Müsəlmanlar

Qurban kəsmək üçün nə qədər pulumuz olmalıdır?

Sual: Mən qurban kəsəcəyəm; lakin, mənim 90 qram qızılım, üstəlik bir az da borcum var. Borcumu çıxandan sonra təqribən 70 qram qızıl qalır. Minimum əmək haqqı ilə işləyirəm. Əlavə olaraq anam qurbanını bizdə kəsir. Əgər mən də qurban kəssəm, borca düşüb kəsəcəyəm. Məsələyə dini cəhətdən baxıldıqda mən qurban kəsməliyəm?

Cavab: Qurban kəsmək üçün hər hansı bir şəxsin zəkat miqdarında pulu, var-dövləti olması şərti yoxdur. Borcu olmayan və qurban kəsəcək pulu olan hər kəs qurban kəsə bilər. Lakin, bu ona vacib deyil. Savab və xeyirxah iş görmək istəyən, o cümlədən Allaha yaxın olmağa, Onun rizasını qazanmağa çalışan hər bir müsəlman qurban kəsə bilər. Yenə deyirik, əgər kəsdiyi qurban, ailəni maddi sıxıntıya soxacaqsa, kəsməsə də olur. Özünüzü buna məcbur etməməlisiniz.

Allah kəsənin də kəsməyənin də qurban bayramını qəbul etsin!

Oxşar sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

Qurbanın maddi və mənəvi əhəmiyyəti

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.