Cavab: Allah Təala qurban ətini nə etmək lazım gəldiyinə dair belə buyurub:
“Biz qurbanlıq böyük baş heyvanları da sizin haqqınızda Allahın dininin şəairindən etdik. Onlarda sizin üçün xeyir var. Onlar kəsilmək üçün cərgə halında durduğu vaxt onları kəsəndə Allahın adını çəkin. Böyrü üstə yerə yıxılanda da onlardan (heyvanların ətlərindən) həm siz yeyin, həm qənaət edib istəməyənlərə, həm də fəqirlərə yedirdin. Budur, sizin şükür etməyiniz üçün onları sizin əmrinizə verdik”. (Həcc, 22/36)
Bu ayədən belə çıxır ki, qurban ətindən həm sahibi yeyə bilir, həm də o ətdən varlı-kasıb qohumlara və qonum-qonşuya verilir. Bu məsələdə o insanların müsəlman olması şərti yoxdur. Beləliklə, qurban ətindən müsəlman olmayanlara da vermək olar. Hətta bu, ürəklərinin İslama isindirilməsi kimi gözəl bir məqsəd daşıması baxımından tövsiyə də edilə bilər.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: fəqir, fəqir-füqəra, həcc, kasıb, kasıb-kusub, müəlləfeyi-qülub, qurban tikəsi, qurban əti, qurban əti paylamaq, qurban ətini müsəlman olmayanlara vermək, qurbanlıq heyvan, qənaət etmək, şüar, şükr, şükür, şəair, yetim-yesir