Müselmanlar » Qüsl

Ginekoloji yoxlamadan sonra qüsl
Ginekoloji yoxlanışdan sonra qüsl almaq lazım deyil. Qadın namaz qılmaq istədiyi vaxt, dəstəmaz almağı kifayətdir. Qüsl almaq lazım olan hallar cinsi əlaqə, yuxuda və ya ayıq vaxtı ihtilam olmaq və qadınların aybaşı və nifas hallarının qurtardığı vaxtlardır.

Namaz qılmayan müsəlmanların qüsl etməkləri vacibdir?
Cənabət halı, yəni, cünub olmaq namaz qılmağa maneə təşkil edir. Ona görə də cənabət olan bir şəxs namazı öz vaxtında qıla bilmək üçün yuyunmalıdır. Amma namazın vaxtınadək cənabət halda qala bilər. Bundan artıq gözləməyi, yəni, yuyunmamağı (qüsl almaq) düzgün deyil.

Məsələnin bu cəhəti ilə əlaqədar olaraq aşağıdakı keçiddən ətraflı məlumat ala bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1405.html

Qüsl etmək namaz üçün şərtdir. Lakin bu qətidir ki, özü haqqında: “Mən müsəlmanam”, – deyən insan mütləq namaz qılmalıdır. Yəni, müsəlmanın namaz qılmamağından söhbət gedə bilməz. Namazı qəzaya da saxlamaq olmaz. Bir namazı öz vaxtında qılmayan insan ömür boyu namaz qılsa da, vaxtında qılmadığı həmin namaz borcunu ödəyə bilməz.

Geniş məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/qeza-namazi

Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar?
Qüsl etmək üçün əlbəttə ki, bir miqdar isti və ya ilıq su lazımdır. Xüsusilə də qış aylarında. Amma isti su hazırlamaq üçün evdə kombi, termostatlı qızdırıcı və elektrik və yaxud təbii qazla işləyən və camaat arasında “5 dəqiqəlik” deyilən cihazların mütləq olmağı lazım deyil. Bu cihazlardan birinin olmağı isti su probleminin olmamağı deməkdir. Burada isə söhbət sizin təzə köçdüyünüz evdəki müvəqqəti çətinlikdən gedir. Sualınızdan məlum olur ki, bu cihazlardan heç biri hələ ki, sizdə yoxdur. Odur ki, bir qaba bir qədər su töküb, ocağın üstündə və ya spirallı qızdırıcı ilə qızdırdıqdan sonra soyuq su ilə qarışdırıb, qüsl verə bilərsiniz. İmkanları düzgün qiymətləndirmək lazımdır. Bunları nəzərə almadan dərhal: “Qüsl etmək üçün şəraitim yoxdur, mən bu halda nə edim?”,­ – demək düzgün deyil.

Unutmayın ki, bu dəqiqə kombisi, qızdırıcısı və digər belə cihazları olmayan bir çox yer var. Hətta nə qədər təəssüfləndirici olsa da, elə yerlər var ki, insanlar bu cihazların nə olduğunu bilmirlər. Amma oralarda yaşayan insanlar, o cümlədən müsəlman insanlar da sizə yuxarıda məsləhət gördüyümüz qaydada yuyunurlar.

Su imkanı yarandıqda təyəmmüm batil olur?
Fiqh və elmihal kitablarında: “Su tapıldığı vaxt (sudan istifadə imkanı yarandıqda) təyəmmüm batil olur”, – deyilsə də, suyun tapılmağı nəticəsində nə dəstəmaz pozulur, nə də qüsul. Çünki suyun olmağı, yəni, su işlətmək imkanının yaranmağı dəstəmaz və ya qüsul almağı vacib edən bir şey deyil; bu, sadəcə olaraq təzə bir təyəmmüm almağa maneə təşkil edən bir faktordur. Əsl məsələ də bundan ibarətdir.

Dəstəmazı pozan şeylər ayaqyolunda baş verən (ayaqyolundan kənarda olsa belə) şeylərdir. Bunlar yel çıxartmaq, böyük tualet və kiçik tualet ehtiyacını ödəməkdən ibarətdir.

Qüsul etməyi vacib hala gətirən hallar isə bunlardır:

Cinsi əlaqədə olmaq, yuxuda və yaxud oyaq vaxtı qurtarmaq (boşalmaq), eləcə də qadınların aybaşı halı və zahılığın başa çatması.

Radioterapiya qəbul edən bir xəstə qüsül əvəzinə təyəmmüm edə bilər?
Allah Qurani-Kərimdə belə buyurur:

“Allah heç kimə onun gücünün çatdığından artıq bir şey yükləmir”.

Allah dinin buyurduğu məsələlərdə insanlara heç bir çətinlik yaratmayıb. O, bu barədə belə deyir:

“Allah sizi çətinliyə salmaq istəmir, lakin O, sizi arındırmaq (pak və təmiz etmək) və sizə verdiyi nemətini tamamlamaq istəyir. Bəlkə, şükr edəsiniz”.

“(Allah) sizə din barəsində heç bir çətinlik yükləməyib”.

“Kora babal yoxdur, topala babal yoxdur, xəstəyə də babal yoxdur (onlara günah gəlməz)”.

Əgər müalicə müddəti ərzində bədəninizin heç bir yerinə su dəyməli deyilsə, təyəmmüm edə bilərsiniz. Bu, Allahın sizin üçün verdiyi bir asanlıqdır. Amma əgər radioterapiyanın tətbiq olunduğu bədən nahiyəsi çox kiçik bir yerdirsə və bədənin qalan yerlərinin yuyulmağı sizə ziyan etməyəcəksə, o hissəni bir sarğı ilə sarımaq və digər yerləri yumaq lazımdır. Təbii ki, burada əsas məsələ sizə bir zərərin toxunmamağıdır. Əgər hər hansı bir ziyandan söhbət gedirsə, əvvəl də qeyd etdiyimiz kimi, təyəmmüm almağınız lazımdır.

Bu məsələ ilə əlaqədar bir hadisə də peyğəmbərin (s. a. v.) dövründə baş verib. Cabir İbn Abdulladan (r. a.) rəvayət olunduğuna əsasən o belə demişdir:

Bir gün bir səfərə çıxmışdıq. Bizim aramızdan bir adama bir daş dəydi. Başı yarıldı. Sonra bu şəxs ehtilam oldu. Dostlarından soruşdu ki, mənim təyəmmüm etməyimə icazə var? Onlar cavab olaraq dedilər ki, sən sudan istifadə edə bilərsən. Sənə təyəmmüm etmək üçün icazə yolu görmürük. Bunun üstündən həmin adam çimdi və ardınca da öldü. Peyğəmbərin yanına gəlib çatdıqda ona bu hadisə barədə danışdıq. Peyğəmbərimiz belə dedi:

“Kişini öldürüblər! Alllah da onların canını alsın! Bəs bilmirdilərsə, niyə soruşmadılar? Cahilliyin şəfası sualdır (soruşmaq). Ona təyəmmüm etmək bəs idi. Yarasına bir əski bağlamaq və üstündən məsh etmək lazım idi. Sonra da bədəninin qalan yerlərini yumaq lazım idi”.

Qüsldən sonra namaz qılmaq olar? Yoxsa ayrı dəstəmaz almaq lazımdır?
Qurani-Kərimdə dəstəmaz və qüsl ilə əlaqədar ayə aşağıdakı kimidir:

“Ey iman gətirənlər! Namaza durduğunuz vaxt üzlərinizi və dirsəklərə qədər əllərinizi yuyun. Başınızı məsh edin, ayaqlarınızı da topuqlarınıza qədər. Əgər cünub olmusunuzsa, yuyunun. Xəstə və yaxud səfərdəsinizsə və ya sizin aranızdan bir nəfər ayaqyolundan gəlibsə, ya da qadınlara toxunmusunuz, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin; onunla üzünüzü və əllərinizi məsh edin. Allah sizə (dəstəmaz və qüslü əmr etməklə) bir çətinlik törətmək istəmir. Ancaq sizi arındırmaq (təmizləmək) və sizə olan nemətini tamamlamaq istəyir. Bəlkə, şükür edəsiniz”.

Yuxarıdakı ayəyə əsasən cünub (cənabət) olanlar sadəcə olaraq qüsl etməklə namaz qıla bilərlər. Başqa sözlə desək, bir nəfər qüsl etdikdən sonra dəstəmazı pozan (batil edən) hər hansı bir səbəb yoxdursa, namaz üçün təzədən dəstəmaz almağa ehtiyac qalmadan namaz qıla bilər. Bu məsələdə qüsl kifayətdir.

Aişədən (r. a.) belə rəvayət edilir:

“Rəsulullah (s. a. v.) qüsl alır (edir), iki rükəti (müstəhəb, sünnə) və sübh namazını (n fərzini) qılırdı. Onun qüsl etdikdən sonra dəstəmazı təzələdiyini xatırlamıram”.

“Rəsulullah (s. a. v.) qüsl etdikdən sonra dəstəmaz almırdı”.

Tirmizi bu hədisi rəvayət etdikdən sonra belə bir şərh vermişdir:

“Əshabələrin və tabeinin alimlərindən əksəriyyətinin fikri belədir. Yəni, onlar: “Qüsldən sonra dəstəmaz almaq lazım deyil”, – deyirlər”.

Abdulla İbn Ömərdən rəvayət olunduğuna görə peyğəmbərdən (s. a. v.) qüsl etdikdən sonra dəstəmaz almaqla əlaqədar bir sual soruşulduqda bele cavab verib:

“Hansı dəstəmaz qüsldən yaxşı ola bilər ki?”.

Spermanın yerindən qopmağı qüslü vacib edir. Bu nə deməkdir?
Sizin qeyd etdiyiniz məsələ fiqh kitablarında (risalələr, elmihal kitabları və sairə) müzakirə edilmiş və bu məsələyə dair müxtəlif fikirlər yaranmışdır. “Məninin yerindən qopmağı” ifadəsi əslində başa düşülməyən bir şey deyil. Belə ki, bir kişi ehtilam və cünub olduğu vaxt, başqa sözlə, orqazm olub qurtardığı vaxt məni kənara çıxmamışdan qabaq bədəndə dəyişikliklər baş verir, şəhvət hissi meydana gəlir. Həmin anda kişi cinsiyyət üzvü sıxılıb boğulsa, sperma dərhal bayıra çıxmaz. Əksinə, şəhvət hissi keçib getdikdən sonra çıxar. Amma artıq eyakulasiya baş verib və bədən rahatlaşıb. Ona görə də spermanın şəhvətlə bayıra çıxmağı şərt deyil. Bu hal baş versə, qüsl etmək vacib olur.

Cünub halda geyilən paltarı qüsldən sonra geyinmək olar?
Döşəkağı və mələfə kimi şeylərə sperm kimi hər hansı bir şey bulaşıbsa, onu təmizləmək lazımdır. Bunun üçün onları və ya odeyalı yumaq lazım deyil. Bulaşan hissəni əgər quruyubsa, ovxalamaq və yaxud qaşımaq, əgər islaqdırsa, yumaq kifayətdir. Başqa bir şeyə ehtiyac yoxdur.

Bu məsələlərlə əlaqədar hədislər aşağıdakı kimidir:

Həzrəti Aişə (r. a.) nəql edir:

“Mən Rəsulullahın (Muhəmməd peyğəmbər) paltarına bulaşan mənini təmizləyirdim. O, paltarında nəm hissə (qurumamış) ola-ola namaza gedirdi” (Buxari, Vüdu (Dəstəmaz), 64, 65; Müslim, Təharət (Təmizlik), 108 (289); Əbu Davud, Təharət (Təmizlik), 136; Tirmizi, Təharət (Təmizlik), 85, 86; Nəsai, Təharət (Təmizlik), 187, 188).

Müslimdən nəql edilən başqa bir rəvayətdə belə deyilir:

Həzrəti Aişənin bir qonağı gəldi. Həmin adam səhər tezdən paltarını yumağa başladı. Həzrəti Aişə ona:

“Sənin (məni) bulaşan yeri (əgər gördünsə) yumağın kifayət idi. Görmədinsə, ətrafını yuyardın. Mən Rəsulullahın paltarından (məni bulaşığını) ovuşdurmaqla təmizlədiyimi bilirəm. O, (bir də yumadan) o paltarı ilə namaz qılırdı”.

Başqa bir rəvayətdə belə qeyd edilir:

“Yaxşı bilirəm ki, peyğəmbərin paltarından məni bulaşığını (sperm) dırnağımla qaşıyıb təmizləyirdim” (Müslim, Təharət (Təmizlik), 105, 109 (288, 290).

Yəhya ibn Abdurrahman ibn Hatibdən nəql etdiyinə görə həzrəti Ömər (r. a.) və Amr ibn Əl-Asın da olduğu bir dəstə ilə birlikdə ömrə edib. Səfər vaxtı səhərə doğru həzrəti Ömər su mənbələrindən birinə yaxın olan bir yolda fasilə verdi. Hamı kimi o da yatdı. Birdən ehtilam (cünub olmaq, pollution) oldu. Səhər açıldı. Qafilədə (dəstə) yuyunmağı üçün lazımi qədər su yox idi. Heyvanına minib yaxınlıqdakı suyun başına gəldi. Və dərhal o haldan qalan məni bulaşığını yumağa başladı. Bu dəm hava tamamilə açıldı. Amr ibn Əl-As həzrəti Ömərə belə dedi:

“Səhər açıldı. Bizdə təmiz paltar var. Sən öz paltarını yumağı saxla. Onsuz da gec-tez yuyulacaq”.

Lakin həzrəti Ömər ona belə cavab verdi:

“Ey İbnu-l-As! Heyrət! Belə çıxır ki, sən paltar tapmısan deyə, hamı tapacaq? Allaha and olsun ki, mən sənin dediyini yerinə yetirsəm, həmin iş bir sünnə olar. Xeyr, mən gördüyüm mənini yuyuram və görmədiyimə su çiləyirəm. Beləliklə, onu təmiz hesab edirəm!” (Muvatta, Təharət (Təmizlik), 83).

Dişlərə qoyulan plomb qüsl etməyə mane olur?
Diş dolğusu qüsl etməyə mane olmur. Çünki o, artıq dişin bir hissəsi halına gəlib.

Bununla əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/dis-dolgusu

Hamamda çox qalmaq günahdır?
Qüsl edərkən vahiməyə düşmək şeytan vəsvəsəsidir. Bundan yaxa qurtarmaq üçün əuzu-bəsmələ çəkməli, Fələq və Nas surələrini tez-tez oxumalı və təmizləndikdən sonra dərhal hamamdan çıxmalısınız. “Mənim qüslüm düz olmadı” kimi vəsvəsələrə qətiyyən fikir verməyin. Ancaq o vaxt şeytana qalib gələ bilərsiniz.