İslam aləmi niyə bu gündədi?
Müsəlmanlar > Müxtəlif məsələlər > Sizdən gələnlər Tarix: 02 Ocak 2017 Tövsiyə et Çap et
Sual: İslamı, Quranı tərifləyirsiz. Halbuki, mövcud İslam aləminin halı ortadadır. Elmdə, idarədə, ədalətdə və bir çox sahələrdə avropa ölkələrindən çox geridədir. Bunlarla yanaşı, müsəlmanlara heç insan olaraq öz ölkələrində həyat haqqı tanınmır, qanı su yerinə axıdılır. Sizcə bunun səbəbi nədədir?

Cavab: Mənbəyi Allahdan olan bütün dinlər eyni olub, eyni məqsədi daşıyırlar: Yaradana, özlərinə və digər canlılara qarşı vəzifələrini öyrətmək və bütün bunlara doğru rəayət etməkləri üçün elçilər və kitablar göndərilməkdədir. Eyni zamanda insanların nəyə nə cür inanmasını/qulluq etməsini, həyatın mənasını, ədaləti, elm və mədəniyyəti öyrədir. Bütün bunlara isə oxumaqla yiyələnmək olur. Bu səbəblə bütün nazil olan kitabların ilk əmri oxumaq olub. Adəmi belə yaratdığı vaxt ona Öz qatından ruh üfləməklə biliyə yiyələndirib. İnsan bu ruh sayəsində bildiyimiz digər varlıqlardan fərqlənir. Bunun sayəsində Allah qatında dəyər/imtahan görməkdə və qazanarsa, əbədi cənnətlə mükafatlandırılmaqdadır.

Biz, Allahın yaratdığı (Kainatda gördüyümüz və görmədiyimiz hər şey) və nazil etdiyi ayələri (dəlil, sübutlar) oxumalıyıq. Bu iki cövhər insanda; maddə və ruh kimidir. Hər ikisini birlikdə oxuduğumuz təqdirdə bizə verilənlərdən daha yüksək səviyyədə istifadə etmiş, kainata hakim olmuş, bilmədiyimiz daha necə şeylərə yiyələnmiş və sahib olduqlarımıza layiqi şəkildə rəayət etmiş olarıq.

Ancaq təəssüf ki, müsəlmanlar hər ikisinə aşağıdakı kimi davrandılar:

Yaradılan ayələrlə əlaqədar: Həyatda hər hansı ictimai, siyasi və elmi təşəbbüs; şeytan əməli, Allaha qarşı çıxmaq olaraq görüldü.

Nazil olan ayələrlə əlaqədar: Mənbəyi və yolu Allahdan olan bu din; din xadimlərinin əlinə keçdikdən sonra insanları nəinki Allahın yaratdığı ayələrindən, hətta nazil etdiyi ayələrindən belə uzaqlaşdırdılar. Özlərindən başqa heç kimin oxumasına və düşünməsinə razı olmadılar. Məzhəblərində hər hansı bir yenilik, dəyişiklik etmək, nöqsan görmək; dəlalət, bidat, küfür adlandı. Bununla da kifayətlənməyərək, dinin mənbəyini və yolunu özləri təyin etməyə başladılar.

Qeyri-müsəlmanlar (xüsusiylə avropa insanı), Allahın yaratdığı ayələrini[1] oxuyaraq, son əsrlərdə; elm, texnologiya sahələrində bir çox nailiyyətlər əldə etdilər və yavaş-yavaş həm daxildə həm də xaricdə güclənməyə, zəif düşmüş müsəlman ölkələrini və sərvətlərini qəsb etməyə başladılar. Günümüzdə də bunu açıq-aşkar müşahidə etməkdəyik.

Ancaq qeyri-müsəlmanlar, Allahın nazil etdiyi ayələrini oxumadıqları üçün, hər nə qədər elm və texnologiyada inkişaf etsələr də dünyalıqlarını qazansalar da; bir çoxunun insanlıq fitrət/təbiətləri pozulmuş, əxlaq, ailə və mədəniyyətlərini, qısacası axirətlərini itirmişlər.

Müsəlmanlara gəlincə, Rəsulullahın vəfatından qısa bir müddət sonra çoxu, Allahın hər iki (yaratdığı və nazil etdiyi ayələri oxumaq) əmrini unudub, insanların təyin etdiyi yolu din deyə qəbul edərək, həm dünyalarını həm də axirətlərini itirmiş haldadır. Yaşadıqları ölkələrin çoxu belə, qeyri-müsəlmanların təyin etdikləri şəxslər tərəfindən idarə edilməkdədir. Bu səbəblə günahın böyük qismini özümüzdə görməliyik. Allah: “Ey iman gətirənlər! Özünüzə baxın! Siz doğru yolda olsanız, azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir.” (Maidə 5/105.)

Halbuki Allah, heç kəsi heç kəsdən ayırmamış, bu iki əmrə rəayət edən hər bir kəsin kamil insan ola biləcəyi, bu cür insanlardan meydana gələn cəmiyyətin dünyaya və hətta kainata hakim ola biləcəyini göstərmişdir.[2]Məhz Allah da bu cür insan olmağımızı istəməkdə və bir də müqabilində əbədi cənnəti müjdələməkdədir.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Təbiət qanunlarını, Ağac, su, dəmir və s.

[2] “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri hakim etdiyim kimi onları da yer üzünə hakim edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.” (Nur, 24/55.)

 

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Müsəlmanın ətraf mühitə münasibəti 09.06.12 1.441 dəfə oxundu
2 Müxtəlif dinlərdə oruc 08.06.12 1.808 dəfə oxundu
3 Qərbin inkişafının paradiqması 19.02.11 3.356 dəfə oxundu
4 Hicab məsələsi 04.01.11 5.929 dəfə oxundu
5 Düzgün əqidə məsələsi 13.06.12 1.702 dəfə oxundu
6 Ramazan ayı və Ramazan orucu 17.06.12 1.969 dəfə oxundu
7 İslamda analara münasibət 19.10.12 2.333 dəfə oxundu
8 Sosial dövlət prinsipi və istehlakçı mədəniyyətli toplum 12.12.12 1.160 dəfə oxundu
9 Səhmdar(lıq) və dar sərmayə 08.01.13 1.121 dəfə oxundu
10 Ağılın pərdələndiyi Pavelçilik və Quran inancı 05.02.13 1.132 dəfə oxundu
11 İnananlar arasındakı fərq. 19.08.15 992 dəfə oxundu
12 Müsəlmanlıq: Mistika, yoxsa gerçək yaşam şərtləri? 01.04.13 1.317 dəfə oxundu
13 İslamda zarafatlaşmağa münasibət 09.06.13 5.485 dəfə oxundu
14 Mən qəşəng deyiləm, nə etməliyəm? 08.06.16 1.446 dəfə oxundu
15 Nifaqın növləri 11.06.12 2.025 dəfə oxundu
16 İslam aləmi niyə bu gündədi? 02.01.17 860 dəfə oxundu
17 Allahın varlığının riyazi isbatı 15.02.11 5.934 dəfə oxundu
18 ALLAH, DİN və HƏYAT 09.04.19 727 dəfə oxundu