Davud peyğəmbər
Müsəlmanlar > Quranda peyğəmbərlər Tarix: 26 Haziran 2009 Tövsiyə et Çap et

Quranda Davud əleyhissəlam

Həzrəti Davud (s. a. v.) Yaqub peyğəmbərin (s. a. v.) oğlu Yəhudanın nəslindəndir. İşmuilin (s. a. v.) (Şemuel: Samuel) ölümündən sonra ona peyğəmbərlik verilib. Qayınatası Talutun ölümündən sonra İsrail oğullarının hökmdarı olub.

Peyğəmbərliyindən əvvəlki hadisələr

“Musadan sonra İsrail oğullarının tanınmışlarını görmədinmi? Onlar peyğəmbərlərdən birinə: “Bizə bir hökmdar göndər ki, Allah yolunda vuruşaq”, – demişdilər. O da: “Bəs döyüş sizə fərz (vacib) edildiyi vaxt getməsəniz necə?”, – demişdi. (Müqabilində): “Yurd-yuvamız və uşaqlarımızdan uzaqlaşdırıldığımıza görə niyə Allah yolunda vuruşmayaq?”, – deyə cavab vermişdilər. Lakin vuruşmaq onlara vacib edildiyi vaxt az bir qismi istisna olmaqla, üz döndərdilər. Allah zalımları tanıyır (Bəqərə, 2/246)”.

Talutun (Saul) hökmdarlığı

“Peyğəmbərləri onlara: “Allah sizə şübhəsiz ki, Talutu hökmdar olaraq göndərdi”, – dedi. Onlar: “Biz hökmdarlığa ondan daha layiqli olduğumuz və ona mal-mülk baxımından da bir bolluq verilmədiyi halda, o bizə hökmdar olmağa necə layiq olur?”, – dedilər. Allah sizə onu seçdi; onu bilik və bədənin gücü baxımından qüvvətləndirdi”, – buyurdu. Allah hökmdarlığı (səltənət, mülk) istədiyinə verir. Allah hər şeyi əhatə edir və bilir”.

“Peyğəmbəri onlara: “Onun hökmdarlığının əlaməti sizə sandığın gəlməyidir. Onda Rəbbinizdən gələn ürək rahatlığı və Musa və Harun ailəsindən qalan şeylər var. Onu mələklər daşıyır. Əgər iman etmisinizsə, bunda sizin üçün dəlil var”, – dedi (Bəqərə, 2/247-248)”.

İordan çayından keçiş

“Talut orduyla birlikdə ayrıldıqdan sonra: “Allah sizi bir çayla imtahan edəcək. O çayın suyundan içən məndən deyil. Onu dadmayan, dadsa da, əli ilə ancaq bir ovuc ovuclayan şübhəsiz ki, məndəndir”, – dedi. Onların az bir qismi istisna olmaqla, o sudan içdilər. O və onunla birlikdə olan möminlər çayı keçdikdən sonra: “Bizim bu gün Calut və ordusuna qarşı gücümüz yoxdur”, – dedilər.

“Özlərinin Allaha qovuşacağını bilənlər isə: “Neçə dəfə olub ki, az bir dəstə çox bir dəstəyə Allahın izni ilə qalib gəlib. Allah səbr edənlərlədir”, – dedilər (Bəqərə, 2/249)”.

Həzrəti Davudun peyğəmbər və hökmdar olması

“Calut və ordusu ilə qarşılaşdıqları zaman dedilər: “Rəbbimiz! Bizə səbr ver, bizim səbatımızı artır, kafir millətə qarşı bizə kömək et”. Onları Allahın izni ilə darmadağın etdilər. Davud Calutu öldürdü; Allah Davuda hökmranlıq və hikmət verdi və ona istədiyindən öyrətdi. Allah insanları bir-birlərilə dəf etməsəydi, yer üzünün nizam-intizamı pozulardı. Lakin Allah aləmlərə lütfkardır”.

“Bunlar Allahın ayələridir. Biz onları sənə doğru olaraq oxuyuruq. Şübhəsiz ki, sən peyğəmbərlərdən birisən”.

“Bu peyğəmbərlərdən bir qismini digərlərindən üstün etdik. Onların arasında elələri var ki, Allah onlara xitab edib və onları dərəcələrlə yüksəldib. Məryəm oğlu İsaya möcüzələr verdik, onu Ruhul-Qüdslə dəstəklədik. Allah istəsəydi, möcüzələr onlara gəldikdən sonra peyğəmbərlərin ardından bir-birlərini öldürməzdilər. Amma ixtilafa düşdülər; bəzisi inandı, bəzisi də inkar etdi. Allah istəsəydi, bir-birlərini öldürməzdilər. Amma Allah istədiyini edir (Bəqərə, 2/250-253)”.

Zəbur

“Biz Nuha, ondan sonra gələn peyğəmbərlərə, eləcə də İbrahim, İshaq, Yaqub və nəvələrinə, İsa, Eyyub, Yunus, Harun və Süleymana vəhy etdiyimiz kimi şübhəsiz ki, sənə də vəhy etdik. Davuda da Zəbur verdik (Nisa, 4/163)”.

“Göylərdə və yerdə olanları Rəbbin daha yaxşı bilir. And olsun ki, biz peyğəmbərləri bir-birindən üstün etmiş və Davuda Zəbur vermişik. De: “Allahdan başqa tanrı olduğunu güman etdiklərinizi çağırın. Onların sizin bir çətinliyinizi aradan qaldırmağa və onu dəyişdirməyə gücləri çatmaz”.

“Sitayiş etdikləri bütlər Rəbblərinə daha yaxın olmaq üçün vasitə axtarırlar. Ondan rəhmət umur, Onun əzabından qorxurlar. Çünki Rəbbinin əzabından qorxmağa dəyər (İsra, 17/55-57)”.

İsrail oğullarının lənətlənməsi

“İsrail oğullarından inkar edənlər (kafir olanlar) Davudun və Məryəm oğlu İsanın dili ilə lənətlənmişdilər. Bu ona görə idi ki, onlar (Allaha) üsyan edir və həddi aşıb ifrata varırdılar. Bir-birinin gördükləri pis işlərə mane olmurdular. Onların etdikləri necə də pis idi!”

“Çoxunun inkar edənləri dost tutduğunu görürsən. Onların nəfslərinin qabaqlarına çıxardığı şey necə də pisdir. Allah onlara qəzəblənib. Onlar həmişəlik əzabdadırlar. Əgər Allaha, peyğəmbərə və ona endirilən Qurana inansaydılar, onları dost tutmazdılar. Lakin onların çoxu fasiqdir (Maidə, 5/78-81)”.

Həqir meymunlar halına gəlmələri

İsrail oğullarında şənbə günü ov etmək qadağandır. Davud peyğəmbərin dövründə bir sahil şəhəri olan Eylədə İsrail oğulları yaşayırdılar. Oraya ilin bir ayında balıqlar axın edir və su balıqların çoxluğundan demək olar ki, görünmürdü. Balıqlar o aydan başqa yalnız şənbə günləri gəlirdi. İsrail oğulları o vaxt dəniz kənarında hovuz qazıb arx açdılar. Beləcə şənbə günləri hovuzlar balıqla doldu və bazar günləri onları tutmağa başladılar. Öz fikirlərincə şənbə günü qadağasını pozmamış oldular. Cəza çəkəcəklərindən qorxa-qorxa balıqlardan istifadə etdilər. Zaman keçdikcə, övladları da onların yolunu tutdu. Mal-mülk sahibi oldular. Şəhərdə bu işə yaxşı baxmayan bəzi şəxslər onları bu işdən uzaqlaşdırmağa çalışsalar da, onlar davam edib: “Biz nə vaxtdır ki, bu işlə məşğuluq. Bunun üçün indiyədək Allah tərəfindən heç bir cəza gəlmədi”, – dedilər. Onlara: “Aldanmayın, bəlkə də, sizə elə bir əzab gələr ki, yox olarsınız”, – deyə xəbərdarlıq edildi. Və bir səhər onlar həqir meymunlara çevrildilər. Üç gün belə yaşadılar. Sonra da həlak olub getdilər (Fəxrəddin Razi, Təfsiri-Kəbir, Amirə mətbəəsi, yer göstərilməyib, hicri 1307-ci il, I cild, s. 553).

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
3.449 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Lut peyğəmbər 26.06.09 3.790 dəfə oxundu
2 Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı? 24.11.17 193 dəfə oxundu
3 İsmail peyğəmbər 26.06.09 3.396 dəfə oxundu
4 Muhəmməd əleyhissəlamın Tövratda müjdələnməsinin səbəbi nədir? 27.07.18 244 dəfə oxundu
5 İshaq peyğəmbər 26.06.09 3.044 dəfə oxundu
6 Yaqub peyğəmbər 26.06.09 2.475 dəfə oxundu
7 Eyyub peyğəmbər 26.06.09 2.385 dəfə oxundu
8 Davud peyğəmbər 26.06.09 3.449 dəfə oxundu
9 İbrahim peyğəmbər 12.04.10 4.549 dəfə oxundu
10 İdris peyğəmbər 12.04.12 1.972 dəfə oxundu
11 Həzrəti Adəmin peyğəmbər olduğuna sübut var? 21.01.13 3.076 dəfə oxundu
12 İdris peyğəmbər 23.01.13 1.796 dəfə oxundu
13 Nuh peyğəmbər 08.06.13 2.357 dəfə oxundu
14 Yusif peyğəmbər 27.10.13 3.644 dəfə oxundu
15 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.243 dəfə oxundu
16 Adəm peyğəmbər 26.06.09 4.669 dəfə oxundu
17 “Yeni il” bidat isə o zaman “mövlud qəndili” nədir? 03.01.15 1.552 dəfə oxundu
18 Hud peyğəmbər 26.06.09 3.104 dəfə oxundu
19 Allah Təala, dünyanın hər bölgəsinə bir xəbərçi göndəribmi? 15.03.17 485 dəfə oxundu
20 Saleh peyğəmbər 26.06.09 2.859 dəfə oxundu
21 Rəsulullahın Tövratla və ya İncillə hökm verdiyi olmuşdurmu? 24.05.17 507 dəfə oxundu