Qurbanlıq buğa əhvalatı
Müsəlmanlar > Quran Tarix: 01 aprel 2010 Tövsiyə et Çap et

Bəqərə surəsi, 67, 68, 69, 70 və 71-ci ayələr1

Bir gün Musa öz qövmünə: “Allah sizin bir inək kəsməyinizi əmr edir”, – dedi. Onlar isə: “Sən bizi ələ salırsan?”, – dedilər. Musa: “Mən cahil olmaqdan Allaha sığınıram”, – deyə cavab verdi.

Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et və soruş ki, o inək necə olmalıdır?”. Musa onlara: “Allah o inəyin nə çox yaşlı, nə də çox cavan deyil, bu ikisinin arasında olduğunu buyurur. Sizə əmr olunanı yerinə yetirin!”, – dedi.

Onlar dedilər: “Bizdən ötrü Rəbbinə dua et ki, bizə onun rəngini də bildirsin”. Musa: “[Allah] onun sarı rəngdə və görənlərə zövq verən [bir inək] olduğunu buyurur”, -  dedi.

Onlar dedilər: “Bizdən ötrü Rəbbində dua et, qoy bizə onun nə olduğunu bildirsin; çünki biz inəkləri bir-birinə oxşadırıq. Əgər Allah istəsə [biz bu məsələ barəsində], əlbəttə, doğru yolda olarıq”.

[Musa] dedi: “[Allah] buyurur ki, o bir buğadır; nə [kotana] qoşulub, torpaq sürmüş, nə də əkin suvarmışdır. Ləkəsi [qaşqası] da yoxdur”. Onlar: “İndi düzgün şərhi gətirdin”, – dedilər və onu [inəyi] kəsdilər. Ancaq az qalmışdı ki, bunu etməsinlər.

Erkək və ya dişi inək mənası verən بقرة (bəqərə) sözü بقر (bəqər) kəlməsinin tək formasıdır. Erkək inəyə ثور deyilir.2 Kəsilməsi əmr edilən inəyin erkək olduğunu ayədəki «تثير الأرض» ifadəsindən başa düşürük. Çünki ثورتثير sözləri eyni kökdən törəyib. «و لا تسقي الحرث» cümləsi də bunun ikinci bir dəlilidir. Elə bir inək ki, nə kotana qoşulub torpaq sürmüş, nə də əkin suvarmışdır. Beləliklə, bu inək məhz bir buğadır. بقرة kəlməsi isə qrammatik cins baxımından müənnəs3 kəlmə olduğuna görə cümlə daxilində müənnəs isim kimi işlədilə bilər.

Memfis Qahirədən 35 km cənubda Nil çayının üzərində yerləşən qədim bir Misir şəhəridir. Burada Apis adlandırılan bir buğaya sitayiş edilirdi. Bu inanc sonralar Misirin digər bölgələrinə də yayılmışdı. Bir Apis olur və ölən Apisin başqa bir buğanın bədənində yenidən dünyaya gəldiyinə inanılırdı. Rahiblər otlaqlarda bu yeni buğanı axtarır və onu bariz xüsusiyyətləri ilə digərlərindən ayırıb tapırdılar.4

Tövratda mövzu ilə əlaqədar olan bu cür ifadələr vardır:

Misirdə təbliğ edin, Miqdolda eşitdirin, Nofda5 və Tahpanhesdə car cəkin: Yerini tut, hazır ol! Çünki qılınc ətrafındakıları darmadağın edir.

İlahın Apis niyə qaçdı? Buğan nə üçün yaşaya bilmədi? Çünki Rəbb onu yerə sərdi (Yeremiya, 46/14).

Bəqərə surəsindəki ayələr Apisin xüsusiyyətlərini daşıyan bir inəyin kəsilməyini əmr edir. Belə edilsə, o batil inanc ləğv olacaqdı. Çünki Musa peyğəmbər (ə. s.) qırx günlüyə Tur dağına getdiyi vaxt İsrail oğulları Harun peyğəmbərin (ə. s.) yanlarında olmasına baxmayaraq bir buzov heykəli düzəldib ona sitayiş etmişdilər. Buzovun məhəbbəti onların qəlblərini bürümüşdü (Bəqərə, 2/93). Belə olmasaydı, o inəyi kəsməmək üçün bəhanə axtarmazdılar.

Hindistanlılar inəyə hörmət göstərirlər. Məsələn, bir inək məscidə girsə, onun ordan çıxardılması problem yaradır. Hindistanda təxminən 250 milyon inək var. Deyilənə görə, Hindistan hökuməti inəkləri əsl yerlərinə yerləşdirmək üçün cəhd göstərir, lakin buna müvəffəq ola bilmir.6

Müsəlmanların hər il keçirdikləri Qurban bayramı bu baxımdan əhəmiyyət kəsb edir. İnsanların bir qismi tərəfindən müqəddəs hesab edilən heyvanları qurban kəsən müsəlmanlar belə inanclardan həmişə uzaq dururlar. Qurbanla əlaqədar bu ayə dərin mənaya malikdir:

Onların [qurbanların] nə əti, nə də qanı Allaha çatar. Allaha çatan yalnız sizin təqvanızdır [sidq-ürəklə yerinə yetirdiyiniz ibadətdir] (Həcc, 22/37).

Qurban bayramında mühüm olan heyvanın qanını axıtmaqdır. Ətin yeyilməsi, yaxud kasıblara paylanması əsas şərt deyil. Buna görə də qurban kəsib ətini özü yeyən və ya eləcə qoyub heç kimə verməyən şəxs də qurban kəsmək savabı qazanır. Ancaq qurban kəsmədən tonlarla əti fəqir-füqəraya və tanış-bilişə paylayan şəxs bununla öz qurban kəsmək borcunu yerinə yetirmiş olmur.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. MƏNBƏ: Abdulaziz Bayındır, Kur’an-ı Kerimin Açıklamalı Meali (Qurani-Kərimin İzahlı Tərcüməsi: Fatihə surəsi, Bəqərə surəsi, Şərhlər), tərcümə edən Dr. Fəqani Bəylərov, Bakı, 2005, s. 128-130. Tərcümə mətnində bir sıra dəyişikliklər edilib. []
  2. Rağib İsfahaninin Müfrədat lüğəti, ب ق ر (, QafRa hərfləri) bəndi. Səfvan Adnan Davudinin təhqiqi ilə, Dəməşq və Beyrut, 1412/1992. []
  3. Ərəb dilində iki qrammatik cins vardır. Bunlardan biri kişi cinsini bildirən müzəkkər (masculine), digəri isə qadın cinsini ifadə edən müənnəsdir (feminine). Sözlərin qrammatik cinsi ümumiyyətlə onların ifadə etdiyi mənaya və müəyyən əlamətlərinə görə təyin olunur. Qadın cinsinə aid isim və sözlərin xüsusi əlamətlərindən biri də onların adətən tə mərbutə - ة ilə bitməsidir. بقرة kəlməsi də yuxarıda göstərildiyi kimi, tə mərbutəة ilə qurtarır və bu səbəbə görə qadın cinsinə (müənnəs) aid bir isimdir – tərcüməçinin qeydi. []
  4. Böyük Larousse Ensiklopediyası, A hərfi, İstanbul, 1986. []
  5. Nof Memfis şəhərinin digər adıdır. Bu, Tövratın qeydlərində və əlavəsindəki xəritədə bildirilir (Müqəddəs Kitab, yeni tərcümə, İstanbul, 2001). []
  6. Günay Tümər, Aburrahman Küçük, Dinlər Tarixi, Ocaq nəşriyyatı, Ankara, 1997, s. 145. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
409 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Hamı Quranı oxuyub başa düşə bilər? 05.07.09 485 dəfə oxundu
2 Tağutilik məfhumu nəyi bildirir? 05.07.09 442 dəfə oxundu
3 Quran və anaxronizm 05.07.09 399 dəfə oxundu
4 Ölüyə Quran tapşırmaq 11.03.11 1.165 dəfə oxundu
5 Adəm və İblis 05.07.09 479 dəfə oxundu
6 Mülayim İslam, yoxsa radikal? 05.07.09 377 dəfə oxundu
7 Bəqərə surəsinin 256-cı ayəsi 05.07.09 515 dəfə oxundu
8 Günahların Allah tərəfindən bağışlanması 05.07.09 475 dəfə oxundu
9 Allahın ərşə istiva etməsi 05.07.09 383 dəfə oxundu
10 Qurana qulaq asmaq və səcdə ayəsi 05.07.09 392 dəfə oxundu
11 Quranı qaydalara əsasən oxumaq 05.07.09 547 dəfə oxundu
12 “İnsanları və cinləri ancaq Mənə ibadət etsinlər deyə yaratdım” ayəsi nə deməkdir? 05.07.09 422 dəfə oxundu
13 Quranın hamı tərəfindən başa düşülməsi 05.07.09 448 dəfə oxundu
14 Quranın zikr olması 05.07.09 354 dəfə oxundu
15 Bismillahi-r-Rəhmani-r-Rəhim ifadəsi 05.07.09 475 dəfə oxundu
16 Cəbrayılın peyğəmbərə yuxuda gətirdiyi vəhyin Quran olmadığını demək olar? 05.07.09 429 dəfə oxundu
17 Həzrəti İsa həzrəti İshaqın nəslindəndir? 05.07.09 543 dəfə oxundu
18 Nuh peyğəmbər əslində nə qədər yaşayıb? 05.07.09 559 dəfə oxundu
19 Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi? 26.02.10 534 dəfə oxundu
20 Şübhənin imana nəzərən əhəmiyyəti nədən ibarətdir? 27.06.10 412 dəfə oxundu
21 Allah bəzi insanların kafir kimi ölməyini istəyir? 23.12.11 142 dəfə oxundu
22 “Allahdan gəldik, Allaha qayıdacağıq” ayəsini necə başa düşmək lazımdır? 12.12.09 356 dəfə oxundu
23 Radio və televizordan Qurana qulaq asmaq onu xətm etmək hesab edilir? 29.12.09 424 dəfə oxundu
24 Ərafın 54-cü ayəsinə əsasən gecə qabaq gəlir, yoxsa gündüz? 25.03.11 238 dəfə oxundu
25 Qadın Quran oxuduğu vaxt başını örtməlidir? 13.03.10 665 dəfə oxundu
26 Qurbanlıq buğa əhvalatı 01.04.10 409 dəfə oxundu
27 Şəfaət 08.04.10 531 dəfə oxundu
28 Kafir nə deməkdir? Kafir kimlərə deyilir? 02.04.10 549 dəfə oxundu
29 Bəqərə surəsi 19.04.10 708 dəfə oxundu
30 Vaqiə surəsinin 79-cu ayəsindəki mutahhəruun sözü nə deməkdir? 14.04.10 333 dəfə oxundu
31 Fitrət nə deməkdir? Quranın fitrətlə nə kimi bir əlaqəsi var? 14.04.10 340 dəfə oxundu
32 Təhrif nə deməkdir? 16.04.10 297 dəfə oxundu
33 Fatihə surəsinin Rus dilinə tərcüməsi necə olmalıdır? 22.04.10 636 dəfə oxundu
34 Bəqərə surəsinin 93-cü ayəsi 25.04.10 438 dəfə oxundu
35 Bəqərə surəsinin 62-ci ayəsi 26.04.10 532 dəfə oxundu
36 Quranı başa düşmək 26.04.10 667 dəfə oxundu
37 Həmd, şükür, təşəkkür və mədh etmək nə deməkdir? 27.04.10 336 dəfə oxundu
38 Peyğəmbər Qurani-Kərimi necə təbliğ və şərh edib? 28.04.10 332 dəfə oxundu
39 Quranda şirklə əlaqədar hansı ayələr var? 05.05.10 391 dəfə oxundu
40 İblisin haqq yoldan azmağı 12.05.09 676 dəfə oxundu
41 Bəqərə surəsi, 7-ci ayə (II hissə) 28.03.10 449 dəfə oxundu
42 Nəsx və izahı 26.05.10 1.054 dəfə oxundu
43 Nisa surəsinin 159-cu ayəsinin izahı 27.11.10 426 dəfə oxundu
44 Əshabi-hicr hansı peyğəmbərin qövmüdür? 26.01.11 289 dəfə oxundu
45 Ələq surəsindəki: “Oxu!” – buyuruğu ilə nə nəzərdə tutulur? 26.01.11 240 dəfə oxundu
46 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 441 dəfə oxundu
47 Quranda hər şey yazılıb? 15.01.10 549 dəfə oxundu
48 Əraf surəsinin 109-110-cu ayələri ilə Şuəranın 34-35-ci ayələrində bir ziddiyyət var? 04.02.11 275 dəfə oxundu
49 Allah yeri əvvəl yaradıb, yoxsa göyü? 07.02.11 256 dəfə oxundu
50 Nəcva sədəqəsi məsələsi indi də qüvvədədir? 28.02.11 252 dəfə oxundu
51 Qurandakı əshabul-yəmin və əshabuş-şimal ifadələri nə deməkdir? 05.03.11 191 dəfə oxundu
52 Firon niyə iman gətirmədi? 10.03.11 212 dəfə oxundu
53 İbrahim peyğəmbərin sınağa çəkildiyi kəlmələr nədir? 11.03.11 607 dəfə oxundu
54 Quran kitab halına salındığı vaxt ona bir müdaxilə olub? 18.03.11 210 dəfə oxundu
55 Qurani-Kərimin xüsusiyyəti 15.03.11 1.272 dəfə oxundu
56 Qurandakı “şaə” və “əradə” felləri “istəmək” mənasını bildirir? 18.03.11 208 dəfə oxundu
57 Qurandakı dua ayələri Allahın sözü deyil? 19.03.11 279 dəfə oxundu
58 Ölünün dalınca Quran oxumağın nə mənası var? 20.03.11 428 dəfə oxundu
59 Quranda şikəst doğulmaqla əlaqədar ayələr var? 21.03.11 318 dəfə oxundu
60 Quran 23 ildə nazil olub, yoxsa 1 ayda? 22.03.11 216 dəfə oxundu
61 Vaqiə surəsini oxuyan varlı olur? 27.03.11 357 dəfə oxundu
62 Yığıncaqların axırında Əsr surəsini oxumaq vacibdir? 04.04.11 207 dəfə oxundu
63 Quran oxuduqda əuzu-bəsmələ deməyin hökmü nədir? 02.04.11 479 dəfə oxundu
64 Quranda hal-hazırda tətbiq oluna bilməyən hökmlər var? 10.04.11 165 dəfə oxundu
65 Quran Azərbaycanca oxunmalıdır, yoxsa Ərəbcə? 12.04.11 310 dəfə oxundu
66 Qərb alimlərinin Quranın təhrif edildiyinə dair iddiaları düzdür? 16.04.11 211 dəfə oxundu
67 Sad surəsinin 29-cu ayəsini niyə belə tərcümə etmisiniz? 20.04.11 205 dəfə oxundu
68 Günahkarlar Qiyamət günü kor vəziyyətdə həşr olunacaqlar? 18.04.11 280 dəfə oxundu
69 Quran təkcə kişilərə müraciət edir? 21.04.11 192 dəfə oxundu
70 Quranda ümmət sözü neçə mənada işlənir? 26.04.11 197 dəfə oxundu
71 Quranın başa düşülməsində ictihadın əhəmiyyəti 13.05.11 217 dəfə oxundu
72 Peyğəmbər axırıncı ayə nazil olana qədər Quranla hökm vermədi? 13.05.11 177 dəfə oxundu
73 Quran dərsini niyə ayələrin nazil olduğu ardıcıllığa əsasən keçmirsiniz? 17.05.11 195 dəfə oxundu
74 Allah Quranda Özü haqqında bəzi hallarda nə üçün: “Biz”, – deyir? 17.05.11 244 dəfə oxundu
75 Tin surəsindəki “əsfali-safilin” ifadəsi ilə dünya nəzərdə tutulur? 20.05.11 181 dəfə oxundu
76 “Mən müsəlmanların birincisiyəm”, – ayəsini necə başa düşmək lazımdır? 22.05.11 219 dəfə oxundu
77 Ərəb dilini bilməyənlər Quranı nə cür dərk edə bilərlər? 25.05.11 226 dəfə oxundu
78 Qiraət və tilavətin bir-birindən nə fərqi var? 08.06.11 160 dəfə oxundu
79 Fatihə surəsi neçə ayədir? Bismillah bu surənin 1-ci ayəsidir? 08.06.11 254 dəfə oxundu
80 Quranı musiqi kimi gözəl oxumağın bir eybi var? 13.06.11 237 dəfə oxundu
81 “Ancaq Səndən kömək istəyirik” ayəsinin izahı 26.06.11 156 dəfə oxundu
82 Ancaq Allahdan kömək diləmək nə məna verir? 26.06.11 178 dəfə oxundu
83 Qurana əsasən cansız varlıqların da öz dilləri var? 04.07.11 222 dəfə oxundu
84 Peyğəmbər bizim bütün əməllərimizi görür? 05.07.11 274 dəfə oxundu
85 Qurandakı “ulu-l-əlbab” nə məna verir? 07.07.11 154 dəfə oxundu
86 İnsanın başına bir iş gələndə şeytanın dostu olur? 07.07.11 178 dəfə oxundu
87 Naziat surəsinin 29-cu ayəsindəki gün nə deməkdir? 08.07.11 182 dəfə oxundu
88 Təbbət surəsi 11.07.11 244 dəfə oxundu
89 Qurandakı xüsusi sözlər üçün hansı mənbələrə baxmaq lazımdır? 17.07.11 242 dəfə oxundu
90 Qurandakı “aşna” sözü ilə nə nəzərdə tutulur? 17.07.11 221 dəfə oxundu
91 Zuxruf surəsinin 61-ci ayəsində İsa nəzərdə tutulur? 03.08.11 239 dəfə oxundu
92 Ənfal surəsi 48-ci ayəyə əsasən şeytanın gördüyü şey nədir? 19.09.11 186 dəfə oxundu
93 Ənam 143-144-cü ayələrdə qeyd edilən heyvanlar 8 cütdür, yoxsa 8 tay? 28.09.11 159 dəfə oxundu
94 Quranın ecazı 21.11.11 527 dəfə oxundu
95 Quranı beldən aşağıda tutmaq olar? 26.12.11 105 dəfə oxundu
96 Zorla Quran oxutmaq olar? 26.12.11 98 dəfə oxundu
97 “Allah və peyğəmbərin qabağına keçməyin” ayəsi nə məna verir? 29.12.11 104 dəfə oxundu
98 Hucurat surəsinin 7-ci ayəsini necə başa düşmək lazımdır? 02.01.12 107 dəfə oxundu
99 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 186 dəfə oxundu
100 Peyğəmbərin Quranı şərh etmək kimi bir missiyası olub, yoxsa yox? 06.01.12 86 dəfə oxundu