Hər insan Allahın varlığını və birliyini bilir
Müsəlmanlar > Müzakirə və mübahisələr Tarix: 30 Ağustos 2012 Tövsiyə et Çap et

Hər insan Allahın varlığını və birliyini bilir

Müəllif: Abdulaziz BAYINDIR (ilahiyyat elmləri doktoru, professor. Istanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri)

Azərbaycan dilinə çevirib uyğunlaşdıran: Aydın Mülayim

HACI–Məqalənizin birində kafir kəliməsinin lüğətdə bir şeyi örtən mənasında olduğunu ifadə etmisiz. Bir insaınn kafir olması üçün doğru bildiyi bir inancının üstünü örtməsini şərt qoşmusunuz  və bu ayətləri dəlil gətirmisiniz:

“Özlərinə açıq ayətlər gəldikdən sonra vecsiz davranan və ixtilaf çıxaranlar kimi olmayın. Belələrinin payına düşən böyük bir əzabdır. O gün necə üzlər ağ çıxır, necə üzlər də qaralır. Üzləri qaralanlara belə deyilir: “Siz inandıqdan sonra kafir oldunuz, eləmi? Kafir olmanıza qarşılıq, dadın bu əzabı!” (Al-i İmran 3/105-106)

İnsana gələn açıq ayətlər hansılardır? Allahın kitabı özlərinə çatmamış olanlar, hansı açıq ayətləri gördükdən sonra vecsiz davranıb ixtilaf çıxarırlar?

MÜƏLLİM–Allahın iki cür ayəti vardır; biri, yaratdığı ayətlərdir ki, bütün yaratdıqlarıdır. İkincisi də endirdiyi ayətlərdir. Onlar da Quranda olanlardır.

İnsan, çevrəsinin tələbəsidir. Elədiyi müşahidələrlə yetkinlik çağına çatana qədər varlıqların təkcə bir sahibinin və yaratıcısının olduğunu başa düşər və Allah onu bu mövzuda şahid tutar. Bu qəti məlumata hər kəs çatdığı üçün Peygəmbərlər fəaliyyətlərini, Allahın varlığı mövzusunda deyil, Ondan başka tanrı olmadığı mövzusunda yürütmüşlər.

HACI –Bununla ruhlar aləmində verilən sözü mü  qəsd edirsiz?

MÜƏLLİM–Ruhlar aləmi deyə bir aləm yoxdur. İnsanın ruhla ilk əlaqəsi, ana rəhmində, vücudunun bütün üzvlərinin yaradılmasından sonra baş verir.Müvafiq ayətlər hamısı birlikdə təhlil edildiyindədölün şəklinin tamamlanıb tarazlığının qurulduğu 15-ci həftədə ruhun üfləndiyi məlum olur.  Allah Təala belə buyurur:

Yaratdığı hər şeyi güzəl yaradan Odur. İnsanı yaratmağa palçıqdan başlamışdır. Sonra onun nəslini süzülmüş bir tərkibdən, qərarsız bir sudan yaratmışdır. Sonra onu (vücudunu) nizamlamış və içinə ruhundan üfləmişdir. Sizin üçün qulaqlar, gözlər və könüllər  xəlq etmişdir. Nə az şükr edirsiniz!” (Səcdə 32/7–9)

HACI – Belə çıxır ki, “Ə ləstu bi Rəbbikum” deyilən bir şey yoxdur?

MÜƏLLİM–Əlbəttə  var. Ələstu biRəbbikum“Mən sizin Rəbbiniz deyiləmmi?” deməkdir. Allah Təala bunu hər insandan soruşur və ondan “Bəli, Rəbbimsən” cavabını alır. Amma bu sual ruhlar aləmində deyil, bu dünyada soruşulur.

HACI –Necə yəni?

MÜƏLLİM–Bu mövzuda Allah Təala belə buyurur:

Rəbbin, Adəm oğullarından onların bellərindən nəsillərini çıxartdığı vaxt onları özlərinə qarşı şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” deyir. Onlar da: “Bəli Rəbbimizsən. Biz buna şahidik”deyirlər. Artıq Qıyamət günü “Biz belə bir şeyin şüurunda deyildik”, – deyə bilməyəsiniz. Bunu da deyə bilməyəsiniz: “Əvvəlcədən şərik qoşanlar atalarımızdı. Biz onlardan sonra gələn nəsilik. O batilə yönələnlərin etdiklərinin ucbatından bizi yox edəcəksənmi?” Beləliklə, o bölgədəkiləri belə açıq şəkildə başa salırıq.Bəlkə, dönərlər… (Əraf) 7/172-174)

HACI –Mənim bildiyim budur: Allah Təala Ərəfatda Adəmin belindən bütün nəslini çıxartdı, kiçik qarışqalar kimi yaydı və “Mən sizin Rəbbiniz deyiləmmi?” dedi. Onlar da “Bəli, Rəbbimizsən, biz buna şahid olduq” dedilər.

MÜƏLLİM–Bəli, Təbəri təfsirində və daha bir çox təfsirdə belə rəvayətlər var amma ayətdə, Adəmdən deyil; “Adəm oğullarından” bəhs edilir. Adəm oğlu deyildikdə qadın, kişi hər insan başa düşülür.

HACI –Yəni biz həyatda  olduğumuz haldamı söz alınır, nə zaman olur  bu iş?

MÜƏLLİM–“Adəm oğullarının bellərindən nəsilləri götürüldüyü vaxt” olur. Nəslin beldən götürülməsi nəsli davam etdirəcək toxumun götürülməsidir. İnsan onunla yetkinlik çağına girər və uşağı olacaq yaşa gəlir. İslamda buna büluğ çağı deyilir.

İnsan, hələ uşaq yaşda ikən Allahı aramağa başlayır. Bu mövzuda ətrafını sual yağmuruna  tutur. Nəticədə də Allahın var və bir olduğunu qavrayır. Qarşısına çıxan dəlillərlə sanki Allah ona, “Mən sənin Rəbbin deyiləmmi?” deyə soruşur. O da tam bir qərarlılıqla “Bəli, Rəbbimsən, mən buna şahidlik edirəm” deyir. Oxşar hallar, yaradılış aləmini müşahidə etdikcə təkrarlanıb gedir. Bu səbəblə hər insan, Allahın varlığını və birliyini, hər şeyi Onun yaratdığını qəbul edir.

Müşrik, ortaq şərik qoşan deməkdir. Şəriklik üçün ən az iki şey lazımdır, onlardan birincisi həmişə Allahdır. Heç bir insan, Allaha ortaq gördüyü varlıq üçün haqlı bir səbəb tapa bilməyəcəyindən, axirətdə  bu bəhanələri işə keçməyəcəkdir:

“Əvvəlcədən ortaq (şərik) qoşanlar atalarımızdı. Biz onlardan sonra gələn bir nəsildik. O batilə yönələnlərin elədiklərindən ötrü bizi həlakmı edəcəksən?” (Əraf 7/173)

Yetkinlik çağı mühümdür. Məsuliyyət bu çağda başlayır. Atalar vəya ətrafdakılar tərsini desə də, yetkinlik çağına girən hər insan, Allahın varlığına və birliyinə, onun özünün və bütün varlıqların sahibi  olduğuna qəti şəkildə şahid olur. Bir çox insan bu qədərlik bir inamın özünə bəs edəcəyini zənn edir. Bu bir şeytan aldatmasıdır. Allah Təala belə buyurur:

“O aldadıcı şeytan olmaya sizi Allah ilə aldatmasın.” (Loğman31/33)

Tanrıtanımaz deyə bilinən ateistlər Allahı işlərinə qarışdırmaq istəməyənlərdir. Onlar özlərini tanrılaşdırırlar; digər müşriklər isə Allah ilə bərabər başqa böyüklər tapır, onları Allaha bənzər mövqeyə gətirir və Allaha verdikləri dəqiq sözdən üz döndərirlər. Amma hamısı da bilir ki, Allahın bir bənzəri ola bilməz.

İnsanı kafir və müşrik edən şey,  onun Allahı ikinci sıraya qoymasıdır. Müsəlman isə hər mövzuda Allahı birinci sırada görən və hər şeyi onun əmir və qadağanlarına görə dəyərləndirən insandır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.918 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Səid Nursi 06.07.09 8.040 dəfə oxundu
2 Elşad Mirinin professor Abdulaziz Bayındırla müsahibəsi 20.08.14 2.370 dəfə oxundu
3 Toyuqların kəsilməsi 18.05.11 5.820 dəfə oxundu
4 Abort və ana bətnindəki körpə 30.05.11 5.254 dəfə oxundu
5 Əsl kafir kimdir? 21.07.12 8.284 dəfə oxundu
6 İmsak vaxtı 25.07.12 12.997 dəfə oxundu
7 Xüftən namazının vaxtı 29.07.12 5.509 dəfə oxundu
8 Quranı başa düşərək oxumaq 05.08.12 18.880 dəfə oxundu
9 Hər insan Allahın varlığını və birliyini bilir 30.08.12 2.918 dəfə oxundu
10 Ateistlər 16.09.12 4.100 dəfə oxundu
11 Peyğəmbərimizin bibisi qızı ilə evlənməsi 12.06.13 3.280 dəfə oxundu
12 Qurbanla əlaqədar müzakirə-söhbət 03.09.13 2.490 dəfə oxundu