Bəqərə surəsi, 7-ci ayə (II hissə)
Müsəlmanlar > Quran Tarix: 28 mart 2010 Tövsiyə et Çap et

BƏQƏRƏ SURƏSİ, 7-Cİ AYƏ, 2-Cİ HİSSƏ

ALLAH ONLARIN QƏLBLƏRİNİN VƏ QULAQLARININ ÜZƏRİNDƏ İZLƏR YARADIB. GÖZLƏRİNDƏ DƏ BİR PƏRDƏ VAR. ONLAR ÜÇÜN BÖYÜK BİR ƏZAB VARDIR!

İnsan ümumiyyətlə düşünən, yaxud danışan canlı kimi tərif olunur. Bununla əlaqədar olaraq ağıl insanla heyvanı bir-birindən ayıran ən mühüm xüsusiyyət hesab edilir. Halbuki, Qurani-Kərimdə quşların və qarışqaların danışmalarından və ağıllarından istifadə edib bir şeyi qiymətləndirmələrindən danışılır. Bu da insanla heyvan arasındakı fərqin başqa istiqamətlərdə axtarılmalı olduğunu göstərir. Quranda qarışqa və quşlarla əlaqədar ayələr bunlardır:

Süleyman üçün cin, insan və quşlardan ordular toplandı. Onlar müntəzəm bir halda idilər. Qarışqa dərəsinə qədər gəldilər. Bir qarışqa belə dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu özləri də bilmədən sizi ayaqlayıb əzməsinlər”.

Süleyman qarışqanın bu sözünə gülümsəyib dedi: “Ey Rəbbim! Mənə özümə və valideynlərimə ehsan etdiyin nemətə şükr etmək və sənin istədiyin yaxşı işi görmək üçün ilham ver! Məni öz mərhəmətinlə saleh bəndələrinin arasına qat!”.

Sonra Süleyman quşlardan ibarət olan ordunu yoxlayıb belə dedi: “Nə oldu ki, Hüdhud quşunu görmürəm. Yoxsa o burada deyil? And olsun ki, ona ağır bir cəza verəcəyəm, ya da onu tutub kəsəcəyəm! Yaxud da o, (niyə burada olmadığına dair) açıq-aydın bir dəlil gətirsin!”.

Süleyman çox gözləyəsi olmadı. Hüdhud quşu çıxıb gəldi və belə dedi: ”Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm; orada hökmdarlıq edən bir qadın gördüm. Onun hər şeyi var, üstəlik də çox böyük bir taxtı. Gördüm ki, o qadın və tayfası Allahı qoyub günəşə sitayiş edirlər. Şeytan gördükləri pis işləri onlara gözəl kimi göstərib və onları doğru yoldan çıxardıb. Buna görə də onlar hidayət olmurlar (doğu yolu tapa bilmirlər)”.

Göylərdə və yerdə gizli olan şeyləri üzə çıxardan, onların gizlətdikləri və aşkar etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (şeytan belə edib).

O böyük ərşin Rəbbi olan Allahdan başqa heç bir tanrı yoxdur!

(Süleyman Hüdhud quşuna) dedi: “Biz görəcəyik, görək doğru deyirsən, yoxsa sən yalançısan!?

Mənim bu məktubumu aparıb onlara at, sonra bir az kənara çəkil. Bax gör nə cavab verəcəklər!”.

(Səba hökmdarı) belə dedi: “Ey əyanlar! Mənə qiymətli (hörmətli) bir məktub göndərilib. Bu məktub Süleymandan gəlib və «Bismillahir-Rahmənir-Rahim»lə başlayır. Məktubda: “Mənə qarşı təkəbbür göstərməyin və (Allaha) təslim olaraq yanıma gəlin”, – deyilir.

(Səba hökmdarı) dedi: “Ey əyanlar! Bu məsələ barəsində mənə öz fikrinizi bildirin. Mən sizinlə məsləhətləşmədən heç bir iş görən deyiləm (Nəml, 27/17-32)!

Bu ayələrdə quş və qarışqanın ağıllı bir şəkildə danışdığından bəhs edilir. Qurani-Kərim ağlı və danışmağı deyil, qəlbi, eşitməyi və görməyi insanı heyvandan ayıran üç əsas fərq sayır. Allah Təala buyurur:

O, xəlq etdiyi hər şeyi gözəl yaratdı; insanı yaratmağa palçıqdan (sulanmış torpaqdan) başladı. Sonra onun soyunu süzülmüş bir (qiymətsiz sudan) nütfədən əmələ gətirdi. Sonra onu düzəldib insan formasına saldı və ona öz ruhundan üfürdü. Sizə qulaq, göz və ürək verdi. Siz az şükr edirsiniz (Səcdə, 32/7-9)!

Öz ağlından istifadə etməyən insanlar aşağıdakı ayədə qoyun, inək və dəvəyə oxşadılmışdır:

Biz cinlərin və insanların çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, amma onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları da var, ancaq onunla eşitməzlər. Onlar heyvan (qoyun, inək və dəvə) kimidirlər, bəlkə də, daha aşağı səviyyədədirlər. Qafil olanlar da onlardır (Əraf, 7/179)!

Səviyyə baxımından qoyun, inək və dəvədən aşağı olan heyvan qarğadır. Əslində həqiqətlər qarşısında özlərini görməməzliyə vuran və öz ağıllarını işlətməyən insanlar məhz bu heyvana bənzədiliblər. Bəqərə surəsində belə deyilir:

Özlərini görməməzliyə vurub kafirlik edənlər qarğa kimidirlər; qarğa qavramadığı səsə qarşı oxuyar. Onun qavraya bildiyi səs ancaq çığırtı və bağırtıdır. Onlar kar, lal və kordurlar. Buna görə də dərk etməzlər (ağıllarını işlətməzlər) (Bəqərə, 2/171).

Heyvanların da ürəyi vardır; lakin bu ürək bədənə qan vurmaqdan başqa bir iş görmür. İnsanın qəlbi isə eyni zamanda bir qərarvermə orqanı və bədənin əsas kontrol mərkəzidir. Ağıl doğru şeyləri axtarıb tapır. Qəlb isə insanın mənfəətlərinin, onun güman və həvəslərinin təsiri ilə bunları ya qəbul edir, ya da rədd. Həqiqi iman üçün qəlb vasitəsi ilə təsdiq etmək şərtinin qoyulması da bunu göstərir.

Firon Musa peyğəmbərin (ə. s.) peyğəmbərliyini qəbul etmirdi, lakin buna baxmayaraq onun Allahın elçisi olduğunu yaxşı bilirdi. Bu məsələ ilə əlaqədar ayələr aşağıdakı kimidir:

Bizim möcüzələrimiz açıq-aşkar şəkildə gəlib onlara çatanda: “Bu açıq-saçıq bir sehrdir”, – dedilər. Onların həqiqi olduğuna daxilən inandıqları halda, zalımlıq və təkəbbür üzündən inkar etdilər (Nəml, 27/13-14)!

Cəhənnəmlik insanlardan bəhs edən ayələr onların öz günahlarını bilə-bilə etdiklərini göstərir:

Rəbbini inkar edənlər üçün cəhənnəm əzabı vardır! Nə pis haldır bu! Onlar cəhənnəmə atıldıqları zaman onun qorxunc uğultusunu eşidəcəklər. Cəhənnəm qaynar olacaq! Cəhənnəm (kafirlərə olan) qeyzindən az qalacaq ki, parçalansın.

Hər bir dəstə oraya atıldıqca cəhənnəmin gözətçiləri onlardan: “Məgər sizə bir qorxuducu (peyğəmbər) gəlməmişdi?”, – deyə soruşacaqlar. Kafirlər belə deyəcəklər: “Bəli, bizə bir peyğəmbər gəldi, ancaq biz onu təkzib edib belə dedik: “Allah heç bir şey nazil etməyib. Siz sadəcə olaraq (yoldan) çox azmısınız”.

Onlar: “Əgər biz ona qulaq asıb ağıl işlətsəydik, indi bu qızğın cəhənnəm əhlindən olmazdıq”, – deyəcək və beləliklə, öz günahlarını etiraf edəcəklər. Məhv olsun cəhənnəmliklər (Mülk, 67/6-11)!

Heyvanların da gözü var, lakin onlarda bəsirət yoxdur. Quran ayələri bəsirəti xüsusilə vurğulayır. Bəsirətin mənası baxılan şeyin başa düşülməsi və dərk edilməsi deməkdir. Heyvanlar isə lazımi səviyyədə dərk edə bilmirlər. Əgər bir heyvan əlində bıçaq tutub yanına gələn insanın onu kəsəcəyini başa düşsə, nə olar? Yanında bir buğanın və yaxud inəyin kəsildiyini görən bir dana heç bir şey olmayıbmış kimi yenə öz otlamağına davam edir. Ancaq insanlar bir qatilin rahat-rahat gəzib-dolaşmağına belə razı olmurlar.

Eşitmək eşidilən səsləri bir-birindən ayırıb onların mənasını qavramaq deməkdir. İnsan eşitdiyi şeyləri zehnində qiymətləndirir və qəlbinin verdiyi qərarla özünə bir hərəkət xətti seçir. Heyvanlarda isə bu xüsusiyyət yoxdur. Qarışqanın yuxarıdakı ayədə etdiyi xəbərdarlıq əslində bir təcrübənin nəticəsidir. Belə ki, heyvan təlimçiləri heyvanlara öyrətdikləri təcrübi şeylərlə müvəffəqiyyət qazanırlar. Buna da şərtlənmə və asılılıq (refleks, instinkt) deyilir.

İnsan da şərtlənir. Onun bəzi davranışları qulaq, göz və qəlbini sıradan çıxardır və insan artıq bu üç orqanın verdiyi məlumatları düzgün qiymətləndirə bilmir. Əslində bu, qəlbin kor və kar olmasıdır. Əsl korluq və karlıq məhz budur. Quranda belə deyilir:

Məgər onlar yer üzündə gəzib-dolaşmadılarmı ki, onların düşünən qəlbləri və eşidən qulaqları olsun? Əslində kor olan gözlər deyil, əsl  kor olan kökslərdəki qəlblərdir (Həcc, 22/46)!

Yer üzünün keçmiş sakinlərindən sonra ona varis olanlara bu həqiqət aydın olmadımı? Əgər biz istəsəydik, günahlarına görə onları bəlalara mübtəla edərdik. Onların qəlblərinin üstündə yeni bir təbiət yaradırıq (onların ürəklərini möhürləyirik), onlar artıq eşitməzlər (Əraf, 7/100).

Ağıldan istifadə etmək ona uyğun rəftar etməkdir. Belə etməyənlər günah edib cəzaya layiq olurlar.1

  1. Abdulaziz Bayındır, Qurani-Kərimin izahlı tərcüməsi: Fatihə və Bəqərə surələri, Təknur nəşriyyatı, Bakı, 2005, s. 83-87. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
449 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Hamı Quranı oxuyub başa düşə bilər? 05.07.09 485 dəfə oxundu
2 Tağutilik məfhumu nəyi bildirir? 05.07.09 442 dəfə oxundu
3 Quran və anaxronizm 05.07.09 399 dəfə oxundu
4 Ölüyə Quran tapşırmaq 11.03.11 1.165 dəfə oxundu
5 Adəm və İblis 05.07.09 479 dəfə oxundu
6 Mülayim İslam, yoxsa radikal? 05.07.09 377 dəfə oxundu
7 Bəqərə surəsinin 256-cı ayəsi 05.07.09 515 dəfə oxundu
8 Günahların Allah tərəfindən bağışlanması 05.07.09 475 dəfə oxundu
9 Allahın ərşə istiva etməsi 05.07.09 383 dəfə oxundu
10 Qurana qulaq asmaq və səcdə ayəsi 05.07.09 392 dəfə oxundu
11 Quranı qaydalara əsasən oxumaq 05.07.09 547 dəfə oxundu
12 “İnsanları və cinləri ancaq Mənə ibadət etsinlər deyə yaratdım” ayəsi nə deməkdir? 05.07.09 422 dəfə oxundu
13 Quranın hamı tərəfindən başa düşülməsi 05.07.09 448 dəfə oxundu
14 Quranın zikr olması 05.07.09 354 dəfə oxundu
15 Bismillahi-r-Rəhmani-r-Rəhim ifadəsi 05.07.09 475 dəfə oxundu
16 Cəbrayılın peyğəmbərə yuxuda gətirdiyi vəhyin Quran olmadığını demək olar? 05.07.09 429 dəfə oxundu
17 Həzrəti İsa həzrəti İshaqın nəslindəndir? 05.07.09 543 dəfə oxundu
18 Nuh peyğəmbər əslində nə qədər yaşayıb? 05.07.09 559 dəfə oxundu
19 Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi? 26.02.10 534 dəfə oxundu
20 Şübhənin imana nəzərən əhəmiyyəti nədən ibarətdir? 27.06.10 412 dəfə oxundu
21 Allah bəzi insanların kafir kimi ölməyini istəyir? 23.12.11 142 dəfə oxundu
22 “Allahdan gəldik, Allaha qayıdacağıq” ayəsini necə başa düşmək lazımdır? 12.12.09 356 dəfə oxundu
23 Radio və televizordan Qurana qulaq asmaq onu xətm etmək hesab edilir? 29.12.09 424 dəfə oxundu
24 Ərafın 54-cü ayəsinə əsasən gecə qabaq gəlir, yoxsa gündüz? 25.03.11 238 dəfə oxundu
25 Qadın Quran oxuduğu vaxt başını örtməlidir? 13.03.10 665 dəfə oxundu
26 Qurbanlıq buğa əhvalatı 01.04.10 408 dəfə oxundu
27 Şəfaət 08.04.10 530 dəfə oxundu
28 Kafir nə deməkdir? Kafir kimlərə deyilir? 02.04.10 549 dəfə oxundu
29 Bəqərə surəsi 19.04.10 707 dəfə oxundu
30 Vaqiə surəsinin 79-cu ayəsindəki mutahhəruun sözü nə deməkdir? 14.04.10 333 dəfə oxundu
31 Fitrət nə deməkdir? Quranın fitrətlə nə kimi bir əlaqəsi var? 14.04.10 340 dəfə oxundu
32 Təhrif nə deməkdir? 16.04.10 297 dəfə oxundu
33 Fatihə surəsinin Rus dilinə tərcüməsi necə olmalıdır? 22.04.10 636 dəfə oxundu
34 Bəqərə surəsinin 93-cü ayəsi 25.04.10 438 dəfə oxundu
35 Bəqərə surəsinin 62-ci ayəsi 26.04.10 532 dəfə oxundu
36 Quranı başa düşmək 26.04.10 667 dəfə oxundu
37 Həmd, şükür, təşəkkür və mədh etmək nə deməkdir? 27.04.10 336 dəfə oxundu
38 Peyğəmbər Qurani-Kərimi necə təbliğ və şərh edib? 28.04.10 332 dəfə oxundu
39 Quranda şirklə əlaqədar hansı ayələr var? 05.05.10 391 dəfə oxundu
40 İblisin haqq yoldan azmağı 12.05.09 676 dəfə oxundu
41 Bəqərə surəsi, 7-ci ayə (II hissə) 28.03.10 449 dəfə oxundu
42 Nəsx və izahı 26.05.10 1.054 dəfə oxundu
43 Nisa surəsinin 159-cu ayəsinin izahı 27.11.10 426 dəfə oxundu
44 Əshabi-hicr hansı peyğəmbərin qövmüdür? 26.01.11 289 dəfə oxundu
45 Ələq surəsindəki: “Oxu!” – buyuruğu ilə nə nəzərdə tutulur? 26.01.11 240 dəfə oxundu
46 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 441 dəfə oxundu
47 Quranda hər şey yazılıb? 15.01.10 549 dəfə oxundu
48 Əraf surəsinin 109-110-cu ayələri ilə Şuəranın 34-35-ci ayələrində bir ziddiyyət var? 04.02.11 275 dəfə oxundu
49 Allah yeri əvvəl yaradıb, yoxsa göyü? 07.02.11 256 dəfə oxundu
50 Nəcva sədəqəsi məsələsi indi də qüvvədədir? 28.02.11 252 dəfə oxundu
51 Qurandakı əshabul-yəmin və əshabuş-şimal ifadələri nə deməkdir? 05.03.11 191 dəfə oxundu
52 Firon niyə iman gətirmədi? 10.03.11 212 dəfə oxundu
53 İbrahim peyğəmbərin sınağa çəkildiyi kəlmələr nədir? 11.03.11 607 dəfə oxundu
54 Quran kitab halına salındığı vaxt ona bir müdaxilə olub? 18.03.11 210 dəfə oxundu
55 Qurani-Kərimin xüsusiyyəti 15.03.11 1.272 dəfə oxundu
56 Qurandakı “şaə” və “əradə” felləri “istəmək” mənasını bildirir? 18.03.11 208 dəfə oxundu
57 Qurandakı dua ayələri Allahın sözü deyil? 19.03.11 279 dəfə oxundu
58 Ölünün dalınca Quran oxumağın nə mənası var? 20.03.11 428 dəfə oxundu
59 Quranda şikəst doğulmaqla əlaqədar ayələr var? 21.03.11 318 dəfə oxundu
60 Quran 23 ildə nazil olub, yoxsa 1 ayda? 22.03.11 216 dəfə oxundu
61 Vaqiə surəsini oxuyan varlı olur? 27.03.11 357 dəfə oxundu
62 Yığıncaqların axırında Əsr surəsini oxumaq vacibdir? 04.04.11 207 dəfə oxundu
63 Quran oxuduqda əuzu-bəsmələ deməyin hökmü nədir? 02.04.11 479 dəfə oxundu
64 Quranda hal-hazırda tətbiq oluna bilməyən hökmlər var? 10.04.11 165 dəfə oxundu
65 Quran Azərbaycanca oxunmalıdır, yoxsa Ərəbcə? 12.04.11 310 dəfə oxundu
66 Qərb alimlərinin Quranın təhrif edildiyinə dair iddiaları düzdür? 16.04.11 211 dəfə oxundu
67 Sad surəsinin 29-cu ayəsini niyə belə tərcümə etmisiniz? 20.04.11 205 dəfə oxundu
68 Günahkarlar Qiyamət günü kor vəziyyətdə həşr olunacaqlar? 18.04.11 280 dəfə oxundu
69 Quran təkcə kişilərə müraciət edir? 21.04.11 192 dəfə oxundu
70 Quranda ümmət sözü neçə mənada işlənir? 26.04.11 197 dəfə oxundu
71 Quranın başa düşülməsində ictihadın əhəmiyyəti 13.05.11 217 dəfə oxundu
72 Peyğəmbər axırıncı ayə nazil olana qədər Quranla hökm vermədi? 13.05.11 177 dəfə oxundu
73 Quran dərsini niyə ayələrin nazil olduğu ardıcıllığa əsasən keçmirsiniz? 17.05.11 195 dəfə oxundu
74 Allah Quranda Özü haqqında bəzi hallarda nə üçün: “Biz”, – deyir? 17.05.11 244 dəfə oxundu
75 Tin surəsindəki “əsfali-safilin” ifadəsi ilə dünya nəzərdə tutulur? 20.05.11 181 dəfə oxundu
76 “Mən müsəlmanların birincisiyəm”, – ayəsini necə başa düşmək lazımdır? 22.05.11 219 dəfə oxundu
77 Ərəb dilini bilməyənlər Quranı nə cür dərk edə bilərlər? 25.05.11 226 dəfə oxundu
78 Qiraət və tilavətin bir-birindən nə fərqi var? 08.06.11 160 dəfə oxundu
79 Fatihə surəsi neçə ayədir? Bismillah bu surənin 1-ci ayəsidir? 08.06.11 254 dəfə oxundu
80 Quranı musiqi kimi gözəl oxumağın bir eybi var? 13.06.11 237 dəfə oxundu
81 “Ancaq Səndən kömək istəyirik” ayəsinin izahı 26.06.11 156 dəfə oxundu
82 Ancaq Allahdan kömək diləmək nə məna verir? 26.06.11 178 dəfə oxundu
83 Qurana əsasən cansız varlıqların da öz dilləri var? 04.07.11 222 dəfə oxundu
84 Peyğəmbər bizim bütün əməllərimizi görür? 05.07.11 274 dəfə oxundu
85 Qurandakı “ulu-l-əlbab” nə məna verir? 07.07.11 154 dəfə oxundu
86 İnsanın başına bir iş gələndə şeytanın dostu olur? 07.07.11 178 dəfə oxundu
87 Naziat surəsinin 29-cu ayəsindəki gün nə deməkdir? 08.07.11 182 dəfə oxundu
88 Təbbət surəsi 11.07.11 244 dəfə oxundu
89 Qurandakı xüsusi sözlər üçün hansı mənbələrə baxmaq lazımdır? 17.07.11 242 dəfə oxundu
90 Qurandakı “aşna” sözü ilə nə nəzərdə tutulur? 17.07.11 221 dəfə oxundu
91 Zuxruf surəsinin 61-ci ayəsində İsa nəzərdə tutulur? 03.08.11 239 dəfə oxundu
92 Ənfal surəsi 48-ci ayəyə əsasən şeytanın gördüyü şey nədir? 19.09.11 186 dəfə oxundu
93 Ənam 143-144-cü ayələrdə qeyd edilən heyvanlar 8 cütdür, yoxsa 8 tay? 28.09.11 159 dəfə oxundu
94 Quranın ecazı 21.11.11 527 dəfə oxundu
95 Quranı beldən aşağıda tutmaq olar? 26.12.11 105 dəfə oxundu
96 Zorla Quran oxutmaq olar? 26.12.11 98 dəfə oxundu
97 “Allah və peyğəmbərin qabağına keçməyin” ayəsi nə məna verir? 29.12.11 104 dəfə oxundu
98 Hucurat surəsinin 7-ci ayəsini necə başa düşmək lazımdır? 02.01.12 107 dəfə oxundu
99 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 186 dəfə oxundu
100 Peyğəmbərin Quranı şərh etmək kimi bir missiyası olub, yoxsa yox? 06.01.12 86 dəfə oxundu