Məhrəm və naməhrəm məsələləri
Müsəlmanlar > Fitvalar > Geyim-kecim > Hicab-təsəttür > Məhrəm-naməhrəm Tarix: 16 avqust 2009 Tövsiyə et Çap et
Sual: Mənim sualım məhrəm və naməhrəm məsələsi ilə əlaqədardır. Məsələn, qardaş-bacı kimi eyni evdə yaşayan, məsələn, əmi uşaqları barədə. Bunların bir-birinə kəbin düşdüyünü bildiyimiz halda, onların (qızlar oğlan əmi uşaqlarının) yanında rahat hərəkət etməyi, misal üçün, baş örtüyü taxmamağı adi hal kimi qəbul edirlər. İslam dinində “qardaş-bacı kimi böyümək” deyilən bir şey varmı? Buna dair bir ayə yaxud hədis mövcuddur?

Cavab: Mömin qadınların öz başlarını kimin yanında aça biləcəkləri məsələsi ayədə izah olunub. Allah Təala belə buyurur:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar” (Nur, 24/31).

Dinimizdə, yəni, İslam dinində “qardaş-bacı kimi böyümək” təbiri yoxdur. Bu, insanların uydurduqları bir məfhumdur. Allah Təala Qurani-Kərimdə bütün möminlərin qardaş olduğunu bildirdiyi halda, yuxarıdakı hökmləri qoyub. Peyğəmbərimiz (ə. s.) əmisi oğlu Əlini (r. a.) öz evində böyütmüş, amma sonra onu qızı Fatimə ilə evləndirmişdir. Aralarında evlənmək qadağası olmayan əmi uşaqları arasında qardaş-bacı kimi böyümək deyilən bir şey olmaz. Bu kimi məsələlərdə diqqətli olmaq lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bir qadın ərinin əmisini çimizdirə bilər? 22.04.11 435 dəfə oxundu
2 Bir insan öz bacı-qardaşının süd qardaş-bacısı ilə evlənə bilər? 15.03.10 459 dəfə oxundu
3 Bir qadın məhrəmi olan kişilərə pişnamazlıq edə bilər? 23.09.11 247 dəfə oxundu
4 Nişanlıların münasibətləri necə olmalıdır? 27.01.11 835 dəfə oxundu
5 Namaz qılan qadını bir kişi görsə, namazı pozulur? 14.07.11 452 dəfə oxundu
6 Qadın tək başına 90 kilometrdən uzağa gedə bilər? 27.05.11 201 dəfə oxundu
7 Qadın qulluqçu qoca bir kişiyə xidmət edə bilər? 02.03.11 273 dəfə oxundu
8 Şafi məzhəbindən olan qadın əl və üzünü örtməlidir? 06.01.11 339 dəfə oxundu
9 Subay bir qadın təkbaşına ömrəyə gedə bilər? 10.12.10 395 dəfə oxundu
10 Bir qadının ögey oğlu doğma oğlu kimi ola bilər? 25.07.10 413 dəfə oxundu
11 Kişi və qadınların qarışıq olduğu idman zalına getmək olar? 17.01.11 372 dəfə oxundu
12 Qohum-əqrəba məhrəmiyyəti məsələsində nəyə fikir vermək lazımdır? 15.04.10 608 dəfə oxundu
13 Məhrəm və naməhrəm məsələləri 16.08.09 938 dəfə oxundu
14 Bir gəlin qayınatasının yanında başı açıq dayana bilər? 14.12.09 925 dəfə oxundu
15 Qadınların kişilərin yanında davranışları barədə 16.08.09 556 dəfə oxundu
16 Qadının evdə başı açıq oturması 16.08.09 560 dəfə oxundu
17 Müsəlman qadın dənizə gedə bilər? 16.07.09 467 dəfə oxundu
18 Qadınların saçının naməhrəm tərəfindən görülməsi onların dəstəmazını pozar? 07.07.09 394 dəfə oxundu
19 Qadının səfəri – II 01.07.09 725 dəfə oxundu
20 Qadının səfəri – I 29.06.09 591 dəfə oxundu