Nifaqın növləri
Müsəlmanlar > Sizdən gələnlər Tarix: 11 Haziran 2012 Tövsiyə et Çap et

Nifaqın növləri

İndiki zamanda nifaq çox böyüyüb və nifaq içərisində olan müsəlmanlar həddən artıq çoxdur. Nifaq böyük xətadır və onu edənə çoxlu şər gətirir. Allah təala Kəramətli Kitabının Bəqərə surəsində və digər surələrdə nifaqın sifətlərini saymış və bizə bəyan etmişdir. Bununla yanaşı Həzrəti Məhəmməd peyğəmbər də (ona və ailəsinə salam olsun) nifaqın xüsusiyyətləri haqqında və onun necə olması haqqında bizə xəbər vermişdir. Allah Təala Bəqərə surəsində bizə belə buyurur:

“İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik“, – deyirlər. Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Onlar ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!” (əl-Bəqərə  surəsi, 8-10).

Bu ayələrdən sonra gələn ayələr də nifaq içərisində olan insanların xüsusiyyətlərindən bəhs edir. Allah təala Nisa surəsində belə buyurur:

“Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər. (Münafiqlər imanla küfr arasında) tərəddüd edib nə (tamamilə) bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol (nicat yolu) tapa bilməzsən!” (ən-Nisa surəsi, 142-143).

Allah təala həmçinin Tövbə surəsində və bir çox surə və ayələrdə nifaq və münafiqlər haqqında xəbər vermişdir. Bütün bu ayələrin ümumi xülasəsi budur ki, nifaq içərisində olanlar, münafiqlər İslama dəvət olunur, əgər nifaq içərisində qalsalar, nifaq içərsində qalmaq onların əxlaqını zay edir, onları zərərə salır.

Nifaqın iki növü vardır: “Etiqadi nifaq və əməli nifaq. Allah təala münafiqlər haqqında Bəqərə surəsində, Nisa surəsində və digər bir çox surə və ayələrdə bəhs etmiş, onların sifətlərini açıqlamışdır. Etiqadi nifaq ən böyük nifaq hesab olunur. Onlar yəhudilər, xristianlar və bütpərəstlərdən daha təhlükəli, daha çox xətalı, insanların bir çoxundan daha çox yalnış yoldadırlar. Artıq Allah təala onlar haqqında xəbər vermişdir ki, onlar Qiyamət günü ən qızğın oda atılacaqlar.

Əməli nifaqa gəldikdə isə o belədir ki, üzdə Allaha, Onun Rəsuluna, axirət gününə inandığını göstərir, İslamın bütün xüsusiyyətinə zahirdə əməl edir, namaz qılır, özünü müsəlman kimi göstərir. Halbuki o bütün bunları yalan hesab edir, camaat namazından üz çevirir, namaz qılmağa tənbəllik edir, namaza tənbəllik edərək yaxınlaşır. Onların sifətləri haqqında Allah rəsulundan aşağıdakı səhih hədis sabit olmuşdur:

“Münafiqin üç əlaməti vardır. Əgər danışsa yalan danışar, vəd (söz) versə vədinə xəyanət edər, ona bir şeyi etibar etdikdə xəyanət edər”.

Başqa bir sözündə Allahın rəsulu (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:

“Münafiq üçün ən ağır gələn namaz işa namazı (gecə namazı və ya xüftən) namazıdır…” (Hədisin ardı var).

Bu mənada olan çoxlu ayələr və hədislər vardır.

Hər bir mömin kişiyə və mömin qadına Allah təalanın Qurani Kərimdə və peyğəmbərinin hədislərində bizə xəbər verdikləri bu cür təhlükəli sifətdən özünü qoruması vacibdir. Allaha and olsun ki, Allah təala bizi və bütün müsəlmanları dini, onun qaydaları, fiqhi, dində sabitliyi barəsində sorğu-sual edəcək. Biz Allah təalanın bizə öyrətdiyi və bəxş etdiyi İslam dini, onun qayda-qanunları haqqında böyük məsuliyyət daşıyırıq. Şəriətdə bütün ixtilaflardan uzaq durmağı, düşmənlərin əxlaqı ilə əxlaqlanmaqdan uzaq durmağı, onların pis əməllərindən uzaqlaşmağı bizim dinimizdə bizə vacib etmişdir.

Allah təala bizi bağışlasın. Həqiqətən də çətin və cəhalət içərisində olan insanların içərisində yaşayırıq. Bizdən asılı olmadan, həqiqəti görmədən çox vaxt, çoxumuz onların haram məclislərində oturur, onlarla qaynayıb-qarışırıq. Amma müsəlmanların bir çoxu bu təhlükələrdən qəflətdədir. Allah təala bizim cəmiyyəti, camaatımızı bağışlasın, bizi doğru yola yönəltsin və bizi dində sabit etsin.

Hazırladı: Əkrəm Həsənov (ilahiyyatçı alim)

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.039 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qərbin inkişafının paradiqması 19.02.11 3.359 dəfə oxundu
2 Hicab məsələsi 04.01.11 6.032 dəfə oxundu
3 Düzgün əqidə məsələsi 13.06.12 1.712 dəfə oxundu
4 Ramazan ayı və Ramazan orucu 17.06.12 1.977 dəfə oxundu
5 İslamda analara münasibət 19.10.12 2.366 dəfə oxundu
6 Sosial dövlət prinsipi və istehlakçı mədəniyyətli toplum 12.12.12 1.163 dəfə oxundu
7 Səhmdar(lıq) və dar sərmayə 08.01.13 1.126 dəfə oxundu
8 Ağılın pərdələndiyi Pavelçilik və Quran inancı 05.02.13 1.142 dəfə oxundu
9 İnananlar arasındakı fərq. 19.08.15 1.002 dəfə oxundu
10 Müsəlmanlıq: Mistika, yoxsa gerçək yaşam şərtləri? 01.04.13 1.322 dəfə oxundu
11 İslamda zarafatlaşmağa münasibət 09.06.13 5.498 dəfə oxundu
12 Mən qəşəng deyiləm, nə etməliyəm? 08.06.16 1.512 dəfə oxundu
13 Nifaqın növləri 11.06.12 2.039 dəfə oxundu
14 İslam aləmi niyə bu gündədi? 02.01.17 890 dəfə oxundu
15 Allahın varlığının riyazi isbatı 15.02.11 5.981 dəfə oxundu
16 ALLAH, DİN və HƏYAT 09.04.19 934 dəfə oxundu
17 Müsəlmanın ətraf mühitə münasibəti 09.06.12 1.446 dəfə oxundu
18 Müxtəlif dinlərdə oruc 08.06.12 1.850 dəfə oxundu