Dırnaqlardakı lak dəstəmaz və qüslə mane olur?
Müsəlmanlar > Bəzənmək > Dəstəmaz > Fitvalar > Qüsl Tarix: 24 Ağustos 2009 Tövsiyə et Çap et
Sual: Dırnaqlardakı boya (lak) dəstəmaz almaq və qüsl etməyə mane olur? Bir qadın dırnaqları laklı ola-ola dəstəmaz ala bilər?

Cavab: Lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddədir. Qadınları bunu dırnaqlarına bəzək və zinət məqsədi ilə vururlar. Əvvəlki alimlərin dövründə belə bir şey olmadığına görə bunun dəstəmaz almağa, yaxud da qüsl etməyə mane olub olmayacağına dair tərəddüdlər meydana gəlib.

Qədim dövrdə qadınlar əllərinə xına yaxır və xına qırıntıları dırnaqların üstündə müəyyən bir təbəqənin yaranmasına səbəb olurdu. Qeyd edək ki, xına yaxmaq adəti indi də davam edir. Dəstəmaz almaqla əlaqədar ayədə Allah Təala belə buyurur:

“Ey iman gətirənlər! Namaza durduğunuz vaxt üzlərinizi və dirsəklərə qədər əllərinizi yuyun” (Maidə, 5/6).

Yumaq felinə suyun bədən üzvünün üstündən axıdılması kimi bir tərif verilir. Əbu Hənifə və onun tələbəsi İmam Muhəmmədin fikrincə, yumaq vaxtı bir damcı olsa da, su axmalıdır. Yumaq üçün suyu bədənə yağ, krem və sairə sürtmək kimi sürtmək kifayət deyil. Əbu Yusuf isə bədən üzvünün islanmağını kifayət hesab etmiş və suyun axmağını şərt kimi irəli sürməmişdir.1

Məlumdur ki, bədən üzvünün üstünə su sürtmək o üzvü yumaq demək deyil. Çünki bu, üzvü yaş əl ilə məsh etmək deməkdir. Halbuki, ayədə buyurulan şey yumaqdır; əksinə, məsh etmək deyil. Xına çox nazik də olsa, dırnağın üstündə bir qat yaradır. O rəng başqa bir formada dırnağın üstündə qala bilməz. Xına palçığının (qarışıq, məhlul) qırıntıları dırnaqların dibində bərk bir təbəqə yaradır. Həmin təbəqə suyun dırnaqlara çatmağına mane olur. Qeyd edilməlidir ki, xına lak kimi deyil. Onun məsamələrindən dırnağa su çata bilər. Lakin bu suyun dırnağın hər tərəfini əhatə etməsi və onun üstündən axıb getməsi mümkün deyil. Belə bir şey üçün su dırnaqla xınanın arasına daxil olmalıdır. Belə olan halda da dırnaqda xına qalmır. Elə isə məlum olur ki, belə bir şey mümkün deyil. Buna görə də xınalı dırnağın ayədə buyurulduğu kimi yuyulması qeyri-mümkündür. Dəstəmaz ayəsinin axırında belə buyurulur:

“Allah sizə (dəstəmaz və qüslü əmr etməklə) bir çətinlik törətmək istəmir. Ancaq sizi arındırmaq (təmizləmək) və sizə olan nemətini tamamlamaq istəyir. Bəlkə, şükür edəsiniz” (Maidə, 5/6).

Qadının bəzənməyi qadağan deyil. Buna görə də ondan dəstəmaz aldığı vaxt dırnağındakı xınanı qaşıyıb təmizləməyini tələb etmək ona çətinlik törətmək deməkdir. Fəqihlər bu səbəbi nəzərə almaqla xınanın dəstəmaz almaq və qüsl etməyə maneə təşkil etmədiyini bildiriblər. Hənəfi alimlərinin bu məsələyə dair fikirləri belədir: Xına, birə nəcisi, kir qırıntıları, bədənə sürtülən krem, dırnaqların arasına girən kirlər və sairə kimi şeylər suyun bədən üzvlərinin üstündən axmağına mane olsa da, zərurət ucbatından dəstəmaz almaq və qüsl etməyə mane olmurlar.2

Bu məsələdəki zərurətlə yuxarıda adları çəkilən şeyləri təmizləməyin çətinliyindən irəli gələn zərurət nəzərdə tutulur. Çünki əgər belə şeyləri təmizləmək tələb edilsəydi, insanlar çətin vəziyyətdə qalar və bir çoxunun dəstəmaz alıb namaz qılmağa imkanı olmazdı. Lak da yuxarıda sadalanan maddələrlə eyni kateqoriyaya daxildir. Aydındır ki, dırnaqlara lak vurmağı qadağan edən bir hökm yoxdur və elə buna görə də dəstəmaz və ya qüsldən əvvəl lakın təmizlənməsini şərt kimi irəli sürmək çətinlik törətmək deməkdir. Yuxarıda verilən ayədə deyilir ki, Allah bizə çətinlik yaratmaq yox, əksinə, bizi təmizləmək istəyir. Dırnaqlarında lak olanlar əllərini yuduqları vaxt təmiz hesab edilirlər və bununla yanaşı, Allahın əmri də yerinə yetirilir. Nəticə olaraq deyək ki, dırnaqlara lak vurmaq dəstəmaz almağa və qüsl etməyə mane olmur.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. İbn Abidin, Haşiyətu rəddil-muxtar, İstanbul, 1984, I cild, s. 96. []
  2. İbn Abidin, Haşiyətu rəddil-muxtar, İstanbul, 1984, I cild, s. 155-156. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
46.640 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Cünub halda geyilən paltarı qüsldən sonra geyinmək olar? 28.01.10 18.346 dəfə oxundu
2 Qüsldə sırğa deşiklərini yumaq lazımdır? 21.02.11 4.372 dəfə oxundu
3 Dırnaqlardakı lak dəstəmaz və qüslə mane olur? 24.08.09 46.640 dəfə oxundu
4 Dişlərdə plomb və körpü olduğu halda qüsl etmək olar? 07.07.09 3.982 dəfə oxundu
5 Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər? 27.03.10 2.881 dəfə oxundu
6 Qüsl etmək üçün dişdəki plombları sökdürmək lazımdır? 07.07.09 3.677 dəfə oxundu
7 Su imkanı yarandıqda təyəmmüm batil olur? 24.05.10 6.181 dəfə oxundu
8 Qadınlar da ehtilam olurlar? 17.03.11 22.180 dəfə oxundu
9 Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar? 23.06.10 13.986 dəfə oxundu
10 Təkcə öpüşməklə qüsl vacib olur? 17.03.11 75.453 dəfə oxundu
11 Namaz qılmayan müsəlmanların qüsl etməkləri vacibdir? 03.07.10 21.380 dəfə oxundu
12 Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər? 21.03.11 2.843 dəfə oxundu
13 Ginekoloji yoxlamadan sonra qüsl 18.07.10 5.075 dəfə oxundu
14 Cünub şəxsin toxunduğu şeylər murdar hesab olunur? 27.04.11 7.905 dəfə oxundu
15 Cinsi əlaqədən sonra növbəli qüsl 25.11.10 24.015 dəfə oxundu
16 Qüsl almağın qaydası 27.05.11 222.433 dəfə oxundu
17 Qüsldən sonra namaz qılmaq olar? 11.03.10 17.307 dəfə oxundu
18 Cinsi əlaqədən sonra qüsl üçün addımlamaq 25.11.10 20.014 dəfə oxundu
19 Peyğəmbər necə qüsl verirdi? 29.05.11 7.754 dəfə oxundu
20 Spermanın yerindən qopmağı qüslü vacib edir. Bu nə deməkdir? 04.03.10 13.747 dəfə oxundu
21 Qüsl vaxtı hörükləri açmaq lazımdır? 25.11.10 5.747 dəfə oxundu
22 Qüsl vaxtı hamamda çox qalmaq və vəsvəsə halı 07.07.09 7.076 dəfə oxundu
23 Dişlərdə plomb, dəstəmaz və qüsl 07.07.09 4.874 dəfə oxundu
24 Qüsldən sonra bədəndə quru yer qalıbsa, təzədən yuyunmaq lazımdır? 18.01.11 4.428 dəfə oxundu
25 Qüsldən sonra məni gəlsə, təzədən yuyunmaq lazımdır? 02.09.11 9.813 dəfə oxundu
26 Cinsi əlaqədən sonra qüslü nə qədər gecikdirmək olar? 27.01.10 53.599 dəfə oxundu
27 Cinsi əlaqə və qüsl 07.07.09 26.441 dəfə oxundu
28 Sonsuzluğa qarşı peyvənddən sonra qüsl vermək lazımdır? 09.02.12 4.629 dəfə oxundu
29 Xəstə yaxşılaşana qədər cünub qalsa, günahdır? 27.01.10 5.904 dəfə oxundu
30 Qüsl vaxtı ağız və burnu yumaq vacibdir? 21.01.11 11.701 dəfə oxundu
31 Qonaq getdikdə qüslü necə almaq lazımdır? 25.12.12 4.889 dəfə oxundu
32 Məni, məzi və vədi nədir? 27.01.10 25.174 dəfə oxundu
33 Kişi həkimə gedən qadın sonra qüsl etməlidir? 31.01.11 6.867 dəfə oxundu
34 Akupunktura sarğıları qüsl etməyə maneçilik törədir? 25.12.12 2.622 dəfə oxundu
35 Hamamda çox qalmaq günahdır? 27.01.10 14.663 dəfə oxundu
36 İnsan cənabət vaxtı yatdığı yerdə qüsldən sonra yata bilər? 14.02.11 14.011 dəfə oxundu
37 Kişi həkimin yoxladığı qadın çimib qüsl almalıdır? 22.01.13 5.014 dəfə oxundu
38 Dişlərə qoyulan plomb qüsl etməyə mane olur? 27.01.10 4.524 dəfə oxundu
39 Qulaqdan çıxan kirlər qüslü batil edir? 14.02.11 4.608 dəfə oxundu
40 Cənabət halda ölənlər Cəhənnəmdə yanacaqlar? 02.09.13 8.193 dəfə oxundu