İslamda zarafatlaşmağa münasibət
Müsəlmanlar > Sizdən gələnlər Tarix: 09 Haziran 2013 Tövsiyə et Çap et

İslamda zarafatlaşmağa münasibət

İslam dininə əsasən insanlar bir-biri ilə zarafat edə bilər. Zarafat zamanı bəzi şərtlər tələb olunur. Zarafat etdikdə yalan danışmaq, qorxutmaq, aldatmaq, kiminsə eyibini açmaq, fiziki qüsurlarını özünə demək, real olmayan məsələlərdən zarafatlaşmaq həm bəyənilmir, həm də dinimizdə qadağan olunub.

Biz İslamı yaşadıqda özümüzə ancaq bacardığımız qədər Allah Rəsulunu (ona və ailəsinə salam olsun) nümunə götürməliyik. Zarafat məsələsində də onu örnək götürmək bizim üçün faydalıdır. Gəlin, bununla bağlı peyğəmbərin həyatında baş verən bəzi hadisələrə diqqət edək.

Əbu Hüreyrə (Allah ondan razı olsun) deyir: “Səhabələrdən bir neçəsi: “Ey Allahın elçisi! Sən bizimlə zarafatlaşırsan!” dedilər. Peyğəmbər onlara belə buyurdu: “Buna şübhəniz olmasın ki, zarafat da olsa mən yalnız haqqı (həqiqəti, doğru olanı) söyləyirəm!”.1

Ənəs (Allah ondan razı olsun) deyir: “Bir şəxs Peyğəmbər səlavatüllahın yanına gələrək: “Ey Allahın elçisi! Məni bir dəvəyə mindir!” dedi. Peyğəmbər səlavatüllah da: “Mən səni dəvənin balasına mindirəcəyəm!” dedi. Həmin şəxs: “Ey Allahın elçisi, mən dəvə balasını nə edirəm, axı ona minmək olmur” dedikdə Peyğəmbər səlavatüllah: “Görəsən dəvəni dəvədən başqa bir məxluqmu dünyaya gətirib?” buyurdu”.2 Burada Allah Rəsulu həmin şəxslə zarafatlaşıb. Çünki hamı bilir ki, dəvəyə minmək mümkün olsa da, onun balasına minmək olmur.3

Ənəs (Allah ondan razı olsun), Rəsulullahın (ona və ailəsinə salam olsun) ona: “Ey Zül-üzüneyn ( yəni ey iki qulaqlı)” deyə müraciət etdiyini, bu sözüylə ona zarafat etdiyini rəvayət etmişdir”.4

Useyd bin Hudeyr (Allah ondan razı olsun) rəvayət edir: “Ənsardan yumorist bir şəxs var idi. Bir gün yenə adəti üzrə danışıb yanındakıları güldürərkən Rəsulullah (səlavatüllah) əlindəki çubuğu zarafatca həmin şəxsin böyrünə vurdu. Həmin şəxs dərhal: “Ey Allahın elçisi canımı incitdiniz. İcazə verin qisas alım!” – dedi. Peyğəmbər səlavatüllah da: “Hə qisas al!” – buyurdu. Həmin şəxs: “Axı əynində köynək var, mənim əynimdə köynək yox idi (yəni qisası olduğu kimi almaq üçün köynəyinizi çıxarmalısınız)!” dedi. Həmin şəxsin tələbindən sonra Peyğəmbər səlavatüllah köynəyini qaldırıb böyrünü açdı. Həmin şəxs, Rəsulullahı qucaqlayıb böyrünü öpməyə başladı və: “Mən bunu arzu etmişdim ey Allahın elçisi!” – dedi”.5

İbn Əbu Leyla deyir: “Rəsulullah əleyhissalatu vəssəlamın səhabələri – Allah onların hamısından razı olsun – bizə rəvayət etdiklərinə görə, onlar bir səfərdə idilər. Bir əyləmə yerində içərlərindən biri yatarkən, yoldaşı gedib ipini götürür. Oyandıqda ipini tapa bilməyən şəxs onu itirməsindən qorxur. Vəziyyətdən xəbərdar olan Peyğəmbər səlavatüllah: “Bir müsəlmana digər müsəlmanı qorxutmaq halal olmaz!” buyurur.6

Abdullah ibn Sabit ibn Yezid ibn Saib atasından, babası Yezid ibn Saibdən (Allah onlardan razı olsun) rəvayət edir: “Rəsulullah səlavatüllah buyurdu: “Sizdən biri nə zarafat, nə də ciddi olaraq qardaşının dəyənəyini götürməsin. Kim qardaşının dəyənəyini götürmüşsə dərhal özünə qaytarsın”.7

Müəllif: Əkrəm Həsənov (ilahiyyatçı-alim)

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/2556.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Tirmizi, Birr 57. []
  2. Tirmizi, yenə orada. []
  3. Əbu Davud, Ədəb 92. []
  4. Tirmizi, Birr 57; Əbu Davud, Ədəb 92. []
  5. Əbu Davud, Ədəb 160. []
  6. Əbu Davud, Ədəb 93. []
  7. Əbu Davud, Ədəb 93; Tirmizi, Fitən 3. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
5.498 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İslamda zarafatlaşmağa münasibət 09.06.13 5.498 dəfə oxundu
2 Mən qəşəng deyiləm, nə etməliyəm? 08.06.16 1.512 dəfə oxundu
3 Nifaqın növləri 11.06.12 2.039 dəfə oxundu
4 İslam aləmi niyə bu gündədi? 02.01.17 890 dəfə oxundu
5 Allahın varlığının riyazi isbatı 15.02.11 5.981 dəfə oxundu
6 ALLAH, DİN və HƏYAT 09.04.19 934 dəfə oxundu
7 Müsəlmanın ətraf mühitə münasibəti 09.06.12 1.446 dəfə oxundu
8 Müxtəlif dinlərdə oruc 08.06.12 1.850 dəfə oxundu
9 Qərbin inkişafının paradiqması 19.02.11 3.359 dəfə oxundu
10 Hicab məsələsi 04.01.11 6.032 dəfə oxundu
11 Düzgün əqidə məsələsi 13.06.12 1.712 dəfə oxundu
12 Ramazan ayı və Ramazan orucu 17.06.12 1.977 dəfə oxundu
13 İslamda analara münasibət 19.10.12 2.366 dəfə oxundu
14 Sosial dövlət prinsipi və istehlakçı mədəniyyətli toplum 12.12.12 1.163 dəfə oxundu
15 Səhmdar(lıq) və dar sərmayə 08.01.13 1.126 dəfə oxundu
16 Ağılın pərdələndiyi Pavelçilik və Quran inancı 05.02.13 1.142 dəfə oxundu
17 İnananlar arasındakı fərq. 19.08.15 1.002 dəfə oxundu
18 Müsəlmanlıq: Mistika, yoxsa gerçək yaşam şərtləri? 01.04.13 1.322 dəfə oxundu