Haram nədir və hansı növləri var?
Müsəlmanlar > Fiqh üsulu > Fitvalar Tarix: 31 Ağustos 2009 Tövsiyə et Çap et
Sual: Haram nədir? Hansı növləri var?

Cavab: Haram edilməsi dini cəhətdən qadağan hesab olunan hər hansı bir şeydir. İçki içmək, qumar oynamaq, zina etmək, başqasının malını haqsız yerə yemək kimi.

Dini ədəbiyyatda haram olan şeylərə muharrəmat da deyilir. Haram bir işi görməyənlər savab, görənlər isə günah qazanırlar. Bəzi hallarda bunun dünyəvi cəzası da var. Məsələn, zina edənə 100 dəyənək vurulur, oğrunun əli kəsilir.

Haramlar lieynihi haram, liğeyrihi haram qisimlərinə bölündüyü kimi, harami-qəti harami-zənni hissələrinə də ayrılırlar.

Lieynihi haram özündə olan bir pislik və ziyana görə qadağan olunmuş şeyə deyilir. Ölü heyvan əti yemək, içki içmək, qumar oynamaq, zina etmək, oğurluq etmək və nahaq yerə adam öldürmək kimi.

Bunları heç bir mükəlləf edə bilməz. Bu vasitə ilə heç bir hüquqi nəticə əldə etmək olmaz. Bu cür şeylər hər hansı bir müqavilənin obyekti olubsa, həmin müqavilə etibarsız hesab edilir. Ölü heyvan ətinin və şərabın alış-satışı həyata keçirilə bilməz. Qumar oynamaq və oğurluq etmək yolu ilə ələ keçirilən mallar əgər durursa, eynilə, yoxsa bunların əvəzi sahibinə geri qaytarılmalıdır. Zina ilə nə nəsəb (nəsil), nə də miras sübuta yetir. Zəruri hallarda lieynihi haramın əhatəsinə daxil olan şeylərdən bəzilərini etmək olar. Misal üçün, aclıqdan öləcəklərindən qorxanlar ölü heyvan ətini yeyə bilərlər. Boğazına ilişmiş bir şeyi aradan qaldırmaq üçün içməyə başqa bir şey tapmayan şəxs şərab içib həmin şeyi aradan qaldıra bilərlər. lakin bunların miqdarı zərurət miqdarı ilə məhduddur.

Liğeyrihi haram özündə haramlıq olmayan, lakin başqa bir səbəbə görə haram olan şeyə deyilir. Məsələn, başqasının malını nahaq yerə yemək və Cümə namazı vaxtı azan oxunarkən al-ver etmək kimi. Başqasına aid olan bir almanı yeməyimizin haram olması, həmin almanın özündən deyil, almanın yiyəsinin onu yeməyimiz üçün bizə icazə verməmiş olmasından irəli gəlir. Cümə namazı vaxtı azan oxunarkən edilən al-ver başqa vaxtlarda edilən al-verdən fərqləndiyinə görə haram deyil; əksinə, onun haramlığı Allah Təalanın həmin vaxtda al-ver etməyi qadağan etməsinə əsaslanır.

Harami-qəti dini bir dəlilin açıq-aydın və qəti ifadəsi ilə sübuta yetirilən, yəni, Qurani-Kərimin və ya peyğəmbərimizə aid olduğu qəti surətdə müəyyən olan bir hədisin açıq ifadəsi ilə müəyyənləşdirilmiş haramdır. Bunlar içki içmək, zina etmək, ata-anaya qarşı üsyankarlıq etmək, qadınların aralarında ömürlük evlənmə qadağası olmayan kişilərin qabağında məhrəm yerlərini aşması kimi şeylərdir. Haramın bu növünü inkar etmək insanın dindən kənarlaşıb kafirə çevrilməsinə səbəb olur.

Harami-zənni müctəhidlər tərəfindən qəti bir dəlilə yaxın dərəcədə qüvvətli hesab edilən zənni bir dəlillə sabit olan haramdır. Haramın bu növü etiqad – inanc baxımından harami-qəti kimi deyil. Başqa sözlə desək, bunu inkar edən kafir olmur. Lakin əməl baxımından harami-qəti kimidir. Harami-qəti məsələsində məzhəblər arasında heç bir ixtilaf yoxdur. Amma harami-qəti məsələsində fikir ayrılığı var. Bir məzhəb hər hansı bir şeyi bu sahəyə aid etdiyi halda, yəni, haram hesab etdiyi halda, digər bir məzhəb eyni şeyi halal saya bilər. Misal üçün, Hənəfi məzhəbi qəti bir dəlilə yaxın dərəcədə qüvvətli hesab etdiyi zənni bir dəlilə əsaslanaraq balıq formasında olmayan dəniz məhsullarının yeyilməsini haram kimi qəbul edib. Ancaq Maliki və Şafii məzhəbləri bu məsələ ilə əlaqədar ayə və hədisin ümumi ifadəsinə sadiq qalmaqla bütün dəniz məhsullarını halal hesab etmişlər. Beləliklə, misal üçün, kariyesin yeyilməsi Hənəfi məzhəbində haram olduğu halda, Şafii və Malikilər onu halal sayırlar. Lakin donuz ətinin yeyilməsi Quran ayəsinin açıq-aydın ifadəsi ilə qadağan edildiyinə görə bu məsələdə bu məzhəbin heç bir fərqli fikri yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.538 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Harama aparan yollar da haramdır? 05.05.11 720 dəfə oxundu
2 Quranın başa düşülməsində ictihadın əhəmiyyəti 13.05.11 767 dəfə oxundu
3 Quranda qadağan edilən şeylərin illəti nəyə əsasən müəyyənləşdirilir? 01.06.11 723 dəfə oxundu
4 Şizofren və paranoyak xəstələr öz hərəkətlərinə görə cavabdehlik daşıyırlar? 07.12.11 1.477 dəfə oxundu
5 Haram nədir və hansı növləri var? 31.08.09 1.538 dəfə oxundu
6 Peyğəmbərin Quranı şərh etmək kimi bir missiyası olub, yoxsa yox? 06.01.12 680 dəfə oxundu
7 Fərz nədir və hansı növləri var? 31.08.09 1.257 dəfə oxundu
8 Mühərrəmat 19.04.12 483 dəfə oxundu
9 Əda əhliyyəti hansı hallarda aradan qalxır? 31.08.09 956 dəfə oxundu
10 Rəsulullahın Quranı təbyin etməyi onu izah mənasına gəlirmi? 03.07.13 418 dəfə oxundu
11 Allahın bizdən tələb etdiyi və etmədiyi əməllər 31.08.09 1.035 dəfə oxundu
12 İctihad və müctehid nə deməkdir? 29.06.09 1.324 dəfə oxundu
13 İslam hüququnda fasiqlər barədə nə deyilir? 12.03.10 1.051 dəfə oxundu
14 Vacib, məkruh və müstəhəb məfhumları necə yaranıb? 12.04.10 1.282 dəfə oxundu
15 9 yaşlı bir qız uşağı aybaşı görsə, dini cəhətdən cavabdeh hesab olunur? 16.06.10 2.458 dəfə oxundu
16 Ağıl nədir? İnsan nə qədər ağıllı olmalıdır? 27.12.10 2.025 dəfə oxundu
17 Peyğəmbərin bütün hərəkətləri bizim üçün sünnədir? 01.02.11 926 dəfə oxundu
18 Peyğəmbərin dövlət başçısı kimi verdiyi qərarlar da müsəlmanlar üçün qüvvədədir? 07.03.11 741 dəfə oxundu
19 Məntiq elmi Quranı yaxşı başa düşməyə kömək edə bilər? 06.04.11 922 dəfə oxundu