Saleh peyğəmbər
Müsəlmanlar > Quranda peyğəmbərlər Tarix: 26 Haziran 2009 Tövsiyə et Çap et

Saleh peyğəmbər

Biz Səmud qövmünə öz qardaşları Salehi göndərdik. Saleh onlara dedi ki, ey qövmüm, Allaha ibadət edin. Ondan başqa tanrınız yoxdur. O, sizi yetişdirməyə torpaqdan başladı və orada ömür sürməyinizi istədi. Elə isə Onun sizi cəzadan qorumağını diləyin və Ona yönəlin. Həqiqətən də, Rəbbim yaxındır; qəbul edər (Hud, 11/61).

1) Saleh peyğəmbərin missiyası

Səmud qövmü onlara göndərilən elçini yalançı hesab etmişdi. Qardaşları Saleh onlara dedi: “Siz qorunmaq istəmirsinizmi? Baxın, mən sizin üçün etibarlı bir elçiyəm. Artıq Allahdan qorxub çəkinin və mənə itaət edin. Mən sizdən bunun üçün bir əvəz istəmirəm. Mənim alacağım əvəz heç kimə deyil, varlıqların sahibinə aiddir. Siz buradakı şeylərin içərisində məgər arxayınlıqla qalacaqsınız? Bağlarda və bulaq başlarında, Əkinlər və dolğun tumurcuqlu xurmalıqlar arasında? Dağları da ustalıqla yonub evlər tikməyə davam edəcəksinizmi yəni? Allahdan çəkinin və mənə itaət edin. O həddini aşanların istəklərinə boyun əyməyin. Onlar bu torpaqlarda qarışıqlıq (fitnə-fəsad) salır və düzəltmirlər (Şüəra, 26/141-152)”. 2) Aldığı vəhy Onlar: “Məgər Zikr bizim aramızdan onamı nazil edildi? Yox, o yalançı lovğanın biridir”, – dedilər. Onlar kimin yalançı, kimin lovğa olduğunu sabah biləcəklər (Qəmər, 54/25-26).

3) Dəvə möcüzəsi

Bizə möcüzə göndərməyə mane olan şey sadəcə olaraq əvvəlkilərin (keçmiş ümmətlərin) həmin möcüzələri yalan hesab etmələridir. Biz Səmud tayfasına gözlə görülən bir dişi dəvə (maya) vermişdik və onlar ona qarşı zalımlıq etmişdilər. Halbuki, biz möcüzələri ancaq qorxutmaq üçün göndəririk (İsra, 17/59). Biz Səmud qövmünə qardaşları Salehi elçi göndərmişdik. Onlara demişdi ki, ey qövmüm, Allaha ibadət edin. Sizin ondan başqa tanrınız yoxdur. Sizə Rəbbinizdən bir möcüzə də gəlib. Budur Allahın dişi dəvəsi, bu sizin üçün bir möcüzədir. Onu buraxın ki, Allahın torpağında otlasın. Ona bir xətər toxundurmayın, yoxsa sizi acı bir əzab yaxalayar (Əraf, 7/73). Onlar Salehə: “Sən onsuz da ovsunlanmışlardansan. Sən eynilə bizim kimi bir insandan başqa nəsən ki? Əgər düz deyirsənsə, bir möcüzə gətir görək!” – dedilər və, Saleh onlara: “Budur, bu, dişi bir dəvədir. Onun su içməyə haqqı var. Sizin su içmə haqqınız da müəyyən bir gündür. Ona bir xətər yetirməyin, yoxsa sizi böyük günün əzabı yaxalayar”, – dedi. Onlar o dəvəni kəsdilər. Amma peşman oldular. Onları dərhal əzab yaxaladı. Şübhəsiz ki, bunda əsaslı bir möcüzə (ibrət) var. Onların çoxu inanacaq deyillər. Sənin Rəbbin həqiqətən də, üstündür, mərhəmətlidir (Şüəra, 26/153-159).

4) Səmud qövmünə gəlmiş başqa elçilər (peyğəmbərlər)

Ad və Səmud qövmlərinə əvvəllər də, sonralar da bir-birinin ardınca elçilər gəlmiş, onlara: “Başqasına deyil, ancaq Allaha ibadət edin”, – demişdilər. Qövmləri: “Əgər Rəbbimiz istəsəydi, şübhəsiz ki, mələklər endirərdi. Sizin elçilik etməyiniz (peyğəmbərliyiniz) hər nədirsə, biz ona inanmırıq”, – demişdi (Fussilət, 41/14). Səmud onu xəbərdar edənlərin qarşısında yalan demişdi (Qəmər, 54/23).

5) Başçıların rəftarı

Saleh qövmünün təkəbbürlü başçıları aralarından iman gətirən zəiflərə dedilər ki, indi siz Salehi həqiqətən də, Rəbbi tərəfindən göndərilmiş bir elçi kimi görürsünüz? Onlar da cavabında: “Bəli, onunla nə göndərilibsə, biz ona inanırıq”, – dedilər. Təkəbbürlülük edənlər: “Biz də sizin inandığınız şeyi tanımırıq (qəbul etmirik)”, dedilər (Əraf, 7/75-76).

6) Saleh qövmünün tanrıları

Onlar dedilər ki, ey Saleh! Sən bundan əvvəl bizim üçün bir ümid idin. İndi isə durub atalarımız nəyə ibadət edibsə, bizim ona ibadət etməyimizi qadağan edirsən? Sözün düzü, biz sənin bizi dəvət etdiyin şeydən şəkk-şübhə edirik. Saleh bu sözlərə belə cavab verdi: “Ey qövmüm, məgər görmürsünüz? Mənə Rəbbimdən bir möcüzə verilibsə və O mənə özündən bir rəhmət təqdim edibsə, mən də Ona asi olsam, o vaxt Allaha qarşı mənə kim kömək edər? Siz mənə ziyandan başqa bir şey artırmırsınız (Hud, 11/62-63)”.

7) Saleh qövmünün xüsusiyyətləri

Hicr xalqı da peyğəmbərləri həqiqətən də, yalançı hesab etmişdi. Onlara möcüzələr vermişdik, amma onlar bundan üz döndərən kəslər idilər. Dağlardan möhkəm evlər yonurdular. O səs onları səhərə yaxın yaxalamışdı. Gördükləri işlər indi onların nəyini xilas etdi (Hicr, 15/80-84)? Saleh onlara demişdi ki, yadınıza salın, Allah Ad qövmündən sonra sizi onların yerinə gətirib bu torpağa yerləşdirdi. İndi siz buraların ovalarında qəsrlər ucaldıb dağlarını ev formasında yonursunuz. Artıq Allahın nemətlərini xatırlayın ki, bu torpaqda fitnə-fəsad çıxartmayın (Əraf, 7/74). Şəhərdə doqquz nəfər var idi. O torpaqda qarışıqlıq salır, düzəltmirdilər. Dedilər ki, Allaha and için, ona və ailəsinə mütləq bir gecə basqını edəcəyik. Sonra onun haqqını tələb edənə belə deyəcəyik: “Biz onun ocağının sönməyinə şahid olmadıq. Biz həqiqətən də, düz deyirik”. Bir tələ qurmuşdular. Biz də bir tələ qurduq. Onlar bunu qavraya bilmirdilər. Bir bax, qurduqları tələnin axırı necə oldu? Biz onları da, qövmlərini də yox etdik. Budur, zalımlıqlarının müqabilində dağılmış yuvaları! Bunda bilən bir qövm üçün həqiqi bir möcüzə var! İnananları xilas etdik. Onlar (Allahdan) qorxub çəkinirdilər (Nəml, 27/48-53). Səmud qövmünün başına gələn şeydə bir ibrət dərsi var. Onlara: “Hələ bir müddət kef çəkin”, – deyilmişdi. Amma Rəblərinin buyruğundan çıxmışdılar. Elə o dəm onları ildırım vurmuşdu. Baxa-baxa qalmışdılar. Artıq ayaq üstə dura bilmədilər. Kömək də görə bilmədilər (Zariyat, 51/43-45).

8) Qövmünün Saleh peyğəmbərə meydan oxuması

Həmin dişi dəvəni kəsdilər. Rəblərinin buyruğuna üsyan etdilər. Dedilər ki, Saleh, bax, bizi qorxutduğun hər nədirsə, onu bizim başımıza gətir görək! Təbii ki, əgər sən peyğəmbərlərdən birisənsə! Onları o sarsıntı möhkəm tutdu. Durduqları yerdə diz üstə çökdülər. Saleh onlardan üz döndərib belə dedi: “Ey camaatım! Mən sizə həqiqətən də, Rəbbimin elçiliyini təbliğ etmiş və sizə öyüd-nəsihət vermişdim. Ancaq siz öyüd-nəsihət verənləri sevmirsiniz (Əraf, 7/77-79)”.

9) İnkar edənlərin ümumi rəftarı

O orduların xəbəri sənə gəldimi? Firon və Səmud ordularının. O kəslər ki, özlərini bilməməzliyə vururlar; əslində onlar həmişə yalan içindədirlər. Halbuki, Allah onları arxalarından əhatə edib (Onların bütün ixtiyarı Allahın əlindədir) (Buruc, 85/17-20). Əhli-kitab və müşriklərdən özlərini bilməməzliyə vuranlar (kafirlər) onlara o açıq-aydın möcüzə gələnə qədər (dinlərindən) ayrılan deyillər. O, Allahın bir elçisidir. Onlara tərtəmiz səhifələr oxuyur (Beyyinə, 98/1-2). Qardaşları Salehi: “Allaha ibadət edin”, – deyə həqiqətən də, elçi göndərmişdik. Onlar birdən-birə iki yerə bölünüb bir-biri ilə çəkişirdilər. Saleh dedi: “Ey qövmüm! Yaxşılıq dura-dura niyə o dəqiqə pisliyə tələsirsiniz? Allahın sizi cəzadan qorumasını istəsəniz, olmazmı? Bəlkə də, Allah sizə mərhəmət edər”. Onlar: “Sən və sənin yanındakılar bizə uğursuzluq gətirdiniz”, – dedilər. Saleh: “Sizin uğursuzluğunuz Allahdandır. Əslində siz imtahana çəkilən bir dəstəsiniz”, – dedi (Nəml, 27/45-47).

10) Cəza

Ad və Səmuda bax. Onların kim olduqları elə yaşadıqları yerdən məlumdur. Şeytan onlara gördükləri işləri yaxşı göstərmişdi; onlar da yoldan çıxmışdılar. Halbuki, onlar uzaqgörən idilər (Ənkəbut, 29/38). Səmud azğınlığının ucbatından yalana düşmüşdü. Onların ən rəzili irəli atıldıqda, Allahın elçisi onlara belə demişdi: “Amandır, Allahın bu dəvəsinə və onun su içmək hüququna toxunmayın”. Onu inkar etdilər və dəvəni kəsdilər. Buna görə Rəbləri qəzəbləndi və onları yerlə-yeksan etdi. O, bunun nəticəsindən qorxmaz (Şəms, 91/11-15). (Allah belə dedi: Bax, Saleh!): “Onları sınamaq üçün dişi dəvəni göndərən Bizik. Onlara bax və səbirli ol. Onlara bildir ki, su aralarında paylanıb. Növbəsi çatan suyun üstündə olsun”. Elə bu dəm dostlarından birini çağırdılar. O, ayaq barmaqlarının üstünə yüksəldi və dəvəni kəsdi. (İndi bax, gör) Mənim əzabım və xəbərdarlıqlarım necə imiş? Biz onların üzərinə bircə (dəhşətli) səs göndərdik. Dərhal ağıl düzəldənin qurumuş otu (həşəmə) kimi oldular (Qəmər, 54/27-31). Dəvəni kəsib yıxdılar. O vaxt Saleh dedi ki, yurd-yuvanızda bundan sonra üç gün də yeyib içə bilərsiniz. Bu, yalan çıxmayacaq bir sözdür. Əmrimiz gəldiyi zaman Salehi və onunla birlikdə olan möminləri tərəfimizdən bir rəhmət ilə o günün biabırçılığından xilas etdik. Budur sənin Rəbbin, O, çox qüvvətli və güclüdür. Zalımlıq edənləri də o səs yaxaladı. Öz yurdlarında diz üstə çökmüş hala gəldilər. Sanki orada heç yaşamamışdılar. Bilin ki, Səmud qövmü Rəbbini tanımamışdı. Bilin ki, Səmud rədd olub getmişdir (Allahın mərhəmətindən uzaq qalmışdır) (Hud, 11/65-68). Səmud qövmü həddi aşan (bir səs) ilə yox edilib (Haqqa, 69/5).

11) İman gətirənlərin mükafatlandırılması Səmud qövmünə gəlincə, biz ona doğru yolu göstərmişdik; lakin onlar kor olmağı doğru yoldan üstün tutdular (bunu daha çox sevdilər). Onları gördükləri işlərin müqabilində alçaldıcı əzabın ildırımı vurdu. Biz iman gətirənləri xilas etdik. Onlar Allahdan qorxub çəkinirdilər (Fussilət, 41/17-18).

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.805 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Lut peyğəmbər 26.06.09 3.759 dəfə oxundu
2 Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı? 24.11.17 180 dəfə oxundu
3 İsmail peyğəmbər 26.06.09 3.369 dəfə oxundu
4 Muhəmməd əleyhissəlamın Tövratda müjdələnməsinin səbəbi nədir? 27.07.18 214 dəfə oxundu
5 İshaq peyğəmbər 26.06.09 3.027 dəfə oxundu
6 Yaqub peyğəmbər 26.06.09 2.444 dəfə oxundu
7 Eyyub peyğəmbər 26.06.09 2.373 dəfə oxundu
8 Davud peyğəmbər 26.06.09 3.381 dəfə oxundu
9 İbrahim peyğəmbər 12.04.10 4.519 dəfə oxundu
10 İdris peyğəmbər 12.04.12 1.965 dəfə oxundu
11 Həzrəti Adəmin peyğəmbər olduğuna sübut var? 21.01.13 3.039 dəfə oxundu
12 İdris peyğəmbər 23.01.13 1.769 dəfə oxundu
13 Nuh peyğəmbər 08.06.13 2.315 dəfə oxundu
14 Yusif peyğəmbər 27.10.13 3.492 dəfə oxundu
15 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.202 dəfə oxundu
16 Adəm peyğəmbər 26.06.09 4.621 dəfə oxundu
17 “Yeni il” bidat isə o zaman “mövlud qəndili” nədir? 03.01.15 1.531 dəfə oxundu
18 Hud peyğəmbər 26.06.09 3.070 dəfə oxundu
19 Allah Təala, dünyanın hər bölgəsinə bir xəbərçi göndəribmi? 15.03.17 446 dəfə oxundu
20 Saleh peyğəmbər 26.06.09 2.805 dəfə oxundu
21 Rəsulullahın Tövratla və ya İncillə hökm verdiyi olmuşdurmu? 24.05.17 488 dəfə oxundu