Cavab: Allah Təala Qurani-Kərimdə belə buyurur:
(Rəsulum!) Mömin kişilərə de ki, gözlərini harama dikməsinlər, namuslarını/məhrəm yerlərini qorusunlar. Çünki bu, onlar üçün daha təmiz bir rəftardır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.
“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar” (Nur, 24/30-31).
Bu ayələrə əsasən bir qadın yuxarıda sadalanan kişilərin yanında otura bilər, başını aça bilər. Bu sadalananların xaricində ərinin qardaşları və ya digər kişi qohumlarının yanında məhrəm yerlərini aça bilməz! Lakin bunlarla danışması, eləcə də salamlaşması qadağan deyil. Bunların qabağına təsəttürlü geyimlərlə çıxa bilər. Onlarla heç salamlaşmamaq, danışmamaq və sairə kimi şeylər ifrata varmağın təzahürüdür. Qadının örtünmə qaydalarına zidd olmadıqca yuxarıdakı ayədə sadalananların xaricində qalan kişilərlə danışmağında bir problem yoxdur. Eyibli olan hal qadının bu kişilərlə bağlı bir yerdə təkbaşına qalmasıdır. Bu məsələylə əlaqədar hədis aşağıdakı kimidir:
Peyğəmbərimiz (s. a. v.) belə buyurmuşdur:
“Sizə (yanında məhrəmi olmayan) qadınların yanına girməyi qadağan edirəm”.
Bunun üstündən Ənsardan bir nəfər: “Ya Rəsuləllah! (Ərin ataları və oğullarından başqa digər) kişi qohumları haqqında nə deyirsən?”, – deyə soruşdu. Rəsulullah (s. a. v.): “Onlarla xəlvət (təkbaşına qalmaq) ölümdür”, – deyə buyurdu.1
Bir qadın qapalı bir yerdə təkbaşına qalmamaq şərtilə ona yad olan kişilərlə eyni mühitdə ola bilər. Onlara xidmət göstərə bilər. Bu məsələyə dair peyğəmbərimizin (s. a. v.) dövründən nəql olunan mötəbər bir hadisə belədir:
“Səhl ibn Səd (r. a.) belə deyib: “Əbu Useyd Əs-Saidi evləndiyi vaxt peyğəmbərimizi (s. a. v.) və onun əshabələrini toy yeməyinə dəvət etdi. Onlar üçün yeməyi hazırlayan da, süfrəyə verən də Useydin hələ təzəcə evləndiyi arvadı Ümmü Useyd idi. O, gecədən bir qazanın içində xurma islatmış, peyğəmbərimiz (s. a. v.) yeməyini yeyib qurtardıqdan sonra həmin şirəni öz əliylə peyğəmbərimizə (s. a. v.) təqdim etmiş, ona beləcə ikram etmişdi” (Buxari, Nikah, 78).
“Əbu Hazım belə deyib: “Mən Səhl ibn Səddən eşitdim”: Əbu Useyd Əs-Saidi peyğəmbəri (s. a. v.) öz toy yeməyinə dəvət etdi. Həmin gün hələ təzə gəlin olan arvadı onlara xidmət edirdi…” (Buxari, Nikah, 79).
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: Buxari, ləyaqət, mömin kişilər, müttəqi, məhrəm, mənlik, namus, naməhrəm, nikah, Nur surəsi 31 32, qeyrət, qohumlar arasındakı münasibətlər, Salam, şərəf, təqva
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Qadınların kişilərin yanında davranışları barədə | 16.08.09 | 568 dəfə oxundu |
| 2 | Qohum-əqrəba məhrəmiyyəti məsələsində nəyə fikir vermək lazımdır? | 15.04.10 | 615 dəfə oxundu |
| 3 | Qohumla evlənmək hansı qarına qədər haramdır? | 22.02.10 | 816 dəfə oxundu |
| 4 | Atam heç bir qohumumuzla danışmır. Bu problemi necə həll edə bilərik? | 14.01.10 | 453 dəfə oxundu |
| 5 | Hansı qohumlara baş çəkmək dini cəhətdən vacibdir? | 12.05.10 | 464 dəfə oxundu |
| 6 | Bir qadın ərinin əmisini çimizdirə bilər? | 22.04.11 | 443 dəfə oxundu |
| 7 | Qohum evlilikləri nəticəsində nə üçün qüsurlu uşaqlar doğulur? | 22.02.10 | 937 dəfə oxundu |
| 8 | Bayramlarda həmişə kiçiklər böyükləri ziyarətə getməlidir? | 25.11.11 | 192 dəfə oxundu |
| 9 | Allah valideynin səhvinə görə uşaqlara cəza verir? | 15.12.11 | 209 dəfə oxundu |