması isə ictihadla əlaqədar bir məsələdir. Bu mərhələdə yol verilən səhvlər bağışlanır. Amma təkcə ictihadla illəti müəyyənləşdirmək qəbul edilən bir hal deyil. Çünki bu, bir səhv deyil, həddi aşmaq deməkdir.

Suala cavab verdi: Dr. Fatih Orum

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Peyğəmbərin dövlət başçısı kimi verdiyi qərarlar da müsəlmanlar üçün qüvvədədir?
Cavab: Allahın rəsulu Allahın elçisi deməkdir. Odur ki, peyğəmbər (s. a. v.) Allahın ayələrini onun elçisi olaraq insanlara təbliğ edib çatdırırdı. Eyni zamanda həmin ayələrdən müxtəlif məsələlərə dair hökm çıxardır, onları insanlara bildirir və tətbiq edib həyta keçirirdi. Buna Quranda hikmət, yəni, düzgün hökm deyilir. Hikməti öyrətmək və tətbiq etmək də peyğəmbərin borcu idi. Allah belə buyurur:

“Yaxşılıqlarımızı tamamlamaq üçün sizə sizdən bir elçi göndərdik. O sizə ayələrimizi oxuyur, sizi inkişaf etdirir, sizə Kitabı və hikməti öyrədir. Sizə bilmədiyinizi öyrədir”. (Bəqərə, 2/151)

Peyğəmbərimiz Qurandan hökm çıxardığı vaxt səhvə yol verə bilib. Xanımları ilə əlaqələrində (Təhrim, 66/1-6), əsirlərlə əlaqədar tutumunda (Ənfal, 8/67-68), münafiqlərə icazə verməyində (Tövbə, 9/43) və bəzi müsəlmanlara qarşı hərəkətlərində (Əbəsə, 80/1-10) bir sıra səhvlər olduğu üçün Allah ona xəbərdarlıq edib. Beləliklə, peyğəmbərin səhvləri düzəldilmiş və onun bir tanrı olmadığı da göstərilmişdir.

Quran ona nazil edilən ayələri ehtiva edən ilahi kitabdır. Peyğəmbərimiz Qurandan çıxardığı hikmətlər də onun Sünnəsini təşkil edir. Yol verdiyi xətaların düzəldilməsi də göstərir ki, onun Sünnəsi Allah tərəfindən təsdiq olunub. Quranda belə deyilir:

“Allah və elçisi bir şeyə qərar verdikləri vax (artıq) iman gətirən kişi və qadının işlərində başqa bir yolu tutmağa haqları yoxdur. Allah və elçisinə zidd çıxan şübhəsiz ki, açıq-aydın surətdə azmış olur”. (Əhzab, 33/36)

“Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar”. (Nisa, 4/65)

Nəticə olaraq, peyğəmbərin qərarları və həyata keçirdiyi şeylər hansı məsələdə olursa olsun, müsəlmanlar üçün qüvvədədir.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2983.html

Suala cavab verdi: Dr. Fatih Orum

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Quranda şer yazmaq və şairlər barədə nə deyilir?
Cavab: İslam dini İslama və əxlaqa zidd olmayan müsbət mahiyyətli şeri bəyənmiş və buna həvəsləndirmişdir. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu barədə belə buyurub:

“Şerin bir hissəsi hikmətdir”.1

Buna əlavə olaraq başda Buxari olmaqla bir çox hədis kitabında belə bildirilir ki, peyğəmbərimiz şəxsən özü şer demiş, Həsən bin Sabit və Amir bin Əl-Əqva kimi bəzi şair əshabələrinə də bu məsələdə icazə vermiş və həmin şerlərə özü də qulaq asmışdır.

Amma şer neqativ bir xüsusiyyət daşıdığı vaxt zərərli hesab olunub və pislənib. İnsanları pis yola aparan şerlə əlaqədar olaraq Quranın Şüəra (Şairlər) surəsində belə deyilir:

“O şairlərə gəlincə, onların dalınca ancaq azğınlar gedərlər. Görmürsənmi, onlar hər sahədə həddi aşıb gedirlər. Həm də görməyəcəkləri işi dillərinə gətirirlər (deyirlər)”. (Şüəra, 26/224-226)

Amma İslama və əxlaqa zidd şer deməyən ya da yazmayan şairlər istisna təşkil edirlər:

“Ancaq iman gətirən, yaxşılıq edən, Allahı tez-tez zikr edən və haqsızlığa məruz qalanda intiqam alan şairlər belə deyillər. Haqsızlıq edənlər necə yıxılacaqlarını görəcəklər (hansı dönüşlə döndəriləcəklərini, aqibətlərinin necə olacağını) mütləq biləcəklər”. (Şüəra, 26/227)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Buxari, Ədəb, 90.

Evlilikdən qabaq cinsi akt və zina
Cavab: İnsan təbiəti baxımından günah etməyə meylli yaradılıb və dünya imtahan dünyasıdır. İnsan həyatda onu günaha batmağa sövq edən və yoldan çıxardan müxtəlif şeylərlə qarşı-qarşıya gəlir. Bütün bunların başında şeytan durur. Şeytan insanları Qiyamət gününə qədər başdan çıxartmaq üçün Allahdan icazə alıb. Qurani-Kərimdə bu barədə belə deyilir:

İblis (Allaha): “Mənə insanların yenidən diriləcəkləri günə qədər möhlət ver”, – dedi. Allah ona: “Sən möhlət verilənlərdənsən!”, – deyə buyurdu. İblis: “Elə isə sənin məni yoldan çıxartmağının müqabilində and içirəm ki, mən də onları yoldan çıxartmaq üçün sənin doğru yolunun üstündə oturacağam. Sonra onların qabaq, arxa, sağ və sollarından dürtüləcəyəm və sən görəcəksən ki, onların çoxu şükr etmir”, – dedi (Əraf, 7/14-17).

Ayələrdən də məlum olduğu kimi şeytan həmişə insanlara “hücum edəcək”; onlara qabaq və arxa tərəflərindən, sağ və sol yanlarından təsir göstərəcək. Beləliklə, insanlar harama – günaha batacaqlar. Bəs sonra nə olacaq? Gördükləri işlərdən utanıb peşman olanlar nə edəcəklər? Allah məhz bu yerdə necə deyərlər, tövbə qapısı qoyub. Gördükləri işlərdən peşman olanlar o işləri bir də görməmək üzrə tövbə edəcək, Allahın əfv və məğfirətinə sığınacaq və Allah onları bağışlayacaqdır:

Pis əməllər etdikdən sonra tövbə edənlərlə iman gətirənlərə (imanlarında sabit olanlara) gəldikdə isə, Rəbbin ondan (tövbədən) sonra çox bağışlayandır, çox mərhəmət edəndir (Əraf, 7/153).

Sonra şübhəsiz ki, Rəbbin cahillik (bilməməzlik) ucbatından pis iş görən, sonra tövbə edib özünü islah edənlərə (düzəldənlərə) tərəfdardır. Şübhəsiz ki, Rəbbin bundan sonra da çox bağışlayandır, çox rəhm edəndir (Nəhl, 16/119).

Allah yanında (məqbul) tövbə ancaq bilmədən günah edib sonra çox keçməmiş tövbə edənlərin tövbəsidir. Budur, Allah bunların tövbələrini qəbul edir. Allah biləndir, hökm və hikmət sahibidir (Nisa, 4/17).

De: “Ey öz əleyhinə ifrata varan bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin! Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. Çünki O, çox bağışlayandır, çox mərhəmət edəndir (Zumər, 39/53).

Şübhəsiz ki, Mən tövbə edib inanan və saleh əməllər edən, sonra da doğru yolda olmağa davam edən kəs üçün olduqca bağışlayanam (Taha, 20/82).

Yuxarıdakı ayələrdən də açıq-aşkar məlum olduğu kimi Allah öz günahından tövbə edən və yaxşı işlər görən şəxsi bağışlayır. Sizin haqqında danışdığınız hərəkət və davranış Allahın qadağan etdiyi böyük günahlardan biridir. O işi nəinki görmək, hətta ona yaxınlaşmaq belə haram edilib:

Zinaya yaxınlaşmayın. Çünki o, olduqca pis bir işdir və çox pis bir yoldur.

Lakin belə bir iş baş verdiyinə görə peşmanlıq yaranıb və tövbə edilibsə, inşallah bu günah bağışlanacaq. Əsas odur ki, insan özünü düzəldib yaxşı işlər görsün. Sizin bəhs etdiyiniz şəxs kimi bir insanla evlənməyinizdə dinimiz baxımından bir problem yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.