Müselmanlar

Kimlərin cənazə namazı qılınmaz?

Sual: Tövbə surəsi 84-cü ayəyə əsasən hansı insanların cənazə namazını qılmamalıyıq?

Cavab: Quranda cənazə namazı qılınması qadağan edilənlərlə əlaqəli ayə belədir:

“Heç vaxt onlardan ölmüş bir kəsin (cənazə) namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öldülər.” (Tövbə, 9/84)

Ayədə peyğəmbərimizin tanıdığı münafiqlər barədə göstəriş verilmişdir. Çünki, peyğəmbər əleyhissəlamın tanımadığı münafiqlər də vardır. Bunu da həmin surənin 101-ci ayəsindən öyrənirik:

“Çevrənizdəki bədəvilərdən və Mə­dinə əhalisi arasında münafiqlər var. Onlar ikiüzlülükdə inadkarlıq göstə­rir, sən isə onları tanımırsan. Biz ki onları tanı­yırıq. Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar.”

Görüldüyü kimi münafiqlərin bəziləri ikiüzlülükdə elə ustalaşırlar ki, peyğəmbərimiz belə onları tanımır və tanımadığı üçün bunlar öldükdə cənazə namazını qılacaqdır.

O cümlədən biz də əgər insanlar özlərini müsəlman kimi göstərirsə, onlara bir müsəlman kimi rəftar edəcəyik və cənazə namazlarını qılacayıq. Dəqiq münafiq və müşrik olaraq tanıdığımız insanların isə cənazə namazını qılmayacağıq.

Biz insanların qəlblərini bilmədiyimiz üçün zahirə görə hökm edərik. Necə olsa, hər insana haqqı ilə hökm edən Allah, onları haqq etdikləri yerlərinə göndərəcəkdir.

Bənzər sual-cavaba baxmaq üçün linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7701.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Bizi izləyin