Müselmanlar » Musiqi

Qadın səsi
Cavab: Qadının səsi səs olmağı baxımından haram deyil. Qurani-Kərimdə bu barədə açıq-aydın və qəti bir hökm yoxdur. Qadının yad kişilərlə danışdığı vaxt səsini nazikləşdirməyi, nazlana-nazlana, əzilib büzülərək, ədalı və işvəkar tonla danışmağı Əhzab surəsinin 32-ci ayəsində qadağan edilib. Bunun qadağan edilməsinin səbəbi isə səsin övrət olmağı deyil, bu cür danışmağın kişilərdə haram hislər yaratmağıdır.

Böyük hədis alimlərindən İbn Həcər və Ayninin bu barədə fikirləri belədir:

“Zinaya düşmək təhlükəsinin (fitnə) olmaması şərti ilə kölə olmasalar da, cavan qızların mahnılarına qulaq asmaq olar. Çünki peyğəmbər (s. a. v.) “cariyəteyn” hədisində bunu qadağan etməmiş, əksinə, həzrəti Əbu Bəkrin etiraz etməyinə mane olmuşdur”.

Saytımızın materiallarından istifadə  edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Musiqi alətlərinin müşayiəti ilə dini mahnı oxumaq olar?
Cavab: Dində əsl məsələ hər şeyin mübah olmağıdır. Qadağanlar, başqa sözlə, haramlar məhduddur və Allah bunları bizə Qurani-Kərimdə bildirib. Bundan başqa peyğəmbərimiz (s. a. v.) də dini məsələlərdə həm öz sözləri, həm də davranışları ilə bizim üçün ən gözəl nümunə olub. Deməli, Allah və peyğəmbərin (s. a. v.) qadağan etmədiyi hər hansı bir şeyi qadağan etməyə heç kimin səlahiyyəti yoxdur. Musiqi alətlərinə gəlincə, onlar haqqında nə Qurani-Kərimdə, nə də hədislərdə bir dəlil var. Elə buna görə də musiqi alətləri çalmaq yuxarıda da göstərildiyi kimi mübah olub.

İndi isə gəlin, sualınızın ikinci hissəsinə baxaq: O da mübahdır. Ancaq siz xüsusilə bu məsələyə fikir verməlisiniz: Bu günlərdə ilahi adı ilə oxunan  mahnılarda çoxlu xurafat elementi var və bunların bəziləri Allaha şərik qoşmağa qədər gedib çıxır. Məhz bu cür şeylərin ilahi kimi (hələ üstəlik bir savab da gözləyərək) oxunması və dinlənilməsi çox təhlükəlidir.

Saytımızın materiallarından istifadə  edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Musiqi necə caiz ola bilər?
Cavab: Bu hədis sənəd (istinad) baxımından səhih (mötəbər) olsa belə, məna baxımından səhih hədis kimi görünmür. Çünki zina etmək və içki içmək Qurani-Kərimin ağır qadağalarındandır. İpək paltar geyinmək isə peyğəmbərimiz (s. a. v.) tərəfindən kişilərə qadağan olunub. İpəyin əl böyüklüyündə olanını geyinməyə icazə verilib.

Mizmara gəldikdə, onu qadağan edən başqa bir dəlil yoxdur.

İçki içmək və zina etməyi halal hesab edən şəxs kafir olur və buna görə də peyğəmbərimizin (s. a. v.) ümmətindən kənara çıxır. İpəyin qadağan edildiyi hədis isə xəbəri-əhəd yolu ilə gəldiyinə görə onu (ipək paltar geyinməyin qadağan olduğunu) inkar edənin kafir olduğunu demək olmaz.

İpəyin və mizmarın qəti şəkildə haram olduğuna dair hökm verilsə, onları uzaq başı kiçik günahlar kateqoriyasına daxil etmək olar. Belə olan halda da yuxarıdakı hədisdə böyük günahlarla kiçik günahlar bir-birinə qarışdırılmış olur. Allah Təala belə buyurur:

“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, sizin kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli bir yerə çatdırarıq” (Nisa, 4/31).

“O yaxşılar kiçik qüsur və günahlardan olmasa da, böyük günahlardan və açıq-aşkar həyasızlıqlardan çəkinərlər. Sənin Rəbbinin məğfirəti (bağışlamağı) boldur. O, sizi torpaqdan yaratdıqda və siz hələ analarınızın qarnında döl halında olduğunuz vaxt mayanızın nə olduğunu çox yaxşı bilir. Elə isə özünüzü təmizə çıxartmayın, öyünməyin. Çünki kimin Allahı daha çox sayıb Ona qarşı çıxmaqdan çəkindiyini O (Allah) özü çox yaxşı bilir” (Nəcm, 53/32).

Allah yuxarıdakı ayələrdən də göründüyü kimi böyük günahlarla kiçik günahları bir-birindən ayırd edib. İçki içmək və zina etmək böyük günahlardandır. Halbuki, heç bir mənbədə musiqi alətləri çalmağın böyük günahlardan olduğu bildirilməyib. Peyğəmbərimizin (s. a. v.) də böyük və kiçik günahları bir-birinə qarışdırmaq kimi bir iş görməyəcəyi yaxşı məlumdur. Bundan söhbət belə gedə bilməz.

Allah başqa bir ayədə belə buyurur:

“O, sizə çətinlikdə qaldığınız hallar istisna olmaqla nəyi haram edibsə, onu açıq-aydın izah edib” (Ənam, 6/119).

Peyğəmbərimiz (s. a. v.) də belə deyib:

“Halal məlumdur. Haram da məlumdur”.

Musiqi və musiqi alətləri haqqında bir neçə başqa hədis də var. İmam Qəzzali, Kəmaləddin ibn Hümam, Əbdülqəni Nəblusi, İbn Abidin, Təqiyəddin Sübki, Rəmli, İbn Həzm və Şövkani kimi bir qrup alim bu kimi hədisləri izah ediblər. Həmin izahlar qısa formada aşağıdakı kimidir:

Hədislərin əsas mövzusunu içkili, qadınlı, içərisində bir çox haram iş görülən meyxana əyləncələri (ləhv) təşkil edir. Bu da istər çalğı alətləri, istərsə digər musiqi alətlərinin haram olması, alətlərin və musiqinin özü ilə əlaqədar bir məsələ olmayıb bunlarla haram iş görülməsi səbəbinə, yaxud da haram iş görülən yerlərdə çalındıqlarına görə belədir. Deməli, bu alətlər halal və mübah əyləncələrdə içərisinə başqa bir haram qarışdırılmadan istifadə edilsə, caizdir. Amma əgər o, onunla birlikdə başqa haram işlər görülürsə, “harama səbəb olan şeyin özü də haramdır” prinsipinə əsasən caiz ola bilməz.

Saytımızın materiallarından istifadə  zamanı mənbə göstərilməlidir. Müsəlmanlar ©  2004 Bütün hüquqları qorunur.

İslam dinində musiqiyə necə baxılır?
Cavab: Qurani-Kərimdə musiqi ilə məşğul olmağı və musiqiyə qulaq asmağı qadağan edən bir ayə yoxdur. Lakin qadağan edirmiş kimi görünən hədislər mövcuddur. Bu hədislərin əsas mövzusunu içərisində bir çox haram işin görüldüyü əyləncələr (ləhv) təşkil edir.

Musiqiyə qulaq asmaq məsələsində əsas meyar qulaq asılan şeyin məzmunudur. Əgər qulaq asılan musiqidə Allaha üsyan, zina, şirk və sairə kimi günahlara təşviq, yəni, günahlara həvəsləndirmə varsa, o musiqiyə qulaq asmaq caiz hesab olunmur; başqa sözlə, dini cəhətdən düzgün deyil.

Musiqini dini musiqi və dini olmayan musiqi kimi ayırmaq düzgün deyil. Əsas sözlərdir, məzmundur. Bəzi ilahilərdə (dini nəğmə) Allah tərəfindən qəti surətdə qadağan edilən və ən böyük günah hesab olunan şirk günahına həvəsləndirmə motivləri olur. Misal üçün, peyğəmbərimiz haqqında oxunan bir ilahidə deyilən “Gəl şəfaət et kəmtər (naqis) quluna”, “Məhşərdə nəbilər (peyğəmbərlər) belə, səndən mədəd umar” kimi sözlər bu qəbildəndir. Bunlar özü də bir bəşər (insan) olan peyğəmbər haqqında deyiləsi sözlər deyil. İçərisində bu kimi və oxşar sözlər olan dini mahnılar yazmaq, oxumaq və qulaq asmaq caiz deyil.

Saytımızın materiallarından istifadə  edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.