Müsəlmanlar
MƏQSƏDİMİZ

MƏQSƏDİMİZ

Məqsədimiz

“Qoy sizdən xeyrə səsləyən, yaxşı işlər görməyi buyurub, pis işlər görməyi qadağan edən bir dəstə olsun. Məhz onlar qurtuluşa çatanlardır.” (Ali-İmran, 104).

Budur, bu (Quran), onunla xəbərdar edilsinlər, Allahın ancaq vahid bir Tanrı olduğunu bilsinlər və ağıl sahibləri yaxşı-yaxşı düşünüb öyüd-nəsihət alsınlar deyə, insanlara (göndərilmiş) bir təbliğdir (İbrahim, 52).

Hər şeyimizi borclu olduğumuz Ulu Allaha həmd olsun. O, Ona tabe olmağa layiq olan və əmri hər bir zərrəni əhatə edən yaradanımız və Rəbbimizdir. İçərisində şübhə və ziddiyyət olmayan Quranın sahibi və qoruyucusu Odur.

Allah – Ondan başqa tanrı yoxdur. O, Həyy (Diri), Qəyyumdur. Ona nə yuxu gəlir, nə də yuxulama. Göylərdə və yerdəkilərin hamısı Onundur. Onun icazəsi olmadan Onun nəzdində kim şəfaət edə bilər? O öz bəndələrinin nə etdiklərini və nə edəcəklərini bilir (Onun üçün heç bir şey gizli deyil). İnsanlar Onun bildirdiklərindən başqa Onun elmindən heç bir şeyi tam şəkildə bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir; onları qoruyub nəzarət etmək Ona çətin gəlməz. O, ucadır, böyükdür (Bəqərə, 255).

Bizim öhdəmizə düşən odur ki, içərisində yaşadığımız “yaxın həyatı” və təzədən dirilişlə başlayacaq “axirət həyatını” kəşf edib hər ikisində də yaradanımızın razılığını qazanaraq sonsuz olan Cənnətə və Onun nemətlərinə qovuşaq.

Elə insanlar var ki, “Ey Rəbbimiz, bizə dünyada ver”, – deyirlər. Belə kimsələrin axirətdən heç (bir) qismətləri yoxdur. Elələri də var ki, “Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq ver, axirətdə də. Bizi Cəhənnəm əzabından qoru”, – deyirlər. Məhz onlar üçün qazandıqlarından böyük bir qsimət var. (Şübhəsiz ki,) Allahın haqq-hesabı çox sürətlidir (Bəqərə, 200, 201, 202).

Hamının arzuladığı bu nəticəni əldə etmək isə şübhəsiz ki, Allahın göndərdiyi kitabı lazım olduğu kimi oxumaq, anlamağa çalışmaq, əmr və qadağalarını nəzərə almaqla mümkündür.

Kitab verdiyimiz kəslər (onların bəziləri) onu layiqincə oxuyarlar. Çünki onlar ona iman gətirərlər. Onu inkar edənlərə gəldikdə isə, budur, həqiqətən də, ziyana uğrayanlar onlardır (Bəqərə, 121).

Kim Rəhmanı zikr etməkdən qafil olsa, ona öz yanından uzaqlaşmayan bir şeytanı mübtəla edərik. Şübhəsiz ki, həmin şeytanlar onları doğru yoldan uzaq tutarlar. (Amma) Onlar özlərinin doğru yolda olduqlarını güman edərlər (Zuxruf, 36, 37).

İnandıqdan sonra Allahın mesajını anlamağa cəhd etməmək və mesajın mənbəyinə müraciət etməmək həqiqətən də, şüursuzluqdur. Bu cür bir mövqedə durmaq insanın doğru ilə əyrini bir-birindən ayırma qabiliyyətini aradan qaldırır.

Onların aralarında bir dəstə ümmi var ki, Kitabı bilmirlər. Bütün bildikləri qulaqdan dolma (boş) şeylərdir. Onlar ancaq zənn və güman edirlər (Bəqərə, 78).

Halbuki, Quran diri olanları xəbərdar etsin və kafirlər cəzaya layiq olsunlar deyə (Yasin, 70), insanlara izah edilmiş bir kitabdır.

Bizim Süleymaniye Vakfı olaraq ən mühüm məqsədimiz Allahın mesajını başa düşmək və başa düşülməsinin yayılmasıdır.

Yaşadığımız həyatı Quran baxımından dərk etməliyik. Əshabələr də belə etmişlər. Quran ancaq belə bir anlayışın sayəsində fərd və cəmiyyət üzərində müsbət təsirlər buraxa bilər. Səhifələri və qabı müqəddəs hesab edilən və ondan öyüd-nəsihət alınmasının qarşısı kəsilmiş bir Quran anlayışı bəşəriyyət üçün necə deyərlər, bir itki və zülmdür.

İnsanların mühüm bir hissəsi inanclılardan ibarət olduğu halda, müxtəlif ifrat və təfritlərə yol verərək Quranın və peyğəmbərin insanlara öyrətdiklərinin xaricində qalan bəzi yollara düşmüşlər. Məlumdur ki, hətta həzrəti Muhəmmədə (s. a. v.) də müşriklərdən olmamaq barədə xəbərdarlıq edilib. Belə olan halda, inanclı insanların Allaha müşriklər kimi inanması və bu məsələni ciddi qəbul etməmələri olduqca qəribədir. Allahın ayələri sənə nazil edildikdən sonra (artıq) nəbadə, onlar səni bu ayələrdən uzaqlaşdırmasınlar. Rəbbinə dəvət et. Əsla müşriklərdən olma! (Qəsəs, 87).

Heç şübhə yoxdur ki, bu kimi hallar, mövhumat və xurafat (əslində dində olmayan şeylər) Quran baxımından tədqiq edilməklə hamının düzgün olan şeyi öz mənbəyindən öyrənməsi üçün cəhd göstəriləcək. Siz həddi aşan kəslərsiniz deyə, Biz sizi Quranla xəbərdar etməkdən vaz keçək? (Zuxruf, 5).

Quran elə bir kitabdır ki, o, ancaq inananlara bu dünya və axirətlərini qazandıracaq bir öyüd-nəsihət olmaqla yanaşı, eyni zamanda bəşəriyyətin bu dünyadakı həyatını düzgün tənzimləyən prinsip və tövsiyələri də əhatə edir. Müvafiq elm sahələrinin Quranın dünya həyatı ilə əlaqədar həmin tövsiyələrinə dair həyata keçirəcəyi qərəzsiz və rasional tədqiqatlar bəşəriyyət üçün olduqca mühüm nəticələr verə bilər.

Yaradanımızın tövsiyələrini nəzərə almaq üçün dünyanın dörd bir yanında görülən işlərə əlavə olaraq fondumuzun həyata keçirdiyi işlər bir dua mahiyyəti daşıyır; həm də qeyd edək ki, elmi səviyyədə olan hər növ müzakirə, mübahisə, irad və bu kimi şeyləri qiymətləndiririk.

Hər kəsin üz tutduğu bir qibləsi var. Siz xeyirli işlərdə yarışın. Harada olursunuzsa, olun, axırda Allah sizi bir yerə cəm edər. Şübhəsiz ki, Allah hər şeyə qadirdir (Bəqərə, 148).

Yaratdıqlarımız arasında həmişə haqqa çatdıran və ədaləti haqq ilə yerinə yetirən bir millət olur (Əraf, 181).

SÜLEYMANİYE VAKFI

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.