Müsəlmanlar

İslamı tam yaşamaq üçün şəriət lazımdırmı?

 

Sual: Ölkəmiz şəriətlə deyil, cumhuriyyətlə və layiqliklə idarə edilir. Belə olduğu təqdirdə bizim də Allahın əmr və qadağalarına rəayət etməyimiz çətinləşir. Müsəlmanların İslamı yaşaya bilmələri üçün idarə şəkli şərtdirmi?

Cavab: Hər kəs gücünün ölçüsündə məsuliyyət daşıyır.

Peyğəmbərimiz, hansı dövlət idarəsində, hansı cumhuriyyətdə yaşayırdı? Məkkədə şəriətmi varıydı?

Muhəmməd əleyhissəlam, ölüm təhlükəsiylə üz-üzə gələn bəzi səhabələrə hicrət etməklərini tövsiyə etdi və özü də eyni təhlükəylə qarşılaşdığı zaman 11 il sonra məcbur olub Məkkədən Mədinəyə hicrət elədi.

Bir müsəlman, şərtlər nə olur olsun və hansı dövlətdə yaşayır yaşasın, Allahın qoyduğu beynəlxalq dəyərləri ilk əvvəl özü yaşamağa və sonra da başqasına təbliğ etməyə çalışmalıdır.

Allahın hökmü bir dövlətdə və ya bir ölkədə tətbiq edilsə də edilməsə də müsəlman olan şəxsin vəzifəsi gücü yetdiyi qədər bu hökmlərə özünün rəayət etməsidir. Bu vəzifə bir dövlətə ya da ölkəyə verilməmişdir.[1] Əgər bir ölkənin vətəndaşları və idarəçiləri müsəlman olub, Allahın hökmünə rəayət etmirlərsə, o zaman məsuliyyət daşıyırlar. Bir ölkənin başçısı ya da xalqı müsəlman isə öz gücləri  ölçüsündə cəhd etməli və Allahın qoyduğu ölçülərlə (şəriətlə) idarə etməyə çalışmalıdırlar. Gücləri yetməyən şeylərdən isə məsuliyyət daşımırlar.[2]

Din və Dövlət barədə ətraflı məlumat almaq üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/kitablar/5823.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Dövlət, Günəş kimi olmalıdır. Onun əqidəsi ədalətdir. Hər inancda, rəngdə olan insana bərabər yaxlaşmalıdır. (Əbdüləziz Bayındır).

[2] Bax: Bəqərə 2/286.