Müselmanlar » Buxari

Əl-Buxarinin özü tərəfindən yazılan orijinal nüsxə indiyədək durur?
Cavab: Hədis rəvayət edən şəxslərin tərcümeyi-halı barədə məlumat verən kitablarda adətən onların hədis təhsili, müəllimləri, tələbələri, kitabları və rəvayət qabiliyyəti (cərh və tədil baxımından vəziyyəti) kimi birbaşa hədis rəvayətinə təsir göstərən cəhətlərinə üstünlük verilir. Lakin hədis rəvayət edən bir şəxsin ailə vəziyyəti, uşaqlarının sayı və bu kimi məsələlərin üzərində əsl mətləblə birbaşa əlaqədar olmadığına görə durulmur. Ona görə də təkcə əl-Buxari və Müslim kimi hədis alimləri deyil, eyni zamanda məzhəblərin rəhbərləri kimi çox məşhur olan alimlərin də tərcümeyi-halları çox bilinmir. Bəli, bu gün əl-Buxarinin həyatı barədə məlumatlar çox da geniş deyil. Ancaq onun müəllimləri (misal üçün, İbn Məndə (v. 395 h/1005 m) Təsmiyətu şuyuxi-l-Buxari adlı əsərində onun 309 müəllimi haqqında məlumat verir), hədis qeyd edib yığmaq üçün çıxdığı səfərlər, tələbələri, kitabları, haralı olmağı, anadan olma və ölüm tarixləri kimi hədis rəvayətinə dair cəhətləri təfsilatla izah edilib.

Əl-Camiu-s-Səhih adlı əsərin müəllif tərəfindən yazılan orijinal nüsxəsi bizə qədər gəlib çatmamışdır. Hal-hazırda mövcud olan Səhih-Buxari nüsxələri Əli ibn Muhəmməd əl-Yunini (v.701 h/1301 m) tərəfindən əl-Buxarinin məşhur tələbələrindən biri olan əl-Firəbrinin nüsxəsinə əsasən hazırlanan nüsxəyə istinad edir. Belə deyilir ki, əl-Firəbri öz nüsxəsini müəllimi əl-Buxarinin məhz özündən 2 dəfə dinləyib.

Cavabladı: Hüseyin Hansu (İstanbul Universitetinin İlahiyyat fakültəsinin dosenti, hədis tədqiqatları kafedrasında müəllim)

QEYD: Almaniyada yaşayan oxucularımızdan biri bizə bu məsələ ilə bağlı belə bir qeyd göndərib:

“İmam Buxarinin 5 qabaqcıl tələbəsindən biri Firəbridir (vəfat tarixi hicri 320, miladi 932-ci il). O, müəllimi Buxaridən həmin kitabı əxz etmiş, o Həməviyə (381/991), o da Davudiyə (467/1074), o isə Əbu-l-Vaxta )553/1158), o isə İbnu-l-Lətiyə (635/1237), o da öz növbəsində Yuniniyə nəql etmişdir”.

Saytımızın materiallarından istifadə  edərkən mənbə göstərilməlidir. Müsəlmanlar ©  2004 Bütün hüquqları qorunur.

İnsan cəsədi və avtopsiya
İNSAN CƏSƏDİ VƏ AVTOPSİYA1

Avtopsiya ölüm səbəbini müəyyənləşdirmək üçün bir cəsədi götürüb tədqiq etmək deməkdir. Ölüm səbəbinin müəyyən edilməsi çox vaxt ehtiyac halını alır. Bir insanın meyitinin boş-boşuna tədqiq edilməsi isə insanı təhqir etməkdir. Lakin avtopsiya aparmağa ehtiyac yarandığı vaxt belə bir tədqiqat dini baxımdan da caiz (düzgün) olur.

Qurani-Kərimdə buna bir misal var. Belə ki, Bəqərə surəsində qatili müəyyənləşdirmək üçün ölünün qəbirdən çıxardılmasından danışılır. Allah Təala həzrəti Musa dövründə yaşayan İsrail oğulları ilə əlaqədar belə buyurur:

“Siz bir gün bir adamı öldürüb günahı bir-birinizin üstünə yıxmışdınız. Halbuki Allah sizin gizlədiyiniz şeyi meydana çıxardır.

Sonra: “O inəyin bir parçasını o ölüyə vurun”, – dedik. Allah ölüləri bax belə dirildir və sizə möcüzələrini göstərir ki, bəlkə siz, ağlınızı işlədəsiniz”.2

Bu əhvalatda qatil meyitin qəbirdən çıxardılması nəticəsində müəyyən edilib. Bu hadisə Həzrəti Musanın dövründə bir möcüzə kimi baş verib. Bu hadisənin bizi maraqlandıran cəhəti cəsədin qatilin müəyyən edilməsi məqsədi ilə qəbirdən çıxardılmağıdır.

Burada meyit qəbirdən çıxanda ona can verilib. Ardından da: “Allah ölüləri bax belə dirildir” ifadəsi gəlir. Bu ifadə də bizim mövzumuzla əlaqədardır. Belə ki, bu, Qurani-Kərimin insan cəsədinə münasibətini göstərir. Cəsəd ruhun yuvasıdır. O, ruhu daşıya bildiyi müddət qədər canlı olur. Bunu düzgün başa düşmək üçün lazımi ayələrə nəzər salmaq  yaxşı olar.

İNSAN PALÇIQDAN (TİN: SULANMIŞ TORPAQ) YARADILMIŞDIR

Allah Təala buyurur:

“Yaratdığı hər şeyi gözəl yaradan Odur. O, insanı yaratmağa palçıqdan (tin) başladı.

Sonra onun nəslini süzülmüş bir özdən, dəyərsiz bir sudan əmələ gətirdi.

Sonra onu nizamlı bir formaya saldı və ona öz ruhundan üfürdü. O, sizə qulaq, göz və ürək verdi. Siz nə qədər az şükr edirsiniz”.3

Palçıq kimi tərcümə edilən tin sözü Ərəb dilində su ilə torpağın qarışmış halı mənasını verir.4 Əgər su torpağa qarışmasa, bitki də bitməz. Bizim bütün qidalarımız bu cür əmələ gəlir. Biz o qida məhsullarını ya birbaşa, ya da bir heyvanın bədənində ət, süd və yağa çevrildikdən sonra yeyirik. Beləliklə, təkcə Həzrəti Adəmin deyil, bütün insanların bədəni torpaqdan yaradılıb və müntəzəm olaraq torpaqdan qidalanır. Bu qidalardan süzülən bir özək sperm və yumurtanı əmələ gətirir.

Bədəndən kənar edilən hüceyrələr və digər şeylər isə torpağa çevrilir. Bizim torpaqla daimi bir əlaqəmiz var. Ondan alıb, ona veririk.

İNSAN RUHU

Bədən ana bətnində müəyyən bir səviyyəyə çatdıqdan sonra Allah ona ruh üfürür. Bu ruh digər canlılarda yoxdur. Bədən digər canlılar kimi yemək-içmək və əylənmək istədiyi halda, ruh daha çox şey tələb edir. Onu bu dünyada doydurmaq qeyri-mümkündür.

Ruh problemsiz bir həyat istəyir; o həyat bu dünyada yoxdur.

Ruh ölümsüzlük, başqa sözlə, ölməzlik axtarır. Bu dünyada hər şey ölümlüdür.

Ruh sonsuz gözəllik istəyir; onu bu dünyada tapmaq qeyri-mümkündür.

Ruh sonsuz bir zənginlik axtarır amma bu dünyanın sərhədləri məlumdur. İstədiyimiz hər şeyi də əldə edə bilmirik.

Bu dünya heç bir insanı doydurmur. Xoşbəxt olanlar əllərində olanlara qane olmağı bacaranlardır. Ruhu doydura bilən şeylər ancaq Cənnətdədir.

Bəşəriyyətin atası Adəm, anası isə Həvvadır. Onlar Cənnətdən gəliblər. Buna görə də Cənnət insanın ana vətənidir. İnsan həmişə Cənnət həsrəti ilə yaşayır.

ÖLÜM VƏ YUXU

Ölüm bir yuxu, qəbir yatmaq yeri, öldükdən sonra dirilmək də yuxudan oyanmaqdır. Qurandakı ayələrdən biri belədir:

“Gecə sizi öldürən və gündüz nə etdiklərinizi bilən Odur. O sonra müəyyən bir müddət başa çatana qədər gündüz sizi oyandırır”.5

Ruh bədəni bir ev kimi istifadə edir. Bədən ana bətnində düzgün bir formaya düşdükdən sonra ruh ona üfürülür. Bədən yatdığı vaxt ruh çıxıb gedir. Oyanmaq əsnasında yenə gəlir. Ölən bədən uçmuş ev kimidir. O ev təzədən tikilənə qədər ruh oraya gəlməz. Təzə tikili uçmayan, köhnəlməyən və dağılmayan formada tikilir. Bu, insanın axirətdə yenidən dirilişidir. Ruh o vaxt yenidən girəcəyi bu bədəndən bir daha çıxmır. Aşağıdakı ayə bundan bəhs edir:

“Allah ölüm əsnasında ruhları alır, ölməyəninkini də yuxuda alır. O, ölümünə hökm etdiyini saxlayır, digərini müəyyən bir vaxta qədər azad buraxır”.6

OYANMA VƏ QİYAMƏT

Qiyamət qalxış deməkdir. Öldükdən sonra dirilmək yataqdan qalxmağa, Surun çalınması isə qalx! borusunun çalınmağına oxşayır. Allah belə buyurur:

“Onlar Sur çalınan kimi qəbirlərindən qalxıb qaça-qaça Rəbblərinə tərəf gedərlər.

Onlar deyəcəklər: “Vay bizim halımıza! Bizi yatdığımız yerdən kim oyandırdı”?7

YUXUDA VƏ ÖLÜMDƏ ZAMAN MƏFHUMU

Yatan insan yuxuda keçən vaxtı bilə bilməz. Ölü də belədir. Qurani-Kərimdə biri ölü, digəri yatan şəxslə əlaqədar iki misal var. Əshabi-Kəhf mağarada 309 il qalıb.8

Quranda deyilir:

“Onları bir-birlərindən soruşsunlar deyə oyandırdıq. Aralarından bir nəfər: “Siz burada nə qədər qaldınız?”, – deyə soruşdu. Onlar: “Bir gün, bəlkə də daha az qaldıq”, – dedilər”.9

Ölümlə əlaqədar ayə belədir:

“Buna da baxmırsanmı?10 O, tavanları çökmüş, divarları uçub dağılmış bir kənddən keçəndə: “Allah buranı ölümündən sonra necə dirildəcək?”, – dedi. Belə olduqda, Allah onu 100 il ölü halında saxladı. Sonra oyandırdı və: “Sən nə qədər belə qaldın?”, – deyə soruşdu. O: “Bir gün, bəlkə də bir gündən də az qaldım”, – dedi. Allah buyurdu: “Xeyr, sən düz 100 il qaldın. İndi yemək-içməyinə bax. Onlar hələ heç xarab olmayıblar. Bir də öz uzunqulağına bax. Biz səni insanlara görk (ibrət) olmağın üçün belə etdik. Sümüklərə bax, gör onları necə birləşdirəcək və sonra onlara ət geyindirəcəyik”. Bütün bunlar o kimsəyə yaxşıca aydın olduqdan sonra belə dedi: “Mən artıq başa düşdüm ki, Allah həqiqətən də, hər şeyə qadirdir!”.11

100 il ölü qalanla 309 il yuxuda olanlar orada bir gün və ya bir gündən də az qaldıqlarını zənn edirlər.

YATANIN VƏ ÖLÜNÜN BƏDƏNİ

Yatan adam öz bədənindən necə xəbərsizdirsə, ölü də elədir. Yatan insanın bədəni diri olduğuna görə ruhu bədəni oyandığı vaxt gəlib yenidən ona daxil olur. Ölənin ruhu isə bədənə geri qayıtmır; müəyyən bir yerdə saxlanılır. O ruh bədənin yenidən yaradılmağını gözləyir.

Axirətdə yeni bədənə gələn ruh özünü sanki yuxudan oyanıbmış kimi hesab edir və belə soruşur: “Bizi yatdığımız yerdən kim qaldırdı (oyandırdı)?”12

Bədən torpaqda çürümüş, sonra bir də yaradılmışdır. Lakin ruh bunun fərqində deyil. Ona elə gəlir ki, yatıb durub. Aradan keçən vaxtın fərqində deyil.

ÖLÜM VƏ YUXU BİR ZƏRURƏTDİR

Yatan da, ölən də bədəndir. Ruh nə ölür, nə də yatır. İnsan ruhla bədənin vəhdətidir, başqa sözlə, ruh və bədənin birləşməsindən ibarətdir.

Yatmaq həyatda bir fasilə deyil; davamlılıq daxilində zəruri bir istirahətdir. Ölüm də fasilə deyil. Ölüm xarab olmayan, qocalmayan və xəstələnməyən ölməz bir bədənə qovuşmaq, başqa sözlə, axirət həyatına uyğun hala gəlmək üçün lazım olan bir dövrdür. İnsana elə gəlir ki, bu, göz qırpıb açana qədər baş verir. Allah Təala belə buyurur:

“Qiyamət qopması ancaq bir göz qırpımı qədər, bəlkə, ondan da az çəkər. Çünki Allah hər şeyə qadirdir”.13

ÖLƏN BƏDƏN TORPAĞA ÇEVRİLİR

Allah Təala belə buyurur:

“Biz sizi torpaqdan yaratdıq və torpağa da qaytaracağıq. Sizi ondan bir dəfə də çıxardacağıq”.14

ÖLÜNÜ BASDIRMAĞIN SƏBƏBİ

Meyit onu (yerdən) göz qabağından götürmək, yırtıcı heyvanların və yaxud selin ortaya çıxartmağının və iyinin ətrafa yayılmağının qarşısını almaq məqsədilə dəfn edilir.15

AXİRƏT DÜNYA HƏYATININ DAVAMIDIR

Bu məsələnin hələ əvvəlində aşağıdakı iki Quran ayəsinə nəzər salmışdıq:

“Siz bir gün bir adamı öldürüb günahı bir-birinizin üstünə yıxmışdınız. Halbuki, Allah sizin gizlədiyiniz şeyi meydana çıxardır.

Sonra: “O inəyin bir parçasını o ölüyə vurun”, – dedik. Allah ölüləri bax belə dirildir və sizə möcüzələrini göstərir ki, bəlkə siz, ağlınızı işlədəsiniz”.16

Ayələrdən belə məlum olur ki, təzə öldürülmüş bir bədən hələ çürüməyib. Allah Təala onun xarab olan orqanlarını öz qüdrəti ilə düzəldərək o bədənin daxilinə göndərib. Ölülərin dirildilməsi də məhz belə olacaq. Başqa sözlə, bədən o ruhun qala biləcəyi bir vəziyyətə gəldiyi vaxt ruh öz evinə geri qaytarılacaq.

Ayədə göstərilir ki, ölünün dirilməsi ona o buzovun bir hissəsi ilə vurmaq vasitəsilə baş tutub. Yatan şəxsə də bir şeylə vurulduğu vaxt oyanır. Çünki ölünün dirilməyi yatanın oyanmağı kimidir.

Həzrəti Məhəmməd (s. a. v.) bu sözü ilə yenidən dirilməyin də dünya həyatının davamı kimi olacağını bildirib:

Hər bəndə, nə üzrə ölübsə, o şəkildə dirildilir.17

Vida həcci vaxtı bir nəfər miniyindən yıxılmış və boynu qırılmışdı. Həzrəti peyğəmbər (s. a. v.) dedi ki, onu su və sidr ilə yuyun, sonra 2 parça bezlə kəfənləyin. Ona ətir vurmayın, başını da açıq saxlayın. Çünki o, Qiyamət günü təlbiyə18 edən vəziyyətdə oyandırılacaqdır.19

Bu hədis həqiqətən də, düşündürücüdür. Burada o şəxsin ölümü ehramlı bir hacının yatmağı kimi qəbul edilib. Məlum olduğu kimi, ehrama girən20 bir şəxs özünə ətir vurmur və yatanda başını örtmür. Yuxudan oyananda isə təlbiyə gətirir.

NƏTİCƏ

Göründüyü kimi ölən bədən torpaq olacaq. Ona hörmət etmək özümüzə hörmət etməkdir. Yenidən dirilmə yeni bir bədən daxilində baş verəcək. Meyitin tədqiq edilməsi ehtiyac halına gəlsə, onu tədqiq etməyin eybi yoxdur. Çünki belə olan halda, meyitə bir hörmətsizlik göstərilmir. Bunu qadağan edən bir ayə və ya hədis də yoxdur.

Materialdan istifadə edərkən mənbə  göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Bu yazı ilahiyyat elmləri doktoru, professor Abdulaziz Bayındır tərəfindən 2-6 Oktyabr 2001-ci ildə İstanbul şəhərində IX Congress of European Society for the Study and Prevention of infant Death Espid Prenatal Health Care and Postnatal Development adı ilə keçirilən elmi yığıncaqda edilmiş məruzədən götürülmüşdür.

Bəqərə, 2/72-73. Qeyd: Ayələrin əvvəli belədir:

67. Bir gün Musa qövmünə dedi: “Allah sizə əmr edir ki, bir inək kəsəsiniz”. Onlar: “Sən bizi lağa qoymusan?”, – dedilər. Musa: “Elə bir cahillik etməkdən Allaha sığınıram”, – deyə cavab verdi.

68. Onlar: “Bizim üçün Rəbbindən soruş ki, onun nə olduğunu bizə izah etsin”, – dedilər. Dedi: “Nə qart (çox qoca), nə körpə olsun. İkisinin arasında bir şey olsun. Sizə verilən əmri yerinə yetirin!”.

69. Dedilər ki, Rəbbindən bizim üçün bir soruş, onun rəngini də bizə bildirsin. Dedi ki, o, görənlərə xoş gələn sapsarı bir inəkdir.

70. Dedilər: “Bizim üçün Rəbbindən soruş ki, onun nə olduğunu bizə yaxşı-yaxşı izah etsin. Çünki inək inəyə oxşayır axı. Allah istəsə, biz hədəfə çatarıq (bu məsələdə deyiləni yerinə yetirərik)”.

71. Dedi ki, o nə torpaq sürüb əldən düşmüş, nə də əkin suvarmış bir inəkdir. Eyibsiz-qüsursuz və heç qaşqası da olmayan bir heyvandır. Onlar: “Yaxşı, indi işi həqiqətə gətirib çıxartdın (indi artıq bizi başa saldın)”, – dedilər və nəhayət, onu kəsdilər. Amma az qala kəsməyəcəklərdi.

Səcdə, 32/7-9.

Rağib Əl-İsfahani, Müfrədatu əlfazil-Quran (Səfvan Adnan Davudinin tənqid və təhqiqi ilə), Dəməşq/Beyrut, h. 1412/m. 1992-ci il, tyn bəndi.

Ənam, 6/70.

Zumər, 39/42.

Yasin, 36/51-52.

Kəhf, 18/25.

Kəhf, 18/19.

Bu ayə bundan əvvəlki ayənin əvvəlindəki görmədinmi? ifadəsi ilə əlaqədar olduğuna görə tərcüməyə buna da baxmırsanmı? ifadəsini əlavə etdik.

Bəqərə, 2/259.

Yasin, 36/51-52.

Nəhl, 16/77.

Taha, 20/55.

Məhəmməd ibn Əbi Səhl Əs-Səraxsi, Əl-Məbsut, Beyrut, 1406, IX cild, s. 160; İbn Həcər Əl-Heytəmi, Tuhfətul-muhtac bi şərhil-minhac, İstanbul, III cild, s. 167, fəsl fid-dəfn və ğeyrih.

Bəqərə, 2/72-73.

Müslim, Cənnət, 19, 83 (2878) nömrəli hədis.

Təlbiyə həcc və yaxud umrə üçün ehrama girən şəxslərin oxuduqları zikrdir. O zikr belədir: Ləbbeyk Allahummə ləbbeyk, la şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nemətə ləkə vəl-mülk, la şərikə lək.

Buxari, Cənaiz, 20.

Ehrama girmək həcc və umrə üçün niyyət edib təlbiyə gətirdikdən sonra bu ibadətlərlə əlaqədar qadağaların başlaması deməkdir. Kişilərin ehramlı olduqları müddət ərzində başlarını örtməkləri qadağandır.

Bir dəstəmazla ən çox neçə vaxt namaz qılmaq olar?
Dəstəmaz almaq namaz qılmaq üçün tələb olunan şərtdir. Dəstəmaz üçün batil olmamaq (dəstəmazın sınması, pozulması) şərti ilə hər hansı bir say və dəfə məhdudiyyəti yoxdur. Namaz qıldıqca qıla bilərsiniz. Bu məsələ ilə əlaqədar olan bir hədisdə belə deyilir:

“Süleyman ibn Büreydənin öz atasından rəvayət etdiyinə əsasən o, belə demişdir: “Peyğəmbər (s. a. v.) Fəth (Məkkənin fəthi) günü namazlarının hamısını bir dəstəmazla qılmış və məstlərinin (çustsayağı bir ayaq geyim elementi) üstünə məsh etmişdir. Ömər peyğəmbərə: “Vallah, sən bu gün indiyədək görmədiğin bir iş gördün”, – dedikdə, peyğəmbər ona: “Mən bunu bilərək etdim”, – deyə cavab vermişdir (Müslim, Təharət, 86 (277)”.

Peyğəmbərimizin sözlərindəki “Mən bunu bilərək etdim” ifadəsi batil olmadıqca bir dəstəmazla birdən çox namaz qılınmasının münasib olduğunu göstərmək məqsədi daşıyır.

Buxarinin rəvayətlərində də həm peyğəmbərimizin, həm də əshabələrin eyni dəstəmazla, yəni, batil olmadıqca bir dəstəmazla bir neçə vaxt namazını qıldıqlarına dair məlumat mövcuddur (Geniş məlumat üçün baxın: Buxari, Vüdu (Dəstəmaz), 54).

Quranda şer yazmaq və şairlər barədə nə deyilir?
Cavab: İslam dini İslama və əxlaqa zidd olmayan müsbət mahiyyətli şeri bəyənmiş və buna həvəsləndirmişdir. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu barədə belə buyurub:

“Şerin bir hissəsi hikmətdir”.1

Buna əlavə olaraq başda Buxari olmaqla bir çox hədis kitabında belə bildirilir ki, peyğəmbərimiz şəxsən özü şer demiş, Həsən bin Sabit və Amir bin Əl-Əqva kimi bəzi şair əshabələrinə də bu məsələdə icazə vermiş və həmin şerlərə özü də qulaq asmışdır.

Amma şer neqativ bir xüsusiyyət daşıdığı vaxt zərərli hesab olunub və pislənib. İnsanları pis yola aparan şerlə əlaqədar olaraq Quranın Şüəra (Şairlər) surəsində belə deyilir:

“O şairlərə gəlincə, onların dalınca ancaq azğınlar gedərlər. Görmürsənmi, onlar hər sahədə həddi aşıb gedirlər. Həm də görməyəcəkləri işi dillərinə gətirirlər (deyirlər)”. (Şüəra, 26/224-226)

Amma İslama və əxlaqa zidd şer deməyən ya da yazmayan şairlər istisna təşkil edirlər:

“Ancaq iman gətirən, yaxşılıq edən, Allahı tez-tez zikr edən və haqsızlığa məruz qalanda intiqam alan şairlər belə deyillər. Haqsızlıq edənlər necə yıxılacaqlarını görəcəklər (hansı dönüşlə döndəriləcəklərini, aqibətlərinin necə olacağını) mütləq biləcəklər”. (Şüəra, 26/227)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Buxari, Ədəb, 90.

Qadınların kişilərin yanında davranışları barədə
Cavab: Allah Təala Qurani-Kərimdə belə buyurur:

(Rəsulum!) Mömin kişilərə de ki, gözlərini harama dikməsinlər, namuslarını/məhrəm yerlərini qorusunlar. Çünki bu, onlar üçün daha təmiz bir rəftardır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar” (Nur, 24/30-31).

Bu ayələrə əsasən bir qadın yuxarıda sadalanan kişilərin yanında otura bilər, başını aça bilər. Bu sadalananların xaricində ərinin qardaşları və ya digər kişi qohumlarının yanında məhrəm yerlərini aça bilməz! Lakin bunlarla danışması, eləcə də salamlaşması qadağan deyil. Bunların qabağına təsəttürlü geyimlərlə çıxa bilər. Onlarla heç salamlaşmamaq, danışmamaq və sairə kimi şeylər ifrata varmağın təzahürüdür. Qadının örtünmə qaydalarına zidd olmadıqca yuxarıdakı ayədə sadalananların xaricində qalan kişilərlə danışmağında bir problem yoxdur. Eyibli olan hal qadının bu kişilərlə bağlı bir yerdə təkbaşına qalmasıdır. Bu məsələylə əlaqədar hədis aşağıdakı kimidir:

Peyğəmbərimiz (s. a. v.) belə buyurmuşdur:

“Sizə (yanında məhrəmi olmayan) qadınların yanına girməyi qadağan edirəm”.

Bunun üstündən Ənsardan bir nəfər: “Ya Rəsuləllah! (Ərin ataları və oğullarından başqa digər) kişi qohumları haqqında nə deyirsən?”, – deyə soruşdu. Rəsulullah (s. a. v.): “Onlarla xəlvət (təkbaşına qalmaq) ölümdür”, – deyə buyurdu.1

Bir qadın qapalı bir yerdə təkbaşına qalmamaq şərtilə ona yad olan kişilərlə eyni mühitdə ola bilər. Onlara xidmət göstərə bilər. Bu məsələyə dair peyğəmbərimizin (s. a. v.) dövründən nəql olunan mötəbər bir hadisə belədir:

“Səhl ibn Səd (r. a.) belə deyib: “Əbu Useyd Əs-Saidi evləndiyi vaxt peyğəmbərimizi (s. a. v.) və onun əshabələrini toy yeməyinə dəvət etdi. Onlar üçün yeməyi hazırlayan da, süfrəyə verən də Useydin hələ təzəcə evləndiyi arvadı Ümmü Useyd idi. O, gecədən bir qazanın içində xurma islatmış, peyğəmbərimiz (s. a. v.) yeməyini yeyib qurtardıqdan sonra həmin şirəni öz əliylə peyğəmbərimizə (s. a. v.) təqdim etmiş, ona beləcə ikram etmişdi” (Buxari, Nikah, 78).

“Əbu Hazım belə deyib: “Mən Səhl ibn Səddən eşitdim”: Əbu Useyd Əs-Saidi peyğəmbəri (s. a. v.) öz toy yeməyinə dəvət etdi. Həmin gün hələ təzə gəlin olan arvadı onlara xidmət edirdi…” (Buxari, Nikah, 79).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Buxari, Nikah, 112; Müslim, Salam, 8 (2117.

Bəndə haqqı
Cavab: Allah Qurani-Kərimdə bildirib ki, O, ancaq şirk günahını bağışlamır:

Allah Özünə ortaq (şərik) qoşulmağını əsla bağışlamaz. Bundan başqa olanı (günahları) istədiyi kimsə üçün bağışlayar. Allaha şərik qoşan kəs böyük bir günah (ilə) iftira edir (Nisa, 4/48).

Bu ayədən açıq-aşkar məlum olur ki, Allah istədiyi kəslərin bütün günahlarını bağışlayacaq. Bağışlamaq istəmədiyi bəndələrinə isə onların öz günahları qədər əzab verəcək.

Bir insanın hüququna təcavüz etmək bəndə haqqıdır və bu, böyük günahlardan biridir. Allah istədiyi kəslərin bütün günahlarını bağışlayacağını bildirdiyinə görə bəndə haqqı da buna daxildir. Allah zərər görən tərəfə də haqqını necə deyərlər, ödəyər və onu razı edər. Lakin Allah əgər bir kəsi bağışlamayacaqsa və həmin şəxs başqasının haqqına xələl gətiribsə, onun vəziyyəti necə olacaq? Bu məsələni peyğəmbərimiz (ə. s.) bir hədisində belə izah edib:

“Kim bəndə haqqı yeyibsə, dərhal o qardaşı ilə halallaşsın. Çünki  (Qiyamət günü) dirhəm də keçmir, dinar da. Belə olduqda o (haqq yeyən)  insanın savabları alınıb o adama yüklənilir. Əgər savabı yoxdursa, həmin  haqqını yediyi adamın günahları buna yüklənilir” (Buxari, Riqaq, 48).

Müsəlman heç kimin haqq-hüququna təcavüz etməməlidir. Belə bir günah iş gördükdə isə o insandan halallıq istəməli və tövbə-istiğfar etməlidir. Əsas odur ki, Allahın axirətdə bütün günahlarını bağışlayacağı bəndələrdən olmağa çalışasan.

Saytımızın materiallarından istifadə  edərkən mənbə  göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.