Ateistlər
Müsəlmanlar > Müzakirə və mübahisələr Tarix: 16 Eylül 2012 Tövsiyə et Çap et

ATEİSTLƏR

Müəllif: Abdulaziz BAYINDIR1

Azərbaycan dilinə çevirib uyğunlaşdıran: Mülayimov Aydın

HACI –Qurandakı təhdidlərin demək olar ki, hamısı şirkə bulaşanlarla əlaqəlidir. Ateistliklə əlaqəli bir məlumat və təhdid görə bilmədim. Bu haqda nə deyə bilərsiniz?

MÜƏLLİM–Hər kafir eyni zamanda müşrikdir. Kafir içindəki doğru inancı gizlədən insandır. Bunu daha əvvəl izah etmişdik. Ateist də onlardandır. İnancını gizlədiyi üçün özü etiraf etməsə, siz bilməyəcəksiniz. Bu səbəblə Qurandakı kafir qavramı ateistə də şamildir.

Ateist tanrı tanımaz deməkdir. Tanımamaq iki şəkildədir: Biri varlığını qəbul etməmək, digəri də ona boyun əyməmək, əmrinə tabe olmamaq ve hörmət göstərməmək şəklində olur.

HACI –Mən ateisləri (tanrı tanımazları) yəni, Allahın varlığını qəbul etməyənləri nəzərdə tuturam.

MÜƏLLİM–Tanrı tanımazlar iki qola ayrılırlar: Biri İslam ölkələrində olanlar, ikincisi də digər ölkələrdə olanlardır. Məsələn, Avropada kilsəni rədd edənlərə ateist deyilir.

HACI –Necə yəni? Kilsə tanrıdır ki?

MÜƏLLİM–Müsəlmanlar kilsəni məscid kimi hesab edirlər. Halbuki kilsə, bir ilahlar piramididir. Məsələn, Katoliklərdə ən üstdə Allah, sonra sırayla İsa, Müqəddəs Ruh, Məryəm Ana, Həvarilər, Papa, Episkoposlar ve Rahiblər gəlir. Bunların hər birinə Allah adına səlahiyyət verilmiş, Müqəddəs Ruh xaricindəkilər yarı tanrı, yarı insan sayılmışdır. İsa, Müqəddəs Ruh, Məryəm Ana ve Həvariləri təmsil edən Kilsədir. Bu səbəblə əsil tanrı Kilsədir. Avropadakı ateistlerin çoxu bu sistemi qəbul etməyənlərdir.

HACI –Orada olsaydım, mən də qəbul etməzdim. Deməli, məscid çox fərqliymiş.

MÜƏLLİM–Məscid bir ibadətxana, dini təlimin verildiyi ve bəzi sosial xidmətlərin aparıldığı bir məkandır. Amma Xristianlara görə “Kilsə müəyyən orqanlardan və Məsihin mistik bədənindən meydana gələn bir birlikdir. Biri insani, digəri ilahi olan iki fərqli yönü vardır.2 İnsanlıqla Allah arasındakı birləşmənin işarəsi və vasitəsidir.3 Məsihə bənzəyən kilsə işçiləri Məsihin qullarıdır. Çünki dedikləri sözlər və verdikləri ehsan özlərinin deyil, başqalarına verilmək üzrə özlərinə əmanət edilen Məsihin sözü və ehsanıdır.4

HACI –İsa əleyhissəlamı yəni, Məsihi tanrılıq məqamına çıxartdıqları üçün onun qulları olurlar. Bunun qəbul edilə biləcək yönü yoxdur. Bəs Kilsə Allahı  təmsil edirmi?

MÜƏLLİM–Açıq şəkildə ifadə  edilməsə də, Allahı da təmsil edir. Onlara görə bir insanı dinə qəbul etmə, dindən çıxartma, günahını bağışlama, cənnətə və ya cəhənnəmə qoyma mövzusunda kilsə Allahın səlahiyyətlərini ifa edir.

Bir Protestan rahibi ilə elədiyim bu söhbəti, kilsənin Allahın yerinə qoyulduğunu göstərir:

Dedim: Xristian olmanın ən mühüm şərti nədir?

Dedi: Vəftiz olmaqdır.5

Dedim: Kilsənin bütün inanç və ibadətlərini ürəkdən qəbul edən, ayinlərə qatılan, kilsəyə davamlı şəkildə kömək edən amma vəftiz olmayan biri Xıristiyan sayılırmı?

Dedi: Xeyr. Çünki hər insan kimi o da Adəmin elədiyi əsli günahla doğmuşdur. Ondan və bütün günahlardan təmizlənməsi ancaq vəftizlə olur. Vəftiz insanı Tanrının  xalqı arasına qatar.

Dedim: Bir insan vəftiz üçün müraciət etsə, amma qəbul edilməsə, bir başqa kilsəyə gedərkən yolda ölsə, cənnətə gedər, yoxsa cəhənnəmə?

Dedi: Cəhənnəmə. Çünki vəftiz olmamışdır.

Dedim: Uşaq vaxtı vəftiz olmuş, sonra kilsəni rədd etmiş ve günahlarla dolu bir həyat yaşamış insan ölüncə hara gedər?

Dedi: Cənnətə. Çünki vəftizlə Tanrının xalqından olmuşdur.

Dedim: Bu gün bir çox yerdə Müsəlman olan Xristianlar var. Bunlar sizə görə Müsəlman sayılırlarmı?

Dedi: Xeyr, onlar Xristiandır. Çünki biz onları Kilsədən çıxarmadıq ki!

Dedim: Yəni Xristianlıqdan çıxmaq üçün də sizin təsdiqiniz lazımdır, istərsə yeni doğmuş bir çağa halında vəftiz olmuş olsun. Elə deyilmi?

Dedi: Bəli elədir.

Dedim: Bu dinə girmək də sizin qərarınızla olur, çıxmaq da. O zaman bu din Allahın deyil, kilsənin dini olur.

Cavab yox.

HACI –İslamı tanımasaydım, mən də Avropadakı ateistlər kimi ola bilərdim. Bir təşkilat özünü necə Allahın yerinə qoya bilir?

MÜƏLLİM–Özünü Allahın yerinə qoyan sadəcə kilsəmi? Bizdə də elə din adamları və dini təşkilatlar yoxdurmu? Amma indi hələ ki o mövzuya girməyək.

HACI –Ateist deyə bildiyim və yaxından tanıdığım şəxslərə baxıram, insanlarla çox gözəl münasibətləri var. Görəsən onlar da Avropadakılar kimi düşünürlər?

MÜƏLLİM–Bizdə özünü tanrının yerinə qoyan bir təşkilat yoxdur. Burada, “mən Allaha inanmıram” deyən, bitə hirslənib yorğanı yaxmış olur. Onların Allaha inanmamaları mümkün deyildir. Özlərindəki bu inancı örtərək kafir olmaqdadırlar.

HACI –Mənim fikrimcə də belədir. Çünki başları bərkə düşəndə ya Allaha sığınırlar ya da Ona üsyan edirlər. Olmayan şeyə sığınılır və ya isyan edilirmi?

MÜƏLLİM–Belələri öz doğrularını üniversal doğru sayan, yaxşı görünmək üçün də dürüst davranmaq məcburiyyətində qalan dünyası dar və kibirli şəxslərdir. Allah Təala belə buyurur:

“Öz arzusunu özünə tanrı edəni görmədinmi? Ona sən vəkil olacaqsan? Yoxsa sən zənn edirsən ki, onların çoxu söz dinləyir və ya ağlını çalışdırır? Onlar ənam6 kimidirlər; xeyr, daha düşük səviyyədədirlər.” (Furqan, 25/43-44)

Tanrı tanımaz ata­sını tanımazlıq edənə bənzəyir. Bu necə ki, çətinə düşəndə atasını axtarırsa, o da çətinə düşən kimi Allahı axtarır. Allahın hər şey verməsini amma əmir verməməsini istəyir. Bunların Allah ilə əlaqələri bilikləri işlərinə gəlmir. Allah Təala belə buyurur:

أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَى عِلْمٍ وَخَتَمَ عَلَى سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَى بَصَرِهِ غِشَاوَةً فَمَنْ يَهْدِيهِ مِنْ بَعْدِ اللَّهِ أَفَلَا تَذَكَّرُونَ (23) وَقَالُوا مَا هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَا إِلَّا الدَّهْرُ وَمَا لَهُمْ بِذَلِكَ مِنْ عِلْمٍ إِنْ هُمْ إِلَّا يَظُنُّونَ (24) وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ مَا كَانَ حُجَّتَهُمْ إِلَّا أَنْ قَالُوا ائْتُوا بِآبَائِنَا إِنْ كُنْتُمْ صَادِقِينَ (25) قُلِ اللَّهُ يُحْيِيكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يَجْمَعُكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ (26) وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَخْسَرُ الْمُبْطِلُونَ (27)

“Öz arzusunu özünə ilah edəni gördünmü? Biliyinə rəğmən Allah azmışlığını təsdiqləmiş, sanki, qulağını və qəlbini möhürləmiş; gözünə də pərdə çəkmişdir. Allahın xaricində onu kim yola gəlmiş saya bilir? Biliyinizi istifadə etməzsinizmi?

«Dünyadakı həyatımızdan başqa həyat yoxdur; ölürük,  yenidən dirilirik. Bizi həlak edən sadəcə zamandır» deyərlər. Halbuki, onlarda belə bir bilik  yoxdur. Onlar sadəcə təxmin irəli sürürlər.

Üzlərinə qarşı ayələrimiz oxunduğu zaman yapışdıqları şey sadəcə budur: «Əgər doğru deyirsinizsə, bizə atalarımızı gətirin ».

De ki: «Sizə həyat verən, sonra öldürəcək olan və arxasından Qiyamət günü üçün sizi toplayacaq olan Allahdır. Bunda şübhə yoxdur. Amma insanların çoxu bunu bilməz.»

“Göylərin və yerin hakimiyyəti Allaha aiddir. O saat gəldiyi vaxt, o gün batilə saplananlar itirəcəklər.” (Casiyə, 45/23-27)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İlahiyyat elmləri doktoru, professor. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
  2. Katolik Kilsəsi Din və Əxlaq qanunları,  par. 771. []
  3. Katolik Kilsəsi Din və Əxlaq qanunları,  par. 775. []
  4. Katolik Kilsəsi Din və Əxlaq qanunları,  par. 876. []
  5. Vəftiz, daldırmaq ya da suya batırmak deməkdir. Məsihin ölümündə bastırılmasını və onunla birlikdə dirilərək yeni bir varlıq olaraq ortaya çıxmasını simgələyir. (Katolik Kilsəsi Din ve Əxlaq qanunları,  par. 1214. []
  6. Ənam Ərəbcədə qoyun, keçi, inək  və dəvəyə verilən ümumi  addır. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
4.194 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Abort və ana bətnindəki körpə 30.05.11 5.294 dəfə oxundu
2 Əsl kafir kimdir? 21.07.12 8.426 dəfə oxundu
3 İmsak vaxtı 25.07.12 13.118 dəfə oxundu
4 Xüftən namazının vaxtı 29.07.12 5.650 dəfə oxundu
5 Quranı başa düşərək oxumaq 05.08.12 18.938 dəfə oxundu
6 Hər insan Allahın varlığını və birliyini bilir 30.08.12 2.945 dəfə oxundu
7 Ateistlər 16.09.12 4.194 dəfə oxundu
8 Peyğəmbərimizin bibisi qızı ilə evlənməsi 12.06.13 3.319 dəfə oxundu
9 Qurbanla əlaqədar müzakirə-söhbət 03.09.13 2.517 dəfə oxundu
10 Səid Nursi 06.07.09 8.079 dəfə oxundu
11 Elşad Mirinin professor Abdulaziz Bayındırla müsahibəsi 20.08.14 2.405 dəfə oxundu
12 Toyuqların kəsilməsi 18.05.11 5.944 dəfə oxundu